Təlabaninin partiyası Bərzanidən dəstəyini çəkdi

25 sentyabrda müstəqillik referendumuna dəstək verdini elan edən Cəlal Təlabaninin partiyası son anda beynəlxalq ictimaiyyətdən referendumun ləğvi təklifini nəzərdən keçirməsini istədi.
 
Müxalifət.az Türkiyə mediasına istinad edərək xəbər verir ki, sabiq İraq prezidenti Cəlal Talabaninin rəhbərlik etdiyi Kürdüstan Vətənpərvər Birliyi (KYB) 25 sentyabr referandumunun ləğv edilməsi üçün beynəlxalq ictmaiyyət tərəfindən təqdim edilən təklifin nəzərə alınması xəbərdarlığını etdi.
KYB Politbüro səlahiyyətlisi Mela Bəxtiyar tərəfindən edilən yazılı açıqlamada "KYB olaraq, dünya, İraq və Kürdüstan Bölgəsinin içərisində olduğu vəziyyəti göz qarşısında saxlayaraq, dost ölkələr və Birləşmiş Millətlər Təşkilatının (BMT) təqdim etdiyi təklifin nəzərə alınması lazım olduğu qənaətindəyik. Təklifin nəzərə alınması xalqımızın istədiyi strateji məqsədlərə xidmət edir. " –deyə bildirildi.

Bəxtiyar KYB'nin bu fikirini səhər saatlarında Kürdüstan Demokrat Partiyası (KDP) siyasi bürosu və İraq Kürd Regional Rəhbərliyi (IKBY) Məsud Bərzaniyə çatdırıldığını qeyd etdi.
Süleymaniyyə və Kərkük şəhərində güclü bir dəstəyə sahib olan KYB'nin referenduma 48 saat qalmış belə bir açıqlama verməsi Bərzaniyə verilən dəstəyin çəkildiyi şəklində şərh olundu. Bu isə referendumda “yox” deyənlərin sayının artacağı fikri yaratdı.
Qeyd edək ki, IKBY Parlamentində 18 deputatla təmsil olunan KYB 25 sentyabr referendumunda Bərzani üçün ən çox dəstək verən 2-ci partiya idi.
Müxalifət.az