Axtarış
The search found 105779 results in 0.018 seconds.
Search results
Piyadanı vuraraq qaçan 39 nömrəli marşrutun sürücüsü həbs edildi - RƏSMİ
Bakının Yasamal rayonunun polis və prokurorluq əməkdaşları tərəfindən həyata keçirilmiş təxirəsalınmaz istintaq və əməliyyat-axtarış tədbirləri nəticəsində rayon ərazisində yol-nəqliyyat hadisəsi törədərək hadisə yerindən qaçmış sürücü tutularaq istintaqa cəlb edilib.
Muxalifet - 16-09-2017
51 yaşlı kişi yıxılaraq öldü – GƏNCƏDƏ
Gəncə sakini yıxılaraq ölüb.
Gəncə şəhər sakini, 51 yaşlı Arzu Qurbanov yıxılaraq aldığı xəsarətlə xəstəxanaya daxil olub.
Həkimlərin səyinə baxmayaraq onu xilas etmək mümkün olmayıb.
Məlumata görə, A. Qurbanov spirtli içki aludəçisi olub. Bir neçə gün əvvəl o, içkini atıb. Bunun təsirindən A. Qurbanov huşsuz vəziyyətdə yerə yıxılıb və başından aldığı xəsarətdən ölüb.Muxalifet - 16-09-2017
Bakıda uşaq tapıldı: Ailəsi axtarılır
Bakıda metro stansiyasının yaxınlığından uşaq tapıldı, ailəsi axtarılır
Sentyabrın 14-də gecə saatlarında polis əməkdaşları tərəfindən metronun “20 Yanvar” stansiyasının yaxınlığında uşaq tapılıb. Azyaşlı Azərbaycan Uşaqlar Birliyinin sığınacağına yerləşdirilib. Bu barədə virtualaz.org saytına birliyin rəhbəri Kəmalə Ağazadə məlumat verib.Muxalifet - 16-09-2017
Yavər Camalovun oğlunun ölüm səbəbi məlum oldu
Xəbər verdiyimiz kimi, ötən gün Müdafiə Sənayesi naziri Yavər Camalovun oğlu Rövşən Camalov Türkiyədə özəl xəstəxanaların birində dünyasını dəyişib.
“Qafqazinfo”nun verdiyi məlumata görə, R.Camalov uzun müddətdir ki, xərçəng xəstəliyindən əziyyət çəkirmiş.
Nazir oğlunun həyatını xilas etmək mümkün olmayıb. Nəticədə, ötən gün Türkiyədəki xəstəxanaların birində dünyasını dəyişib.
44 yaşlı Camalov dövlət sektorunda çalışmayıb. Onun Bakıda özəl biznesi olub.Muxalifet - 16-09-2017
Naxçıvandan Ermənistana keçən iki nəfər tutuldu
Azərbaycan-Ermənistan dövlət sərhədini Naxçıvan istiqamətindən keçmiş iki Əfqanıstan vətəndaşı Ermənistanda həbs olunub.
Muxalifet - 16-09-2017
Erməniləri ifşa edən rusiyalı tarixçi istintaqa çağırıldı, RUSİYADAKI SOYDAŞLARIMIZ ONU TƏK QOYDULAR
Sabir Rüstəmxanlı: “Bu işlərlə Xarici İşlər Nazirliyi məşğul olmalıdır...”
Muxalifet2 - 16-09-2017
Keçmiş nazir Tofiq Zülfüqarov piyadanın ölümündə ittiham olunur
Bakı şəhəri, Xətai rayonunda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
Piyada Uğur Vəliyev naməlum avtomobilin sürücüsü tərəfindən vurulub və o, hadisə yerində ölüb.
Hüquq-mühafizə orqanlarının araşdırması nəticəsində piyadanın əvvəlcə Azərbaycanın keçmiş xarici işlər naziri Tofiq Zülfüqarovun idarə etdiyi “Mercedes” markalı avtomobilin yan güzgüsü ilə vurulduğu, daha sonra piyadanın üstündən Rasim Əskərovun idarə etdiyi “Ford” markalı yük maşınının keçdiyi məlum olub.
