Axtarış

The search found 105785 results in 0.034 seconds.

Search results

  1. Həbsdə olan bələdiyyə sədri vəfat etdi

    Məlumatına görə, hadisə Penitensiar Xidmətin müalicə müəssisəsində qeydə alınıb. Orada müalicə alan məhbus, 1949-cu il təvəllüdlü Cavanşir Aslan oğlu Məmmədov xəstəlikdən dünyasını dəyişib.
    Qeyd edək ki, C. Məmmədov Balaxanı qəsəbə bələdiyyəsinin sədri olub. O, 2010-cu ildə rüşvət almaqda ittiham olunaraq həbs edilib./APA/

    Muxalifet2 - 22-09-2017

  2. Erməni deputatları Bakıda "gəzintiyə çıxacaqlar"

    Beynəlxalq konfransa qatılmaq üçün Azərbaycanda səfərdə olan Ermənistan parlamentinin üzvləri Bakıda gəzintiyə çıxacaqlar, mətbuat bildirir.
     
    "Sabah biz Bakıda müxtəlif yerləri gəzəcək və baxacağıq ki, erməni irsi necə qorunub", - APA agentliyinə əsasən, erməni deputatlardan biri - Mane Tandilyan deyib.
    Konfransda iştirak etmək üçün deputat Tandelyanla birgə Bakıya gələn Ermənistan parlamentinin üzvü Armen Aşotyan Dağlıq Qarabağ mövzusunu müzakirəyə çıxarmamağa səsləyib.

    Muxalifet - 22-09-2017

  3. NATO-dan Rusiyaya cavab: “Dragon-2017” hərbi təlimləri keçiriləcək

    Rusiya ilə Qərb arasında geosiyasi qarşıdurmanın hərbi fazada təzahürləri davam edir. Bu ayın əvvəllərində Rusiya və Belarus “Qərb-2017” adlı hərbi təlimlərə start verdi. Hərbi təlimlərə minlərlə əsgər, çoxlu sayda müasir zirehli texnika, hərbi vasitələr cəlb edilib.
     
    Avropa və ABŞ öncədən bu təlimlərlə bağlı narahatlığını bildirmişdi. Üstəlik, “Qərb-2017” hərbi təlimləri hücum xarakterli idi.

    Muxalifet - 22-09-2017

  4. ​Nazir fermerlərə xəbərdarlıq etdi

    Kənd təsərrüfatı naziri Heydər Əsədov bu gün Salyan Rayon Kənd Təsərrüfatı İdarəsinin inzibati binasında Salyan, Neftçala, Hacıqabul, Sabirabad rayonlarından olan vətəndaşları qəbul edib.
    Kənd Təsərrüfatı Nazirliyindən daxil olan məlumata görə, H.Əsədov ilk öncə inzibati binada, eləcə də Dövlət Fitosanitar və Baytarlıq Nəzarəti Xidmətlərinin binalarında yaradılmış şəraitlə tanış olub.

    Muxalifet2 - 22-09-2017

  5. Saakaşvili məhkəməyə gəlmədi – Səbəbini feysbukda yazdı

    Gürcüstanın eks-prezidenti və Odessa vilayətinin sabiq qubernatoru Mixail Saakaşvili məhkəmə prosesində iştirak etməyib.
     
    Proses Lvov vilayətində keçirilib.
    Saakaşvili məhkəməyə getməməsinin səbəblərini Feysbuk hesabında yazıb: “Mən Çerkassk sakinləri ilə görüşümü təxirə salmamaq üçün məhkəməyə getmədim. Ukraynanın hazırki hökuməti başımızı bu cür proseslərlə qatmaqla yerli sakinlərlə görüşümüzə maneə törətmək istəyir”.
    Qeyd edək ki, Mixail Saakaşviliyə qarşı Ukrayna sərhədini qanunsuz keçmə maddəsi ilə cinayət işi başlanıb./teleqraf.com

    Muxalifet - 22-09-2017

  6. Feysbuk-un şefindən inanılmaz İDDİA

    “Facebook”un qurucusu Mark Zukerberq öz hesabında paylaşdığı videoda Rusiya ilə bağlı qalmaqallı iddialar səsləndirib.
     
    O, Rusiyanın ABŞ-da keçirilən prezident seçkilərinə müdaxilə etdiyini və bunu feysbuk vasitəsilə həyata keçirdiyini bildirib.
    M.Zukerberq Rusiyanın seçki kampaniyası ilə bağlı 3000 siyasi reklam paylaşdığını və bu bilgiləri ABŞ diplomatları ilə bölüşəcəyini də deyib.
    M.Zukerberqin bu iddialarına Kremlin sözçüsü Dmitri Peskovun cavabı gecikməyib:

    Muxalifet - 22-09-2017

  7. İspaniya Kataloniyaya ordu yeritdi

    İspaniya hökuməti Kataloniyaya xüsusui təyinatlı polis ordusu göndərib.
     
