Axtarış

The search found 105785 results in 0.028 seconds.

Search results

  1. “Milli Müqavimət Cəbhəsi”nin yaradılmasına çağırış - SARKİSYANA QARŞI

    Erməni müxalif, siyasi məhbus Jirayr Sefilyan siyasi xadimlərə müraciət edərək “Milli Müqavimət Cəbhəsi” yaratmaqla Ermənistanda yalançılığa, özbaşınalığa son qoymağa çağırıb.
     
    Muxalifet.az xəbər verir ki, bu barədə jurnalistlərə “Erməni qadınlar cəbhəsi” hərəkatının nümayəndəsi Syuzan Simonyan bildirib.
    O, Sefilyanın məktubunu oxuyub. Məktubda Nikol Paşinyan, sabiq müdafiə naziri Seyran Ohanyan, keçmiş XİN rəhbəri Vardan Oskanyan və digərlərinin adları qeyd olunub./azvision.az

    Muxalifet - 23-09-2017

  2. Məmmədyarov bu gün erməni nazirlə görüşəcək

    Bu gün Nyu-Yorkda Azərbaycan və Ermənistanın xarici işlər nazirləri Elmar Məmmədyarovla Edvard Nalbandyan arasında görüş keçiriləcək.
     
    Nazirlərin görüşündə ATƏT-in Minsk qrupunun həmsədrlərinin də iştirak edəcəyi gözlənilir.
    Ötən gün Nalbandyan “Amerikanın Səsi”nə müsahibəsində Məmmədyarovla görüşəcəyini təsdiqləyib.
    “Bəli, belə bir görüş ayın 23-də nəzərdə tutulub. Gündəlikdə Ermənistan və Azərbaycan prezidentlərinin görüşünün təşkili, həmçinin həmsədrlərin regiona səfərinin qrafikinin müzakirəsi var”.

    Muxalifet - 23-09-2017

  3. Mitinqlə bağlı 9 nəfər barəsində HƏBS QƏRARI

    Bu gün Milli Şura mitinq keçirəcək. Saat 15.00-dan 17.00-dək "İnşaatçılar” metrostansiyası yaxınlığındakı keçmiş "Məhsul” stadionunda keçirilməsi planlaşdırılan mitinqə Bakı Şəhər İcra Hakimiyyəti (BŞİH) razılıq verib.

    Muxalifet2 - 23-09-2017

  4. Bakıda şirkətdən 266 min MANAT OĞURLANDI

    Bu barədə "Report"a Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətindən məlumat verilib.
    Məlumtada bildirilib ki, oğurluq etməkdə şübhəli bilindiyinə görə tutulan Rafiq Məmmədovun ətrafında Baş Cinayət Axtarışı İdarəsi və Xətai RPİ əməkdaşları tərəfindən aparılan əməliyyat tədbirləri ilə onun Xətai rayonu ərazisində yerləşən bir şirkətdən ümumilikdə 265.800 manat və 150 avro oğurlaması da müəyyən edilib.
    Faktla bağlı araşdırmalar davam etdirilir.

    Muxalifet2 - 23-09-2017

  5. Separatçı rejimin “naziri” partladıldı – Son dəqiqə

    Qondarma Donetsk Xalq Respublikasının mərkəzi olan Donetsk şəhərində güclü partlayış törədilib.
    Bu barədə informasiyanı “RİA Novosti” agentliyi yayıb. Partlayışın əsas hədəfinin qondarma respublikanın “vergilər naziri” Aleksandr Timofeyev olduğunu bildirib.
    Hazırda onun vəziyyətinin kritik olduğu vurğulanıb. Axar.az
     

    Muxalifet2 - 23-09-2017

  6. Hafız Hacıyev avtoşluq etdiyi üçün saxlanılan "qızı"ndan DANIŞDI: "Mənim..."

    "Mənim o adda qızım yoxdur. Yayılan məlumat da yalandır".
    Bu sözləri Müasir Müsavat Partiyasının sədri Hafiz Hacıyevin qızına məxsus avtomobil cərimə meydançasına aparılması ilə bağlı xəbərə münasibət bildirərkən deyib.
    H.Hacıyev deyib ki, qızları hazırda ölkədə deyil:

    Muxalifet2 - 23-09-2017

  7. 33 yaşlı kişi yaralı vəziyyətdə su kanalından tapıldı - YEVLAXDA

    Yevlax rayonunda 33 yaşlı kişini ov tüfəngi ilə yaralayaraq su kanalına atıblar. 
    "Report”un Şirvan bürosu xəbər verir ki, hadisə sentyabrın 22-dən 23-nə keçən gecə Yevlax rayonunun Havarlı kəndində qeydə alınıb.

