Axtarış
The search found 105785 results in 0.031 seconds.
Search results
Azər Hüseynbala palataya köçürüldü
Ürək damarına stend qoyulan jurnalist Azər Hüseynbala palataya köçürülüb.
Bu barədə APA-ya jurnalisti əməliyyat edən həkim, Mərkəzi Klinik Xəstəxananın kardioloqu Oqtay Musayev məlumat verib. Onun sözlərinə görə, Azər Hüseynbalanın vəziyyəti normaldır, bu gün reanimasiyadan palataya köçürülüb.
A. Hüseynbala sabah evə buraxılacaq.
Qeyd edək ki, jurnalist Azər Hüseynbala iki gün əvvəl infarkt keçirib. Ağır vəziyyətdə Mərkəzi Klinik Xəstəxanaya yerləşdirilən jurnalist anjio olunub, ürək damarlarından birinə stend taxılıb.Muxalifet2 - 22-09-2017
General oğlunun məhkəməsi təxrə salındı - SƏBƏBİ AÇIQLANMIR
Binəqədi Rayon Məhkəməsində xuliqanlıq hərəkəti etməkdə təqsirləndirilən Rüstəm Orucovun və onunla ittiham olunan Kənan Vəliyev və Pərviz Abbasovun cinayət işi üzrə məhkəmə iclası təxirə salınıb.
Hakim Rəşad Əliyevin sədrliyi ilə keçirilən proses sentyabrın 29-da davam etdiriləcək.
Prosesin təxirə salınmasının səbəbi açıqlanmayıb.Muxalifet2 - 22-09-2017
"İran ballistik raketlər sahəsində potensialını möhkəmləndirəcək" - RUHANİ
"Rəsmi Tehran raket, o cümlədən ballistik raketlər sahəsində potensialını möhkəmləndirmək niyyətindədir".
"Report" "PressTV"yə istinadən xəbər verir ki, bunu İran prezidenti Həsən Ruhani deyib.
"Biz hərbi imkanlarımızı genişləndirmək niyyətindəyik. Biz raket potensialını gücləndirəcəyik. Vətənimizi qorumaq üçün bizə kiminsə icazəsi lazım deyil", - H.Ruhani bildirib.
Hökumət başçısının fikrincə, İran regionda sabitliyin saxlanmasında bu gün əsas rol oynayır.
O, həmçinin bildirib ki, İran atom proqramı üzrə öz öhdəliklərini yerinə yetirir.Muxalifet2 - 22-09-2017
Parisdə erməni təxribatının qarşısı alındı
Sentyabrın 22-də Parisdə başlayan beynəlxalq qastronomiya festivalında Azərbaycan da təmsil olunur. Sena çayı sahilində qurulmuş və üç gün davam edəcək tədbirə 40 ölkədən nümayəndələr qatılıblar.
Muxalifet2 - 22-09-2017
Aşura mərasimlərinin necə keçirilməsi ilə bağlı RƏSMİ MÖVQE
Aşura mərasimləri qanunvericilik çərçivəsində yüksək səviyyədə keçiriləcək.
Trend-in məlumatına görə, bunu Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı deyib.
M.Qurbanlı qeyd edib ki, Aşura tədbirləri ilə əlaqədar Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) fətvası var: "Fətva kütləvi informasiya vasitələrində yayılıb. Fətvada irəli sürülən fikirlər bütün məscidlərdə həyata keçiriləcək və Aşura mərasimləri qanunvericilik çərçivəsində yüksək səviyyədə icra olunacaq".Muxalifet2 - 22-09-2017
İsrail Dəməşqi vurdu, Suriya cavab verdi
İsrail Suriyanın paytaxtı Dəməşq yaxınlığındakı hava limanına raket zərbəsi endirib.
Axar.az xəbər verir ki, dünən gecə saatlarında hava limanına İsrail tərəfindən iki taket atılıb.
“Əl Məsdər” agentliyi isə Suriya ordusunun cavab atəşi ilə İsrailə aid PUA-nı vurduğunu bildirib.Muxalifet2 - 22-09-2017
Jurnalist Xədicə İsmayılova məhkəməyə müraciət etdi
Jurnalist Xədicə İsmayılovanın ölkədən çıxışa qadağanın götürülməsi ilə bağlı yenidən Binəqədi rayon Məhkəməsinə müraciət edib.
APA-nın xəbərinə görə, X. İsmayılovanın iş üzrə sənədləri bu gün məhkəməyə təqdim olunub.
