9-cu sinif şagirdi özünü asdı - GƏNCƏDƏ
17-09-2017 15:11

Gəncə şəhərində intihar hadisəsi baş verib.
Muxalifet.az report-a istinadən xəbər verir ki, hadisə şəhərin Təbriz küçəsində yerləşən evlərdən birində qeydə alınıb.
Gəncə şəhər sakini, 2002-ci il təvəllüdü Qəmbərli Gülçin Arzu qızı özünü evdə asaraq intihar edib. 9-cu sinif şagirdinin hansı səbəbdən intihar etdiyi məlum deyil.
Faktla bağlı Gəncə Şəhər Prokurorluğunda cinayət işi açılıb.