    Muxalifet2 - 23-09-2017

  8. Vergilər “nazir”inə qarşı SUİ-QƏSD EDİLDİ

    Ukraynanın Donetsk şəhərində “Donetsk Xalq Respublikası” separatçı qurumun “vergilər naziri” Aleksandr Timofeyevə sui-qəsd təşkil edilib.
    “RİA-Novosti” agentliyi xəbər verir ki, bu haqda separatçı qurumdakı mənbə bildirib.
    “İki partlayış baş verib. DXR-in vergilər nazirinə sui-qəsd edilib. Onun vəziyyəti kritikdir”, - agentliyin həmsöhbəti deyib.
    Məlumata görə, hadisə Donetskin mərkəzində, Sülh prospektində baş verib. Hazırda hadisə yeri mühasirəyə alınıb./Publika.az/

    Muxalifet2 - 23-09-2017

  9. «Kurtlar Vadisi»nın başına gələnlər: Necati Şaşmaz hər şeyi danışdı - VİDEO

    "Kurtlar Vadisi"nin baş qəhrəmanı Nəcati Şaşmaz (Polad Ələmdar), ötən gün "Haber Türk" telekanalının qonağı olub.
     
    Aktyor bir çox məsələlərə aydınlıq gətirib. O, eyni zamanda "Kurtlar Vadisi Pusu"nun başlayacağı vaxtı açıqlayıb. N.Şaşmaz bu fenomen serialın yeni adla "Kurtlar Vadisi Xaos" adıyla fevral ayında yayıma başlayacağını qeyd edib.
    Həmin proqramın videoyazısını təqdim edirik.

    Muxalifet - 23-09-2017

  10. ​İraq Baş Qərargah rəisi təcili Türkiyəyə gəldi – SON DƏQİQƏ

    İraqın Baş Qərargah rəisi Osman Qənimi Türkiyəyə gəlib.
    Muxalifət.az axar.az-a istinadən xəbər verir ki, Qəniminin Ankarada Türkiyə Baş Qərargah rəisi Hulusi Akarla görüşəcəyini bildirib.
    Görüşdə əsas müzakirə mövzusu sentyabrın 25-də İraq Kürd Muxtariyyətində keçirilməsi nəzərdə tutulan müstəqillik referendumu olacaq.

    Muxalifet2 - 23-09-2017

  11. Ağalarovların adı anti-Rusiya siyahısında

    Emin Ağalarov: “Mənim və atamın adının bu siyahıya salınması axmaqlıqdır...”
     
    “Crocus Group” şirkətinin vitse-prezidenti Emin Ağalarov onun və atası Araz Ağalarovun adının Amerikanın “Rusiya təhqiqatna dəstək komitəsi” adlı ictimai təşkilatının siyahısına (Morqan Frimanın siyahısı) salınmasını “axmaqlıq” adlandırıb. Virtualaz.org Rusiya KİV-lərinə istinadən xəbər verir ki, Ağalarov bu siyahının “antirusiya təbliğatı xarakteri daşıdığını” bildirib.

    Muxalifet - 23-09-2017

  12. ​“WhatsApp”dan hamının gözlədiyi YENİLİK

    Milyonlarla istifadəçisi olan "WhatsApp"a daha funksiya əlavə ediləcək.
    Xarici KİV-lər xəbər verir ki, bu yanlış göndərilən mesajların silinməsi ilə bağlıdır.
    Artıq bu funksiyanın testdən keçirildiyi bildirilir.
    Odur ki, yaxın günlərdə sözügedən funksiyanın da istifadəyə veriləcəyi gözlənilir(yenicag.az)

    Muxalifet2 - 23-09-2017

  13. ​Ağcabədidə qəza: 1 ölü, 1 yaralı

    Ağcabədidə ölümlə nəticələnən yol qəzası baş verib.
    Hadisə Muğanlı - Hüslü yolunda qeydə alınıb.
    Qəza nəticəsində Hüslü kənd sakini Quliyev Rasif Akif oğlu hadisə yerində həyatını itirib, Rəncbərlər kənd sakini Məhərrəmov Sakit Çingiz oğlu isə ağır bədən xəsarəti ilə Ağcabədi Mərkəzi Rayon Xəstəxanasına çatdırılıb.
    Xəstəxanadan verilən məlumata görə, S.Məhərrəmovun vəziyyəti ağırdır. Qəzanın təfərrüatları müəyyənləşdirilir.
    Faktla bağlı cinayət işi açılıb, araşdırma aparılır./APA/

    Muxalifet2 - 23-09-2017

  14. Elmar Məmmədyarov Bruno Leingkone ilə görüşdü

    Xarici işlər naziri Elmar Məmmədyarov Vanuatunun Xarici Əlaqələr, Beynəlxalq Əməkdaşlıq və Xarici Ticarət naziri Bruno Leingkone ilə görüşüb.
    Nazirlikdən verilən məlumata görə, görüş BMT Baş Məclisinin 72-ci sessiyası çərçivəsində keçib.
    Görüş zamanı Azərbaycan və Vanuatu arasında diplomatik münasibətlərin qurulmasına dair birgə kommünike imzalanıb. Bruno Leingkone Azərbaycanın Vanuatu ilə sözügedən kommünikeni imzalayan 104-cü ölkə olduğunu qeyd edib.

