Axtarış

The search found 105785 results in 0.032 seconds.

Search results

  1. Krasnodarda azərbaycanlı küçənin ortasında CAN VERDI

    Rusiyanın Krasnodar şəhərində küçənin ortasında azərbaycanlı ölüb.
    Muxalifət.az Publika.az-a istinadən xəbər verir ki, hadisə Paşkovski mikrorayonunda qeydə alınıb.
    Şahidlərin sözlərinə görə, sentyabrın 22-də iki kişi asfaltın üzərinə yıxılıb və qıc olmağa başlayıb. Ətrafdakılar onların başına toplaşıb. Vətəndaşlar təcili tibbi yardım gələnədək ilkin yardım göstərməyə çalışıblar.
    Hadisə yerinə gələn tibb işçiləri kişiləri ayıltmağa səy göstəriblər. Lakin 31 yaşlı azərbaycanlının həyatını xilas etmək mümkün olmayıb. İkinci şəxs huşsuz vəziyyətdə xəstəxanaya aparılıb.

    Muxalifet2 - 23-09-2017

  2. Azərbaycana payız gəlib

    Gecələr uzanacaq, gündüzlər isə qısalacaq
     
    Bu gün Azərbaycana payız fəsli daxil olub.
    Payız fəslinin Azərbaycana gəlişi sentyabrın 23-ü Bakı vaxtı ilə saat 00:02-də olub. Bu gün gecə və gündüz bərabərliyi baş verəcək. Məhz bu gündən başlayaraq gecələr uzanacaq, gündüzlər isə qısalacaq. Artıq Günəş şimal yarımkürəsindən cənub yarımkürəsinə keçir.
    Gecələrin uzanması dekabrın 21-nə kimi davam edəcək və həmin gün ən uzun gecə olacaq. Ölkəyə qış fəsli isə dekabrın 21-i Bakı vaxtı ilə saat 20.28-də gələcək.

    Muxalifet - 23-09-2017

  3. Yol qəzasında beş nəfər öldü - SALYANDA

    Salyanda 4 qadının ölümü ilə nəticələnən qəzada xəsarət alan şəxs xəstəxanada dünyasını dəyişib.
    Sentyabr 19-da yeni inşa olunan Ələt-Astara avtomobil yolunda "Mercedes" və "VAZ 2106" markalı iki avtomobilin toqquşması nəticəsində 4 qadın hadisə yerində ölmüş, 3 nəfər xəsarət almışdı.
    Xəsarət alanlardan “VAZ 2106” markalı avtomobilin sərnişini, Saatlı rayon sakini, 27 yaşlı Hüseynov Babək Xanəhməd oğlu bu gün səhər saatlarında Salyan Mərkəzi Rayon Xəstəxanasının reanimasiya şöbəsində ölüb.

    Muxalifet2 - 23-09-2017

  4. Yük maşını ilə VAZ-2107 toqquşdu: Ölən var – BİLƏSUVARDA

    Biləsuvar rayonunda yol-nəqliyyat hadisəsi baş verib.
     
    Hadisə Ələt-Astara magistral yolunun Biləsuvar rayonunun ərazisindən keçən hissəsində qeydə alınıb.
    Belə ki, yük maşını ilə “VAZ-2107” markalı avtomobilin toqquşması nəticəsində bir nəfər yaralanıb. Yaralı ağır vəziyyətdə Biləsuvar Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb, həkimlərin müdaxiləsinə baxmayaraq, onun həyatını xilas etmək mümkün olmayıb.
    Faktla bağlı araşdırma aparılır.

    Muxalifet - 23-09-2017

  5. Doğuş zamanı daha bir ölüm – TOVUZDA

    Körpənin atası xəstəxananın şüşələrini qırıb
     
    Tovuzda doğuş zamanı ölüm hadisəsi baş verib.
    Ağstafa rayon sakini, 1999-cu il təvəllüdlü Zəlqələm Çingiz qızı İsmayılzadə Tovuz Rayon Mərkəzi Xəstəxansının Doğuş şöbəsinə aparılıb.
    Doğuş zamanı dünyaya gələn qız uşağı ölüb. Bu, qadının ilk doğuşu olub.
    Məlumata görə, qadının həyat yoldaşı hadisədən sonra əsəbiləşərək şöbənin bir neçə pəncərəsini sındırıb. Hazırda baş vermiş hadisə ilə bağlı araşdırma aparılır.

    Muxalifet - 23-09-2017

  6. ​Azərbaycanlı lider xalqımızdan dəstək istədi: Bizə qarşı...

