Rus generalın ölümü ilə bağlı şok fakt – XƏYANƏT

Rusiya ordusunun indiyədək Suriyada itirdiyi ən yüksək rütbəli hərbi qulluqçusu Valeri Asapov xəyanət nəticəsində öldürülüb.
Bu barədə “Tayms” Rusiya Müdafiə Nazirliyindəki mənbəyə istinadən informasiya yayıb.
Məlumata görə, rus generalın ölümü Rusiyanın Deyr əz-Zor bölgəsinin yaxın günlərdə tamamilə azad olunacağı barədə açıqlama verməsindən cəmi bir neçə gün sonra baş verib. Rusiya Müdafiə Nazirliyinə yaxın olan mənbənin rus radiostansiyalarından birinə verdiyi informasiyaya əsasən, baş verən hadisə zamanı yalnız rus ordusunun general-leytenantı Valeri Asapov həlak olmayıb. Mənbə generaldan başqa daha 2 polkovnikin mina partlayışına qurban getdiyini bildirib.
Qeyd edək ki, Rusiya ordusu Suriyada hərbi əməliyyatlara başladıqdan sonra 35 hərbi qulluqçusunu itirib./Axar.az/