Sevr müqaviləsi DİRİLİR, İrəvan HƏRƏKƏTƏ KEÇİR: “Kürdüstan”ın Azərbaycana yaratdığı BÖYÜK TƏHLÜKƏ

Sentyabrın 25-də Şimali İraq Kürd Muxtariyyətinin müstəqillik referendumu keçirməsi bölgənin siyasi xəritəsinin dəyişməsi və yeni müharibə ilə nəticələnə bilər. Lakin referendumda diqqətçəkən məqamlardan biri də “Kürdüstan” dövlətinin yaradılacağı təqdirdə, Azərbaycana qarşı ola biləcək təhlükələrdir.
Publika.az xəbər verir ki, “Kürdüstan” rəsmi şəkildə müstəqil olacağı təqdirdə hər şey İraqın parçalanması ilə başa çatmayacaq. Sonrakı mərhələdə kürdlər Türkiyənin cənub bölgəsinə, həmçinin, Azərbaycan torpaqlarına iddia edəcəklər. Söhbət Sevr müqaviləsinin dirilməsindən gedir və 1920-ci ilin 10 avqust tarixində ABŞ-ın o vaxtkı prezidenti Vudro Vilsonun hazırladığı bu müqaviləyə görə, Türkiyə torpaqları ilə yanaşı, Azərbaycanın qədim şəhəri Naxçıvan, eləcə də hazırda İran idarəçiliyi altında olan Cənubi Azərbaycanın cənub-qərb bölgəsi “Böyük Kürdüstan” dövlətinin ərazisinə daxil edilmişdi.
Maraqlıdır ki, bu ilin 1 iyun tarixində “Amerikanın səsi” radiostansiyası “Twitter” səhifəsində Naxçvanı “Kürdüstan” ərazisi kimi təqdim etmişdi. Bu nə dərəcədə təsadüf ola bilərdi?!