Axtarış
The search found 105783 results in 0.022 seconds.
Search results
Gömrük Komitəsindən iddialara SƏRT REAKSİYA
Ötən gün bəzi internet saytlarında yayımlanan "Psixotrop maddələrin qaçaqmalçılıq yolu ilə Azərbaycana gətirilməsi davam edir" başlıqlı məqalədə müəllif psixotrop maddələrin qaçaqmalçılığı ilə mübarizədə gömrük xidmətinin gördüyü işi, həyata keçirdiyi əməliyyat və tədbirləri araşdırmadan, bu barədə səlahiyyətli dövlət qurumundan, yəni müvafiq gömrük orqanından rəsmi münasibət öyrənmədən Dövlət Gömrük Komitəsinin fəaliyyətinə kölgə salan mövqe nümayiş etdirib.
Bu barədə Dövlət Gömrük Komitəsi mətbuat xidmətindən Publika.az-a verilən məlumatda bildirilib.Muxalifet2 - 21-09-2017
Sabahdan Məhərrəm ayı başlayır
Sabahdan hicri təqvimi ilə Məhərrəm ayı başlayır.
"Report"un məlumatına görə, miladi təqvimi ilə sentyabrın 22-də başlayan Məhərrəm ayı oktyabrın 20-də sona çatacaq.
Məhərrəm ayının 10-cu günü - Aşura oktyabrın 1-nə təsadüf edəcək.
Oktyabrın 21-dən isə Səfər ayı başlayacaq.
İmam Hüseyinin şəhadətinin qırxıncı günü Səfər ayının 20-nə, miladi təqvimi ilə noyabrın 9-na düşür.
28 Səfər (17 noyabr) tarixində isə Məhəmmməd peyğəmbərin (s) vəfatı tarixi qeyd olunacaq.
Səfər ayı miladi təqvimi ilə noyabrın 19-da başa çatacaq.Muxalifet2 - 21-09-2017
Putin Türkiyəyə gedir
Rusiya prezidenti Vladimir Putin sentyabrın 28-i Türkiyəyə səfər edəcək.
AzVision.az xəbər verir ki, bu barədə Türkiyə KİV diplomatik mənbələrə istinadən xəbər verir.
Məlumata əsasən, Putin və Ərdoğanın görüşü zamanı Suriya böhranı da daxil olmaqla, bir sıra məsələlərin müzakirə ediləcəyi gözlənilir.
Tərəflər görüş zamanı, həmçinin “Türk axını” və “Akkuyu” Atom elektrik Stansiyasının tikintisini də müzakirə edəcək.Muxalifet - 21-09-2017
Şəmsəddin Hacıyev həbs oluna bilər - SENSASİON FAKTLAR
Baş Prokurorluq İqtisad Universitetindəki aşkar maxinasiyaları araşdırır; YAP-çı deputatın mandatı alınır
Muxalifet2 - 21-09-2017
“Milli Şuranın mitinqində radikal çağırış edənlər cəzalandırılmalıdır” — Əli Ömərovdan daha bir ŞOK AÇIQLAMA
Azərbaycanın keçmiş baş prokuroru Əli Ömərov Milli Şuranın 23 sentyabra təyin etdiyi mitinqi dəstəkləyən açıqlama ilə çıxış etməsinə və hakim Yeni Azərbaycan Partiyasından istefa verməsinə aydınlıq gətirib.
Ə.Ömərov “Ölkə.Az”-a açıqlamasında deyib ki, bəzi qəzetlərdə onun haqqında yalan və cəfəngiyyat yazılar dərc olunub:Muxalifet2 - 21-09-2017
Azərbaycanla Aİ arasında saziş bu il imzalanmayacaq
"Avropa İttifaqı ilə yeni saziş üzrə sənədin hansı mərhələdə olduğunu demək çox çətindir".
Bunu Azərbaycanın xarici işlər nazirinin müavini Mahmud Məmmədquliyev deyib.Muxalifet - 21-09-2017
SENSASİON İDDİA: 2030-cu ildə Azərbaycan ərazisi buz bağlayacaq
“Təxminən 2030-cu ildə Azərbaycan ərazisi, xüsusilə şimal hissə buz bağlayacaq”.
Bunu AzVision.az-a açıqlamasında Milli Ekoloji Proqnozlaşdırma Mərkəzinin rəhbəri Telman Zeynalov deyib. Onun sözlərinə görə, buzlaşma Bakıya qədər gəlməsə də, paytaxtda 15-20 dərəcə şaxta olacaq.Muxalifet - 21-09-2017
Rusiyalı general və polkovnik Suriyada güllələndi
Rusiya hərbi qulluqçuları Suriyada növbəti itkilər verib.
