Meşədən tapılan cəsədin sahibi müəyyənləşdi
25-09-2017 15:52

Şəkidə Qoxmuq kənd inzibati ərazisində, dağlıq-meşəlik ərazidə çürümüş kişi meyiti tapılıb.
Cəsədin Qoxmuq kənd sakini 64 yaşlı Fərrux Səmədova aid olduğu müəyyən olunub.
Səmədov 4 gün əvvəl yaşadığı evdən çıxaraq, süpürgə hazırlamaq üçün bitki yığmaq məqsədilə meşəyə gedib və geri qayıtmayıb. Onun ürək və epilepsiya xəstəliyindən əziyyət çəkdiyi bildirilir.
Mərhumun qardaşı Fərhad Səmədov bildirib ki, Fərrux Səmədov yıxılaraq həlak olub.
Faktla bağlı Şəki rayon prokurorluğunda araşdırma aparılır./“Qafqazinfo”/