Axtarış
The search found 105783 results in 0.028 seconds.
Search results
Lider TV müflis olub?
Lider kanalının müflis olmaq üzrə olduğu və oktyabr ayında satışa çıxarılacağı ilə bağlı məlumatlar yayılıb.
“Qafqazinfo” xəbər verir ki, kanalın işçiləri artıq 4 aydan çoxdur ki, maaş almır. Sosial şəbəkədə yayılan məlumatlara görə, xəbərlər və həmçinin digər canlı yayımda çalışan əməkdaşlar işdən çıxarılıb. Hətta kanalın gecə növbəsinin ləğv olunduğu və bəzi texniki avadanlıqların satışa çıxarıldığı da qeyd olunur.Muxalifet - 22-09-2017
“26-lar”ı ziyarət edənlərin kimliyi bilindi
Bir neçə gün öncə kommunistlərin “26-lar”ın Suraxanı rayonunda yerləşən məzarlarını ziyarət etməsi sosial şəbəkələrdə, ictimaiyyətdə kəskin etirazlarla qarşılanıb. Həmin şəxslərin Kommunist Partiyasının üzvləri olduğu bilinsə də, Azərbaycanda bu adlı bir neçə partiya var.
Muxalifet - 22-09-2017
Rusiya kütləvi qırğın silahı yayır - Tillerson
Rusiya kiçik və orta mənzilli raketlərin ləğvi haqqında razılaşmanı pozur və dünyada kütləvi qırğın silahlarının yayılmasına imkan yaradır.
Axar.az xəbər verir ki, bunu BMT Təhlükəsizlik Şurasında çıxışı zamanı ABŞ Dövlət katibi Reks Tillerson söyləyib. Onun sözlərinə görə, Rusiyanın bu addımları son dövrlər müəyyən dövlətlərin məsuliyyətinə cəlb edilməsinə maneə yaradıb:
“Moskva gizli nüvə proqramlarının araşdırılmasına maneə yaradır. Rusiya MAQATE-nin müstəqilliyini zəiflətmək istəyir”.Muxalifet2 - 22-09-2017
Sevr müqaviləsi DİRİLİR, İrəvan HƏRƏKƏTƏ KEÇİR: “Kürdüstan”ın Azərbaycana yaratdığı BÖYÜK TƏHLÜKƏ
Sentyabrın 25-də Şimali İraq Kürd Muxtariyyətinin müstəqillik referendumu keçirməsi bölgənin siyasi xəritəsinin dəyişməsi və yeni müharibə ilə nəticələnə bilər. Lakin referendumda diqqətçəkən məqamlardan biri də “Kürdüstan” dövlətinin yaradılacağı təqdirdə, Azərbaycana qarşı ola biləcək təhlükələrdir.
Muxalifet2 - 22-09-2017
AVROPA ŞURASINDAN SENSASİON QƏRAR - İlqar Məmmədovun azadlığa buraxılması üçün vaxt qoyuldu
Avropa Şurası Nazirlər Komitəsi Avropa İnsan Hüquqları Məhkəməsinin qərarını icra etmədiyinə görə Azərbaycan hökumətinə xəbərdarlıq etmək barədə qərar qəbul edib.
Muxalifet - 22-09-2017
Yasamalda yataqxanada yanğın - 10 nəfər təxliyə edildi
Yasamal rayonunda yataqxana binasında yanğın baş verib.
Fövqəladə Hallar Nazirliyindən BakuPost.az-a verilən məlumata görə, ilkin məlumata əsasən, binanın üçüncü mərtəbəsində mənzildə 12 kv.m sahədə ev əşyaları yanıb.
Yanğın zamanı binadan 10 nəfər təxliyə olunub. Mənzilin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın söndürülüb.Muxalifet2 - 22-09-2017
Uşaqları intihara məcbur edən "Mavi balina" oyunu Azərbaycanda da yayılır
Son dövrlər bütün dünyada geniş yayılan və milyonlarla uşağı təhdid edən “Mavi balina” oyunu bir çox ailələrin qorxulu yuxusuna çevrilib.
