Axtarış

The search found 105779 results in 0.029 seconds.

Search results

  1. ​Cüdoçumuz erməniyə qalib gəlib, ÇEMPİON OLDU

    Sloveniyada gənc cüdoçular arasında keçirilən Avropa birinciliyinin fərdi yarışları başa çatıb.
    Muxalifet.az apasport.az-a istinadən xəbər verir ki, mötəbər turnirin ikinci günü də cüdoçularımız üçün uğurlu olub.
    100 kq çəki dərəcəsində mübarizə aparan Zelim Kotsoyev bütün rəqiblərinə qalib gələrək Avropa çempionu adını qazanıb. Azərbaycan cüdoçusu finala gedən yolda Slovakiya, İsveçrə və Polşa təmsilçilərini məğlub edib.

    Muxalifet3 - 16-09-2017

  2. ​“Bu qərardan sonra Türkiyə iflic ola bilər” – BAXÇALI

    “Kürdüstan dövləti qurularsa, Türkiyə iflic ola bilər”.
    Muxalifet.az axar.az-a istinadən xəbər verir ki, bu sözləri Türkiyənin müxalif Milliyyətçi Hərəkat Partiyasının (MHP) sədri Dövlət Baxçalı İraqda 25 sentyabrda keçirilməsi nəzərdə tutulan referendumla bağlı danışarkən deyib.
    Referendum qərarını türk düşmənliyinin göstəricisi olduğunu deyən Baxçalı Türkiyənin zarafat etmədiyini, lazım gələrsə, Bərzanidən heyf çıxacaq gücdə olduğunu bildirib.
     

    Muxalifet3 - 16-09-2017

  3. ​Məhəmməd Mursi barəsində ömürlük həbs cəzası – HÖKM TƏSDİQ OLUNDU

    Misir Apellyasiya məhkəməsi sabiq prezident Məhəmməd Mursi barəsindəki ömürlük həbs cəzası ilə bağlı hökmü təsdiq edib.
    RİA “Novosti" xəbər verir ki, onun 3 tərəfdarı haqqında isə ölüm hökmü verilib.
    Sabiq prezident xarici dövlətin xeyrinə casusluqda təqsirli bilinir.

    Muxalifet3 - 16-09-2017

  4. ​Üzümüzə gələn qış son 100 ilin ən soyuq qışı olacaq

    Britaniya alimlərinin bildirdiyinə görə, üzümüzə gələn qış son 100 ilin ən soyuq qışı olacaq.
    Virtualaz.org “Planet xəbərləri” portalına istinadən məlumat verir ki, mütəxəssislərin fikrincə, Yer planeti yeni iqlim dövrünə qədəm qoyub və bu dövr Günəş aktivıliyinin azalması ilə müşayiət olunacaq.
    Son dəfə belə bir hal 1950-ci illərdə müşahidə olunub.
    Ekspertlər Avropa ölkələrinin sakinlərinə indidən isti geyim tədarükü görməyi məsləhət görürlər, belə ki, artıq oktyabr ayının ortalarında rekord səviyyədə soyuqlar gözlənilir.

    Muxalifet3 - 16-09-2017

  5. ​Türkiyədə İŞİD-ə bağlı olan 73 ƏCNƏBİ SAXLANILDI

    Türkiyə təhlükəsizlik qüvvələri İstanbulda keçirdiyi antiterror əməliyyatı zamanı İŞİD-lə əlaqəli olmaqda şübhəli bilinən 74 nəfəri saxlayıb, onlardan 73-nün əcnəbi olduğu bildirilir.
    Muxalifet.az “Anadolu”ya istinadən xəbər verir ki, saxlanılan əcnəbilər ölkədən çıxarılmaları üçün miqrasiya xidməti orqanlarına təhvil veriliblər.
    Saxlanılanların vətəndaşlığı barədə məlumat verilmir.

