Axtarış

The search found 105785 results in 0.06 seconds.

Search results

  1. Kvirikaşvili: Rusiya torpaqlarımızı işğal edib

    Rusiya Abxaziya və Cənubi Osetiyanı işğalı edib, faktiki olaraq ilhaq siyasəti aparır.
    Bu sözləri Gürcüstanın Baş naziri Georgi Kvirikaşvili BMT Baş Assambleyasının 72-ci sessiyasında çıxışı zamanı deyib.
    “BMT üzvləri yaxşı bilirlər ki, Rusiya müstəqil Gürcüstanın 2 tarixi ərazisinin işğalını davam etdirir. Rusiyanın bu cür siyasəti cari ildə daha da aktivləşdirilib”, - Baş nazir bildirib.

    Muxalifet2 - 22-09-2017

  2. Dünyanı mat qoyan xəstəlik: Bu uşaqlar yalnız gün çıxanda hərəkət edə bilirlər - FOTOLAR

    Pakistanın İslamabad şəhərində nadir xəstəlikdən əziyyət çəkən uşaqlar dünya mediasını heyrətə gətirib.
    Muxalifət.az Publika.az-a istinadən xəbər verir ki,iki qardaş - 9 yaşlı Məhəmməd və 13 yaşlı Əbdül nadir xəstəlikdən əziyyət çəkir. Uşaqların atası Sahib Əhməd deyir ki, bu xəstəlik anadangəlmədir:
    "Körpə vaxtı başa düşmürdük. Günün ikinci yarısından sonra uşaqlar tərpənmirdi. Elə bilirdik yatıblar. Sonra zamanla bunun anormal bir hal aldığının şahidi oldum. Onlar gərgin və halsız olmağa başladılar. Həkimlər buna heç bir əlac edə bilmirlər".

    Muxalifet2 - 22-09-2017

  3. ​Dağıstanda BOMBA HƏYƏCANI

    Mahaçqalada yerləşən Dağıstan hökumət binası partladıcı yerləşdirilməsi ilə bağlı hüquq-mühafizə orqanlarına daxil olan zəngdən sonra təcili şəkildə təxliyə olunub.
    Bu barədə TASS informasiya yayıb.
    “Hazırda insanlar hökumət binasından qarşıdakı meydana təxliyə olunur. Əraziyə artıq polis, yanğınsöndürənlər və təcili tibbi yardım xidməti cəlb olunub”, - hadisənin şahidləri danışıb.
    Dağıstan hökumət administrasiyası tərəfindən məlumat təsdiqlənib.

    Muxalifet2 - 22-09-2017

  4. Rusiya sualtı gəmisi Suriyada yaraqlıların hazırlandığı bazanı MƏHV EDİB

    Bu gün Rusiyanın Qara dəniz donanmasına məxsus "Velikiy Novqorod" sualtı gəmisi "Kalibr" qanadlı raketlərlə terrorçuların Suriyada yerləşən obyektlərini atəşə tutub.
    Bu barədə "Report" "RİA Novosti"yə istinadən xəbər verir.
    Atəş saat 10:11-də Aralıq dənizi akvatoriyasından açılıb. Hədəf sualtı gəmidən, təxminən, 300 kilometrədək aralıda yerləşən İdlib vilayətində "Cəbhət-ən-Nüsrə" yaraqlılarının obyektləri olub.
    Məlumata görə, bütün hədəflər vurulub.

    Muxalifet2 - 22-09-2017

  5. ​​Müsavat Milli Şuraya dəstək verməyəcək - Mitinqdən İMTİNA

    ​Müsavat Partiyası Milli Şuranın sentyabrın 23-də keçiriləcək mitinqində iştirak etməyəcək.
    Bu barədə Publika.az-a açıqlamasında Müsavat Partiyasının Mərkəzi İcra Aparatının rəhbəri Gülağa Aslanlı deyib.
    G.Aslanlı bildirib ki, Milli Şura mitinqdə iştirakla bağlı onlara heç bir müraciət etməyib: “Buna görə də bizim Milli Şuranın mitinqində iştirakla bağlı qərarımız yoxdur”.
    Müsavat yetkinlisi əlavə edib ki, kütləvi etiraz aksiyalarının keçirilməsi onların da gündəmindir.