Uşaqları özündən asılı vəziyyətə gətirərək intihara məcbur edən oyunun qurbanlarının sayı yüzlərlədir. Türkiyə mətbuatında uşaqları intihara cəlb edən bu oyunla bağlı araşdırma yazısı yer alıb. Virtualaz.org xəbər verir ki, oyunla bağlı bir çox qaranlıq məqamlara aydınlıq gətirilən yazıda oyunun hər hansı rəsmi internet səhifəsi və ya internet ünvanının olmadığı bildirilir.Muxalifet - 22-09-2017
Polis postuna atəş açıldı
Şimali Osetiya - Alaniyada polis postu naməlum şəxslər tərəfindən atəşə tutulub.
Bakıpost.az xəbər verir ki, Mozdok rayonunda baş verən atışma nəticəsində 3 polis əməkdaşı xəsarət alıb. Hazırda şübhəlilərin axtarışı davam etdirilir.Muxalifet2 - 22-09-2017
Azərbaycanlı “qanuni oğru”lara qarşı əməliyyat - 27 NƏFƏR TUTULDU
Ukrayna polisi Kirovoqrad vilayətində yerləşən “Şaşlıçnıy” kafesində kriminal avtoritetlərə qarşı əməliyyat keçirib.
AzVision.az Ukrayna KİV-nə istinadən xəbər verir ki, saxlanılan şəxslər arasında azərbaycanlı “qanuni oğru”lar da var.
Ümumilikdə, əməliyyat nəticəsində Ukraynanın mərkəzi regionları – Kirovoqrad, Dnepropetrovsk və Nikolayevsk vilayətlərindən olan 27 kriminal avtoritet saxlanılıb.
KİV saxlanılan şəxslər arasında Nəcəb Əhmədov, Əkbər Zeynalov, Şükür Hümmətov və digərlərinin azərbaycanlı olduğunu açıqlayıb.Muxalifet2 - 22-09-2017
26 yaşlı gənc özünü ASIB – QUBADA
Quba rayonunda intihar faktı qeydə alınıb.
Hadisə rayonun Püstəqasım kəndində qeydə alınıb. Kənd sakini 1991-ci il təvəllüdlü Namiq Abdullayev özünü asaraq intihar edib.
Faktla bağlı Quba rayon Prokurorluğunda araşdırmalar davam etdirilir.Muxalifet - 22-09-2017
"GUAM-ABŞ Birgə Bəyannaməsi" qəbul edilib
Azərbaycan xarici işlər naziri Elmar Məmmədyarov BMT Baş Assambleyasının 72-ci sessiyası çərçivəsində keçirilmiş GUAM-ABŞ görüşündə iştirak edib.
Azərbaycan Xarici İşlər Nazirliyinin (XİN) mətbuat xidmətindən verilən məlumata görə, görüşün yekunu olaraq, “GUAM-ABŞ Birgə Bəyannaməsi” qəbul edilib.Muxalifet - 22-09-2017
Jurnalistlər MTN generalının məhkəməsinə buraxılmadı
Ləğv edilmiş Milli Təhlükəsizlik Nazirliyi (MTN) Antiterror Mərkəzinin rəisi, general-mayor Elçin Quliyev və Mərkəzin əməkdaşı, polkovnik Azər Mehdiyevin cinayət işi üzrə məhkəmə prosesi davam edib.
Muxalifet.az xəbər verir ki, bu gün Bakı Hərbi Məhkəməsində hakim Elbəy Allahverdiyevin sədrliyi ilə Elçin Quliyev və digərlərinin məhkəməsi başlayıb.
Mətbuat nümayəndələri prosesə heç bir səbəb göstərilmədən buraxılmayıb.
Prosesdə MTN-nin sərəncamda olan bir neçə generalının ifadə verəcəyi gözlənilir.Muxalifet2 - 22-09-2017
Qarabağ separatçıları əcnəbi vətəndaşlara viza verir? – FOTOFAKT
Dağlıq Qarabağ separatçıları işğal bölgəyə qanunsuz səfər edən vətəndaşlara viza verir.
Muxalifet.az modern.az-a istinadən xəbər verir ki, MDB ölkələrdən olmayan əcnəbi vətəndaşlar bölgəyə qanunsuz səfər etdikləri zaman yerli rejim rəhbərliyi onlara 2 növ viza verir.
Həmin vizaların görüntüləri:Muxalifet - 22-09-2017
Vəkil: Avropa Məhkəməsinin Gözəl Bayramlı ilə bağlı qərarı icra edilmir
Bakı 1 saylı İstintaq Təcridxanasında saxlanılan AXCP sədrinin müavini Gözəl Bayramlı Avropa İnsan Hüquqları Məhkəməsinin (AİHM) qərarı ilə ona ödəniləcək pul kompensasiyasını ala bilmir. Bu barədə vəkil Elçin Sadıqov bildirib.
