Axtarış

The search found 105785 results in 0.101 seconds.

Search results

  1. Xudat sakini 54 yaşlı kişini daşla qətlə yetirdi

    Quba rayonunda qətl hadisəsi baş verib.
     
    Hadisə rayonun Əliməmmədoba kəndində qeydə alınıb. Kənd sakini, 1984-cü il təvəllüdlü Mahmudov Samir Ənvərşah oğlu münaqişə zəminində Xudat şəhər sakini 1963-cü il təvəllüdlü Əhmədov Eldar Abdulla oğlunu daşla başına vuraraq qətlə yetirilib. Hadisəni törədən şəxs saxlanılıb.
     Faktla bağlı Quba rayon Prokurorluğunda araşdırmalar davam etdirilir.

    Muxalifet - 23-09-2017

  2. Azərbaycan və Ermənistan XİN rəhbərlərinin görüşü başa çatıb - YENİLƏNİB

    Görüş zamanı Minsk Qrupu həmsədrlərinin oktyabrda Dağlıq Qarabağa səfəri barədə razılıq əldə edilib.
    Habelə görüşdə Azərbaycan və Ermənistan prezidentlərinin görüşünün təşkil olunması ilə bağlı məsələ müzakirə edilib(report). 
     
    *** 21:15
    ​Nyu-Yorkda Məmmədyarovla Nalbandyan arasında QARABAĞ MÜZAKİRƏLƏRİ

    Muxalifet3 - 23-09-2017

  3. ​Gürcüstanda müxalif partiyanın azərbaycanlı namizədi döyüldü

    Gürcüstanın müxalif “Avropalı Gürcüstan” Partiyası Marneuli rayonu üzrə majoritar namizədi Əli Məmmədovun fiziki hücuma məruz qalması barədə məlumat yayıb.
    APA-nın xəbərinə görə, Marneuli rayonunun Sadaxlı kəndində hakim “Gürcü Arzusu” Partiyasının majoritar namizədi Rövşən İsgəndərov və Rayon İcra Hakimiyyətinin nümayəndəsi Məhəmməd Alibediyev Ə. Məmmədova fiziki təsir göstəriblər. Ə. Məmmədovun xəstəxanaya yerləşdirildiyi bildirilir.

    Muxalifet3 - 23-09-2017

  4. ​İstanbulda İŞİD-lə əlaqədə şübhəli bilinən 30-dan çox əcnəbi həbs edildi

    İstanbul polisi İŞİD terror qruplaşması ilə əlaqədə şübhəli bilinən 36 nəfəri həbs edib.
    “Anadolu” xəbər verir ki, saxlanılanların 31 nəfəri digər dövlətlərin vətəndaşlarıdır. Bununla belə, onların milli mənsubiyyəti açıqlanmır.
    Yerli polis orqanlarının əməkdaşları şənbə günü antiterror əməliyyatları çərçivəsində İstanbuldakı 15 binada axtarış aparıblar. Həbs olunanlardan bir neçəsinin Suriya və İraqda İŞİD silahlıları tərəfində vuruşduqları güman edilir.
    Axtarış zamanı, həmçinin təşkilata aid çox sayda sənəd və elektron avadanlıq ələ keçirilib.

    Muxalifet3 - 23-09-2017

  5. ​Meksikada zəlzələ qurbanlarının sayı 305 nəfərə çatdı

    Çərşənbə axşamı Meksikada baş verən zəlzələ nəticəsində ölənlərin sayı 305 nəfərə çatıb.
    Muxalifet.az xəbər verir ki, bundan əvvəl respublikanın mülki müdafiə qüvvələrinin milli əlaqələndiricisi Luis Felipe Puente 293 nəfərin öldüyünü xəbər vermişdi. O, qeyd etmişdi ki, təbii hadisə zamanı 155 nəfər Mexikoda, 73 nəfər Morelos ştatında, 45 nəfər Puebla ştatında, 13 nəfər Mexiko ştatında, 6 nəfər Qerrero ştatında, 1 nəfər Oahaka ştatında ölüb.
    Sentyabrın 19-da Meksikada güclü zəlzələ olub.