    Kürd referendumu, xüsusilə, türkmanlar üçün böyük təhdiddir.
    Bu sözləri İraq Türkman Cəbhəsinin lideri Ərşad Salehi sentyabrın 25-də İraq kürd Muxtariyyətində keçiriləcək müstəqillik referendumuna münasibət bildirərkən deyib. Onun sözlərinə görə, bu referendumu İraq və bölgə dövlətlərində parçalanmaya səbəb yaradacaq:

    Muxalifet2 - 23-09-2017

  7. “Nalbandyan Lavrovun zəngi ilə bəyanatı dəyişib” - İgityan

    Ermənistanın xarici işlər naziri Edvard Nalbandyan “Amerikanın səsi” radiosuna müsahibəsində deyib ki, onun bir neçə gün əvvəl Dağlıq Qarabağ ətrafındakı bəzi ərazilərin Azərbaycana qaytarılmasına dair Ümumerməni forumunda verdiyi bəyanat kontekstdən çıxarılıb.
     
    Xatırladırıq ki, Rusiyanın İnterfax agentliyinin yaydığı xəbərə görə, Ermənistanın xarici işlər naziri Edvard Nalbandyan sentyabrın 18-də demişdi ki, Ermənistan Qarabağ tənzimlənməsi çərçivəsində Azərbaycanla “Qarabağa təhlükə təşkil etməyən ərazilərin” qaytarılmasını müzakirə edir.

    Muxalifet - 23-09-2017

  8. Daxili İşlər Nazirliyinə yeni SƏLAHİYYƏT VERİLDİ

    Daxili İşlər Nazirliyinin rəhbərliyinə yeni səlahiyyət verilib.
    Nazirlər Kabineti bununla bağlı "Polis əməkdaşının maddi və sosial təminatları ilə bağlı Qaydaların təsdiq edilməsi haqqında” qərarında müvafiq dəyişiklik edib.
    Dəyişikliyə əsasən Daxili İşlər Nazirliyinin rəhbərliyinə ixtiyar verilib ki, daxili normativ aktla müəyyən edilmiş yaş həddinə çatdığına görə xidmət yeri xüsusi təyinatlı nizami polis hissələrindən başqa struktur qurumlara dəyişdirilən əməkdaşların sonuncu xidmət yeri üzrə vəzifə maaşının saxlanılması barədə qərar qəbul etsin./APA/

    Muxalifet2 - 23-09-2017

  9. Saakaşvili 130 dollar cərimələndi

    Odessa vilayətinin sabiq qubernatoru Mixeil Saakaşvili cərimələnib.
     
    "RİA Novosti" xəbər verir ki, Lvov vilayətinin Mostiskiy rayon məhkəməsi Gürcüstanın eks-prezidenti, Odessa vilayətinin sabiq qubernatoru Mixeil Saakaşvilini sərhədi qeyri-qanuni keçməkdə təqsirli bilərək 3 400 qrivna (130 ABŞ dollarına yaxın) məbləğində cərimə edib.
     Bundan əvvəl Ukrayna Dövlət Sərhəd Xidməti M.Saakaşviliyə qarşı sərhədi qeyri-qanuni keçdiyinə görə iddia qaldırıb. Bu inzibati xəta üçün sanksiya 325 dollara qədər cərimə nəzərdə tutur.

    Muxalifet - 23-09-2017

  10. İlqar Məmmədovun azad olunması haqda şayiələr yayıldı

    Bir neçə saat əvvəl eyni vaxtda bir neçə mənbədən REAL hərəkatının lideri İlqar Məmmədovun həbsdən azad olunması haqda xəbər yayılıb.
     
    Bu barədə virtualaz.org-un redaksiyasına hüquq müdafiəçiləri Səidə Qocamanlı, Novella Cəfərova və Dilarə Əliyeva məlumat veriblər.
     Ancaq Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin nümayəndələri virtualaz.org-a bildiriblər ki, bu informasiya həqiqətə uyğun deyil və İlqar Məmmədov 2 saylı Cəzaçəkmə müəssisəsində cəzasını çəkməkdə davam edir.

    Muxalifet - 23-09-2017

  11. ​200 milyon dollarlıq kokain partiyası ələ keçdi

    Kolumbiyada çəkisi 7 ton olan 200 milyon dollarlıq kokain partiyası müsadirə olunub.
    Publika.az xəbər verir ki, bu barədə ölkənin Müdafiə Nazirliyi öz "Twitter" mikrobloqunda məlumat yayıb.
    Bildirilir ki, kokain partiyası Apartado şəhərində götürülüb. Narkotiklər "Körfəz klanı" cinayətkar qrupuna aid olub. 

    Muxalifet2 - 23-09-2017

  12. ​İran ən yeni raketinin sınağını keçirdi - VİDEO

    İran bir müddət öncə sınaqda keçirdiyi yeni "Xürrəmşəhr" ballistik raketinin görüntüsünü yayıb.
    Muxalifət.az  Axar.az-a istinadən xəbər verir ki, rəsmi açıqlamada sınağın harada və nə zaman keçirildiyini açıqlanmayıb.