O xatırladıb ki, bu ilin fevralında AİHM G.Bayramlının 2011-ci il 17 aprel və 2013-cü ilə 26 yanvarda etiraz aksyaları zamanı özbaşına saxlanması və polis zorakılığına məruz qalması ilə bağlı şikayətini təmin edib.
Strasburq məhkəməsi mənəvi zərərə və məhkəmə xərclərinin ödənilməsinə görə kompensasiya təyin edib.Muxalifet2 - 22-09-2017
İcra Hakimiyyətinin maşını QƏZAYA DÜŞDÜ
Mingəçevir şəhərində bir qadının xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
Hadisə 20 Yanvar küçəsinin Heydər Əliyev prospekti ilə kəsişmə nöqtəsinə yaxın ərazisində qeydə alınıb.
Belə ki, “Mercedes” və “Mitsubishi” markalı avtomobillər toqquşub. Qəza nəticəsində “Mitsubishi”də olan mingəçevirli qadın Ağayeva Diliş Mehman qızı ağır xəsarət alıb. Yaralı taksi ilə şəhər xəstəxanasına çatdırılıb.Muxalifet2 - 22-09-2017
Rusiyada bomba həyəcanı bitmir: 1 həftəyə 1000 bina
Rusiyada bir həftə ərzində bomba təhdidi ilə əlaqədar boşaldılan binaların sayı 1000-ə çatıb.
Muxalifet.az axar.az-a istinadən xəbər verir ki, bu barədə informasiyanı TASS agentliyi yayıb. Bu binalardan evakuasiya olunan insanların sayı isə 400 minə çatıb.
Rusiyadakı binalarda bomba təhdidi ilə bağlı zənglər keçən həftədən başlayıb. Bu zənglər əsasında 80 şəhərdə tədbir görülüb.Muxalifet2 - 22-09-2017
İŞİD-dən azad olan azərbaycanlıların qeydiyyatı aparılır - BQXK
Beynəlxalq Qırmızı Xaç Komitəsi (BQXK) İraqda İŞİD-dən azad olunmuş ərazilərdə qalan azərbaycanlılara baş çəkir.
Muxalifet.az xəbər verir ki, bu barədə publika.az-a BQXK-nin Bakı nümayəndəliyinin ictimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri İlahə Hüseynova deyib.
İ.Hüseynova qeyd edib ki, hazırda İŞİD-dən azad olunmuş ərazilərdə qalan azərbaycanlıların qeydiyyatı aparılır.Muxalifet2 - 22-09-2017
Oğul atasını və anasını öldürdü - GƏDƏBƏYDƏ
Gədəbəydə dəhşətli qətl törədilib.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, sentyabrın 21-də Gədəbəy rayonunun Qurudərə kəndində yaşayan Şöhrət Məsimov evində ailə-məişət münaqişəsi zəminində atası Mikayılı və anası Aynanı bıçaqla qətlə yetirib hadisə yerini tərk edib.
Faktla əlaqədar cinayət işi başlanıb.Muxalifet2 - 22-09-2017
GUAM-ABŞ görüşü keçirildi
Azərbaycan xarici işlər naziri Elmar Məmmədyarov BMT Baş Assambleyasının 72-ci sessiyası çərçivəsində GUAM-ABŞ görüşündə iştirak edib.
Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin məlumatında deyilir ki, görüşün yekunu olaraq "GUAM-ABŞ Birgə Bəyannaməsi" qəbul edilib.
Sənəddə GUAM-ın ABŞ-la səmərəli əməkdaşlığı daha da inkişaf etdirməkdə maraqlı olduğu ifadə olunub.Muxalifet2 - 22-09-2017
Məleykə Abbaszadədən qəbul imtahanlarında yeniliklərlə bağlı - AÇIQLAMA
2017-2018-ci tədris ilində ali məktəblərə qəbul imtahanlarında heç bir dəyişiklik olmayacaq.
Trend-in məlumatına görə, bunu jurnalistlərə açıqlamasında Dövlət İmtahan Mərkəzinin (DİM) Direktorlar Şurasının sədri Məleykə Abbaszadə deyib.
Qurum rəhbəri bildirib ki, imtahanlarda dəyişikliklərin edilməsi 2019-cu ildə nəzərdə tutulub:Muxalifet2 - 22-09-2017