Rusiyada bomba həyəcanı bitmir: 1 həftəyə 1000 bina

Rusiyada bir həftə ərzində bomba təhdidi ilə əlaqədar boşaldılan binaların sayı 1000-ə çatıb.
Muxalifet.az axar.az-a istinadən xəbər verir ki, bu barədə informasiyanı TASS agentliyi yayıb. Bu binalardan evakuasiya olunan insanların sayı isə 400 minə çatıb.
Rusiyadakı binalarda bomba təhdidi ilə bağlı zənglər keçən həftədən başlayıb. Bu zənglər əsasında 80 şəhərdə tədbir görülüb.