Axtarış

The search found 105779 results in 0.057 seconds.

Search results

  1. "Heç bir jurnalist həbs olunmamalıdır" – Stefan Şennaç

    Avropa Şurası Parlament Assambleyasının (AŞPA) Monitorinq komitəsinin Azərbaycan üzrə həmməruzəçiləri Stefan Shennach və Sezar Florin Preda Azərbaycana səfər çərçivəsində dövlət rəsmiləri, millət vəkilləri, vətəndaş cəmiyyətinin üzvləri və jurnalistlərlə görüşlərini davam etdirirlər.
    Həftənin əvvəlində həmməruzəçiləri prezident İlham Əliyev qəbul edib. Şənbə günü isə Stefan Shennach Twitter vasitəsilə həbsdə olan fəallarla görüşəcəyi barədə yazıb.

    Muxalifet - 17-09-2017

  2. Как в Берлине в 1945-м: Россия и США соперничают за последний ключевой участок Сирии

    Bloomberg logo

    Muxalifet2 - 17-09-2017

  3. Putin Söyün Sadıqova separatçı missiya həvalə edir

    Rusiya Ukraynanın Karpatyanı bölgəsində macar separatizmini alovlandırmağa hazırlaşır və bu məqsədlə Kreml xüsusi adamlar ayırıb.
     

    Muxalifet - 17-09-2017

  4. Mövqelərimiz yenə iriçaplı pulemyotlardan atəşə tutuldu

    Ermənistan silahlı qüvvələrinin bölmələri cəbhənin müxtəlif istiqamətlərində iriçaplı pulemyotlardan da istifadə etməklə sutka ərzində atəşkəs rejimini 144 dəfə pozub.
     

    Muxalifet2 - 17-09-2017

  5. ​Təxirə salınmış Bakı-London-Bakı reysinin dəqiq uçuş tarixi müəyyənləşdi

    Ötən gün təxirə salınan Bakı-London-Bakı reysinin dəqiq uçuş tarixi müəyyənləşib.
     
    Muxalifet.az Report-a istinadən xəbər verir ki, AZAL-ın yerinə yetirəcəyi "J2 008" saylı təyyarə reysi sentyabrın 17-si 18:05-də Bakıdan Londona yola düşəcək.
    Təyyarə əks istiqamətdə sentyabrın 18-i saat 06:35-də havaya qalxacaq.

    Muxalifet2 - 17-09-2017

  6. ​Sabah havanın temperaturu 36 dərəcəyə çatacaq

    Sentyabrın 18-də respublika ərazisində gözlənilən hava şəraiti açıqlanıb.
     
    Muxalifet.az Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinə istinadən xəbər verir ki, sabah Bakıda və Abşeron yarımadasında hava yağmursuz keçəcək.

    Muxalifet2 - 17-09-2017

  7. ​56 yaşlı kişi öldü - QUSARDA

    Qusarda ölümlə nəticələnən bədbəxt hadisə baş verib.
     
    Rayonun Hil kəndində 1961-ci il təvəllüdlü Qasımov İsmət Bahəddin oğlunun idarə etdiyi traktor bağ sahəsində idarəetmədən çıxaraq aşıb. Nəticədə 56 yaşlı İ.Qasımov aldığı xəsarətlərdən vəfat edib.
    Faktla bağlı araşdırma aparılır.(lent.az)

    Muxalifet2 - 17-09-2017

  8. Azərbaycanlı oliqarxa görə generalların həbsi gözlənilir

    Moskvada sentyabrın 14-də azərbaycanlı oliqarx-keçmiş milyarder Telman İsmayılova aid 12 ünvanda aparılmış qəfil axtarışla bağlı yeni nüanslar üzə çıxıb. Bu axtarışlar İsmayılov qardaşlarının adı keçən cinayət işində yeni şahid ifadəsi əsasında aparılıb.
     

