Axtarış

The search found 105785 results in 0.019 seconds.

Search results

  1. Azərbaycanda qadın məhbusların gigiyenik vasitə çatışmazlığı

    Azərbaycanda qadın həbsxanasında məhbuslar gigiyenik vasitə çatışmazlığından əziyyət çəkirlər - hesabatlarda göstərilir.
     
    BBC Azərbaycancaya danışan keçmiş məhbus qadınlar deyirlər ki, həbsxanada menstrual bez tapmaq çətindir, bunu türmədə vermirlər.
    Keçmiş məhbusların sözlərinə görə, evdən dəstək almayan qadın məhbuslar məcburdur ki, gigiyenik vasitələrə olan ehtiyaclarını ödəmək üçün ya kiməsə ağız açsınlar, ya da digər dustaq qadınların işlərini görsünlər.

    Muxalifet - 22-09-2017

  2. ​Daha bir dövlət Rusiya qazından imtina edir

    Polşa Rusiya təbii qazının idxalını dayandırmaq niyyətindədir.
    “Röyters” agentliyi xəbər verir ki, bunu Polşanın Xarici İşlər Nazirliyinin başçısı Vitold Vaşikovski bildirib.
    “Polşa Ukrayna və ya Belarus rolunda olmaq istəmir. Onlar Moskvanın siyasi təzyiqinə məruz qalırlar”, - nazir deyib.
    Onun sözlərinə görə, Rusiyadan təbii qazın idxalı 2022-ci ildə dayandırılacaq. Məhz həmin il Rusiya - Polşa qaz müqaviləsinin müddəti bitir.
    Qeyd edək ki, daha əvvəl Ukrayna Rusiya qazından imtina etdiyini açıqlayıb.

    Muxalifet3 - 22-09-2017

  3. "Uçduğum təyyarəni və onlarla sərnişini qəza təhlükəsindən qurtardım" – MİSTER BİN

    Milyonların sevimlisi, "Mister Bin" kimi tanıdığımız Rouen Atkinson...

    Muxalifet.az əfanəvi aktyorun 62 illik yubileyi münasibətilə Rouen Atkinsonun theguardian.com saytına verdiyi müsahibəni təqdm edir:

    Muxalifet3 - 22-09-2017

  4. Nazirlikdən yeni SOSİAL LAYİHƏ - Ödənişsiz əsaslarla...

    Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi aztəminatlı, qaçqın və məcburi köçkün, şəhid ailələrinin üzvləri və məhdud fiziki imkanlı məktəblilər və gənclər üçün kompüter biliklərinin inkişafına xidmət edən “Hamı üçün İKT” sosial layihəsinə start verib. Layihə Elektron Hökumət Təlim-Tədris Mərkəzi tərəfindən Bakı və regionlarda yerləşən təlim mərkəzlərində keçiriləcək.

    Muxalifet - 22-09-2017

  5. Qadın voleybolçularımız Avropa çempionatına qələbə ilə başladı

    Faiq Qarayevin baş məşqçi olduğu kollektiv Bakıda Macarıstan yığmasını üstələyib
     
    Qadın voleybolçulardan ibarət Azərbaycan milli komandası Bakıda keçirilən Avropa çempionatına qələbə ilə başlayıb.
    Faiq Qarayevin baş məşqçi olduğu kollektiv Milli Gimnastika Arenasında Macarıstan yığmasını üstələyib – 3:0. Bununla da Azərbaycan millisi hesabına 3 xal yazıb.
    Qeyd edək ki, Azərbaycan növbəti oyununu sentyabrın 24-də Polşaya qarşı keçirəcək. Milli Gimnastika Arenasında baş tutacaq matç saat 18:00-da start götürəcək.
    A qrupu