    Muxalifet3 - 23-09-2017

  6. "Roma" Bakıya qələbə ilə gəlir

    "Roma" klubu futbol üzrə İtaliya A Seriyasının VI tur matçında "Udineze"ni qəbul edib.
    Muxalifet.az xəbər verir ki, "Olimpiko" stadionunda keçirilən qarşılaşma meydan sahiblərinin qələbəsi ilə yekunlaşıb - 3:1. "Sarı-qırmızılar" hər 3 qolu ilk yarıda vurub.
    Belə ki, 12-ci dəqiqədə Edin Ceko, 30-cu və 45-ci dəqiqələrdə Stefan əl-Şaaravi fərqlənib. 89-cu dəqiqədə "Roma" 4-cü qol imkanı qazansa da, Dieqo Perotti penaltidən yararlana bilməyib. Əvəzində bir dəqiqə sonra Yens Larsen "Udineze"nin təsəlli qolunu vurub.

    Muxalifet3 - 23-09-2017

  7. ​ABŞ bombardmançıları Şimali Koreyaya YAXINLAŞDI

    ABŞ Hərbi-Hava Qüvvələrinə məxsus bombardmançı təyyarələr Şimali Koreya sahillərinin şərqində uçuşlar həyata keçiriblər.
    “RİA Novosti” xəbər verir ki, bu barədə Pentaqonun bəyanatında bildirilir.
    Məlumata görə, uçuşlar ABŞ-ın hərbi potensialının nümayiş etdirilməsi məqsədilə keçirilib.
    Uçuşlar beynəlxalq hava məkanında həyata keçirilib.

    Muxalifet3 - 23-09-2017

  8. ​Paraşütlə insanların üzərinə düşdü – GÜCLÜ KÜLƏK...

    Cexiyada təlim nümayişlərində paraşütlə tullanan desantçı insanların üzərinə düşüb.
    "Report" xəbər verir ki, hadisə Ordu Günü münasibəti ilə keçirilən nümayişdə olub.
    Hadisə zamanı bir qadın və bir uşaq xəsarət alıb. Məlumata görə, nümayiş zamanı güclü külək 36 yaşlı desantçını kütlənin üzərinə aparıb.
    Hadisə zamanı həmçinin paraşütçü də yüngül xəsarət alıb.

    Muxalifet3 - 23-09-2017

  9. ​Artur Rasizadəyə ağır itki – XANIMI VƏFAT ETDİ

    Azərbaycanın baş naziri Artur Rasizadənin həyat yoldaşı vəfat edib.
    Muxalifet.az yenicag.az-a istinadən xəbər verir ki, baş nazirin həyat yoldaşı Aidə xanım uzun sürən xəstəlikdən sonra 70 yaşında vəfat edib.
    Dəfn mərasimi sabah keçiriləcək.
    Allah rəhmət eləsin!

    Muxalifet3 - 23-09-2017

  10. ​Tramp hökuməti məhkəmədə mühakimə edilə bilər – SƏBƏB

    Tramp hökuməti beynəlxalq məhkəmədə cinayətkar rejim kimi mühakimə edilə bilər.
    Bu barədə beynəlxalq AF təşkilatı məlumat verib.
    Təşkilat qeyd edir ki, beynəlxalq qaydaları pozması ilə bağlı Tramp hökuməti cinayətkar elan edilə bilər. ABŞ istehsalı olan bombaların Suriyada istifadə edilməsi nəticəsində 6 sıravi vətəndaşın ölümü beynəlxalq cinayət hesab edilir(axar.az).