    Muxalifet2 - 23-09-2017

  13. ABŞ-a qarşı savaş andı içdilər - MÜHARİBƏ YAXINLAŞIR

    Koreya Xalq demokratik Respublikası ilə ABŞ arasında gərginlik sürətlə artmaqdadır. Tərəflər qarşılıq şəkildə bir-birini məhv edəcəyi ilə təhdid edirlər.
    Son olaraq Şimali Koreya ordusu ABŞ-a qarşı döyüş andı içib.
    Məlumata görə, Şimali Koreya ordusunun yüksək vəzifəli məmurları ABŞ-a qarşı müqəddəs müharibədə sonuna qədər döyüşəcəyinə and içiblər.

    Muxalifet2 - 23-09-2017

  14. Rüfət Səfərov və Cavid Şirəliyevin taleyindən narahatıq - Vəkil

     “Rüfət Səfərov və Cavid Şirəliyevin taleyindən nigaranıq və Ədliyyə Nazirliyinin məhsul işçilərindən bu barədə açıqlamalar istəyirik”.
     
     Bu barədə vəkil Bəhruz Bayramov sentyabrın 22-də hüquqlarını müdafiə etdiyi Rüfət Səfərov və Cavid Şirəliyevlə 9 saylı Cəzaçəkmə Müəssisəsində görüşünə icazə verilmədikdən sonra facebook səhifəsində yazıb.

    Muxalifet - 23-09-2017

  15. İran rejimindən dil haqlarımızı alacağıq - Babək Çələbiyanlı

    Bu günlər bir qrup fəal İran Azərbaycanında yeni təhsil ilinin başlaması ilə əlaqədar müraciət yayıb.
     

    Muxalifet - 23-09-2017

  16. Anarın dünya çempionunu öldürməsinin yeni görüntüləri - VİDEO

    Rusiyada pauerliftinq üzrə dünya çempionu Andrey Draçovun azərbaycanlı idmançı Anar Allahverənov tərəfindən döyülərək öldürülməsinin yeni görüntüləri yayılıb.
    Görüntülərdən məlum olur ki, davadan əvvəl Anar Allahverənov Andrey Draçovla söhbət edir. Daha sonra rusiyalı idmançı Anara hücum çəkib.
    Məlumata görə, davaya Draçovun Anarı təhqir etməsi səbəb olub.

    Muxalifet2 - 23-09-2017

  17. 20 min əsgər SƏRHƏDƏ YERİDİLDİ: hər an müharibə BAŞLAYA BİLƏR

    Türkiyə, Rusiya və İranın iştirakı ilə Astana sammitində qəbul olunan qərarlar çərçivəsində Suriyada yaxın günlərdə günişmiqyaslı əməliyyatın keçirilməsi planlaşdırılır.
    Türkiyə KİV-i xəbər verir ki, bir neçə gün ərzində başlayacaq İdlib əməliyyatı üçün 20 min əsgər sərhəddə hazır vəziyyətdə saxlanılır.

    Muxalifet2 - 23-09-2017

  18. Lütfi Zadənin nəşi gələn həftənin sonuna Bakıda olacaq

     Lütfi Zadəyə Heydər məscidində cənazə namazı qılınacaq
     

    Muxalifet.az xəbər verir ki, bu barədə Modern.az-a açıqlamasında  Lütfi Zadənin ailə dostu, Azərbaycan Texniki Universitetinin hazırda Amerikada olan professoru Şahnaz Şahbazova deyib.
    O, bildirib ki, Lütfi Zadənin nəşinin Azərbaycana gətirlməsi ilə bağlı sənədləşmə işləri də artıq başa çatıb.

    Muxalifet - 23-09-2017

  19. Seçki Məcəlləsinə dəyişiklik müzakirəyə çıxarılacaq

    Seçki Məcəlləsinə dəyişikliklər edilir.
     
    Milli Məclisdən verilən məlumata görə,  “Azərbaycan Respublikası Milli Məclisi deputatının etik davranış qaydaları haqqında” qanundan irəli gələrək Seçki Məcəlləsinə dəyişikliklər edilir. Hazırda bununla bağlı işçi qrup səviyyəsində işlər aparılır. 
    Seçki Məcəlləsinə dəyişiklik yaxın günlərdə müzakirəyə çıxarılacaq./modern.az

    Muxalifet - 23-09-2017

  20. ​Yutubdan vacib YENİLİK

    Yutub şirkəti ödənişli kanalları bağlayacaq.

    Muxalifet2 - 23-09-2017

Pages