    Muxalifet - 22-09-2017

  6. ​Dünən kraliça oldu, bu gün tacı əlindən alındı - TÜRKİYƏDƏ QALMAQAL

    Dünən “Miss Turkey 2017” yarışmasının final mərhələsi baş tutdu. Jüri üzvləri Türkiyənin ən gözəl qızını seçdi və bu İtır Esen oldu. Ancaq atdığı tvitlər üzündən onun tacı əlindən alınıb.
    "Posta" xəbər verir ki, bu barədə müsabiqənin idarə heyəti rəsmi məlumat yayıb.
    Məlumatda bildirilir ki, ötən gün keçirilən yarışmada birinci olan Esenin sosial şəbəkədə 15 iyul şəhidləri ilə bağlı paylaşımı onu tacından edib.
    Modelin həmin paylaşımı sosial şəbəkələrdə müzakirələrə səbəb olub və etirazla qarşılanıb.

    Muxalifet3 - 22-09-2017

  7. ​Mey Avropa İttifaqından çıxışın tarixini açıqladı

    Böyük Britaniyanın baş naziri Tereza Mey ölkənin Avropa İttifaqından vaxtından əvvəl çıxışı haqqında şayiələri təkzib edib.
    “Röyters” agentliyi xəbər verir ki, baş nazir Londonun qurumu planlaşdırılan tarixdə - 2019-cu ilin martında tərk edəcəyini bildirib.
    Bundan başqa, o, Avropa İttifaqına təhlükəsizlik sahəsində yeni strateji müqaviləni bağlamağı təklif edib.

    Muxalifet3 - 22-09-2017

  8. Qaxda 42 yaşlı qadın itkin düşüb - FOTO

    O, evdən böyürtkən satmaq adı ilə çıxıb
     
    Qax rayonunda 42 yaşlı qadın itkin düşüb.
    Qax rayonunun Qapıçay kənd sakini, 1975-ci il təvəllüdlü Rəsmiyyə Davud qızı Babayeva sentyabrın 21-dən yoxa çıxıb.
    Onun anası Qax Rayon Polis Şöbəsinə (RPŞ) ərizə ilə müraciət edərək bildirib ki, qızı Rəsmiyyə Babayeva dünən səhər saatlarında yaşadığı Qapıçay kəndindən Qax şəhərinə böyürtkən satmaq adı ilə gedib və bir daha geri qayıtmayıb.

    Muxalifet - 22-09-2017

  9. ​Fatih Terim pulunu istəyir – 3.5 MİLYON AVRO...

    Türkiyə milli komandasının sabiq baş məşqçisi Fatih Terim yerli futbol federasiyasına xəbərdarlıq edib.
    64 yaşlı mütəxəssis vəzifəsindən müqaviləsi bitmədən göndərildiyi üçün təzminat tələb edir.
    2013-cü ildə imzaladığı 5 illik müqaviləyə əsasən, Terimin illik qazancı 3,5 milyon avro olub. Bitiminə 16 ay qalmış müqaviləsi birtərəfli qaydada pozulan təcrübəli mütəxəssis 12 aylıq alacaqlarını tələb edib.

    Muxalifet3 - 22-09-2017

  10. Nazpəri Dostəliyeva: "Onlara ürəyim ağrıdı" - VİDEO/FOTO

    ARB TV-nin "Günə davam" verilişinə qonaq olan xalq artisti Nazpəri Dostəliyeva evinə girən oğrulardan danışıb.
     
    Xalq artisti oğruların onun ətrafından olmadığını bildirib: "Onlar mənim evimə girəndə pianinonun üstündə atamın sazını görüblər. Özləri mənə dedi ki, həmin sazın atanızın olduğunu biləndən sonra bu işdən əl götürməyə qərar verdik. Bundan sonra başa düşdük ki, sizin evinizə girmişik. Bu dəqiqə onlara görə ürəyim ağrıyır. Çox gənc idilər. Həm də idmançı olublar. Bilmirəm nə üçün bu yola əl atıblar".