    Muxalifet2 - 17-09-2017

  9. “Moskvadan görünən Rusiya o qədər də təhlükəli deyil” - FOTOLAR

    Fazil Mustafa: “Müstəqilliyimizə və ərazi bütövlüyümüzə qarşı yönələn hər hansı çağırışlara ən sərt formada dirəniş göstərməyə hazır olmalıyıq”
     
    Deputat “President-hotel”dəki müzakirələr barədə Musavat.com-a danışdı

    Muxalifet2 - 17-09-2017

  10. ​Saakaşvili Ali Radanın binası qarşısında mitinq keçirməyi planlaşdırır

    Gürcüstanın sabiq prezidenti, Ukraynanın Odessa vilayətinin keçmiş qubernatoru Mixail Saakaşvili sentyabrın 19-da Ali Radanın binası önündə mitinq keçirməyi planlaşdırır.
     
    Muxalifet.az-ın məlumatına görə, bu barədə “Strana.ua” saytı Saakaşvilinin ətrafındakı mənbəyə istinadən xəbər yayıb.
    Bildirilir ki, saat 10.00 başlayacaq mitinqdə Saakaşviliyə Ali Rada deputatları qarşısında çıxış etməyə imkan verilməsi tələbi irəli sürüləcək.

    Muxalifet2 - 17-09-2017

  11. ​Şeyxin oğlunun ölkədən getməsini Hacı Qalib təsdiqlədi: “...Şeyxi pərişan gördüm”

    Qafqaz Müsəlmanları İdarəsinin sədri, Hacı Allahşükür Paşazadənin oğlu Mə

    Muxalifet2 - 17-09-2017

  12. Çernoqoriyada futbol klubunun qapıçısı məşq zamanı güllələndi

    Çernoqoriyanın birinci liqasında çıxış edən "Bokel" futbol klubunun qapıçısı Qoran Lenats meydanda açılan atəş nəticəsində dünyasını dəyişib.
     
    "Report" xəbər verir ki, bu barədə "Skalaradio" radiosuna istinadən "Çempionat" nəşri məlumat yayıb.
    Hadisə məşq zamanı baş verib. Naməlum şəxs əvvəlcə ətrafdakıları qaçırtmaq üçün havaya bir neçə güllə atıb. Sonra isə meydana çıxaraq qapıçını hədəf alıb.
    Həkimlər 33 yaşlı idmançının həyatını xilas etməyə çalışıblar, lakin o, xəstəxanada ölüb.

    Muxalifet2 - 17-09-2017

  13. ​9-cu sinif şagirdi özünü asdı - GƏNCƏDƏ

    Gəncə şəhərində intihar hadisəsi baş verib.
     
    Muxalifet.az report-a istinadən xəbər verir ki, hadisə şəhərin Təbriz küçəsində yerləşən evlərdən birində qeydə alınıb.
    Gəncə şəhər sakini, 2002-ci il təvəllüdü Qəmbərli Gülçin Arzu qızı özünü evdə asaraq intihar edib. 9-cu sinif şagirdinin hansı səbəbdən intihar etdiyi məlum deyil.
    Faktla bağlı Gəncə Şəhər Prokurorluğunda cinayət işi açılıb.

    Muxalifet2 - 17-09-2017

  14. Türkiyədən növbəti Kürdüstan açıqlaması

    "İraq Kürd Muxtariyyətində təşkil ediləcək referendum Türkiyə üçün milli təhlükəsizlik məsələsidir".
     
    Bunu Türkiyənin baş naziri Binəli Yıldırım deyib.
    “Bu məsələ ilə bağlı istənilən addımları atacağıq və buna heç kimin şübhəsi olmasın”, - baş nazir bildirib.
    Belə ki, prezident Rəcəb Tayyib Ərdoğan dünən A Haber telekanalına verdiyi müsahibəsində 22 sentyabrda Türkiyənin plebisitə cavab olaraq hazırladığı tədbirləri elan edəcəklərini bildirmişdi.

    Muxalifet2 - 17-09-2017

  15. Hamı bu statusdan danışır: Azərbaycanlı səfir nazir Samir Şərifovu tanımır? (FOTOFAKT)

      Azərbaycanın Fransadakı Səfiri Rəhman Mustafayevin "Twitter"dəki paylaşımı sosial şəbəkələrdə birmənalı qarşılanmayıb.
     
    Azxeber.com xəbər verir ki, səfir Fransanın Avropa və Xarici İşlər Nazirliyinin dövlət katibi Jan-Batist Lömuanın Azərbaycana səfəri zamanı Maliyyə Naziri Samir Şərifovla görüşündən olan fotosunu öz "Twitter" hesabında paylaşıb. Səfir paylaşımında "Minister of Transport Sharifov: "Azerbaijan is ready to open its logistical networks to Franch good and services" statusunu yazıb.