    Muxalifet2 - 17-09-2017

  6. ​Sərnişin avtobusu qəza törətdi - 7 NƏFƏR XƏSARƏT ALDI

    Abşeron rayonunda xəsarətlə nəticələnən yol qəzası baş verib.
    "Report"un xəbərinə görə, rayonun Atyalı qəsəbəsi ərazisində 114 saylı marşrut xətti üzrə hərəkət edən sərnişin avtobusunun sürücüsü idarəetməni itirərək önündə gedən minik avtomobilinə (taksi – red.) çırpılıb.

    Muxalifet2 - 17-09-2017

  7. Xızıda bir gündə 399 ədəd hərbi sursat aşkarlandı – PARTLAYIŞ SONRASI

    Xızı rayonu ərazisində yerləşən Müdafiə Nazirliyin N saylı hərbi hissəsinin sursat anbarında baş vermiş partlayışla əlaqədar Azərbaycan Respublikası Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentliyin (ANAMA), Fövqəladə Hallar Nazirliyinin və Daxili İşlər Nazirliyinın birgə keçirdiyi təmizləmə əməliyyatları barədə məlumat yayılıb.

    Muxalifet2 - 17-09-2017

  8. ​NATO-dan TÜRKİYƏYƏ DƏSTƏK: “Aİ Türkiyəni uzaqlaşdırmamalıdır”

    Avropa İttifaqı Türkiyənin üzvlüyü məsələsinə ehtiyatla yanaşmalıdır və bu ölkənin heç vaxt Aİ üzvü olmayacağı kimi bəyanatlar verməməlidir.
    “RİA Novosti”nin verdiyi xəbərə görə, bunu NATO baş katibinin diplomatiya üzrə köməkçisi Taçan İldem bildirib.  
    “Bir vaxtı qəbul etmək çox vacibdir: əgər hər hansı ölkə Avroatlantik və Avropa qurumlarına üzv olmağa can atırsa, perspektivi və mümkün zaman çərçivələrini saxlamaq vacibdir ”, deyə T.İldem bildirib.   

    Muxalifet2 - 17-09-2017

  9. ​Kaliforniya mühacirlərin sığınacaq ştatına çevriləcək

    Kaliforniyalı qanunvericilər ABŞ-ın ən böyük əhalisi olan ştatını qeyri-qanuni immiqrantlar üçün sığınacaq ştat edəcək qanun layihəsini təsdiq edib.
    Bu qanun polisin həbs olunan insanların immiqrassiya statuslarını sorğu-sual etməsini qadağan edir. Qanun həmçinin polisin immiqrasiya rəsmiləri ilə əməkdaşlığını məhdudlaşdırır.
    Qubernator Cerri Braun ştata immiqrasiyanı qoruyacaq addımı dəstəklədiyini deyib.
    Seçki kampaniyası Donald Tramp qeyri-qanuni immiqrantları təqib edəcəyinə və iri-miqyaslı deportasiya proqramı başladacağına söz vermişdi.

    Muxalifet2 - 17-09-2017

  10. ​Azərbaycanda qızı stadiona buraxmadılar – VİDEO

    Təbrizin “Traktor” və Məşhədin “Siyah Cameqan” futbol klubları arasında keçirilən görüşdə diqqət çəkən anlar yaşanıb.
    Axar.az xəbər verir ki, Təbrizin Səhənd stadionunda baş tutan oyunda “Traktor” tərəfdarları Urmiya gölü ilə bağlı şüarlar səsləndiriblər. 30 min nəfərə yaxın olan “Traktor” azarkeşləri, “Urmiya gölü can verir, Məclis onun qətlinə fərman verir” şüarını səsləndirərək, göldə baş verən böhranla bağlı İran parlamentini günahlandırıblar.