    Muxalifet2 - 22-09-2017

  6. “İDEAL”ın keçmiş baş direktoru barəsində CİNAYƏT İŞİ BAŞLANDI

    Məşhur parfumeriya və kosmetika mağazaları şəbəkəsi olan “İDEAL”ın keçmiş baş direktoru İlqar İsmayılov barəsində cinayət işi başlanıb.
    İ. İsmayılov Cinayət Məcəlləsinin 178.3.2 (dələduzluq; külli miqdarda olduqda), 320.1. (Hüquq verən və ya vəzifədən azad edən vəsiqəni və ya digər rəsmi sənədi istifadə etmək məqsədi ilə saxtalaşdırma və ya qanunsuz hazırlama, yaxud bu cür sənədi satma, habelə eyni məqsədlə Azərbaycan Respublikasının saxta dövlət təltifini, ştampı, möhürü, blankı hazırlama və ya satma) maddələri ilə ittiham olunur.

    Muxalifet2 - 22-09-2017

  7. QRU zabiti Qurban Qasımov Suriyada HƏLAK OLDU

    Rusiyanın Baş Kəşfiyyat İdarəsinin kapitanı Qurban Qasımov Suriyada öldürülüb.
    Muxalifət.az Axar.az-a istinadən xəbər verir ki, Rusiya mediası Qasımovun 2017-ci ilin avqustunda İŞİD-in minaatanlarla hücumu zamanı həlak olduğunu, lakin məlumatın indi yayıldığını yazıb.
    Qeyd edək ki, Qasımov bundan öncə iki dəfə Suriyada əməliyyatlarda iştirak edib.
    1986-cı il təvəllüdlü Qurban Qasımov Rostovda anadan olub, Rusiya Baş Kəşfiyyat İdarəsinin (QRU) xüsusi təyinatlı dəstəsində xidmət edib.

    Muxalifet2 - 22-09-2017

  8. İlqar Məmmədovdan Avropa İnsan Hüquqları Konvensiyasına MESAJ

    “Avropa İnsan Hüquqları Konvensiyası bir nəfəri siyasi motivli həbsdən qorumaq iqtidarında deyilsə, deməli, konvensiya, ümumiyyətlə, işlək deyil”.
    Bu barədə ReAL Hərəkatının sədri İlqar Məmmədov vəkili ilə 2 saylı cəzaçəkmə müəssisəsində görüşündə deyib.
    Sentyabrın 22-də saxlandığı 2 saylı cəzaçəkmə müəssisəsində İlqar Məmmədovla görüşən vəkil Cavad Cavadov onun ismarıcını öz “Facebook” səhifəsi vasitəsilə çatdırıb. Vəkil deyir ki, hazırda o, Konvensiyanın yerinə yetirilməsinə xidmət edəcək yerli siyasi səfərbərlik tədbirlərini fəal şəkildə nəzərdən keçirir.

    Muxalifet2 - 22-09-2017

  9. ​Bu əlamətlər sizdə varsa, hepatitsiniz - DİQQƏT

    Qaraciyər insan orqanizmində ən böyük orqandır. Bu orqan 500-dən çox funksiyanı yerinə yetirir. Qaraciyər özünü bərpa edən orqandır və regenerasiya (özünü bərpa) xüsusiyyəti çox güclüdür. Hepatit qaraciyərin iltihabı prosesidir. Bu iltihabı törədən faktorlar çoxdur. Bu xəstəlik yanlış qidalanma, alkoqol və enerji içkilərinin qəbulu, nəzarətsiz dərman qəbulu, virusla yoluxma zamanı yarana bilər. Hazırda daha çox aktual olan virus hepatitləri B, C, D-dir.