Bu haqda Rusiyanın İrkutsk vilayətindən Suriyada müqaviləli əsaslarla döyüşən Vladimir Tarasyukun qohumlarına istinadən “New Irkutsk” nəşri yazıb.
Məlumata görə, hadisə döyüş tapşırığının icrası zamanı baş verib.
“Kiçik bacısı Olqa Dolmatovanın sözlərinə görə, Vladimir bazaya qayıdan zaman həlak olub. Döyüşçülərin pusqusuna ondan başqa polkovnik və general düşüb. Onların hamısını güllələdilər. Hadisə sentyabrın 16-sı səhər saatlarında baş verib”, - nəşr yazıb.Muxalifet2 - 21-09-2017
Sərkisyan oğru və əclafdır - PETROSYAN
Ölkəmiz cəhənnəmə çevrilib. Həm kəndlərdə, həm də şəhərlərdə əhalinin 98 faizi yoxsulluq içərisində yaşayır.
Azvision.az xəbər verir ki, bunu Ermənistanın Qarni qəsəbəsində seçicilərlə görüşdə ölkənin keçmiş prezidenti Levon Ter-Petrosyan bildirib.Muxalifet2 - 21-09-2017
Türkiyə, İran və İraqdan birgə referendum bəyanatı
Türkiyə, İran və İraq Xarici İşlər Nazirləri Şimali İraqda 25 Sentyabrda keçirilməsi nəzərdə tutulan müstəqillik referendumu ilə bağlı birgə bəyanat yaydı
Müxalifət.az Türkiyə mediasına istinadən xəbər verir ki, ABŞ-ın Nyu-york şəhərində bir araya gələn Türkiyə, İran və İraq Xarici İşlər Nazirləri Şimali İraqda 25 Sentyabrda keçirilməsi nəzərdə tutulan müstəqillik referendumunu müzakirə ediblər.Muxalifet - 21-09-2017
Manafdan qalmaqallı AÇIQLAMA: “Şou-biznesdə heç 10 nəfər kişi yoxdur”
Müğənni Manaf Ağayev ARB TV-nin “Səhər-səhər” verilişində qalmaqallı açıqlama verib.
İfaçı şou-biznes əhlində birliyin olmamasını tənqid edib:
"Dostlarla oturmuşduq, dedik ki, bu aləmdən kim on nəfər kişi sayar? Şalvar geyinmək və mahnı oxumaq kişi olduğunu sübut etmir. Bunun içində: xeyriyyəçi, sözükeçən, gözəl ailə başçısı, yaxşı övladları, sözübütov olanlar çox azdır. Biz 1-2 kişi müğənnisinin adını çəkə bilmədik. Kimin adını çəkdik, hamı güldü. Gülməlidir. Düzdür, hər sahədə var. Musiqiçilər arasında kişi sənətçi çox azdır.Muxalifet2 - 21-09-2017
Prezident generalı TƏLTİF ETDİ
Azərbaycan prezidenti İlham Əliyev Elçin İsağa oğlu Quliyevin “Azərbaycan Bayrağı” ordeni ilə təltif edilməsi haqqında sərəncam imzalayıb.
E. Quliyev Azərbaycan dövlət sərhədinin mühafizəsinin təmin edilməsində xüsusi xidmətlərinə görə təltif edilib.
Qeyd edək ki, general-polkovnik Elçin Quliyev Dövlət Sərhəd Xidmətinin rəisidir.Muxalifet - 21-09-2017
Saakaşvili haqqında klip: “Barıqa” – Video
Ukraynanın TSN telekanalı Gürcüstanın eks-prezidenti və Odessa vilayətinin sabiq qubernatoru Mixail Saakaşvili haqqında maraqlı klip hazırlayıb.
Klip Saakaşvilinin ən çox istifadə etdiyi “Barıqa” (satılmış) sözü üzərində qurulub.
Klip sabiq qubernatorun xoşuna gəlib və o, videonu sosial şəbəkədə paylaşıb./teleqraf.com
Həmin videonu təqdim edirik:Muxalifet - 21-09-2017
Rusyönlü Moldova prezidentini devirmək üçün LAYİHƏ
Moldova Liberal Partiyasının rəhbəri Mixay Qimpu parlamentin iclasında çıxışı zamanı Prezident İqor Dodonun vəzifədən uzaqlaşdırılması barədə layihə təklif edib.
Bu barədə RİA informasiya verib.
