Axtarış

The search found 105783 results in 0.022 seconds.

Search results

  1. MTRŞ Vahid Mustafayevə “YOX” dedi: “ANS-in açılması mümkün deyil”

    Milli Televiziya və Radio Şurası (MTRŞ) ANS televiziyasının yenidən fəaliyyətə başlayacağı haqda şirkətin prezidenti Vahid Mustafayevin fikirlərinə münasibət bildirib.
    MTRŞ-nın Aparat rəhbəri Toğrul Məmmədov AzVision.az-a bildirib ki, ANS TV-nin açılması mümkün deyil.
    "Bu barədə Ali Məhkəminin qərarı mövcuddur. Şuranın qərarı qüvvədə saxlanılıb. Bundan başqa daha nə demək olar? Faktiki olaraq Şura qərarını verib. Məhkəmə tərəfindən qərara dəyişiklik olunmayıb" - T.Məmmədov ANS-lə bağlı məsələyə aydınlıq gətirib.

    Muxalifet2 - 21-09-2017

  2. Azad Cavadov və Rüfət Aslanlı haqqında növbəti ittiham: 11 bankın əmlakı talanıb...

    Əmanətlərin Sığortalanması Fondunun icraçı direktoru Azad Cavadov haqqında Moderator.az-a ilginc məktub daxil olub. Məktubda çoxsaylı ittihamlar yer alıb.
    Sayt yazır ki, adının açıqlanmasını istəməyən bank işçiləri keçmiş həmkarları Azad Cavadovu bank kreditlərinin mənimsənilməsində, vəzifə səlahiyyətlərindən sui - istifadə edərək fəaliyyətinə xitam verilmiş banklara məxsus miliyonlarla dollar pulun və əmlakın mənimsənilməsində ittiham edir:

    Muxalifet2 - 21-09-2017

  3. ​Moskvada 10 idarə boşaldıldı – Təcili

    Rusiyanın paytaxtı Moskvada 10 idarənin heyəti təcili evakuasiya olunub.
    Axar.az xəbər verir ki, evakuasiyanın bomba xəbərdarlığı ilə bağlı anonim zəngdən sonra həyata keçirilib.
    Qeyd edək ki, son vaxtlar Rusiyada anonim zəng səbəbindən hər gün bir neçə şəhərdə oxşar olaylar yaşanır. Yalnız ötən gün 152 obyektdən 100 min adam təxliyə edilib.

    Muxalifet2 - 21-09-2017

  4. Çingiz Qənizadə: “Hacı Qalibə ağzından çıxan sözün məsuliyyətini dərk etməyi öyrədəcəm”

    Çingiz Qənizadə: "Qalib Salahzadə dediklərini sübut etməsə, həbs olunmalıdır"
    Milli Məclisin deputatı Çingiz Qənizadə keçmiş həmkarı, son günlər mətbuatda ona qarşı ağır ittihamlar səsləndirən Qalib Salahzadəni xüsusi ittiham qaydasında məhkəməyə verməyə hazırlaşır.
    Məsələ ilə əlaqədar Modern.az-ın əməkdaşı Çingiz Qənizadə ilə əlaqə saxlayıb. Onunla söhbəti təqdim edirik:
    - Çingiz müəllim, Qalib Salahzadəni məhkəməyə verəcəyiniz barədə mətbuatda məlumat yayılıb. Biz bilmək istərdik ki, onu hansı maddələrlə məhkəməyə verirsiniz, vəkiliniz kimdir?

    Muxalifet2 - 21-09-2017

  5. “Mardan Palas” ətrafında yeni problem – SATIŞ DAYANDI

    Azərbaycan əsilli rusiyalı iş adamı Telman İsmayılova məxsus Antalyadakı “Mardan Palas” (“Mardan Palace”) otel kompleksi artıq rəsmi saytı vasitəsi ilə onlayn otaq satışlarını dayandırıb.

    Muxalifet2 - 21-09-2017

  6. Videosu yayılan sürücü İŞDƏN QOVULDU

    “Sentyabrın 20-də 66 nömrəli müntəzəm marşrut xətti ilə hərəkət edən avtobusların birində sürücü tərəfindən qanunvericiliyin, yol hərəkəti qaydalarının tələbinin kobud şəkildə pozulmasına dair KİV-də və sosial şəbəkələrdə yayılan video görüntü ilə bağlı Bakı Nəqliyyat Agentliyi (BNA) tərəfindən dərhal zəruri tədbirlərin görülməsinə başlanılıb”.

