Axtarış

The search found 105785 results in 0.026 seconds.

Search results

  1. Bakıda metronun qarşısında ölüm - Foto

    Bu gün Bakıda yaşlı kişi küçədə ölüb.
    Azvision.az xəbər verir ki, saat 13:30 radələrində Nəsimi rayonu ərazisində, metronun 28-May stansiyasının çıxışında orta yaşlı kişi qəfil yerə yıxılıb. Ətrafdakı şəxslərin köməyinə baxmayaraq, onun həyatını xilas etmək mümkün olmayıb. 
    Hadisə yerinə təcili yardım briqadası çağırılsa da, hələ gəlməyib.

    Muxalifet2 - 23-09-2017

  2. ABŞ-ın ATƏT-dəki Missiyası Azərbaycan hakimiyyətini siyasi məhbusları azad etməyə çağırıb

    Sentyabrın 22-də ATƏT-in "İnsan inkişafı-2017" adlı forumunda ABŞ nümayəndə heyəti bəyanat yayıb.
     
     Sənəddə bəzi ölkələrdə insan hüquqlarının kobud şəkildə pozulması faktları qeyd olunub. Bəyanatda Azərbaycanla bağlı deyilir:
     
    "Biz Azərbaycanda sonuncu müstəqil informasiya agentliyi olan Turan-ın direktoru Mehman Əliyevin azadlığa buraxılmasını alqışlayrıq.

    Muxalifet - 23-09-2017

  3. Gürcüstan vətəndaşından narkotik vasitə tapıldı

    Dövlət Gömrük Komitəsi (DGK) Balakən Gömrük İdarəsinin "Mazımçay" gömrük postunun piyada xəttinə Gürcüstan istiqamətindən daxil olan Azərbaycan vətəndaşının üzərində qanunvericiliyin tələblərinə uyğun olaraq yoxlama aparılıb.
    Bu barədə “Report”a DGK-dan məlumat verilib.
    Məlumata görə, yoxlama zamanı həmin şəxsin əynindəki şalvarın arxa cibindən bitki yarpağına bükülü vəziyyətdə, qablaşdırılması ilə birlikdə çəkisi, təqribən, 0.3 qram olan narkotik vasitə - marixuana aşkar edilib.
    Faktla bağlı araşdırma aparılır.

    Muxalifet2 - 23-09-2017

  4. DMX rəisi: “Azərbaycanda miqrantlara həssas yanaşılır”

    Dövlət Miqrasiya Xidmətinin (DMX) rəisi, II dərəcəli dövlət miqrasiya xidməti müşaviri Firudin Nəbiyevin rəhbərlik etdiyi nümayəndə heyəti Xorvatiyanın İnsan hüquqları və milli azlıqların hüquqları üzrə ofisində görüş keçirib.

    Muxalifet2 - 23-09-2017

  5. Bərzanidən TƏXİR QƏRARI

    Şimali İraq kürd muxtariyyətinin başçısı Məsud Bərzani bu gün keçirilməsi planlaşdırılan mətbuat konfransını təxirə salıb.
    Publika.az Türkiyə KİV-inə istinadən xəbər verir ki, bu haqda Bərzaninin ofisindən bildirilib.
    Kürd lider müstəqillik referendumu ilə əlaqədar muxtariyyət rəhbərliyinin son qərarını açıqlamalı idi. Mətbuat konfransının sabah keçiriləcəyi açıqlanıb.
    Qeyd edək ki, kürd muxtariyyəti sentyabrın 25-də müstəqillik referendumunu keçirməyi planlaşdırır.

    Muxalifet2 - 23-09-2017

  6. ​Koreyadan şok xəbər: zəlzələ, yoxsa NÜVƏ PARTLAYIŞI?

    Şimali Koreyada zəlzələ baş verib.

    Muxalifet2 - 23-09-2017

  7. Qadın alverçisi iş başında yaxalandı - FOTO

    Azərbaycanlı qadınları Türkiyə və Dubaya apararaq, orada cinsi istismara məruz qoyan qadın həbs edilib.
     
    Daxili İşlər Nazirliyinin İnsan Alverinə qarşı Mübarizə Baş İdarəsinin əməkdaşlarının əməliyyat-axtarış tədbirləri nəticəsində Bakı şəhər sakini Vəfa Mürşüdova saxlanılıb.
    Vəfa Mürşüdovanın barəsində Cinayət Məcəlləsinin 144-1.2.5-ci (qabaqcadan əlbir olan bir qrup şəxs, mütəşəkkil dəstə və ya cinayətkar birlik (cinayətkar təşkilat) tərəfindən insan alveri törədildikdə) maddəsi ilə barəsində axtarış elan edilib.

