Axtarış
The search found 105783 results in 0.025 seconds.
Search results
Milyarderin Azərbaycandakı ŞİRKƏTİ BAĞLANDI
Oktyabrın 25-də Aznar QSC-nin səhmdarlarının növbədənkənar ümumi yığıncağı keçiriləcək.
APA xəbər verir ki, iclasın gündəliyinə Aznar QSC-nin ləğv edilməsi, ləğvetmə komissiyasının təyin edilməsi və ləğvetmə ilə bağlı müvafiq tədbirlərin həyata keçirilməsi kimi məsələlər daxildir.
"Cəmiyyətin bütün səhmdarlarına izah olunur ki, səhmdarlar növbədənkənar ümumi yığıncağın çağırılmasına 15 gün qalmış gündəliyə daxil olan məsələlər üzrə müvafiq materiallarla Teymur Əhmədov adına Aznar QSC-nin inzibati binasında tanış olmaq hüququna malikdirlər", - deyə məlumatda vurğulanıb.Muxalifet2 - 22-09-2017
Məhərrəm ayı başladı
Hicri təqviminin ilk ayı oktyabrın 20-də sona çatacaq
Bu gündən etibarən Hicri təqvimi ilə Məhərrəm ayı başlayıb.
Cümə günü, Miladi təqvim ilə sentyabrın 22-si Məhərrəm ayının ilk günüdür.
Məhərrəm ayı oktyabrın 20-də sona çatacaq. Bu ayın 10-cu günü - Aşura oktyabrın 1-nə təsadüf edəcək. Oktyabrın 21-dən isə Səfər ayı başlayacaq.
İmam Hüseynin şəhadətinin qırxıncı günü Səfər ayının 20-nə, Miladi təqvim ilə noyabrın 9-na düşür.Muxalifet - 22-09-2017
“Ərdoğan artıq mənim dostumdur” – TRAMP
ABŞ prezidenti Donald Tramp türkiyəli həmkarı Rəcəb Tayyip Ərdoğanı dost adlandıraraq, ABŞ və Türkiyənin həmişəkindən daha yaxın olduqlarını bildirib.
Muxalifet.az xəbər verir ki, bu barədə D.Tramp R.T.Ərdoğanla Nyu Yorkda keçirdiyi görüşdə bildirib.
“O artıq mənim dostumdur, onun liderliyi çox yüksək qiymətləndirilir”, - deyə Tramp qeyd edib.
“Biz hazırda heç vaxt olmadığımız kimi yaxınıq”, - deyə Tramp əlavə edib.Muxalifet3 - 22-09-2017
Xızıda 8 064 ədəd hərbi sursat aşkarlandı – PARTLAYIŞDAN SONRA
Xızı rayonu ərazisində yerləşən Müdafiə Nazirliyin N saylı hərbi hissəsinin sursat anbarında baş vermiş partlayışla əlaqədar Azərbaycan Respublikası Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentliyin (ANAMA), Fövqəladə Hallar Nazirliyinin və Daxili İşlər Nazirliyinın birgə keçirdiyi təmizləmə əməliyyatları barədə məlumat yayılıb.
Muxalifet3 - 22-09-2017
Rüfət Səfərov və Cavid Şirəliyev həbsxanada aclığa başlayıb
9 saylı Cəzaçəkmə Müəssisində saxlanılam jurnalist və hüquq müdafiəçisi Cavid Şirəliyev və hüquqşünas Rüfət Səfərov sentyabrın 21-də qeyri-müəyyən müddətə aclığa başlayıb. Bu barədə Rüfət Səfərovun anası Tahirə Səfərova Amerikanın Səsinə bildirib.
Cavid ŞirəliyevMuxalifet2 - 22-09-2017
Tramp və Ərdoğan Kürd referendumunun ciddi fəsadlar yaradacağını bildiriblər
ABŞ prezidenti Donald Tramp və onun türkiyəli həmkarı Rəcəb Tayyip Ərdoğan İraq Kürd Muxtariyyətində müstəqillik referendumuna qarşı çıxış edərək, onun keçiriləcəyi təqdirdə ciddi fəsadlara səbəb olacağını bəyan ediblər.
“RİA Novosti”nin verdiyi xəbərə görə, bu barədə Ağ Evin Nyu Yorkda D.Tramp və R.T.Ərdoğan arasında baş tutan görüşün yekunlarına dair məlumatda bildirilir.Muxalifet - 22-09-2017
“Üçüncü dünya müharibəsi qaçılmazdır” - Sərdar Cəlaloğlu
Müxalifət.az Teleqraf.com-a istinadən Azərbaycan Demokrat Partiyasının sədri Sərdar Cəlaloğlu ilə müsahibəni təqdim edir.