    Muxalifet - 17-09-2017

  16. «Ağ şəhər»də «ağ» ediblər: Prezidentin sərəncamını pozurlar

    "Ağ şəhər” və Xətai rayon İcra Hakimiyyətinin məsul əməkdaşları paytaxt sakinlərini dövlət başçısından narazı salır
     
    Xətai rayonu Turşsu küçəsində yaşayan 40 ailə şikayətçidirlər. Məktubda bildirilir ki, həmin ailələr artıq 20 ilə yaxındır Babək prospektindəki "Dəniz Mebel” deyilən obyektin arxasında, Turşsu küçəsində, sakinlər arasında "Ərzurum” deyilən ərazilərdə min bir zəhmətlə, balalarının, özlərinin boğazından, əynindən-başından kəsərək zülmlə ev tikiblər.

    Muxalifet - 17-09-2017

  17. Ermənistanda çağırış edildi: Əhalini təcili silahlandırın!

     Ermənistanda çağırış edildi: Əhalini təcili silahlandırın!
     
    "Bizə ordunu, polisi, təhlükəsizlik sistemini və dövlətin digər qurumlarını ərzaq, geyim və digər zəruri mallarla təmin edə biləcək, 100 faiz məşğulluğu olan, sosial cəhətdən tam təmin olunmuş əhali lazımdır".
    AzVision.az xəbər verir ki, bu barədə Tert.am-a Ermənistanın sərhədyanı bölgələrini və Qarabağın işğal altındakı ərazilərini zəmanətli təhlükəsizlik zonalarına çevirmək konsepsiyasının müəllifi, hərbçi Hrayr Melkonyan deyib.

    Muxalifet - 17-09-2017

  18. “Ermənistanı Rusiya idarə edir” - Erməni politoloq

     “2018-ci ildə Ermənistanda baş nazir təyinatına dair müzakirələrin nəticələrinə Rusiyanın böyük təsiri var”
     
    Bu barədə 168.am agentliyinə müsahibəsində politoloq Qaqik Hambaryan bildirib.
    Onun sözlərinə görə, bir il ərzində baş nazir hansısa işi görməyə nail olub, lakin bunu əhali öz üzərində hiss etməyib.

    Muxalifet - 17-09-2017

  19. İrqçi siyasətçidən İslam əleyhinə növbəti çağırış

    Hollandiyanın sağçı Azadlıq Partiyasının lideri Geert Vilders islam dininin ölkə konstitusiyası ilə təmin edilən dini azadlıqlar siyahısından çıxarılması təklifi ilə çıxış edib.
     
    Dünya mediasına istinadən xəbər verir ki, G.Vilders bəyan edib ki, islam bir din deyil: “Totalitar, təhlükəli və zorakı bir ideologiyanın konstitusiya ilə təmin edilən dini azadlıqların tərkibindən çıxarılması lazımdır. Qanunvericilik baxımından bunun necə həyata keçiriləcəyinin yollarını dəqiq deyə bilmərəm. Ən azı bunun üçün mümkün yolları araşdırmaq lazımdır”.

    Muxalifet - 17-09-2017

  20. "Donbasda zaman Rusiyanın xeyrinə işləmir" – ABŞ sözçüsü

    Donbasdakı vəziyyət bundan sonra daha da pisləşəcək.
     
    Bunu Yalta Avropa Strategiyası Forumunda çıxışı zamanı ABŞ-ın Ukrayna üzrə xüsusi nümayəndəsi Kurt Volker söyləyib.
    “Rusiya gözləyirdi ki, zaman onun tərəfində olacaq. Moskva elə fikirləşirdi ki, burada Abxaziya, Osetiya və ya Dnestryanı kimi dondurulmuş konflikt ocağı yaradacaq və bununla məsələni həll edəcək. Reallıq budur ki, zaman Rusiyanın xeyrinə işləmir. Donbas dondurulmuş konflikt deyil, bu, qaynar savaşdır” – deyə o bildirib.

    Muxalifet - 17-09-2017

Pages