Axtarış

The search found 105779 results in 0.025 seconds.

Search results

  1. ​"Sumqayıt" klubunun futbolçusu oğurluğa görə tutuldu

    "Sumqayıt" klubunun futbolçusu Nicat Muxtarov saxlanılıb.
     
    Muxalifet.az "Report"-a istinadla bildirir ki, 22 yaşlı yarımmüdafiəçi Sumqayıt şəhəri Hacı Zeynalabdin qəsəbəsində oğurluq törətməsi səbəbindən yaxalanıb.
    Belə ki, polis həmin ərazidə telefon xətləri oğurluğu ilə məşğul olan mütəşəkkil qrupun üzvlərini ələ keçirib. Tutulan dəstə üzvlərindən biri isə N.Muxtarovdur.
    Dəstə üzvləri ötən gün səhər saatlarında yerli polis əməkdaşlarının həyata keçirdikləri əməliyyat nəticəsində tutulublar.

    Muxalifet3 - 18-09-2017

  2. Türkiyə ordusu İraq sərhəddində kritik təlimlərə başladı - "Kürdüstana" XƏBƏRDARLIQ

    Türkiyə Silahlı Qüvvələrinin Baş qərargahı Silopi-Habur bölgəsində təlim başlanıldığını, təlimlə eyni zamanda sərhəd bölgəsində terrorla mübarizə əməliyyatlarına davam edildiyini açıqlayıb.
     
    Müxalifət.az Türkiyə mətbuatına istinadən bildirir ki, Türkiyə Silahlı Qüvvələri Silopi-Habur bölgəsində təlim başlayıb. Təlimlə eyni zamanda sərhəd bölgəsində terrorla mübarizə əməliyyatları da davam etdirilir.

    Muxalifet - 18-09-2017

  3. Rəsul Quliyev yeni neft sazişinin görünməyən tərəflərindən danışdı: "Azərbaycan buna məcbur edildi" - MÜSAHİBƏ

    Məlum olduğu kimi, sentyabrın 14-də Xəzər dənizinin Azərbaycan sektorunda “Azəri” – “Çıraq” – “Günəşli” (AÇG) yataqlarının birgə işlənməsi və neft hasilatının pay bölgüsü haqqında düzəliş edilmiş və yenidən tərtib olunmuş Saziş imzalanıb. Bu Saziş imzalanmamışdan bir neçə gün əvvəlsə, Qərb mətbuatında Azərbaycan hakimiyyətinin əleyhinə indiyədək görünməmiş miqyasda kəskin yazıların dərcinə başlanmışdı və bu media hücumlarının arxasında da məhz xarici neft şirkətlərinin hazırlanan müqavilə şərtlərini öz lehinə dəyişmək cəhdlərinin durduğu iddia edilirdi…
     

    Muxalifet3 - 18-09-2017

  4. PKK terrorçuları itkilərini necə gizlədir...

    Müxalifət.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, terrorçuların çoxsaylı itki verdiklərinin anlaşılmaması üçün cəsədləri götürüb başqa yerlərdə basdırdıqları fotoşəkillərlə sübut olundu.
     
    Son 3 ildə bölgədəki meşə sahədə onlarla terrorçunun basdırıldığı müəyyən edilib.
    Son 1 ayda aralarında təşkilatın sözdə lider heyətində yer alanların da olduğu 112 terrorçunun zərərsizləşdirilməsi ilə təlaşa qapılan PKK, çoxsaylı itki verdiklərinin anlaşılmaması üçün münaqişə bölgələrindən yaralılarını və ölülərini qaçırıb çöl sahədə basdırır.

    Muxalifet - 18-09-2017

  5. ​Atalığından hamilə qalan 12 yaşlı qız ANA OLDU: uşağın vəziyyəti ağırdır

    Atalığından hamilə qalan 12 yaşlı qızın sentyabrın 14-də axşam saatlarında qəfildən vəziyyəti pisləşib.
     

    Muxalifet3 - 18-09-2017

  6. ​Telman İsmayılovun kottec və mənzillərində axtarış : özü isə ən yaxın vaxtlarda axtarışa veriləcək

    rosbalt.ru, 17.09.2017
     
    Çerkozov bazarının keçmiş sahibi Telam İsmayılov cinayətkar birlik  yaratmaq və qətllər cinayət işi çərçivəsində ən yaxın vaxtlarda axtarışa verilə bilər. İşdə digərləri ilə yanaşı Lianozovski bazarının yandırılması da keçir. Rusiya istintaq Komitəsi mataerialları icraata götürüb.
     

    Muxalifet3 - 18-09-2017

  7. ​“Azadlıq” qəzetinin müxbiri 9 il həbs cəzası aldı

    Şəki Ağır Cinayətlər Məhkəməsində “Azadlıq” qəzetinin bölgə müxbiri Elçin İsmayıllının məhkəmə istintaqı yekunlaşıb.
     