- Sərdar bəy, dünya liderləri Nyu Yorka toplaşaraq BMT-də ciddi islahatların aparılmasını müzakirə etdi, BMT tribunasından mesajlar verildi. Sizcə, bu toplantının hansı nəticələri olacaq?Muxalifet - 22-09-2017
Arda Turan transferi tamamlandı
"Qalatasaray"a transferi gözlənilən Arda Turandan xoş xəbər var.
Transfer dövründə tərəfdarlarının sərt reaksiyasından ehtiyat edən Arda Turan bu dəfə "Qalatasaray"a qayıtmağa razı olub. O, tanıdığı nüfuzlu bir şəxsin sözünü yerə sala bilməyib. Lakin həmin şəxsin adı açıqlanmır.
2011-ci ilin avqustunda "Qalatasaray"ı tərk edən və İspaniyaya gedən Arda Turan altı illik qürbətdən sonra Türkiyəyə dönməyə hazırlaşır.
Arda Turan əslində yaz transfer dövründə gəlməli idi.Muxalifet - 22-09-2017
Mariya qasırğası 15 nəfərin ölümünə səbəb oldu
Mariya qasırğası Karib adası Dominikada azı 15 nəfərin ölümünə, 20 nəfərin itkin düşməsinə səbəb olub, baş nazir bildirib.
Baş nazir Roosevelt Skerrit yerli televiziya kanalına müsahibəsi zamanı deyib ki, "ölüm sayının yüzlərlə olmaması möcüzədir".
Mariya qasırğası bazar ertəsi dördüncü dərəcəli tufan olaraq Dominikaya daxil olub, yüzlərlə evə ziyan dəyib.
Daha sonra tufan Puerto-Rikonu elektrik enerjisiz qoyub.
Cənab Skerrit-in sözlərinə görə, o, son 24 saatda güclü tufan nəticəsində zərər görmüş əraziləri havadan izləyib.Muxalifet2 - 22-09-2017
Hakkaridə silahlı qarşıdurma: ÖLƏN VƏ YARALANANLAR VAR
Suriyanın Hakkari şəhərində təhlükəsizlik qüvvələri ilə PKK terror təşkilatı arasında silahlı qarşıdurma yaşanıb.
Publika.az xəbər verir ki, hadisə nəticəsində ordunun 1 əsgəri şəhid olub, 4-ü yaralanıb.
Qarşıdurma separatçı terror təşkilatına qarşı əməliyyatların təşkil edildiyi Buzul dağında baş verib. Qaçan terrorçuların zərərsizləşdirilməsi üçün təşkil edilən hava əməliyyatları davam edir.Muxalifet2 - 22-09-2017
"Mardan Palace" -da İŞÇİLƏR MAAŞINI ALA BİLMİR
"Mardan Palace" hotelinin işçiləri maaşlarını ala bilmədikləri üçün Əmək və İş İdarəsinə şikayət ediblər.
"APA-Economics" türk mediasına istinadən xəbər verir ki, müvafiq quruma daxil olan şikayət ərizələrinə hotel personalının mütləq əksəriyyəti qol çəkib.
Bununla yanaşı hotelin internet saytı üzərindən satışlar da dayandırılıb. İnternet resurs üzərindən rezervasiya etmək istəyənlər "Aradığınız kriterlere uygun oda bulunamamıştır" bildirişi üzləşirlər. Bundan başqa, hotelin rezervasiya xətti və elektron poçt vasitəsilə müraciətlərə cavab verilmir.Muxalifet2 - 22-09-2017
Bakıda Avropa çempionatı başlayır
Bu gün qadın voleybolçular arasında Avropa çempionatına start veriləcək.
Qitə birinciliyinin oyunları 3 məkanda keçiriləcək.
Turnirin A və C qrupunun, eləcə də yarımfinal və final oyunları Bakıda Milli Gimnastika Arenasında olacaq. D qrupunda qərarlaşan kollektivlər Göygöldə Olimpiya İdman Kompleksində üz-üzə gələcəklər. B qrupunun və 1/4 final mərhələsinin matçları isə Gürcüstanın paytaxtı Tbilisidə Yeni İdman Sarayında baş tutacaq.
A qrupunda yer alan Azərbaycan yığması ilk oyununu Macarıstan milli komandasına qarşı keçirəcək.Muxalifet - 22-09-2017
Dağlıq Qarabağ bu şəkildə azad edilməlidir - Markov
Dağlıq Qarabağ konfliktininin həllinə Kazan formulu yardım edəcək.
