Məşhur terrorçunun CƏSƏDİ TAPILDI
25-09-2017 18:22

Ötən həftə İnquşetiyada 2013-cü ildə öldürüldüyü bildirilən Doku Umarov və döyüşçülərinin cəsədinin çıxarılması ilə bağlı əməliyyat keçirilib.
Bu barədə Rusiya mətbuatı informasiya yayıb.
Məlumata görə, Umarov və onun döyüşçülərinin cəsədləri ekspertiza və şəxsiyyətlərin dəqiq müəyyənləşdirilməsi üçün Moskvaya göndərilib.
Qeyd edək ki, bu vaxta qədər Doku Umarovun məhv edilməsi barədə ən azı 12 fərqli məlumat verilib.