    Muxalifet2 - 17-09-2017

  11. ​700 mer müstəqillk yürüşünə çıxdı

    Kataloniyada 700 şəhərin meri müstəqilliyə dəstək yürüşünə çıxıb.
    “Report” xəbər verir ki, şəhər rəisləri referendumun keçirilməsinə icazə tələb edirlər.
    "Kataloniyalıları qiymətləndirməmək lazım deyil", - deyə mitinqdə Kataloniyanın icra hakimiyyətinin başçısı Karles Puçdemon bildirib.
     

    Muxalifet2 - 17-09-2017

  12. ​Йылдырым: «Референдум в Курдистане угрожает нашей безопасности»

    Референдум о независимости Иракского Курдистана угрожает национальной безопасности Турции. Об этом заявил премьер-министр республики Бинали Йылдырым, передает ТАСС.
    «Запланированный руководством Иракского Курдистана референдум о независимости затрагивает национальную безопасность нашей страны, - подчеркнул он. - И никто не должен сомневаться, что мы предпримем все надлежащие шаги в этой связи».
    Накануне турецкий президент Тайип Эрдоган заявил в интервью телеканалу A Haber, что 22 сентября Турция объявит о мерах, которые предпримет в ответ на плебисцит 25 сентября.

    Muxalifet2 - 17-09-2017

  13. “Qarabağ”ın rəqiblərindən qələbə

    Çempionlar Liqasının qrup mərhələsində “Qarabağ”ın rəqibləri olan “Roma” və “Atletiko” ölkə çempionatlarında növbəti oyunlarına çıxıblar.
    Qol.az-ın məlumatına görə, sentyabrın 27-də Bakıda “Qarabağ”la qarşılaşacaq “Roma” İtaliya A Seriyasının 4-cü turunda “Verona”nı qəbul edib və 3:0 hesablı qələbə qazanıb.
      
    “Roma” – “Verona” – 3:0
    Qollar: Nainqolan, 22, Dzeko, 34, 61
     
    Ağdam təmsilçisinin digər rəqibi “Atletiko” isə İspaniya La Liqasının 4-cü turunda öz meydanında “Malaqa”dan üstün olub – 1:0.
     
    “Atletiko” – “Malaqa” – 1:0

    Muxalifet2 - 17-09-2017

  14. KamAZ “BMW”-ni 15 metr sürüdü – BƏRDƏDƏ QƏZA

    Bərdədə sürücünün yatması nəticəsində yol-nəqliyyat hadisəsi baş verib.
     
    Hadisə rayonun Heydər Əliyev prospektində qeydə alınıb.
    Rayon mərkəzinə tərəf hərəkətdə olan "Kamaz" markalı yük avtomobilinin 56 yaşlı sürücüsü Əliyev Hümbət Şəmsi Sədi oğlunun sükan arxasında yatması nəticəsində yük avtomobili əks istiqamətə çıxaraq 25 yaşlı Abbasov Ramiz Rafiq oğluna məxsus BMW markalı minik avtomobilinə çırpılıb. Zərbə nəticəsində yük avtomobili minik maşınını 15 metr sürütləyib. Nəticədə xəsarət alan olmasa da, minik avtomobilinə ciddi ziyan dəyib.

    Muxalifet - 17-09-2017

  15. Qadın ərini bıçaqlayıb - BİLƏSUVARDA

    48 yaşlı kişi bud nahiyəsindən xəsarət alıb
     
    Biləsuvar şəhərində bıçaqlanma hadisəsi baş verib.
    Hadisə şəhərin "Aerodrom" adlanan ərazisində qeydə alınıb.
    Belə ki, 1969-cu il təvəllüdlü Şahbazov Mehman Aşurəli oğlu ailədaxili münaqişə zamanı öz həyat yoldaşı tərəfindən bıçaqlanıb. 48 yaşlı kişi bud nahiyəsindən aldığı xəsarətlərlə Biləsuvar Mərkəzi Rayon Xəstəxanasına yerləşdirilib. Ona ilkin tibbi yardım göstərilib.
    Faktla bağlı araşdırma aparılır.

