Saakaşvili məhkəməyə gəlmədi – Səbəbini feysbukda yazdı
22-09-2017 18:00

Gürcüstanın eks-prezidenti və Odessa vilayətinin sabiq qubernatoru Mixail Saakaşvili məhkəmə prosesində iştirak etməyib.
Proses Lvov vilayətində keçirilib.
Saakaşvili məhkəməyə getməməsinin səbəblərini Feysbuk hesabında yazıb: “Mən Çerkassk sakinləri ilə görüşümü təxirə salmamaq üçün məhkəməyə getmədim. Ukraynanın hazırki hökuməti başımızı bu cür proseslərlə qatmaqla yerli sakinlərlə görüşümüzə maneə törətmək istəyir”.
Qeyd edək ki, Mixail Saakaşviliyə qarşı Ukrayna sərhədini qanunsuz keçmə maddəsi ilə cinayət işi başlanıb./teleqraf.com