Polis faktla bağlı araşdırma aparır.Muxalifet - 16-09-2017
Nazarbayev Gülən tərəfdarlarını müdafiə etdi
Qazaxıstan prezidenti Nursultan Nazarbayev bildirib ki, ölkədə çalışan türk müəllimlər yalnız Ərdoğanın tələbi ilə Türkiyəyə deportasiya olunmayacaqlar.
Virtualaz.org bildirir ki. bu barədə Kazakistan.kz xəbər verib.
Mənbəyə görə, Astanada prezident sarayında keçirilən mətbuat konfransında Nazarbayev deyib ki, onun türkiyəli həmkarı dəfələrlə Qazaxıstan-Türkiyə tədris müəssisələrinin əməkdaşlarının Türkiyəyə ekstradisiya olunmalarını tələb edib.Muxalifet - 16-09-2017
“Ermənistan təmsilçisini yalan məlumatlarla Azərbaycanı ittiham etməkdənsə, reallıqlardan danışmağa çağırıram" - ATƏT-də ERMƏNİ DİPLOMATA CAVAB
ATƏT-in Demokratik İnstitutlar və İnsan Haqları Bürosunun Polşanın paytaxtı Varşava şəhərində təşkil etdiyi illik Zirvə Toplantısında Ermənistanın ATƏT-dəki nümayəndəliyinin sədr müavini David Knyazyan Azərbaycanı ittiham edib. Diplomat iddia etməyə çalışıb ki, Ermənistan Dağlıq Qarabağ münaqişəsi zonasında heç bir tarixi abidəni məhv etməyib. Əksinə, guya Ermənistan onların bərpası ilə məşğuldur.
Muxalifet2 - 16-09-2017
Xilaskar paşaların töhfəsi
Ötən il Alanyada keçirilən bir media tədbirində iştirak edərkən məni nurani bir ağsaqqalla tanış etdilər. Ona məni göstərərək “bu bəy qardaş Azərbaycandan gəlib” dedilər, onu isə mənə “Ənvər paşanın nəvəsi Osman Mayatepekdir”, dedilər.
Ağsaqqalın sifəti dərhal işıqlandı, sanki çoxdan tanıdığı bir adamı gördü. Ayaqüstü bir qədər söhbət etdik. Məlum oldu ki, Osman bəy ölkəmizdə qonaq olub və çoxlu tanıdığı, müntəzəm əlaqə saxladığı adamlar var.
Muxalifet2 - 16-09-2017
Keçmiş nazir piyadanın ölümünə səbəb olan qəzadan DANIŞDI - YENİLƏNİB
Keçmiş xarici işlər naziri Tofiq Zülfüqarov onun iştirakı ilə Xətai rayonunda baş verən yol-nəqliyyat hadisəsindən danışıb.
Muxalifet2 - 16-09-2017
Putin Polad Bülbüloğlunun dostunu İrəvana göndərdi – GİZLİ QARABAĞ DANIŞIQLARI
Sentyabrın 14-də Rusiya prezidentinin beynəlxalq mədəni əməkdaşlıq üzrə xüsusi nümayəndəsi Mixail Şvıdkoy İrəvana səfərə gəlib.
Səfər çərçivəsində Şvıdkoy Ermənistan xarici işlər naziri Edvard Nalbandyanla görüşüb.
İlk baxışdan adi görünən bu səfərin arxasında bəzi detalların olması diqqət çəkir.
İrəvanda Stalin repressiyalarının qurbanlarına aid sərgi qalmaqala səbəb oldu. Belə ki, Ovannesa Tumanyanın ev muzeyində açılan sərgi Ermənistan Mədəniyyət Nazirliyinin qərarı ilə bağlandı.Muxalifet2 - 16-09-2017
Полиция допросила Тофика Зульфугарова
«ДТП произошло 14 сентября, я уже дал показания в качестве свидетеля. На камерах видно, что пешеход задел боковое зеркало машины», - сказал бывший министр иностранных дел Тофик Зульфугаров собственному корреспонденту haqqin.az, комментируя гибель пешехода Угура Велиева.