    Muxalifet - 17-09-2017

  16. Azərbaycan cudoçusu ermənini yenərək Avropa çempionu oldu

    Azərbaycan cüdoçuları 7 medal qazanaraq komanda hesabında birinci yeri tutublar
     
    Sloveniyada gənc cüdoçular arasında keçirilən Avropa birinciliyinin fərdi yarışları başa çatıb. Mötəbər yarışın ikinci günü də cüdoçularımız üçün uğurlu olub.
    100 kq çəki dərəcəsində mübarizə aparan Zelim Kotsoyev bütün rəqiblərinə qalib gələrək Avropa çempionu adını qazanıb.

    Muxalifet - 17-09-2017

  17. ​Rusiya suriyalı müxalifətçilərə aviazərbə endirib – PENTAQONDAN ETİRAZ

    Rusiyanın Hərbi-Kosmik Qüvvələri (HRQ) "Suriya demokratik qüvvələri"nin (SDQ) mövqelərinə zərbə endirib. Nəticədə müxalifət dəstələrinin üzvləri xəsarət alıb.
    Bu barədə Pentaqonun məlumatında bildirilir.
    ABŞ-ın rəhbərlik etdiyi koalisiya iddia edir ki, Rusiya qırıcıları Deyr-əz-Zor şəhəri ərazisində yerləşən mövqelərə zərbə endiriblər. Həmçinin qeyd olunur ki, Rusiya HKQ həmin ərazidə SDQ dəstələrinin olduğunu bilib.
    "Aviazərbə nəticəsində SDQ-nin bir neçə yaraqlısı xəsarət alıb, onlara tibbi yardım göstərilib", — deyə bəyanatda bildirilir.

    Muxalifet2 - 17-09-2017

  18. "Kürdüstana müdaxilə edəcəyik" - İRAQDAN XƏBƏRDARLIQ

    Referendum zorakılıqla nəticələnərsə, hərbi yola baş vuracağıq.
     
    Bu sözləri İraqın Baş naziri Heydər Abadi 25 sentyabrda Kürdüstanda keçirilməsi nəzərdə tutulan müstəqillik referendum barədə danışarkən söyləyib.
    “İraq xalqı hüquqi müstəvidən kənar güc yolu ilə zorakılığa məruz qalarsa, hərbi yolla müdaxilə etmək məcburiyyətində olacağıq. İraqın və regionun sərhədlərinə qarşı gəlmək olduqca təhlükəlidir”, - Abadi bildirib.

    Muxalifet - 17-09-2017

  19. ​ Akif Əlinin səhhətində problem yarandı – İSTANBULA GETDİ

     Dünya şöhrətli alimimiz Lütfi Zadə haqqında dediyi qeyri-etik ifadə səbəbindən ümummili qınaqla üzləşən Nazirlər Kabinetinin mətbuat xidmətinin rəhbəri Akif Əli səhhətində yaranan problem üzündən Türkiyəyə, İstanbuldakı klinikaların birinə yollanıb.
     
    İş günü olmadığından xəbəri dəqiqləşdirmək imkanımız olmadı və öz mobil telefonu da bağlı olduğundan xəbərin nə dərəcədə həqiqət olub-olmadığını müəyyənləşdirə bilmədik.

    Muxalifet - 17-09-2017

  20. Rasim Balayevə sevgi məktubları: “Onu 34 il sonra Rusiyada gördüm...”

    O, Azərbaycanda ən çox məktub alan aktyorlardan biri olub. Hətta ona tanınmışlar da az namə yollamayıb.
     

    Teleqraf.com-un “Məşhur məktublar”ında xalq artisti Rasim Balayevlə söhbətə bir məşhur aktrisanın ona ünvanladığı məktubla başlayıb, rubrikamızın ənənəvi və qeyri-ənənəvi sualları ilə davam etdik.

    Muxalifet - 17-09-2017

Pages