    Muxalifet2 - 22-09-2017

  10. ​Röya Zabit Səmədovla SEVGİLİ OLMASINDAN DANIŞDI: “O mənim...” - FOTO

    Əməkdar artist Röya Ayxan Dünya çempionu Zabit Səmədovla aralarında sevgi münasibətinin olması xəbərinə münasibət bildirib.
    Publika.az xəbər verir ki, o, instaqram hesabından foto paylaşaraq məsələyə belə aydınlıq gətirib:
    “Mən nə deyim axı? O, mənim dostum və qardaşımdır. Ailəsinə və qızına sevgi bəslədiyim biridir. Hər kəsə maraqlıdır sevgilim? O zaman deyim. Şaxta babaya sifariş vermişəm, gətirəcək”.

    Muxalifet2 - 22-09-2017

  11. Ermənilər Ermənistandan niyə qaçır? – Erməni katolikosdan REAKSİYA

    Ötən gün Müqəddəs Eçmiədzin Kilsəsinin Ali patriarxı və bütün ermənilərin katolikosu II Qaregin Böyük Kilikiya Evinin katolikosu Birinci Aramın səs-küyə səbəb olmuş bəyanatına münasibət bildirib. O deyib ki, ermənilərin Ermənistanı tərk etməsi səbəblərinə dəqiq qiymət verməyə çətinlik çəkir.
     

    Muxalifet - 22-09-2017

  12. Lütfi Zadənin nəşinin Bakıya gətirilməsinin GECİKMƏ SƏBƏBİ BİLİNDİ: "Cümə günü..."

    Lütfi Zadənin nəşi növbəti həftəsonu Azərbaycana gətiriləcək.
    Bu barədə Publika.az-a açıqlamasında Lütfi Zadə ailəsinin dostu, Azərbaycan Texniki Universitetinin professoru Şahnaz Şahbazova deyib.

    Muxalifet2 - 22-09-2017

  13. Məleykə Abbaszadə də qəbul imtahanlarındakı yeniliklərdən danışdı

    2017-2018-ci tədris ilində ali məktəblərə qəbul imtahanlarında heç bir dəyişiklik olmayacaq.
     
    Bunu jurnalistlərə açıqlamasında Dövlət İmtahan Mərkəzi (DİM) Direktorlar Şurasının sədri Məleykə Abbaszadə deyib.

    Muxalifet - 22-09-2017

  14. Nazirlikdən Sabirin ev muzeyinin sökülməsinə - MÜNASİBƏT

    Şeirləri dillər əzbəri olan məşhur azərbaycanlı şair Mirzə Ələkbər Sabirin Şamaxıdakı ev muzeyi sökülüb.
    İsmayıllı Region Mədəniyyət və Turizm idarəsinin Şamaxı rayonu üzrə rəhbəri Rafael Tağıyev bildirib ki, buna səbəb evin bir divarının uçması olub.

    Muxalifet2 - 22-09-2017

  15. Azərbaycanlı oliqarxı ən yaxın adamı satdı - ŞOK FAKT

      Azərbaycanlı oliqarx-keçmiş milyarder Telman İsmayılovun ətrafında həlqə getdikcə daralır.
     
    Rusiya İstintaq Komitəsi ona qarşı qiyabi ittiham irəli sürməyə və barəsində beynəlxalq axtarış elan etməyə hazırlaşır. Bu haqda "Rosbalt" hüquq-mühafizə orqanlarındakı mənbələrə istinadən yazıb.