Bunu “Vestnik Kavkaza” saytına açıqlamasında rusiyalı politoloq Sergey Markov söyləyib.Muxalifet - 22-09-2017
Ərdoğana Nyu Yorkda etiraz edən şəxsi döydülər - VİDEO
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın Nyu Yorka səfəri çərçivəsində ötən gün türk icması qarşısında çıxışı zamanı baş verən insidentin görüntüləri yayılıb.
Axar.az xəbər verir ki, Türk-Amerika Milli Yönləndirmə Komitəsi tərəfindən keçirilən toplantıda iki nəfər Ərdoğana etiraz edib, Türkiyə liderinin ünvanına “you are terrorist” (Sən terrorçusan) deyib.
Etirazçıların bu sözləri toplantı iştirakçılarının qəzəbinə səbəb olub. İştirakçılar etiraz edən şəxsləri döyüb və toplantının keçirildiyi məkandan çıxarıblar.Muxalifet2 - 22-09-2017
“Putin Qarabağda peyda olan rus tankları haqda...” - Venediktov
Rusiya Prezidenti Vladimir Putin 20 il öncə olanları da çox yaxşı xatırlayır.
Bunu Putin haqqında “Zabaykalskiy raboçiy” qəzetinə müsahibəsində “Exo Moskva” radiosunun baş redaktoru Aleksey Venediktov söyləyib.Muxalifet - 22-09-2017
ABŞ Bərzaniyə dəstək məqsədilə ordu göndərdi
ABŞ bir tərəfdən İraqda keçirilən referenduma qarşı çıxsa da, digər tərəfdən Kərkükə əsgər göndərməyə davam edir.
Publika.az xəbər verir ki, şəhəri işğal etmək üçün göndərilən əsgərlərin sayı artıq 700-ə çatıb. Referendum tarixinə qədər əsgər sayının 3000 olacağı ehtimal edilir.
Ərbil şəhərində mövqe tutan xüsusi təyinatlı əsgərlər Kərkükdə keçiriləcək referendumun əngəllənməsinə qarşı hərəkət edəcəklər.
ABŞ-ın Kərkük şəhərini işğal etməsi referendum zamanı və daha sonra elan ediləcək müstəqil dövlət üçün bölgənin hazır hala gətirilməsi kimi şərh edilib.Muxalifet2 - 22-09-2017
Azərbaycan taekvondoçuları növbəti Qran Pridə MÜBARİZƏYƏ BAŞLAYIR
Bu gün Mərakeşin paytaxtı Rabatda taekvondo üzrə Qran Pri turniri start götürəcək.
“Report” xəbər verir ki, üç gün davam edəcək G4 kateqoriyalı beynəlxalq yarışa böyüklərdən ibarət Azərbaycan milli komandası da qatılacaq.Muxalifet2 - 22-09-2017
"Elektron hökumət" portalına daha 3 xidmət əlavə olundu
Əmlak Məsələləri Dövlət Komitəsinin 3 xidməti elektronlaşdırılaraq "Elektron hökumət" portalına (www.e-gov.az) inteqrasiya edildi. Bununla da, Əmlak Məsələləri Dövlət Komitəsinin “Elektron hökumət” portalı üzərindən təqdim olunan xidmətlərinin sayı 35-ə çatdı.
Muxalifet2 - 22-09-2017
“Qarabağ” - “Roma” oyununa 58 min bileti satıldı
“Qarabağ”ın Çempionlar Liqasının qrup mərhələsinin ilk ev oyununda qarşılaşacağı “Roma”yla matçın bilet satışı davam edir.
Klubun mətbuat xidmətindən Modern.az-a verilən məlumata görə, artıq bu qarşılaşmaya satılan biletlərin sayı 58 000-ə çatıb.
Satışda yalnız 2 manatlıq biletlər qalıb.
Azarkeşlər biletləri aşağıda qeyd olunan satış məntəqələrindən və onlayn olaraq iTicket.az saytından əldə edə bilərlər. Biletləri əldə edərkən şəxsiyyət vəsiqəsi təqdim olunmalıdır.Muxalifet - 22-09-2017
28 yaşlı oğlan evində ölü tapılıb - BAKIDA
Bakıda mənzildən meyit tapılıb.
APA-nın məlumatına görə, paytaxtın Yasamal rayonunda yaşayan, 1989-cu il təvəllüdlü Natiq Eynulla oğlu İsmayılovun meyiti yaşadığı evdə aşkar edilib. Onun ölümünün səbəblərini müəyyənləşdirməkdən ötrü müvafiq ekspertizalar təyin edilib.
Faktla bağlı araşdırma aparılır.Muxalifet2 - 22-09-2017