    Muxalifet2 - 21-09-2017

  7. "Əgər oğlum bu əməli törətsə, öldürün" – PREZİDENT

    Polisə təlimat vermişəm ki, əgər övladlarım belə narkotik qaçaqmalçılığı cinayəti törətsə, dərhal onları öldürün.
    Axar.az xəbər verir ki, bu sözləri Filippin Prezidenti Rodriqo Duterte deyib.
    “Oğlum Pauloya da dedim ki, sən də bu cinayətdən həbs olunsan, polisə əmr verəcəyəm ki, səni öldürsünlər. Sonra həmin polisləri qoruyacağam”, - Duterte bildirib.
    Filippin lideri həmçinin narkotik qaçaqmalçılarını həsb edən polislərə pul mükafatı verəcəyini vurğulayıb.

    Muxalifet2 - 21-09-2017

  8. Baş Qərargah rəisi Nalbandyana qarşı: “Torpaqlar qaytarıla bilməz”

    Ermənistan Silahlı Qüvvələrinin Baş Qərargah rəisi Movses Akopyan bu ölkənin xarici işlər naziri Edvard Nalbandyanın işğal olunmuş Azərbaycan torpaqlarının bir hissəsinin qaytarılması ilə bağlı verdiyi açıqlamasına etiraz edib.
     
    Müxalifət.az Erməni KİV-nə istinadən xəbər verir ki, qərargah rəisi bildirib ki, hər hansı torpağın Azərbaycana qaytarılmasından söhbət gedə bilməz:

    Muxalifet - 21-09-2017

  9. Türk deputatlardan Sarkisyanın təhdidinə cavab

    Türkiyə Böyük Millət Məclisinin üzvləri Ermənistan prezidenti Serj Sarkisyanın BMT-dəki çıxışına cavab veriblər.
     
     Xatırladaq ki, S. Sarkisyan Türkiyə ilə imzalanmış Sürix protokollarını 2018-ci ilin baharına qədər ləğv edə biləcəklərini bəyan edib.  

    Muxalifet - 21-09-2017

  10. İtaliya səfirliyində rüşvət qalmaqalı: tələbələrdən viza üçün pul alınıb?

    Azərbaycandan İtaliya universitetlərinə qəbul olunan tələbələr bu ölkənin səfirliyindən viza ala bilmirlər.
     
    Bu barədə AFN-ə İtaliyada ali təhsil imkanı qazanan tələbələrdən biri məlumat verib. Onun sözlərinə görə, günlərdir səfirliyə ayaq döysə də viza ala bilmir: "Bunun üçün tutarlı səbəb də deyilmir, müxtəlif bəhanələrlə imtina edilir”.

    Muxalifet - 21-09-2017

  11. Avropa Məhkəməsi Zaqatalada saqqalı qırxılan vətəndaşların işini araşdırır

    2010-2011-ci illərdə Zaqatala polisində saqqalının zorla qırxıldığını deyən 4 vətəndaşın şikayətini Avropa İnsan Hüquqları Məhkəməsi (AİHM) araşdırmağa başlayıb.
     
    Məhkəmə hökumətə aydınlaşdırıcı suallar ünvanlayıb.
    Bu barədə Azadlıq radiosu AİHM-in məlumatına istinadən bildirir.
    Şikayətçilər Zaqatala rayon sakinləri Abakar Qaziyev, Allahyar Yusubov, Vüsal Cəbrayılov və Elşad Musayevdir. Onları məhkəmədə hüquqşünas İntiqam Əliyev təmsil edir.

    Muxalifet - 21-09-2017

  12. Sabiq qərargah rəisinə hökm oxundu

    Azərbaycan Dəmir Yolları QSC-nin Bakı Dəmir Yolu Qovşağı Mülki Müdafiə Qərargahının sabiq rəisi, polkovnik Əlövsət Məhərrəmovun cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.
    Axar.az xəbər verir ki, bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Rahib Salmanovun sədrliyi ilə baş tutan prosesdə təqsirləndirilən şəxsə hökm oxunub.
    Əlövsət Məhərrəmov 15 il müddətinə azadlıqdan məhrum edilib.
    Qeyd edək ki, prokuror çıxışı zamanı Əlövsət Məhərrəmovun 12 il müddətinə azadlıqdan məhrum edilməsini istəmişdi.

    Muxalifet2 - 21-09-2017

  13. Yerevanda xalq üsyanı hazırlanır

    Ermənistan vətəndaşları arasında xalq üsyanına hazırlıq gedir. Bu barədə müxalif “Yerkir Tsirani” partiyasının sədri Zaruhi Postancyan bildirib.
    “Ermənistan və Qarabağda, həmçinin bütün dünyada ermənilərin yaşadığı şəhərləri əhatə edən ümumerməni üsyanı günü elan olunmalıdır. Biz bu cür fəaliyyət vasitəsilə hakimiyyətə etimadsızlıq göstərir və onu inkar edirik”, – Postancyan deyib.

    Muxalifet2 - 21-09-2017

  14. Sumqayıtda toyda 11 nəfərin telefonu oğurlandı

    Sumqayıtda restoranlardan toy zamanı mobil telefonları oğurlayan şəxs saxlanılıb.