    Muxalifet - 22-09-2017

  16. “AAAF Park”ın rəhbəri həbs edildi - BÜTÜN OBYEKTLƏRƏ HƏBS QOYULDU

      "AAAF Park” Yaşayış Kompleksinin rəhbəri, tanınmış iş adamı Tofiq Heydərov həbs edilib.
    Muxalifet.az "Ölkə.Az”-a istinadən xəbər verir ki, prokurorluq əməkdaşları "AAAF Park” ərazisində yerləşən bütün obyekt sahiblərinə xəbərdarlıq edərək, 10 dəqiqə ərzində ərazini tərk etməyi tapşırıb. Parkın ərazisindəki bütün obyektlərə Prokurorluq tərəfindən həbs qoyulub. Hazırda "AAAF Park” ərazisində axtarışlar aparılır. İstintaq başa çatdıqdan sonra obyekt sahibləri əraziyə daxil ola biləcəklər.

    Muxalifet - 22-09-2017

  17. Müsavat AKM Almaniyada mitinqlər keçirir

    Sentyabrın 22-də Müsavat Avropa Koordinasiya Mərkəzi (AKM) Almaniyanın 3 şəhərində mitinq keçirir.
     
    Müsavat AKM-in mətbuat xidmətinin məlumatlnaa görə, hazırda Rheinlan Pfalz və Hessen koordinatorlugu Mainz şəhərində, AKM-NRV Koordinatorlugu Münster şəhərində, Müsavat AKM-nin Bayern Koordinatorlugu Ansbach şəhər mərkəzində yerləşən Xristian-Demokratik İttifaqı Partiyasının qərargahları qarşısında mitinqlər keçirilir.

    Muxalifet - 22-09-2017

  18. Avropa Məhkəməsinin Gözəl Bayramlı ilə bağlı qərarı icra edilmir - Vəkil

    Bakı 1 saylı İstintaq Təcridxanasında saxlanılan AXCP sədrinin müavini Gözəl Bayramlı Avropa İnsan Hüquqları Məhkəməsinin (AİHM) qərarı ilə ona ödəniləcək pul kompensasiyasını ala bilmir.
     
     Bu barədə vəkil Elçin Sadıqov bildirib.
    O xatırladıb ki, bu ilin fevralında AİHM G.Bayramlının 2011-ci il 17 aprel və 2013-cü ilə 26 yanvarda etiraz aksyaları zamanı özbaşına saxlanması və polis zorakılığına məruz qalması ilə bağlı şikayətini təmin edib.
    Strasburq məhkəməsi mənəvi zərərə və məhkəmə xərclərinin ödənilməsinə görə kompensasiya təyin edib.

    Muxalifet - 22-09-2017

  19. 8 yaşlı oğlanı avtomobil vurdu - MASALLIDA

    APA-nın cənub bürosunun verdiyi məlumata görə, Masallının Qızılavar kəndində Sığdaşt kənd sakini, 2009-cu il təvəllüdlü Sərdar Xosruv oğlu Məmmədov yolu keçərkən babasının əlini buraxıb və qaçıb. Bu zaman hərəkətdə olan “VAZ-2107” markalı avtomaşın azyaşlını vurub. Dərhal azyaşlı sürücünün və yaxınlıqdakı insanların köməyi ilə Masallı Rayon Mərkəzi Xəstəxanasına aparılıb. Onun vəziyyətinin orta-ağır olduğu deyilir.
    Qeyd edək ki, S. Məmmədov babası ilə Qızılavar kəndinə əmək pensiyası almaq üçün gedibmiş.

    Muxalifet2 - 22-09-2017

  20. ​Sabiq nazir müavinin oğlu ÖLKƏDƏN ÇIXIB

    Ləğv olunan Nəqliyyat Nazirliyində nazir müavi olan Arif  Əsgərovun baldızı oğlu olan Emil Hüseynovun cinayət işi üzrə məhkəmə prosesi davam edib.
    Muxalifət.az Lent.az-a istinadən məlumat verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Zeynal Ağayevin sədrliyi ilə keçirilən prosesdə şahid qisimində E.Hüseynovun sürücüsü olan Əfqan Salamov dindirilib.
    Sürücü qeyd edib ki, müdürinin Tural adlı şəxsə 380 min manat borcu olub və bu borcdan 150 min qaytarıb.

    Muxalifet2 - 22-09-2017

Pages