Qeyd edək ki, bir müddət əvvəl X. İsmayılova ölkədən çıxışına qadağanın götürülməməsi ilə bağlı Binəqədi rayon Məhkəməsinin qərarından Bakı Apellyasiya Məhkəməsinə şikayət edib. Şikayət təmin edilməyib.Muxalifet2 - 22-09-2017
Hindistan Pakistan sərhədini vurdu – ÖLƏNLƏR VAR
Hindistan ordusu Cammu Kəşmir bölgəsinin Pakistan sərhədinə yaxın ərazilərini toplarla bombardman edib.
Axar.az xəbər verir ki, bu barədə informasiyanı Pakistan Silahlı Qüvvələri yayıb. Hücumun Çappar, Harpal və Çarva kəndlərinə edildiyi vurğulanıb. Hind ordusunun zərbələri nəticəsində 6 mülki şəxs həlak olub. Rəsmi İslamabad yaralananların sayının 20-yə çatdığını, bunun 15-nin qadın, 5-nin isə uşaq olduğunu bildirib.Muxalifet2 - 22-09-2017
Dostlarını “Nar”-a gətir, 5 ay pulsuz danış!
“Nar”-ın öz istifadəçiləri üçün hazırladığı xüsusi “Dostunu “Nar”-a gətir” kampaniyası davam edir. Dost və yaxınlarını “Nar” ailəsinə gətirmiş istifadəçilər operatordan balans üçün “mobil pul” qazanırlar, yəni təklifdən faydalanmaq üçün öz dostlarına “Nar” ailəsinə qoşulmağı tövsiyə etmiş hər bir kəsin balansına 5 ay müddətində hər dəfə dostunun öz balansını artırdığı məbləğdə pul gəlir.
Muxalifet3 - 22-09-2017
Generaldan Milli Şuraya MİTİNQ XƏBƏRDARLIĞI
Bakı şəhər Baş Polis İdarəsi (BŞBPİ) Milli Şuranın sentyabrın 23-də keçirəcəyi mitinqlə bağlı xəbərdarlıq edib.
Muxalifet2 - 22-09-2017
İranda partlayış: 5 ölü, 14 yaralı…
İranın Qum şəhərində ikimərtəbəli mehmanxanada qaz balonu partlayıb.
Axar.az xəbər verir ki, şəhərin mərkəzində yerləşən “Məsumə” hərəminin yaxınlığında baş verən hadisə nəticəsində azı 5 nəfər ölüb, 14 nəfər yaralanıb, zəvvarların qaldığı otel tamamilə çöküb. Dağıntılar altında çoxlu insan qaldığı bildirilir.Muxalifet2 - 22-09-2017
Tanınmış iş adamı TOFİQ HEYDƏROV SAXLANILDI
“AAAF Park” Yaşayış Kompleksinin rəhbəri, tanınmış iş adamı Tofiq Heydərov saxlanılıb.
"Qafqazinfo" xəbər verir ki, o, Abşeron Rayon Prokurorluğunun əməkdaşları tərəfindən saxlanılıb.
Amma virtualaz.org hüquq-mühafizə orqanlarından dəqiqləşdirib ki, saxlanma əməliyyatını Vergilər Nazirliyinin əməkdaşları həyata keçiriblər.
Hazırda nazirlik şirkətdə axtarışlar aparır.
Məsələ ilə bağlı hələlik rəsmi açıqlama verilməsə də, boşaldılan obyekt sahibləri məlumatı təsdiqləyiblər.Muxalifet2 - 22-09-2017
“Tətillərimi Bakıda keçirirdim” - ERMƏNİ DEPUTAT
"Açıq danışacam. Axırıncı dəfə Bakıda 1988-ci iilin yanvarında olmuşam. O zaman mənim 13 yaşım var idi. Bu, Qarabağ münaqişəsinin başlamasından bir az əvvəl idi. Mənim anam bakılıdır. Şəhəri bir az tanıyıram. Tətillərimi burada keçirirdim”.
Muxalifet.az Modern.az-a istinadən xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Ermənistanın Avronest PA-da nümayəndə heyətinin rəhbəri Armen Aşotyan deyib. O, bildirib ki, Bakıda evi də var idi.Muxalifet2 - 22-09-2017
Minsk qiyamı yatırmağa hazırlaşır: Lukaşenkonun MAYDAN QORXUSU
Moskva və Minskin keçirdiyi “Qərb-2017” birgə təlimləri Belarus iqtisadiyyatında məhz hərbi-sənaye kompleksinin rolunun artması tendensiyasını təsdiq etdi.