    Virtualaz.org saytının xəbərinə görə, prosesə hakim Rəşid Hüseynov sədrlik edib. Prosesdə hökm oxunub. Hökmə əsasən, E.İsmayıllı 9 il müddətinə azadlıqdan məhrum edilib.

    Muxalifet3 - 18-09-2017

  8. “Təfəkkür” Universitetinin tələbələrinin DİQQƏTİNƏ

    2016-cı ildə "Təfəkkür” Universitetinin akkreditasiya müddəti bitib. Həmin səbəbdən bu ali məktəb 2016-2017-ci tədris ilində akkreditasiyası keçiriləcək təhsil müəssisələrinin qrafikinə salınıb, müvafiq Akkreditasiya Komissiyası yaradılıb və müvafiq tədbirlərin görülməsinə başlanılıb.
     
    Bu barədə Təhsil Nazirliyindən məlumat verilib.

    Muxalifet - 18-09-2017

  9. DİN peşəkar futbolçunun həbsi ilə bağlı məlumat yaydı

    Daxili İşlər Nazirliyi (DİN) Sumqayıtda üstü açılmış oğurluq hadisəsi ilə bağlı rəsmi məlumat yayıb.
    Məlumatda bildirilib ki, Sumqayıt Şəhər Polis İdarəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində sentyabrın 9-da və 15-də şəhər ərazisində telekommunikasiya qovşağına məxsus ümumilikdə 695 metr hava rabitə kabelini kəsərək oğurlamaqda şübhəli bilinən şəhər sakinləri Nicat Muxtarov, Ümidvar Adıgözəlov, Aqşin Mehdiyev və əvvəllər məhkum olunmuş Nurlan Paşayev tutulublar.

    Muxalifet2 - 18-09-2017

  10. "Azərbaycandakı dərsliklərin yazılmasında inhisarçılıq var" - DEPUTAT

    Dərslik vəsaitləri ilə bağlı yeni qanun layihəsinin hazırlanması təklif edilib
     
    Milli Məclisin Elm və təhsil haqqında komitəsinin üzvü Rafael Hüseynov dərslik vəsaitləri ilə bağlı qanun layihəsinin hazırlanmasını təklif edib.
    Deputat komitənin bu gün keçirilən iclasında Azərbaycanda dərslik siyasəti ilə bağlı ciddi işlərin görülməsinin vacibliyini vurğulayıb.

    Muxalifet - 18-09-2017

  11. Şeyxin oğlunun ölkədən getməsini Hacı Qalib təsdiqlədi: “...Şeyxi pərişan gördüm”

    Qafqaz Müsəlmanları İdarəsinin sədri, Hacı Allahşükür Paşazadənin oğlu Məhəmməd Paşazadə ailəsi ilə bərabər birdəfəlik ölkəni tərk edib.
    Məlumata görə, ötən gün Məhəmməd Paşazadə həyat yoldaşı və 3 övladı ilə bərabər Türkiyəyə köçüb. Məlumatda deyilir ki, Şeyxin oğlu İstanbul şəhərində ev alıb.
    “Onun qəfil Azərbaycanı tərk etməsinə səbəb olaraq, son vaxtlar atasına qarşı mətbuatda yayılan informasiyalar göstərilir” - xəbərdə deyilir.

    Muxalifet2 - 18-09-2017

  12. Qarabağda erməni əsgərlər aclıqdan oğurluq edir

    Ermənistanın Dağlıq Qarabağda yerləşən hərbi hissələrində ərzaq çatışmazlığından əziyyət çəkən hərbi qulluqçular oğurluğa başlayıb.
     
    AzVision.az erməni mətbuatına istinadən xəbər verir ki, əvvəllər oğurluq faktları hərbi hissənin ərzaq ambarlarında qeydə alınırdısa, artıq bu cür faktlar hərbi hissələrin yaxınlığında yerləşən kəndlərdə də baş verir.

    Muxalifet - 18-09-2017

  13. ​Сенат США допросит личного юриста Трампа

    По делу о «связях с Россией» президента США Дональда Трампа даст показания его личный юрист Майкл Коэн.
    По данным телеканал CNN, уже во вторник юрист прибудет в сенат США, где выступит перед спецкомитетом по разведке, который ведет расследование. Закрытый брифинг комитета состоится в 14.30.
    «Коэн сообщил CNN, что выступит во вторник в сенатском спецкомитете по разведке», — говорится в материале, в котором особо оговаривается, что юрист не будет давать клятву перед дачей показаний.

    Muxalifet2 - 18-09-2017

  14. Akif Çovdarovun vəkili məhkəmədə çıxış edir

    Sabunçu Rayon Məhkəməsində ləğv olunmuş Milli Təhlükəsizlik Nazirliyinin (MTN) Energetika və Nəqliyyat Sahələrində Təhlükəsizlik Baş İdarəsinin həbsdə olan sabiq rəisi, general-mayor Akif Çovdarovun və digərlərinin cinayət işi üzrə məhkəmə prosesi davam etdirilir.
    APA-nın xəbərinə görə, Bakı Hərbi Məhkəməsinin sədri Həbib Həsənov sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən MTN polkovniki Səlim Məmmədovun vəkili Cavid Rzazadə çıxışını yekunlaşdırıb. O, çıxışının sonunda hüquqlarını müdafiə etdiyi şəxsə bəraət istəyib.