    Hökumət bunu qanundankənar elan edilməsinə rəğmən 1 oktyabrda keçiriləcək müstəqillik referendumundan dolayı küçələrdə yaranan gərginliyin azaldılması üçün etdiyini açıqlayıb.
    İspaniyanın daxili işlər naziri Xuan İqnasio Zoido hökumətin təhlükəsizlik və jandarm dəstlərini göndərmək qərarı haqqında Kataloniyanın daxili işlər naziri J.Forna bilgi verib.
    Kataloniya hökumətinin sözçüsü Jordi Turull isə ölkəsinin qorunmağa ehtiyacı olmadığını bildirib:

    Muxalifet - 22-09-2017

  8. Krım işğal edildi - MARKOV

    Rusiya hərbçiləri Krım parlamentinin binasını blokadaya almaqla Ukrayna qanunvericiliyinin tələblərinə zidd hərəkət ediblər. 
    Muxalifət.az  Axar.az-a istinadən xəbər verir ki, bu barədə rusiyalı politoloq Sergey Markov danışıb. 

    Muxalifet2 - 22-09-2017

  9. Nalbandyan dediklərindən imtina etdi

    Ermənistan prezidenti Edvard Nalbandyan bir neçə gün öncə açıqladığı “Qarabağ ətrafı ərazilər Azərbaycana qaytarılır” sözlərindən imtina edib.
     
    “Amerikanın səsi” rediostansiyasına danışan Nalbandyan fikirlərinin kontekstdən çıxarıldığını iddia edib.
    “Mən ATƏT-in Minsk qrupunun həmsədr ölkələrinin rəhbərlərinin bəyanatında Dağlıq Qarabağ münaqişəsi ilə bağlı olan məşhur 3 prinsip və 6 elementə toxunmuşam”, - deyə o bildirib.
    Erməni nazir Qarabağın status məsələsini hər şeydən öncə tələb etdiklərini açıqlayıb.

    Muxalifet - 22-09-2017

  10. FİFA 2017-ci ilin ən yaxşı futbolçusu adına namizədləri açıqladı

    FIFA 2017-ci ilin ən yaxşısı olmağa namizəd olan 3 futbolçunun adını açıqlayıb. "Report"un qurumun rəsmi saytına istinadən verdiyi məlumata görə, bunlar Kriştianu Ronaldu, Lionel Messi və Neymardır.

    Muxalifet2 - 22-09-2017

  11. Milli Məclisin qarşısında aksiya: “Düşməni dəvət edənlərə ar olsun!” – FOTO

    Milli Məclisin qarşısında aksiya keçirilib.
     
    Müsavat Məclisinin üzvü Raymonda Əliyevanın “Basta” ya verdiyi məlumata görə, bu gün Qarabağ Azadlıq Təşklilatının bir qrup üzvü Milli Məclisin qarşısında əllərində “Rədd olsun Ermənistan nümayəndələri!”, “Düşməni dəvət edənlərə ar olsun!”, “Ya Qarabağ, ya ölüm!” sözləri yazılmış plakatlarla aksiya keciriblər.

    Muxalifet - 22-09-2017

  12. Azərbaycan ABŞ konqresmenlərinin ADINI "QARA SİYAHI"YA SALDI

    Azərbaycan Respublikasının Ermənistan silahlı qüvvələri tərəfindən işğal olunmuş ərazilərinə qanunsuz səfər edərək, Azərbaycanın ərazi bütövlüyü və suverenliyini, “Ölkəyə gəlmək, ölkədən getmək və pasport haqqında”, “Azərbaycan Respublikasının Dövlət Sərhədi haqqında” qanununun müddəalarını kobud şəkildə pozmuş ABŞ Konqresinin nümayəndələr palatasının üzvləri David Valadao, Frank Pallone və Tulsi Qabbardın adları arzuolunmaz şəxslər siyahısına daxil edilib.
    XİN-nin Mətbuat Xidmətinin rəhbəri Hikmət Hacıyev bildirib.

    Muxalifet2 - 22-09-2017

  13. ​Şimali Koreya gəmiləri Rusiya sularına girdi

    Rusiya Federal Təhlükəsizlik xidmətinin Primorya əyaləti üzrə sərhəd bölməsinə məxsus patrul gəmiləri tərəfindən göyərtəsində koreyalı vətəndaşların olduğu Şimali Koreyanın 2 gəmisi saxlanılıb.
    Bu barədə RİA informasiya verib.
    “Böyük Pyotr körfəzinin cənubunda sərhəd xidmətinin əməkdaşları tərəfindən motorlu qayıqlar müşahidə olunub. Hər biri 5 nəfər tutumlu qayıblar kommunikasiya və naviqasiya avadanlıqları ilə təchiz olunub”, - FTX-dan bildirilib.