    Muxalifet3 - 23-09-2017

  11. ​45 yaşlı kişi öz evini yandırdı - MASALLIDA

    Masallıda 45 yaşlı kişi  öz evini yandırıb.
    APA-nın cənub bürosunun verdiyi məlumata görə, hadisə Masallının Ərkivan qəsəbəsində qeydə alınıb. Qəsəbə sakini 1972-ci il təvəllüdlü Elşən Abdullah oğlu Abdullayev özünə məxsus yaşayış evinə od vurub. Dərhal hadisə yerinə Masallı yanğından mühafizə hissəsinin avtomaşınları və canlı qüvvəsi cəlb olunub. Ümumi sahəsi 200 kv.m olan ikimərtəbəli evin 80 kv.m hissəsi yanğından mühafizə olunub.
    Məlumata görə, ev sahibi E.Abdullayev  hadisəni ailə münaqişəsi zəminində qəsdən törədib. Onun ötən ay həbsdən azadlığa çıxdığı bildirilir. 

    Muxalifet3 - 23-09-2017

  12. ​Referendum tərəfdarı tələbələr Barselona universitetini zəbt edib

    İspaniya mediası bir neçə yüz tələbənin hökümətin Kataloniyanın ölkədən ayrılması ilə bağlı keçirilən referendumun qarşısını almaq səylərinə etiraz olaraq gecəni Barselona Universitetində keçirdiyi barədə məlumat verir.
    Etirazçılar sosial mediada bildiriblər ki, müstəqillik tərəfdarı siyasətçilərinin şənbə günü Barselona Universitetində çıxış edəcəkləri gözlənilir.
    Tələbələrin sözcüsü Cordi Vives Kataloniyanın ictimai televiziyasına: “Biz göstərməyə çalışırıq ki, tələbə olaraq bizim də söz haqqımız var və hələ ki, biz burdan heç bir yerə getməyəcəyik.”

    Muxalifet3 - 23-09-2017

  13. ​Lavrov Kim və Trampı dalaşan uşaqlara bənzətdi

    Rusiya xarici işlər naziri Sergey Lavrov BMT-nin 72-ci sessiyası çərçivəsində keçirilən mətbuat konfransında iştirak edib.
    Muxalifet.az “qafqazinfo”-ya istinadən xəbər verir ki, S.Lavrov ABŞ prezidenti Donald Trampın “Şimali Koreyanı yox edərik” sözləri ilə bağlı verilən suala belə cavab verib: “Qarşılıqlı davam edən təhdidlər Koreya yarımadasında müharibəyə əsas verə bilməz. Qəzəbi sakitləşdirmək məcburiyyətindəyik… Kim və Trampın qarşılıqlı xəbərdarlıqları uşaq davalarına oxşayır…”.
     

    Muxalifet3 - 24-09-2017

  14. ​KURYOZ: Mühafizəçi oyunu unutdu, telefonla danışa-danışa meydana girdi

    Türkiyə kubokunda "Sinopspor" - "Yeni Amasyaspor" qarşılaşmasında kuryoz hadisə baş verib.
    Mühafizəçilərdən biri oyun zamanı telefonla danışa-danışa meydana daxil olub.
    Muxalifet.az həmin görüntünü təqdim edir.

    Muxalifet3 - 24-09-2017

  15. Neymarın PSJ-dəki qazancının məbləği məlum oldu

    Bu yay gözlənilmədən PSJ-yə keçən Neymarın yeni klubundakı məvacibinin məbləği açıqlanıb.
    Muxalifet.az xəbər verir ki, 25 yaşlı futbolçu gündəlik 100 min, aylıq isə 3 milyon avrodan çox əmək haqqı alır.
    Bu, ulduz futbolçunun bir saat ərzində 4 min avro qazanması deməkdir. Məlumata görə, Fransanın paytaxtı Parisdən 9 km məsafədə yerləşən iqamətgahda yaşayan braziliyalının evinin gündəlik kirayəsi 14 min avrodur.
    Beləliklə, Neymar dünyanın ən çox məvacibi olan futbolçusudur. Ondan əvvəl bu ada ildə 35 milyon avro qazanan Karlos Teves layiq görülüb.