    Muxalifet - 23-09-2017

  8. 287 saylı liseyin idman müəllimlərindən direktora ittiham: “Hər ay bizdən rüşvət alır”

    Bakı şəhəri, Xətai rayonu, 287 saylı “Zəkalar” liseyinin bir qrup müəllimi çalışdıqları məktəbin direktorunun əməlləri ilə bağlı Azərbaycan Respublikası Prezident Administrasiyasına, Azərbaycan RespublikasıTəhsil Nazirliyinə və Baş Prokurorluq yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinə müraciət ediblər.
     
    Narazı müəllimlər həmin şikayətin bir nüsxəsini də ictimailəşdirilməsi xahişi ilə Azinforum.az İnformasiya Portalına ünvanlayıblar.

    Muxalifet - 23-09-2017

  9. TANAP-ın dəniz hissəsinin tikintisinə başlanılıb

    Trans-Anadolu qaz boru kəmərinin (TANAP) dəniz hissəsinin tikintisinə başlanılıb.
     
    TANAP-ın Dardanel boğazından keçəcək 36 düymlük 19 kilometr uzunluğundakı dəniz hissəsinin tikintisinə start verilib.
    Boruları dənizin dibinə endirmək üçün xüsusi təchiz olunmuş gəmi artıq işlərə başlayıb.
    Xatırladaq ki, TANAP Avropa İttifaqı üçün prioritet enerji layihələrindən biri olan “Cənub Qaz Dəhlizi”nin seqmentini təşkil edir.

    Muxalifet - 23-09-2017

  10. Mehman Hüseynovun işinə Ali Məhkəmədə baxılacaq

    Həbsdə olan bloqçu Mehman Hüseynov Bakı Apelyasiya Məhkəməsinin qərarından kasasiya şikayəti üzrə məhkəmənin vaxtı açıqlanıb.
     
    Bu barədə Teleqraf.com-a Mehman Hüseynovun vəkili Elçin Sadıqov məlumat verib.
    O bildirib ki, kasasiya şikayəti Ali Məhkəmədə hakim Əli Seyfəliyevin icraatına verilib. İlkin baxış iclası sentyabrın 29-na təyin edilib.

    Muxalifet - 23-09-2017

  11. “Mingəçevir Dövlət Universitetinin hicab qadağası doğru deyil" – Aydın Mirzəzadə

    “Mingəçevir Dövlət Universitetinin hicab qadağası doğru deyil”.
     
    Bunu hakim Yeni Azərbaycan Partiyası (YAP) Siyasi Şurasının üzvü, Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin sədr müavini Aydın Mirzəzadə Mingəçevir Dövlət Universitetində hicablı tələbələrin auditoriyalara daxil olmasına qoyulmuş yasaqla bağlı sualı şərh edərkən bildirib.
    Onun sözlərinə görə, bu qərar Azərbaycan Konstitusiyası ilə uzlaşmır:

    Muxalifet - 23-09-2017

  12. Tramp BMT-də ona verilən mətni oxumadı, istədiklərini dedi

    ABŞ prezidenti Donald Tramp BMT Baş Assambleyasında çıxışı zamanı öz məsləhətçilərinin sözünə baxmayıb.
     
    Bu haqda Amerika liderinin yüksək vəzifəli məsləhətçiləri “Los Angeles Times” nəşrinə danışıblar.
    Məlumata görə, prezidentə bir gün əvvəl verilən çıxışın qaralama variantında Şimali Koreya və onun lideri Kim Çen Inın ünvanına deyilən ifadələr yer almamışdı. Söhbət “raket insan” və “tamamilə məhv etmək” ifadələrindən gedir.

    Muxalifet - 23-09-2017

  13. DİN Milli Şuranın mitinqi ilə bağlı məlumat yaydı

    Daxili İşlər Nazirliyi (DİN) Milli Şuranın mitinqi ilə bağlı məlumat yayıb.
     
    DİN-in mətbuat xidmətindən verilən məlumata görə, bu gün özünü "Demokratik Qüvvələrin Milli Şurası" adlandıran qurumun Yasamal rayonundakı "Məhsul" stadionunda Bakı Şəhər İcra Hakimiyyəti ilə razılaşdırılmış mitinqi keçirilib.

    Muxalifet - 23-09-2017

  14. “Bakı və İrəvan Qarabağ münaqişəsinin həllinə yaxınlaşıb” - Rusiya rəsmisi

    Rusiya Federasiya Şurasının beynəlxalq məsələlər üzrə komitəsinin sədri Konstantin Kosaçev bəyan edib ki, Azərbaycan və Ermənistan Dağlıq Qarabağ münaqişəsinin həllinə yaxınlaşıb.
     
    AzVision.az xəbər verir ki, bu barədə “Rossiya Seqodniya” nəşri məlumat yayıb.
    “Rusiya bu münaqişədə neytral tərəf kimi çıxış edir. Bizim həm Ermənistan, həm də Azərbaycanla dostluq münasibətlərimiz var. Məndə olan məlumata görə, tərəflər Dağlıq Qarabağ münaiqşəsinin nizamlanmasına kifayət qədər yaxınlaşıblar”, - deyə Kosaçev vurğulayıb.