    Muxalifet2 - 22-09-2017

  14. Erməni deputat Bakıda yalan danışdı - FAKTLAR

     “Avronest”in iclasında iştirak etmək üçün Azərbaycana gələn erməni deputatlardan biri - Mane Tandilyan yerli jurnalistlərin suallarını cavablandırıb. O, erməni xislətinə sığınaraq deyib ki, guya Ermənistanda Azərbaycanın mədəni irsi qorunur, tarixi abidələr məhv edilmir.
     
    Erməni deputat ağ yalan danışdığını bildiyi halda, tarixi abidələrlə bağlı çəkiliş aparmaq üçün dövlət televiziyasının nümayəndəsini Ermənistana dəvət edib.

    Muxalifet - 22-09-2017

  15. Ermənilər işğal altında olan ərazilərimizdə YANĞINLAR TÖRƏTDİ

    Ermənistan ordusu işğal etdiyi Azərbaycan torpaqlarında yenidən yanğınlar törətməyə başlayıb.
    APA-nın xəbərinə görə, erməni hərbçilər Ağdamın işğal altında olan Güllücə kəndinin ərazilərinə od vurub. Eyni vaxtda rayonun dağ massivində və Novruzlu kəndinin ərazisində də yanğın müşahidə olunub. 

    Muxalifet2 - 22-09-2017

  16. Xocalı qatilinə Qarabağda nifrət edirlər

    Hazırda qondarma qurumun “qəhramanı” hesab edilən, Qarabağ müharibəsində Əsgəran bölgəsinə komandanlıq edərək, Xocalı sakinlərini qətlə yetirən cinayətkar Vitali Balasanyan artıq Qarabağda ermənilər arasında arzuolunmaz şəxsə çevrilib.
     
    AzVision.az erməni mətbuatına istinadən xəbər verir ki, Balasanyana Ermənistanda həbsdə olan “Sasna Trer” siyasi məhbuslarını aldatdığına görə nifrətlə yanaşırlar.

    Muxalifet - 22-09-2017

  17. "Nalbandyan yenə də özünü gülünc vəziyyətinə qoyur" - XİN

    BMT Baş Assambleyasının 72-ci sessiyası çərçivəsində xarici işlər naziri Elmar Məmmədyarovun 22 sentyabrda ATƏT-in Minsk Qrupunun həmsədrləri, 23 sentyabrda isə həmsədrlərin iştirakı ilə Ermənistan xarici işlər naziri Edvard Nalbandyan ilə görüşü nəzərə tutulub.
     
    Bunu Azərbaycan Xarici İşlər Nazirliyinin Mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev Ermənistan xarici işlər naziri Edvard Nalbandyanın açıqlamasını şərh edərkən bildirib.

    Muxalifet - 22-09-2017

  18. "Hakimiyyəti qorumaq üçün Rusiyaya mümkün qədər çox güzəştə gedirlər” – SÜLHƏDDİN ƏKBƏR

    Azərbaycanın Milli Təhlükəsizlik Nazirinin sabiq birinci müavini Sülhəddin Əkbər "Amerikanın Səsi"nə verdiyi müsahibədə Rusiyanın Xəzərdəki geo-siyasi maraqları və bunun Azərbaycanın xarici siyasətinə təsiri barədə danışıb.
     

    Muxalifet - 22-09-2017

  19. “Roma” klubunun qəzetində Qarabağla bağlı yazı dərc edilib

    İtaliyanın “Roma” futbol klubunun rəsmi mətbuat orqanı olan “Il Romanista” qəzetinin həm çap, həm də elektron versiyasında Azərbaycanın İtaliyadakı səfiri Məmməd Əhmədzadənin “Sizə Qarabağdan danışım” sərlövhəli müsahibəsi dərc olunub.
     

    Muxalifet - 22-09-2017

  20. Ərdoğanın yaxın dostu istefa verdi - " HALALLIQ VERİN..."

    Türkiyədə bələdiyyə sədri istifa edib.
     
    Hadisə İstanbul şəhərində qeydə alınıb. İstanbul Böyükşəhər Bələdiyyəsinin sədri Kadir Topbaş vəzifəsindən istefa verib.
     Bu barədə Kadir Topbaşı özü açıqlama verib. O, qərarını bu gün keçirdiyi mətbuat konfransında açıqlayıb.

    Muxalifet - 22-09-2017

Pages