    Muxalifet3 - 24-09-2017

  16. ​Həmsədrlər XİN rəhbərlərinin görüşü ilə əlaqədar BƏYANAT YAYDI

    ATƏT-in Minsk Qrupunun həmsədrləri Nyu-Yorkda Azərbaycan və Ermənistan xarici işlər nazirləri Elmar Məmmədyarov və Edvard Nalbandyan arasında keçirilmiş görüşlə bağlı bəyanat yayıblar.
    ATƏT-in mətbuat xidmətinin verdiyi xəbərə görə, bəyanatda deyilir:

    Muxalifet3 - 24-09-2017

  17. ​Məşhur boksçu 26 milyon dollara malikanə aldı

    Boks tarixinin məğlubedilməz simalarından olan amerikalı Floyd Meyvezer Los -Ancelesdə ev alıb.
    Muxalifet.az xəbər verir ki, 40 yaşlı boksçu 1400 kvadrat metrlik malikanənin sahibi olub. Evdə altı yataq otağı və səkkiz hamam otağı var. Evin böyük şərab zirzəmisi var. Bu malikanənin dəyəri 25,5 milyon dollardır. Malikanənin təmiri boksçuya 500 min dollara başa gəlib.

    Muxalifet3 - 24-09-2017

  18. ​Nazir Trampı psixi xəstə adlandırdı

    Şimali Koreyanın xarici işlər naziri Li Yon Xo BMT-nin tribunasında çıxış edərkən ABŞ prezidenti Donald Trampı "böyüklük" iddiası olan psixi xəstə adlandırıb və ona "nüvə düyməsini" tapşırmağın təhlükəli olduğunu söyləyib.
    Muxalifet.az xəbər verir ki, bu barədə "RİA Novosti" məlumat yayıb.
    "Absurd reallıq ondan ibarətdir ki, Tramp kimi özündənrazı birisi, böyüklük iddiası olan psixi xəstə, hansını ki, ABŞ-da "Bəla başkomandan", "yalançı kral" və "şeytan prezident" adlandırırlar, prezident vəzifəsini icra edir", - deyə o bildirib.

    Muxalifet3 - 24-09-2017

  19. ​“Rusiyanın strategiyası yerli qüvvələrlə birləşərək rejimi dəyişməkdir...” - ABŞ ORDU KOMANDANLIĞI

    ABŞ ordu komandanlığı Rusiyanın hibrid müharibə strategiyasına necə qarşı çıxmağın yollarını özündə əks etdirən məlumat kitabçası hazırlayıb. Kitabça hələ 2016-cı ilin dekabrında dərc edilib, lakin indi internetdə yerləşdirilib.
    “The National İnterest” dərgisinin yazdığına görə kitabçada Rusiyanın hibrid müharibə taktikası və ABŞ hərbçilərinin buna qarşı hansı tədbirlər görə biləcəyi haqda bəhs edilir.

    Muxalifet3 - 24-09-2017

  20. ​“Trampla bu məsələləri müzakirə etdik” - ƏRDOĞAN

    ABŞ Prezidenti Donald Trampla görüş zamanı Rusiyadan aldığımız S-400 zenit raket kompleksləri ilə bağlı müzakirə aparmamışıq.
    Muxalifet.az xəbər verir ki, bu sözləri Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan ABŞ səfərindən qayıdarkən təyyarədə jurnalistlərə açıqlamasında deyib.
    “Tramp S-400 sistemlərinin alınması ilə bağlı movzuya toxunmağı lazım bilmədi. Bu, bizim həlledici qərarımızın bir sübutudur. Əgər ABŞ tərəfinin bu məsələ ilə bağlı hər hansı təklifi yoxdursa, onda bu barədə onun danışmaq haqqı da yoxdur”, - dövlət başçısı bildirib.

    Muxalifet3 - 24-09-2017

Pages