Bakıda metronun qarşısında ölüm - Foto

Bu gün Bakıda yaşlı kişi küçədə ölüb.
Azvision.az xəbər verir ki, saat 13:30 radələrində Nəsimi rayonu ərazisində, metronun 28-May stansiyasının çıxışında orta yaşlı kişi qəfil yerə yıxılıb. Ətrafdakı şəxslərin köməyinə baxmayaraq, onun həyatını xilas etmək mümkün olmayıb. 
Hadisə yerinə təcili yardım briqadası çağırılsa da, hələ gəlməyib.