Nalbandyan dediklərindən imtina etdi
22-09-2017 18:21

Ermənistan prezidenti Edvard Nalbandyan bir neçə gün öncə açıqladığı “Qarabağ ətrafı ərazilər Azərbaycana qaytarılır” sözlərindən imtina edib.
“Amerikanın səsi” rediostansiyasına danışan Nalbandyan fikirlərinin kontekstdən çıxarıldığını iddia edib.
“Mən ATƏT-in Minsk qrupunun həmsədr ölkələrinin rəhbərlərinin bəyanatında Dağlıq Qarabağ münaqişəsi ilə bağlı olan məşhur 3 prinsip və 6 elementə toxunmuşam”, - deyə o bildirib.
Erməni nazir Qarabağın status məsələsini hər şeydən öncə tələb etdiklərini açıqlayıb.
Qeyd edək ki, Nalbanyanın səsləndirdiyi fikirlər Ermənistanda ciddi rezonansa səbəb olmuşdu.