    Muxalifet2 - 23-09-2017

  15. QATİLİN MEŞƏDƏ GİZLƏNDİYİ GÜMAN EDİLİR

    Gədəbəyin Qurudərə kəndində yaşlı valideyinlərini bıçaqlayaraq öldürən Şöhrət Məsimovun meşədə gizləndiyi təxmin edilir.
    Muxalifet.az xəbər verir ki, bu barədə "sputnik"ə hüquq-mühafizə orqanlarındanb deyiblər. Həmin şəxsin 2000-ci illərin əvvəllərində Rusiyada daha bir qətl törətdiyi üzə çıxıb. Hazırda Gədəbəy Rayon Polis İdarəsinin əməliyyatçıları Qurudərə kəndi ətrafındakı meşələrdə qatili axtarırlar.

    Muxalifet2 - 23-09-2017

  16. Narkotik alverçiləri TUTULDU

    Azərbaycanda narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli bilinən şəxslər saxlanılıb.
    DİN-in saytının verdiyi məlumata görə, Gəncə şəhər Kəpəz RPİ əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində şəhər sakini Rasim Quliyevdən 3 kiloqram 15 qram marixuana götürülüb.
    Tərtər rayonu ərazisində Hacıqərvənd kənd sakini Samir Məmmədov 415,707 qram marixuananı satarkən Baş Narkotiklərlə Mübarizə İdarəsinin Qərb Bölgəsində Regional Şöbəsinin əməkdaşları tərəfindən saxlanılıb.

    Muxalifet2 - 23-09-2017

  17. ​Lütfi Zadənin dəfni Abutalıbova tapşırıldı

    Dünya şöhrətli azərbaycanlı alim Lütfi Zadənin nəşi gələn həftənin sonuna Bakıda olacaq.
    Bu barədə Lütfi Zadənin ailə dostu, Azərbaycan Texniki Universitetinin hazırda Amerikada olan professoru Şahnaz Şahbazova deyib.
    O, bildirib ki, Lütfi Zadənin nəşinin Azərbaycana gətirlməsi ilə bağlı sənədləşmə işləri də artıq başa çatıb.

    Muxalifet2 - 23-09-2017

  18. Ev dustağı edilən şəxs elektron nəzarətdə olacaq - Yeni cəza növü

    Xəbər verdiyimiz kimi, Azərbaycanda “azadlığın məhdudlaşdırılması” adlı yeni cəza növü yaradılır.
     
    Milli Məclisdən verilən məlumata görə, bu, məhkumun cəmiyyətdən tam təcrid olunmadan yaşayış yeri üzrə nəzarət altında saxlanılmasından ibarət olan cəza növüdür.
    Belə ki, şərti məhkumetmə və ya cəzadan şərti olaraq vaxtından əvvəl azadetmə institutlarının tətbiqi zamanı xüsusi elektron nəzarət vasitələrindən istifadə ediləcək.
     Bununla da məhkumun yerini dəyişməyi və harada olmağı barədə sistemə məlumat daxil olacaq./modern.az

    Muxalifet - 23-09-2017

  19. Vurğun Əyyub Məleykə Abbaszadəni “topa tutdu”

    Vurğun Əyyub: “Bala, anlayacağımız dildə danış, görək nə etmək istəyirsən?”
     
     Dövlət İmtahan Mərkəzi (DİM) və Təhsil Nazirliyinin birgə iştirakı ilə ali məktəblərə qəbul qaydalarında tam olaraq dəşiklik edilib. 2019-cu ildə tətbiqi nəzərdə tutulan tam (11 illik) orta təhsil səviyyəsi üzrə buraxılış imtahanlarının, ali və orta ixtisas təhsili müəssisələrinə qəbul imtahanlarının yeni modeli üçün hər iki qurum tərəfindən razılıq əldə edilib.

    Muxalifet - 23-09-2017

  20. Lapşin Azərbaycanı Avropa Məhkəməsinə verir...

    Elşən Mustafayev: “O, məhkəməyə şikayət etmək əvəzinə Azərbaycana təşəkkür etməlidir”
     
    Azərbaycanın işğal olunmuş ərazilərində separatçılarla əlaqə quraraq, 2011-ci ilin aprel və 2012-ci ilin oktyabr aylarında ora getdiyi, sonradan Azərbaycanın ərazi bütövlüyünə qarşı təbliğat apardığı, dövlət sərhədini qanunsuz keçdiyi üçün həbs edilib 3 il azadlıqdan məhrum edilən və sentyabrın 11-də Azərbaycan prezidenti tərəfindən əfv olunan blogger Aleksandr Lapşin Avropa Məhkəməsinə şikayət hazırladığını açıqlayıb.

    Muxalifet - 23-09-2017

Pages