​Saakaşvili Ali Radanın binası qarşısında mitinq keçirməyi planlaşdırır

Gürcüstanın sabiq prezidenti, Ukraynanın Odessa vilayətinin keçmiş qubernatoru Mixail Saakaşvili sentyabrın 19-da Ali Radanın binası önündə mitinq keçirməyi planlaşdırır.
 
Muxalifet.az-ın məlumatına görə, bu barədə “Strana.ua” saytı Saakaşvilinin ətrafındakı mənbəyə istinadən xəbər yayıb.
Bildirilir ki, saat 10.00 başlayacaq mitinqdə Saakaşviliyə Ali Rada deputatları qarşısında çıxış etməyə imkan verilməsi tələbi irəli sürüləcək.