Axtarış

The search found 105783 results in 0.018 seconds.

Search results

  1. Nazirlər Kabinetində 2018-ci il üzrə dövlət büdcəsinin layihələrinə baxıldı

    Azərbaycanın baş naziri Artur Rasi-zadənin sədrliyi ilə Nazirlər Kabinetinin 2018-ci il üzrə dövlət büdcəsinin və icmal büdcənin layihələrinə, sonrakı üç il üçün icmal büdcənin göstəricilərinə, həmçinin Azərbaycan Respublikasının 2018-ci il və gələn üç il üzrə iqtisadi və sosial inkişaf konsepsiyası və proqnoz göstəricilərinə, habelə büdcə zərfinə daxil olan bir sıra normativ hüquqi sənədlərin layihələrinə baxılıb.

    Muxalifet2 - 21-09-2017

  2. Səudiyyədən "Vatsap"la bağlı qərar

    Səudiyyə Ərəbistanı hakimiyyəti "Skayp", "Vatsap", "Feysbuk” “Messencer", "Vayber" və başqa analoji xidmətlər daxil olmaqla, məşhur messencerlər vasitəsilə səsli və videozənglərə qoyulmuş qadağanı ləğv edib.
    Axar.az xəbər verir ki, bu barədə "Reuters" xəbər agentliyi məlumat yayıb.

    Muxalifet2 - 21-09-2017

  3. Avropa Məhkəməsinin jurnalistin işinə prioritet baxacağı gözlənilir

    Avropa İnsan Hüquqları Məhkəməsi hazırda həbsdə olan “Kanal-13” internet kanalının rəhbəri Əziz Orucovun (Qaraşoğlu) şikayətinə prioritet qaydada baxılacağı gözlənilir.
     
     Bu barədə jurnalistin vəkili Cavab Cavadov məlumat verib. Vəkilin sözlərinə görə, Strasburq Məhkəməsinə göndərilən şikayətdə prioritet qaydada baxılması istənilib.
    Vəkil xatırladıb ki, Avropa İnsan Hüquqları Məhkəməsinin əsasnaməsində edilən dəyişikliyə əsasən jurnalistlərin şikayətlərinə prioritet baxılması nəzərdə tutulur.

    Muxalifet - 21-09-2017

  4. Ayətullah Xameneyi Donald Trampı aciz və BAŞIBOŞ ADLANDIRDI

    “ABŞ prezidenti Donad Trampın sözləri onun güclü olmasından deyil, acizliyi və başıboşluğundan irəli gəlir”.
    APA-nın Tehran bürosunun xəbərinə görə, bu sözləri İranın ali rəhbəri ayətullah Xameneyi BMT-nin 72-ci sessiyasında ABŞ prezidenti Donald Trampın çıxışına münasibət bildirərkən deyib. O qeyd edib ki, ABŞ-ın qərbi Asiyada uzunmüddətli planları İranın təsiri nəticəsində pozulub, bu isə onları narahat edir və əsəbiləşdirir.

    Muxalifet2 - 21-09-2017

  5. AZTV sədrinə sui-qəsd сəhdi - 4,6 milyonluq DƏLƏDUZLUQ

    “Azərbaycan Televiziya və Radio Verilişləri” QSC-nin sədri Arif Alışanovun biznes ortağı Şücayət Əkbərov həbs edilib.

    Muxalifet2 - 21-09-2017

  6. “Manat sabitləşməyib, cəmiyyətə səhv məlumat verilir” - Natiq CƏFƏRLİ

     “Elman müəllimin manatın məzənnəsi haqqında danışması heç yaxşı hal deyil. Amma nə deməsi də önəmlidir, manat sabitləşməyib, cəmiyyətə səhv məlumat verilir”.
     
     Hurriyyet.org xəbər verir ki, bu barədə REAL Hərəkatının icra katibi, iqtisadçı Natiq Cəfərli bildirib.
    “Bu sabitləşmə iqtisadi amillərə və bazar qanunlarına görə baş verməyib”

    Muxalifet - 21-09-2017

  7. Elçin Əlibəyli “Publika.az”-dan getdi

     “Publika.az” saytının baş redaktoru Elçin Əlibəyli tutduğu vəzifədən ayrılıb.
     
    Bu barədə “Ölkə.Az”-a saytı məlumat verib.
    “Elçin Əlibəylinin saytdan nə səbəbə ayrılması barədə məlumat verilmir. Hələlik onun vəzifəsinə təyinat da yoxdur”, - deyə redaksiyadan bildirilib.
    Xatırladaq ki, Elçin Əlibəyli əvvəllər də “Publika.az” saytının baş redaktoru vəzifəsində işləyib və 2013-cü ildə işdən çıxarılıb.
    O, 2016-cı ildə yenidən həmin sayta baş redaktor təyin edilib.