    Muxalifet2 - 18-09-2017

  15. Ermənilər dilənməyə davam edir: II Qaregin yardım üçün səsləndi

    II Qaregin ermənilərə səsləndi: "Ölkənizə kömək edin!"
     
    “Dar gündə vətəndən üz çevirmək olmaz”.
    Bu, bütün ermənilərin Katolikosu II Qareginin Ermənistan Diasporunun 6-ci Forumunun iştirakçılarına göndərdiyi məktubunda bildirilib.
    O, ölkəsində mövcud olan problemləri məktubunda açıq etiraf edib: “Ermənistanda işsizliyin səviyyəsi azaldılmalı, miqrasiya probleminin qarşısını almaq üçün təxirəsalınmaz addımlar atılmalıdır. Bu problemlərin həlli üçün hər bir erməni öz vətənindən üz çevirməməli, ona kömək etməlidir”.

    Muxalifet - 18-09-2017

  16. Azərbaycanda genişmiqyaslı hərbi təlimlər başladı

    Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin təsdiq etdiyi plana əsasən sentyabrın 18-dən müxtəlif qoşun növlərinin və qismlərinin iştirakı ilə genişmiqyaslı təlimlər başlayıb.
    MN-dən verilən məlumata görə, təlimlərə 15.000 nəfərədək şəxsi heyət, 150-dən artıq tank və zirehli texnika, 120-dək müxtəlif çaplı raket və artilleriya qurğusu, reaktiv yaylım atəş sistemi və minaatan, 20 ədəd müxtəlif təyinatlı döyüş aviasiyası, eləcə də yeni növ radioelektron kəşfiyyat vasitələri və pilotsuz uçuş aparatları cəlb olunub.

    Muxalifet2 - 18-09-2017

  17. Саакашвили в Виннице: Новой революции не будет

    Экс-председатель Одесской облгосадминистрации Михаил Саакашвили не намерен организовывать новую революцию в Украине.
     
    Об этом он заявил сегодня на митинге в Виннице, сообщает местное издание Vinnitsa.info.
    "Я решил объездить все регионы Украины, пообщаться с народом. Мы будем ездить, и собирать требования... 17 октября собираемся в Киеве очень мирно. Хоть я и старый революционер, но у меня нет никакого желания еще одну революцию устраивать", – сказал Саакашвили.

    Muxalifet - 18-09-2017

  18. AŞPA həmməruzəçiləri həbsxanalarda siyasi məhbuslarla görüşüb – QOBUSTAN HƏBSXANASI QAPADILACAQ

    Azərbaycanda səfərdə olan Avropa Şurası Parlament Assambleyası (AŞPA) Monitorinq Komitəsinin Azərbaycan üzrə həmməruzəçiləri Stefan Şennak və Sezar Florin Preda sentyabrın 16-da cəzaçəkmə yerlərində bir neçə siyasi məhbusla görüşüb.
     
    Həmməruzəçilər həbsdə olan jurnalist Əziz Orucov, AXCP sədrinin müavini Fuad Qəhrəmanlı, bloğer Mehman Hüseynov və Qobustan qapalı həbsxanasında Taleh Bağırzadə, Abbas Hüseyn və digər 3 məhbusla görüşüb. Bu barədə həmməruzəçi Stefan Şennak məlumat yayıb.

    Muxalifet - 18-09-2017

  19. Məşhur aktrisadan BİABIRÇI HƏRƏKƏT: ərinin gözü qrşısında başqa kişi ilə... - VİDEO

    Dünən Los-Ancelesdə, Mikrosoft Teatrında “Emmi” mükafatalarının təqdimolunma mərasimi keçirilib. Lakin mərasim mükafatlardan çox, Nikol Kidmanın ərinin gözü önündə başqa kişi ilə öpüşməsi ilə yadda qalıb.

    Muxalifet2 - 18-09-2017

  20. Ölkədən "pul oğurlamağın" DAHA BİR YOLU

    "The Guardian" yazır ki, Rusiyadan olan oliqarxlar və Ukraynanın korrupsiyada ittiham edilən elita nümayəndələri "qızıl viza sxemi" deyilən üsulla Avropa İttifaqının pasportlarına sahib olublar.
     
    Məqalədə deyilir ki, Kipr 2013-cü ildən bəri superzənginlərə vətəndaşlıq satışından 4 milyard avro əldə edib. Kipr qanunlarına görə ölkəyə böyük məbləğdə investisiya qoymaları müqabilində zənginlərə vətəndaşlıq verilir. Kipr pasportu isə avtomatik olaraq Avropa İttifaqı boyunca işləmək və yaşamaq hüququ verir.

    Muxalifet - 18-09-2017

Pages