“Prezident yalnız qanunları təsdiq etməkdən imtina etmir, son zamanlarda səhvlərə də yol verir. Onun hakimiyyətdən uzaqlaşdırılması və referendum təşkil edilməsi barədə layihəni irəli sürürük. Bütün fraksiyalardan olan həmkarlarımızdan təşəbbüsü dəstəkləmələrini istəyirik”, - Qimpu bildirib.Muxalifet - 21-09-2017
İşıq dirəklərini oğurladılar
Sabirabad rayonunda işıq dirəklərini oğurlayan şəxslər tutulub.
Daxili İşlər Nazirliyindən verilən məlumata görə, hadisə rayonun Qalaqayın kəndində baş verib. 5 ədəd işıq dirəyini oğurlamaqda şübhəli bilinən Sabirabad rayonunun Qalaqayın kənd sakinləri saxlanılıb.
Sabirabad RPŞ əməkdaşları Rəhim Hüseynov və İlkin Zülfüqarovu şübhəli şəxs olaraq tutublar.Muxalifet2 - 21-09-2017
Safura 25 yaşını belə qeyd etdi – FOTOLAR
İkinci uşağına hamilə olan eks-müğənni Safura Əlizadə doğum gününü qeyd edib.
Bakıda keçirilən ad günü partisində Dövlət Filarmoniyasının direktoru Murad Adıgözəlzadə, həyat yoldaşı Avroviziya təmsilçimiz Aysel Adıgözəlzadə, aktyor Cabir İmanov və həyat yoldaşı, Safuranın bacısı, modelyer Fidan Əlizadə və ailə yaxınları da olub.
25 yaşlı sənətçi doğum günündən olan fotoları sosial media hesabında paylaşıb.Muxalifet2 - 21-09-2017
Poroşenko və Pens Lavrovun çıxışını BOYKOT ETDİ
Rusiya Xarici İşlər naziri Sergey Lavrovun BMT Baş Assambleyasında çıxışı etirazla qarşılanıb.
Axar.az xəbər verir ki, nazirin çıxışını boykot edənlər Ukrayna Prezidenti Pyotr Poroşenko və ABŞ vitse-prezidenti Mayk Pens olub.
Qeyd edək ki, bundan öncə Rusiya nümayəndə heyəti Moskvaya qarşı kəskin mövqeyi ilə seçilən Litva Prezidenti Dalya Qribauskaytenin çıxışını boykot etmişdilər.Muxalifet2 - 21-09-2017
Xüsusi təhqiqatçı Ağ Evdən sənədlərin təqdim edilməsini istəyib
Xüsusi təhqiqatçı Robert Müller prezident Trampın vəzifəsinin icrasına başladığı gündən bəri bir neçə qeydin və e-mail yazışmasının təqdim edilməsi üçün Ağ Evə müraciət edib.
New York Times qəzeti bildirir ki, Rusiyanın 2016 ABŞ prezident seçkilərinə müdaxiləsinin istintaqını aparan Müller, sabiq FBI direktoru Ceyms Kominin və milli təhlükəsizlik müşaviri Maykl Flinin Tramp tərəfindən istefafaya göndərməsi ilə maraqlanır.Muxalifet2 - 21-09-2017
Bakı Şəhəri üzrə Təhsil İdarəsinin müdiri Məktəb-Lisey Kompleksində oldu
Bakı Şəhəri üzrə Təhsil İdarəsinin (BŞTİ) müdiri Məhəbbət Vəliyeva bu gün Məktəb-Lisey Kompleksində (MLK) olub, təhsil müəssisəsinin rəhbərliyi ilə görüşüb.
Qeyd olunub ki, idarə müdiri MLK-da təlim-tərbiyə prosesinin təşkili vəziyyəti ilə maraqlanıb, müvafiq tapşırıq və tövsiyələrini verib.
Məlumatda o da bildirilib ki, təhsil müəssisəsində tədris normal şəkildə davam edir, şagirdlərin dərsə davamiyyəti qaydasındadır.Muxalifet2 - 21-09-2017
“Əli Ömərov məni oğurlatdırmışdı…” - Tanınmış jurnalist
Tanınmış jurnalist Səbuhi Məmmədli son siyasi fəaliyyəti ilə gündəmə gələn, YAP-dan istefa verən, Milli Şuranın mitinqinə dətək verən sabiq baş prokuror Əli Ömərovla bağlı başına gələn əhvalatı danışıb.
BakuPost.az xəbər verir ki, jurnalist Ə. Ömərovun onu oğurlatdırdığını deyib: "Bu adam baş prokuror olanda məni "525-ci" qəzetin redaksiyasından sözün həqiqi mənasında oğurlayıb aparmışdı.Muxalifet2 - 21-09-2017