Bərzaniyə "Kərkük nefti" şoku
25-09-2017 15:54

İraq məclisi Kərkük neftlərinin mərkəzi hakimiyyətə təslim edilməsi və referendumda səs verən məmurların vəzifədən uzaqlaşdırılması qərarı aldı.
Müxalifət.az Türkiyə mediasına istinadən xəbər verir ki, İraq Məclisinin Təhlükəsizlik və Müdafiə Komitəsinin sədri Hakim Zamili keçirdiyi mətbuat konfransında "Məclis, Kərkükdəki neft quyularının mərkəzi hakimiyyətə təslim edilməsi və referendumda səs verən dövlət məmurlarının vəzifədən uzaqlaşdırılması qərarı verdi", dedi.
Zamili sözügedən qərarın təhlükəsizlik və digər bürokratik sahələrdə xidmət edən bütün məmurları əhatə edəcəyini deyib.
Qeyd edək ki, İraq parlamenti Kərkük və mübahisəli digər bölgələrdə hərbi güc yerləşdirmə qərarı aldığını da bildirmişdi.
Müxalifət.az