По словам экс-министра, уголовное дело против него возбуждено не было. В настоящее время ведется проверка по факту ДТП.Muxalifet2 - 16-09-2017
İngiltərə mətbuatı "Qarabağ"dan videoçarx hazırladı - VİDEO
"Qarabağ"ın Çempionlar Liqasında qruplara qalmasından sonra təmsilçimiz bütün diqqətləri özünə cəlb edib. Qitənin saysız-hesabsız media orqanları ağdamlılar haqqında yazılar dərc edir, sosial şəbəkələrdə təmsilçimiz barədə xəbərlər və videolar paylaşılır.
Muxalifet2 - 16-09-2017
Azərbaycanda toya gedən ailə dəhşət yaşadı: 2 UŞAQ ÖLDÜ - GÖRÜNTÜLƏR
Dünən axşam Kürdəmir rayonunda 2 azyaşlının ölümü ilə nəticələnən dəhşətli yol qəzasının bəzi detalları üzə çıxıb.
Muxalifet.az-ın Lent.az-a istinadən məlumatına görə, Bakı-Qazax magistral yolunun Kürdəmirin Qarabucaq kəndindən keçən hissəsində sürücünün idarəetməsindən çıxaraq aşan “Toyota Previa” markalı minivan tipli avtomobildəki şəxslər Bərdəyə toya gedirmiş.Muxalifet2 - 16-09-2017
Путин: «Президент Киргизии умеет держать слово»
Президент России Владимир Путин рассказал, что самым главным для него является надежность, и этим качеством обладает его киргизский коллега Алмазбек Атамбаев, передает РИА Новости.
«Самое главное для меня — это надежность. Одна из важнейших характеристик в надежности — умение исполнять то, о чем договорились, держать слово. Он умеет», — сказал Путин в интервью журналистке из Киргизии, которое было записано в Сочи. Запись опубликована на сайте телеканала РЕН ТВ.Muxalifet2 - 16-09-2017
Azərbaycan 15 min hərbçi ilə hərəkətə keçir - 150-dən ARTIQ TANK VƏ ZİREHLİ TEXNİKA, 120 RAKET...
Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin təsdiq etdiyi plana əsasən sentyabrın 18-də müxtəlif qoşun növlərinin və qismlərinin iştirakı ilə genişmiqyaslı təlimlər başlayır.
Muxalifet2 - 16-09-2017
“Maşın üstündən keçdi” - Tofiq Zülfüqarovdan açıqlama
Xətai rayonunda piyadanın ölümüylə nəticələnən qəzaya Azərbaycanın keçmiş xarici işlər naziri Tofiq Zülfüqarov münasibət bildirib.
Eks-nazir "Qafqazinfo"ya açıqlamasında qeyd edib ki, sözügedən qəzayla bağlı ona qarşı heç bir cinayət işi açılmayıb:
"Hadisə sentyabrın 14-ü baş verib, şahid qismində ifadə vermişəm".
Qəzanın təfərrüatından danışan Zülfüqarov piyadanın içkili olduğunu əlavə edib:Muxalifet - 16-09-2017
Qərbi azərbaycanlılar muxtariyyat tələb etdilər - Bəyanat
Dünya Azərbaycanlıları Konqres "İrəvan Xanlığı torpaqlarına Dönüş” İctimai Birliyinin rəhbəri Səməndər Çaxmaqlı qərbi azərbaycanlıların müxtariyyət tələbi ilə bağlı maraqlı yazı ilə çıxış edib.
Müxalifət.az həmin yazını təqdim edir:Muxalifet - 16-09-2017
Səmərəsiz Diaspora Komitəsi, yaxud BAHALI HƏVƏS
Minval.az saytı Diasporla İş üzrə Dövlət Komitəsinin Kiyevdə təşkil etdiyi Avropa azərbaycanlılarının Konqresi ilə bağlı tənqidi materialla çıxış edib.
Müxalifət.az məsələnin aktuallığını nəzərə alaraq həmin yazını Azərbaycan dilində təqdim edir:
Bu və ya digər struktur, nazirlik və ya idarə səmərəli fəaliyyət göstərmədikdə bunu keçirdiyi mənasız tədbirlərlə əvəz etməyə çalışır. Düzünü desək, çox uğursuz və lazımsız əvəzləmədir, amma əsl dərd, problem öz fəaliyyətsizliyini gizlətməməyə çalışmaqdır.Muxalifet - 16-09-2017