Türkiyədən növbəti Kürdüstan açıqlaması
17-09-2017 15:36

"İraq Kürd Muxtariyyətində təşkil ediləcək referendum Türkiyə üçün milli təhlükəsizlik məsələsidir".
Bunu Türkiyənin baş naziri Binəli Yıldırım deyib.
“Bu məsələ ilə bağlı istənilən addımları atacağıq və buna heç kimin şübhəsi olmasın”, - baş nazir bildirib.
Belə ki, prezident Rəcəb Tayyib Ərdoğan dünən A Haber telekanalına verdiyi müsahibəsində 22 sentyabrda Türkiyənin plebisitə cavab olaraq hazırladığı tədbirləri elan edəcəklərini bildirmişdi.
Qeyd edək ki, İraqdakı kürd muxtariyyətinin rəhbərliyi sentyabrın 25-də müstəqillik üzrə referendum keçirməyə hazırlaşır. Rəsmi Bağdad və qonşu ölkələr buna kəskin etirazlarını bildirsələr də, muxtariyyətinin rəhbərliyi referendumun mütləq keçiriləcəyini bəyan edib.