    Muxalifet - 22-09-2017

  11. "Yayılan xəbərlər böhtandır" - "AAAF Park"dan rəsmi açıqlama

    Bu gün Azərbaycanda fəaliyyət göstərən məşhur tikinti şirkətlərindən olan "AAAF Park”ın əmlakına həbs qoyulduğu və sahibinin həbs edildiyi barədə mediada xəbər yayılıb.
     
    BakuPost.az xəbər verir ki, yayılan məlumatlar ilə bağlı şirkətin rəsmi saytında açıqlama verilib.

    Muxalifet - 22-09-2017

  12. “Qarabağ” “Sumqayıt”ı məğlub etdi

    Bu gün Azərbaycan Premyer Liqasında 6-cı tura start verilib.
     
    Turun açılış matçı paytaxtda baş tutub.
    Son ölkə çempionu “Qarabağ” öz meydanında “Sumqayıt”ı qəbul edib. Matç 4-1 hesabı ilə “Qarabağ”ın qələbəsi ilə bitib.
    Qollar: Pedro Enrike, 56, Riçard Almeyda, 62 (pen.), Mahir Mədətov, 65, 73 - Bəxtiyar Həsənalızadə, 7
    Qırmızı vərəqə: Miçel, 88 ("Qarabağ")

    Muxalifet - 22-09-2017

  13. ​Abşeronda qonşular arasında QANLI DAVA

    Abşeron rayonunda bıçaqlanma hadisəsi baş verib.
    Muxalifet/az xəbər verir ki, rayon sakini Sərvan Rəşidov qonşusu Murad Xəlilov ilə mübahisə edib.
    Mübahisə zamanı Sərvan Rəşidov Murad Xəlilovu bıçaqlayıb. O, xəstəxanaya yerləşdirilib. Qonşular arasında mübahisə şəxsi münasibətlər zəminində baş verib.
    Hadisəni törədən Sərxan Rəşidov polis tərəfindən saxlanılıb(publika.az).

    Muxalifet3 - 22-09-2017

  14. ​““Roma” ilə oyuna bu cür çıxa bilmərik” – QURBAN QURBANOV

    “Hesaba baxmayaraq, çətinlik çəkdik. Çempionluq bizim üçün vacibdi və buna görə də hər oyun maksimum nəticə üçün meydana çıxırıq. Futbolçuları təbrik edirəm, onların da çətinlik çəkdiyi hiss olunurdu. Rəqib komandaya uğurlar arzulayıram”.
    Bu sözləri “Qarabağ”-“Sumqayıt” (4-1) oyunundan sonra mətbuat konfransında “Qarabağ” komandasının baş məşqçisi Qurban Qurbanov deyib.
    Baş hakim Orxan Məmmədovun qərəzli qərarları ilə bağlı sualı cavablandıran Qurbanov bildirib ki, bunun qəsdən edildiyini düşünmür:

    Muxalifet3 - 22-09-2017

  15. ​Türkiyə Təhlükəsizlik Şurası Kürdüstandakı referendumu qeyri-qanuni adlandırdı

    Türkiyənin Milli Təhlükəsizlik Şurası (MTŞ) İraq Kürdüstanında müstəqillik haqqında referendumu qanunsuz və qəbuledilməz adlandırıb.
    Bu barədə Haber 7 məlumat yayıb.
    Məlumatda bildirilir ki, MTŞ-in prezident Rəcəb Tayyib Ərdoğanın sədrliyi ilə bu gün keçirilən iclasındakı müzakirələrin yekununda bəyanat qəbul edilib. Bəyanatda vurğulanır ki, Ankara beynəlxalq hüququ müdafiə edəcək.

    Muxalifet3 - 22-09-2017

  16. ​Azərbaycanda satılan tibbi ləvazimatlar hansı ölkələrdən idxal edilir?