    Muxalifet - 23-09-2017

  15. Azərbaycan yenə Gürcüstana helikopter göndərdi – Yanğına görə

    Gürcüstan hökumətinin müraciətinə əsasən Azərbaycan Respublikasının prezidenti İlham Əliyevin tapşırığı ilə Fövqəladə Hallar Nazirliyi Gürcüstanın Samtsxe-Cavaxeti bölgəsində baş vermiş meşə yanğınlarının söndürülməsinə kömək məqsədilə helikopter göndərib.
     
    Bu barədə FHN-in mətbuat xidmətindən məlumat verilib.
     Məlumatda bildirilir ki, sentyabrın 23-də Fövqəladə Hallar Nazirliyinin Aviasiya  dəstəsinə məxsus, xüsusi avadanlıqla təchiz olunmuş "Ka-32A" helikopteri havaya qalxaraq Gürcüstan istiqamətində yola düşüb.

    Muxalifet - 23-09-2017

  16. Müxalifət nümayişində korrupsiya əleyhinə çağırışlar

    Mitinqdə korrupsiya əleyhinə şüarlar səsləndirilib
     
    Bakının Yasamal rayonu stadionunda korrupsiya əleyhinə müxalifət qüvvələrinin nümayişi başa çatıb.
    "Talana son!" adlı nümayişə gələnlər "Adı islahatçı - özü işğalçı hökumət", "Hakimiyyətin gözü - xaqlın qarnı acdır" kimi şüarlar qaldırıblar.
    Mitinqə gələnlərin sayı barədə rəsmi məlumat verilməyib.
    BBC Azərbaycancanın müxbiri Günel Səfər bildirir ki, nümayişi stadionun qarşısında toplaşan insanlar izləyib.

    Muxalifet - 23-09-2017

  17. TBMM-də fövqəladə toplantı: Türk ordusuna əlavə səlahiyyət verilir

    Türkiyə Böyük Millət Məclisinin (TBMM) fövqəladə toplantısı başlayıb.
     
    Teleqraf.com Türkiyə mediasına istinadla xəbər verir ki, toplantıda hökumətə Suriyada və İraqda hərbi əməliyyat aparmaq üçün verilmiş səlahiyyət müddətinin daha bir il uzadılması ilə bağlı qanun layihəsi müzakirə edilir.
    Prezident Rəcəb Tayyib Ərdoğan parlamentə gələrək TBMM-nin yığıncağını izləyir.
    Bundan başqa, Baş nazir Binəli Yıldırım, CHP sədri Kamal Kılıcdaroğlu və MHP lideri Dövlət Baxçalı da parlamentin iclasındadır.

    Muxalifet - 23-09-2017

  18. Pakistan "Super Mushshak"ları Bakıya vaxtında çatdıracaq

    Pakistan "Super Mushshak"" təyyarələrinin Azərbaycana tədarükü üçün müqavilənin şərtlərini yerinə yetirməyə borcludur.
     
    Bu barədə Pakistan Hərbi Hava Qüvvələri komandanı aviasiya marşalı Sohail Aman Bakıya səfəri zamanı Azərbaycan Hərbi Hava Qüvvələri komandanı, general-leytenant Ramiz Tahirovla görüşdə bildirib.
    Azərbaycan Pakistandan 10 "Super Mushshak" hərbi-təlim təyyarəsi alıb. Bakıdakı görüşdə eyni zamanda Azərbaycan hərbi pilotlarının Pakistan Hava Qüvvələri institutlarında təlim keçməsi məsələsi də müzakirə olunub.(Trend)

    Muxalifet - 23-09-2017

  19. Təlabaninin partiyası Bərzanidən dəstəyini çəkdi

    25 sentyabrda müstəqillik referendumuna dəstək verdini elan edən Cəlal Təlabaninin partiyası son anda beynəlxalq ictimaiyyətdən referendumun ləğvi təklifini nəzərdən keçirməsini istədi.
     
    Müxalifət.az Türkiyə mediasına istinad edərək xəbər verir ki, sabiq İraq prezidenti Cəlal Talabaninin rəhbərlik etdiyi Kürdüstan Vətənpərvər Birliyi (KYB) 25 sentyabr referandumunun ləğv edilməsi üçün beynəlxalq ictmaiyyət tərəfindən təqdim edilən təklifin nəzərə alınması xəbərdarlığını etdi.

    Muxalifet - 23-09-2017

  20. Türkiyə ordusuna İraq və Suriyada əməliyyatlar üçün səlahiyyət verildi

    Türkiyə parlamenti İraq və Suriyada hərbi əməliyyatların davam etdirilməsinə qərar verib.
     
    "Sabah"-ın verdiyi xəbərə görə, parlament bununla bağlı hökumətin müvafiq təklifini müzakirə edib. Sonda Türkiyə baş nazirinin İraq və Suriyada hərbi əməliyyatların müddətinin daha bir il uzadılmasına qərar verilib.

    Muxalifet - 23-09-2017

Pages