    Muxalifet - 21-09-2017

  8. ​ 62 yaşlı kişi özünü Yuxarı Şirvan kanalına ATIB - GÖYÇAYDA

    Göyçay rayonunda intihar olub.
     
    Hadisə bu gün axşam saatlarında Göyçayın İnçə kəndində baş verib.
    Kənd sakini, 1955-ci il təvəllüdlü Səmədov Səməd Əvəz oğlu yaşadığı evdən çıxaraq geri qayıtmayıb. Axtarış zamanı məlum olub ki, S. Səmədov özünü evin yaxınlığından keçən Yuxarı Şirvan kanalına atıb.
    Onun özünə qəsd etməsinin səbəbi hələlik məlum deyil. Hazırda rayonun hüquq-mühafizə orqanlarının əməkdaşları hadisə yerindədir.
    Faktla bağlı Göyçay rayon Prokurorluğu tərəfindən araşdırma aparılır. (APA)

    Muxalifet - 21-09-2017

  9. QADINLAR SARKİSYANA QARŞI ÜSYANA QALXDI

    Sarkisyanın səfəri qarşıdurmaya səbəb oldu
     
    Ermənistan prezidenti Serj Sarkisyan Yerablura səfər edərkən qarşıdurma yaranıb.
     
    AzVision.az erməni KİV-lərinə istinadən xəbər verir ki, Sarkisyan xidməti avtomobilinə minərək ərazidən uzaqlaşmaq istəyərkən 2 qadın ona yaxınlaşmağa çalışıb.
    Təhlükəsizlik xidmətinin əməkdaşları yüksək səslə qışqırmağa başlayan qadınların əllərindən tutaraq, onlara zor tətbiq ediblər.

    Muxalifet - 21-09-2017

  10. "Lütfizadənin cənazəsinin Bakıya gətirilməsi 7-10 gün çəkə bilər"

    "Mən Amerikadan bu gün gəlmişəm. İki gün əvvəl Los-Ancelesdəki konsulluğumuzdan mənə dedilər ki, Lütfizadənin cənazəsinin Bakıya gətirilməsi 7-10 gün çəkə bilər".
     

    Muxalifet - 21-09-2017

  11. Masallıda əlçatmaz məktəb: "Uşaqlar hər gün 6 kilometr yol qət edirlər"

    Masallı rayonun Kürdəbazlı kəndinin məktəbliləri yeni dərs ilini başqa kəndin məktəbində başlamalı olub.
     
    Yerli sakinlər buna etiraz edirlər, deyirlər ki, qonşu kəndin məktəbi onlardan 3 km aralıda yerləşir.
    Rəsmilər isə deyirlər ki, Kürdəbazlı 9 illik məktəbin bağlanması səbəbi onun köhnə olması idi, üstəlik, kadr çatışmazlığı vardı və məktəbdə tədrisin keyfiyyəti aşağı idi.

    Muxalifet - 21-09-2017

  12. ​Erməni deputatlar Bakıda - İÇKİ MƏCLİSİNDƏN FOTO PAYLAŞDILAR

    Xəbər verdiyimiz kimi, bu gün Bakıda baş tutacaq “Avronest” Parlament Assambleyasının iclasında Ermənistandan nümayəndə heyəti də iştirak edəcək. Toplantıda Ermənistanı bu ölkənin “Avronest” PA-dakı nümayəndə heyətinin rəhbəri Armen Aşotyan və heyətin üzvü Mane Tandilyan təmsil edəcək. 
    “Qafqazinfo” xəbər verir ki, hər iki erməni deputat artıq Azərbaycana gəlib. Onlar Bakıda içki içərkən çəkdirdikləri fotonu sosial şəbəkədə paylaşıblar.

    Muxalifet3 - 22-09-2017

  13. Lənkəranda kişini qatar vuraraq öldürüb

    Lənkəranda dəmir yol xəttini keçmək istəyən kişini qatar vurub öldürüb.
     
    Hadisə dəmir yol xəttinə paralel ərazidə yerləşən "Sahil" istirahət parkının arxasında, dəmir yol vağzalından təxminən 2 km məsafədə baş verib.
    Hələlik kimliyi məlum olmayan kişi dəmir yol xəttini keçmək istəyərkən, onu qatar vurub.
     Hadisə yerinə təcili yardım briqadası çağırılsa da, xəsarət alan şəxsi xilas etmək mümkün olmayıb.