    Səhiyyə Nazirliyi apteklərdə satılan tibbi ləvazimat - şpris, təzyiq ölçən aparat, termometrlərin Azərbaycana idxal edildiyi ölkələrin adını açıqlayıb.
    Səhiyyə Nazirliyinin Analitik Ekspertiza Mərkəzindən Trend-in sorğusuna cavab olaraq bildirilib ki, ölkəmizə şprislər əsasən Türkiyə və Çindən gətirilir.
    Təzyiq ölçən aparatlar, termometrlər isə respublikaya MDB, Avropa Birliyi ölkələri və Çindən idxal edilir.

    Muxalifet3 - 22-09-2017

  17. Türkiyə İraqa girə bilər – TARİXİ SƏNƏDLƏR AÇIQLANDI

    Sentyabrın 25-də İraq Kürd Muxtariyyətində baş tutacaq müstəqillik referendumu dünya siyasi gündəminin əsas müzakirə olunan məsələlərindən biridir.
    Muxalifet.az xəbər verir ki, bu gün məsələ ilə bağlı Türkiyədə Prezident Ərdoğanın rəhbərliyi Təhlükəsizlik Şurasının iclası keçirildi. İclasda qəbul edilən bəyanatda bildirilir ki, İraq Kürd Muxtariyyətində keçiriləcək müstəqillik referendumu qeyri-qanunidir və rəsmi Ankaranın beynəlxalq konvensiyalardan irəli gələn hüquqlarından istifadə edəcək.

    Muxalifet3 - 22-09-2017

  18. Bacısını bıçaqladı - BAKIDA

    Hadisə yataqxanada baş verib
     
    Bakının Nizami rayonunda döyülmə hadisəsi baş verib.
    1973-cü il təvəllüdlü Soltanova Rübabə Əkbər qızı 8-ci kilometr qəsəbəsi, 74 saylı qazanxananın yataqxanasında qardaşı ilə mübahisə edib.
    Mübahisə zamanı qadın döyülüb və o əlindən bıçaq xəsarəti alıb. Yaralı xəstəxanaya yerləşdirilib.
    Faktla bağlı Nizami Rayon Polis İdarəsinin 24-cü Polis bölməsinin əməkdaşları araşdırma aparır.
    Hazırda hadisəni törədən şəxs saxlanılıb.

    Muxalifet - 23-09-2017

  19. "KXDR lideri ilə işi çoxdan bitirmək lazım idi" - Tramp

    Bunu hələ Bill Klinton və ya heç olmasa Barak Obama etməli idi
     
    ABŞ prezidenti Donald Tramp bildirib ki, KXDR rəhbəri Kim Çen Inın "işini çoxdan bitirmək lazım idi".
    RİA "Novosti" xəbər verir ki, Trampın fikrincə, Amerika "sağa, sola raket atan bu oğlana dözə bilməz, "onunla məsələni lap çoxdan həll etmək lazım idi".
    "Bunu hələ Bill Klinton və ya hrç olmasa Barak Obama etməli idi, hələ mən respublikaçı prezidentlərdən danışmıram. Bu indi həll olunmamalıdır. Lakin mən bunu yoluna qoyacağam", - deyə o əlavə edib.

    Muxalifet - 23-09-2017

  20. 26 yaşlı gənci avtobus vurub – BAKIDA

    Xəsarət alan şəxs xəstəxanaya yerləşdirilib
     
    Bakının Yasamal rayonunda sərnişin avtobusu gənc oğlanı vuraraq ona ağır xəsarət yetirib.
    Füzuli küçəsində yolu keçən 1991-ci il təvəllüdlü Piriyev Elxan Eynulla oğlunu 65 saylı marşrut xətti üzrə hərəkət edən sərnişin avtobusu vurub.
    Xəsarət alan şəxs xəstəxanaya yerləşdirilib. Həkimlər onun vəziyyətini ağır kimi qiymətləndirir.
    Faktla bağlı Yasamal Rayon Polis İdarəsində araşdırma aparılır.

    Muxalifet - 23-09-2017

Pages