Silahlı qüvvələr genişləndirilir. Eyni zamanda, bir sıra qanunverici dəyişikliklər hazırlanır. Söhbət ordu qarşısında dayanan məsələləri müəyyən edən normalardan gedir. Hərbçilərin funksiyaları əhəmiyyətli dərəcədə genişləndirilə bilər. Ekspertlər iddia edirlər ki, belaruslar Ukrayna ssenarisi üzrə dövlət çevrilişinin Minskdə keçirilmə ehtimalına hazırlaşırlar.
Ordunun yeni səlahiyyətləriMuxalifet2 - 22-09-2017
Abid Şərifov “cəzalanacaq” dedi, Akif Əli isə...
Nazirlər Kabinetinin yeni struktur dəyişikliyinə əsasən bəzi şöbə müdirləri başqaları ilə əvəzlənsə də, bu yaxınlarda qalmaqallı açıqlamaları ilə gündəmə gələn Akif Əli vəzifəsində qalıb.
Muxalifet.az Axar.az-a istinadən xəbər verir ki, bu gün “Azərbaycan Respublikasının Nazirlər Kabineti (NK) Aparatının strukturunun təsdiq edilməsi haqqında" Azərbaycan Prezidentinin 2017-ci il 23 avqust tarixli Fərmanına əsasən həyata keçirilən struktur islahatları başa çatıb.Muxalifet2 - 22-09-2017
"Apple"dən daha bir YENİLİK
Texnologiya nəhəngi olan “Apple” şirkəti öz brauzerini yeniləyib. Hazırda istifadə edilən "Safari 11" brauzeri “macOS Sierra” və “OS X El Capitan” sistemlərini dəstəkləyəcək.
Brauzerin yeni versiyasında bir çox yeni funksiyalar istifadəyə verilib. Burada “Videonun avtomatik açılması və blok olunması", “üçüncü şəxslər tərəfindən məlumatların oğurlanmasının qarşısını alan mühafizə bloku", “ayrı-ayrı saytların göstərilməsi ilə sürətli pəncərə panelləri" nəzərdə tutulur.Muxalifet2 - 22-09-2017
DTX: 900-ə yaxın Azərbaycan vətəndaşı İŞİD-ə QOŞULUB
Təxminən 900 Azərbaycan vətəndaşı Suriya və İraqda qanunsuz silahlı burləşmələr və terror təşkilatlarına qoşulub. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə Dövlət Təhlükəsizlik Xidmətindəki mənbə bildirib.
“Bizdə olan məlumatlara əsasən, Yaxın Şərqdə (Suriya və İraqda – “İF”) hərbi əmliyyatlar başlanandan təxminən 900 Azərbaycan vətəndaşı qanunsuz silahlı birləşmələrə və terror təşkilatlarına qoşulub. Həmçinin bizdə onların əksəriyyətinin əks-terror əməliyyatları zamanı öldürüldüyü barədə məlumat var”, - agentliyin müsahibi bildirib.Muxalifet2 - 22-09-2017
İÇİMİZDƏ YETİŞƏN TƏHLÜKƏ - Zamanında qarşısı alınmasa, ciddi fəsadlar verə bilər!
Azərbaycan Respublikasının dövlət müstəqilliyi əldə etməsi, uzun illər sovet imperiyası əsarətində əzilən ölkənin və xalqın dünya birliyində özünü təsdiq və təqdim etməsi üçün geniş perspektivlər və davamlı inkişaf strategiyası müəyyən etsə də, Qarabağın itirilməsi, Azərbaycan xalqına bir sıra çətinliklər gətirdi.
Muxalifet3 - 22-09-2017
Təfəkkür Universitetində nə baş verir? – MÜƏMMA
Təhsil ilinin başlanmasına baxmayaraq, Təfəkkür Universitetindən köçürülən tələbələrin taleyi hələ də müəmmalı olaraq qalıb. Universitet tələbələrin sənədlərini vermədiyi üçün onlar transfer olunduqları ali məktəblərə sənədlərini təqdim edə bilmirlər.
Muxalifet2 - 22-09-2017
Xırdalanda məktəbli itkin düşdü - FOTO
Xırdalan şəhər sakini, 3 saylı məktəbin şagirdi Qafarov Ülvi Ruslan oğlu itkin düşüb.
Muxalifət.az AzVision.az-a istinadən xəbər verir ki, bu barədə Ü.Qafarovun yaxınları sosial şəbəkədə məlumat yayıblar. Bildirilib ki, məktəbli sentyabrın 21-də, axşam saat 18:00-da evdən çıxıb və geri qayıtmayıb.
Onu görənlərdən 055 876-04-95 mobil nömrəsi ilə əlaqə saxlamaları xahiş olunur.Muxalifet2 - 22-09-2017