    Muxalifet - 21-09-2017

  14. ​“Çelsi”nin futbolçusu “Galendewagen”lə qəzaya düşdü - FOTO

    “Çelsi” klubunun fransalı yarımmüdafiəçisi Temue Bakayoko bu gün idarə etdiyi avtomobillə qəzaya düşüb.
    Muxalifet.az xəbər verir ki,23 yaşlı futbolçu məşqdən sonra evə gedərkən “Galendewagen” markalı avtomobilinin idarəetməsini itirib.
    Yolda çıxan avtomobil ağaca çırpılıb. Bakayokonun ciddi xəsarət almadığı bildirilir.
    Qeyd edək ki, gənc futbolçu 40 milyon avroya “Monako”dan transfer edilib.

    Muxalifet3 - 22-09-2017

  15. ​Dünyanın ən varlı qadını öldü - 35,8 milyard avro sərvəti var

    “L'Oreal” fransız kosmetika şirkətinin sahibi, dünyanın ən zəngin qadını olan Lilian Betankur 95 yaşında dünyasını dəyişib.
    Rusiya KİV-ləri xəbər verir ki, bu barədə L. Betankurun qızı Fransuaz Betankur-Meyer bildirib.
    Onun sözlərinə görə, anası dünən gecə öz evində vəfat edib.
    Qeyd edək ki, “Challenges” jurnalı bu ilin iyununda dünyanın ən varlı şəxslərinin siyahısını hazırlayıb. Lilian Betankur 35,8 milyard avro sərvətlə jurnalda ikinci yerdə qərarlaşıb(Qafqazinfo).

    Muxalifet3 - 22-09-2017

  16. Azərbaycan Premyer Liqasında VI tura start veriləcək

    İlk oyun günündə “Qarabağ” “Sumqayıt”ı qəbul edəcək
     
    Bu gün Azərbaycan Premyer Liqasında VI tura start veriləcək. İlk oyun günündə bir görüş baş tutacaq.

    Muxalifet - 22-09-2017

  17. Bağlanmış banklara borcu olanlar faiz ödəməlidirmi? – RƏYLƏR

    Lisenziyası ləğv olunmuş banklar Əmanətlərin Siğortalanması Fonduna tapşırılıb. Hazırda bu işlərlə həmin fond məşğuldur. Lisenziyası ləğv olunan bankların faktiki olaraq fəaliyyəti dayanır. Onların əlavə vəsait yığmağa və ya faiz vergisi almağa haqları yoxdur.
    Muxalifet.az xəbər verir ki, bu sözləri Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü, millət vəkili Vahid Əhmədov deyib. O bildirib ki, komitənin iclasında da bununla bağlı bir sıra məsələləri müzakirəyə qoyub:

    Muxalifet2 - 22-09-2017

  18. 40 yaşlı kişini damda cərəyan vuraraq yerə çırpıb - BAKIDA

    Kişi ağır bədən xəsarətləri alıb
     
    Bakının Nəsimi rayonunda orta yaşlı kişini evin damında cərayan vurub.
    1977-ci il təvəllüdlü Mədətov Samir Əsrasif oğlu fərdi yaşayış evinin dam örtüyünün üzərində iş görən zaman onu elektrik cərəyanı vurub.
    S.Mədətov cərəyanın təsirindən yerə yıxılıb. O, ağır bədən xəsarətləri alaraq xəstəxanaya yerləşdirilib.
    Həkimlər onun vəziyyətini orta-ağır kimi qiymətləndirir./report

    Muxalifet - 22-09-2017

  19. Pxenyan Trampı hidrogen bombasıyla hədələdi

    Nyu Yorkda BMT Baş Assambleyasının sessiyasında iştirak edən Şimali Koreyanın XİN rəhbəri Li Yon Xo jurnalistlərə bildirib ki, Pxenyan Donald Trampın BMT-dəki nitqinə cavab olaraq, Sakit okeanda hidrogen bombasını sınaqdan keçirə bilər.
    Bu barədə “Renhap” agentliyi məlumat yayıb.
    Şimali Koreyanın lideri Kim Çen In bundan əvvəl Trampın çıxışını “ağılsız”, onun özünü isə “alovla oynayan xuliqan və quldur” adlandırıb və nitqinə cavab olaraq sərt tədbirlər görəcəyini vəd edib.

    Muxalifet - 22-09-2017

  20. “Trampın düşməncəsinə çıxışı ona baha başa gələcək” - Kim Çen In

     “Mən bu qoca ruhi xəstəni alovla ram edəcəyəm”
     
    Şimali Koreya lideri Kim Çen In cümə günü televiziya ilə müraciətində ABŞ prezidenti Donald Trampın KXDR-in tamamilə məhv edilməsi mümkünlüyünə dair sözlərini Pxenyana qarşı müharibə elan olunması ilə müqayisə edib.
    Kim Çen Inın sözlərinə görə, Pxenyan tarixin məhz bu ən qəddar müharibə elanına cavab olaraq tarixdə görünməmiş sərt tədbirlərdən istifadə etməyi nəzərdən keçirir.

    Muxalifet - 22-09-2017

Pages