    Muxalifet2 - 21-09-2017

  15. Rusiyadan ABŞ-a sərt XƏBƏRDARLIQ: Təkrarlanarsa vuracağıq

     Rusiya Müdafiə Nazirliyinin sözçüsü ABŞ dəstəkli PYD-nin, Əsəd rejiminə 2 dəfə hücum cəhdindən dolayı xəbərdarlıq etdi.
     
    Müxalifət.az Türkiyə mediasına istinadən xəbər verir ki, Rusiya Müdafiə Nazirliyi sözçüsü İqor Konaşenkov ABŞ dəstəkli PYD-nin yerləşdiyi rayonlardan Əsəd rejiminə 2 dəfə atəş açıldığını xatırladıb, hücumların təkrarlanması vəziyyətində qarşılıq verəcəklərini deyib.

    Muxalifet - 21-09-2017

  16. Türkiyə ordusu sərhədi keçdi

    Türkiyə Silahlı Qüvvələrinə məxsus hərbi texnika Cilvegözü sərhəd keçid məntəqəsindən Suriyaya keçib.
    Publika.az Türkiyə KİV-inə istinadən xəbər verir ki, hərbi texnika İdlibə hərəkət etmədən əvvəl aralıq zonada saxlanılır.
    Xatırladaq ki, Astanada keçirilən son toplantıda Rusiya, İran və Türkiyə “Əl-Qaidə” qruplarının nəzarəti altında olan İdlibdə dördüncü təhlükəsiz zonanın sərhədləri barəsində razılığa gəlib. Müqavilə haqqında məlumat verən mənbələrin sözlərinə görə, İdlib 3 hissəyə bölünəcək və vilayətin qərbi Ankaranın nəzarəti altında olacaq.

    Muxalifet2 - 21-09-2017

  17. Avrasiya materiki parçalanacaq, yeni okean yaranacaq

    Avrasiya 20 milyon il sonra iki hissəyə parçalanacaq.
    Axar.az xəbər verir ki, bu iddia ilə Rusiya alimləri "Qondvana Risöç" jurnalında çıxış ediblər. Onların iddiasına görə, parçalanma Baykal gölü vasitəsilə olacaq. Alimlər parçalanmadan sonra Baykal gölü ərazisində yeni okean yaranacağını qeyd ediblər.
    Qeyd edək ki, Baykal gölü ekoloji fəlakətlə üz-üzə qalıb. Rusiya alimləri tədbir görülməyəcəyi təqdirdə bu gölün Aral dənizi kimi quruyacağını bildiriblər.

    Muxalifet2 - 21-09-2017

  18. Trampı qalib edən şəxs indi Bərzani üçün çalışır

    ABŞ Prezidenti Donald Trampın seçkiqabağı təşviqat kampaniyasının eks-rəhbəri Pol Manafort İraq Kürd Muxtariyyətində müstəqillik referendumunu dəstəkləyib.
     
    Bu iddia ilə “Nyu York Tayms” qəzeti çıxış edib. İddiaya görə, bir neçə ay öncə İraq Kürd Muxtariyyətinin rəhbəri Məsud Bərzaninin oğlu Manafortla görüşüb. Məhz o, Manafortun İraqın şimalına səfərini təşkil edib. Burada kürd aktivistlərə məsləhətlər verən Manafort kürdlərin maraqlarını Qərbdə təmsil edəcəyinə söz verib.

    Muxalifet - 21-09-2017

  19. Buraxılış və qəbul imtahanlarının qaydaları dəyişir - YENİLİKLƏR

    Sentyabrın 20-də Dövlət İmtahan Mərkəzində Direktorlar Şurasının sədri Məleykə Abbaszadə, DİM-in digər məsul işçiləri ilə təhsil nazirinin müavini Ceyhun Bayramovun başçılıq etdiyi nümayəndə heyəti arasında görüş keçirilib.
    DİM-dən AzVision.az-a verilən xəbərə görə, görüşdə 2019-cu ildə tətbiqi nəzərdə tutulan tam (11 illik) orta təhsil səviyyəsi üzrə buraxılış imtahanlarının, ali və orta ixtisas təhsili müəssisələrinə qəbul imtahanlarının yeni modelinin yekun müzakirəsi keçirilib və ümumi razılıq əldə edilib.

    Muxalifet2 - 21-09-2017

  20. Fatih Terim İranda baş məşqçi ola bilər

    İranın əsas futbol klublarından olan “İstiqlal” komandası Türkiyə millisinin keçmiş məşqçisi Fatih Terimi baş məşqçi postuna gətirmək niyyətindədir.
     
    Bu barədə klubun rəsmilərindən Rza İftixari məlumat yayıb.
    “İlk seçimimiz türk futbolunun məşhur və böyük baş məşqçilərindən olan Fatih Terimdir”, - deyən klub rəsmisi danışıqlar prosesi ilə bağlı məlumat verməyib.

    Muxalifet - 21-09-2017

Pages