Axtarış
The search found 105779 results in 0.095 seconds.
Search results
Moldova prezidentinə qarşı mitinq – Rusiyanın adamı təklənir
Moldovanın paytaxtı Kişinyovda ölkə prezidenti İqor Dodona qarşı mitinq keçirilib.
Etirazçılar Dodonun hesablarının dondurulmasını və Avropa Birliyinə gedişinə qadağa qoyulmasını istəyiblər. Sağçı partiyaların təşkil etdiyi aksiyada 3 min nəfər iştirak edib.
Qeyd edək ki, Moldovada siyasi böhran bir neçə aydır davam edir. Buna səbəb Moldova hökuməti ilə prezidentinin xarici siyasi kurslarının fərqli olmasıdır. Belə ki, hökumət qərbyönlü siyasət yürütsə də, prezident rusiyayönlü siyasətin tərəfdarıdır.Muxalifet - 17-09-2017
Türkiyə İraqa girməyə hazırlaşır - ANLAŞMA POZULUR
Bərzaninin referendum qərarına görə türkmanlar, ərəblər və hətta bəzi kürdlər belə Türkiyədən hansısa addım atılmasını gözləyirlər.
Bunu “Yeni Şəfəq” qəzetinə açıqlamasında Türkiyənin keçmiş prezidenti Abdulla Gülün keçmiş müşaviri Ərşad Hörmüzlü söyləyib.Muxalifet - 17-09-2017
Türkiyədə 80 milyon dolları dələduzluqla ələ keçirən vəkil Azərbayana qaçdı
Türkiyədə dələduzluq yolu ilə 150-dən çox adamı aldadan və onların 250 milyon TL-ni (təxminən 80 milyon dollar) dələduzluq yolu ilə ələ keçirən vəkilin Azərbaycana qaçdığı bildirilir.
Virtualaz.org xəbər verir ki, bu haqda "Sabah" qəzeti yazıb.Muxalifet - 17-09-2017
Rafael Ağayev beynəlxalq karate turnirində ikiqat qalib oldu
Dəfələrlə dünya və Avropa çempionu olan idmançımız Rafael Ağayev növbəti qələbələrini qazanıb.
R.Ağayev bildirib ki, İsveçrənin Bazel şəhərində 8-ci "Basel Open Masters" beynəlxalq karate turnirində iştirak edib. O həm 75 kiloqram çəkidə, həm də bütün çəkilər üzrə ilk üçlüyü tutan idmançılar arasında keçirilən yarışda birinciliyə yiyələnib.
Qeyd edək ki, Rafael Ağayev 5 dəfə dünya, 13 dəfə Avropa çempionu olub, "Bakı-2015" Avropa Oyunlarının və "Bakı-2017" 4-cü İslam Həmrəyliyi Oyunlarının qalibidir.Muxalifet - 17-09-2017
“Ukrayna Mixeil Saakaşvilini həbs etmək fikrində deyil” - BAŞ PROKUROR
“Ukrayna hakimiyyəti Mixeil Saakaşvilini sərhədi qanunsuz keçməyə görə həbs etmək fikrində deyil”.
Azadlıq Radiosu Rusiya xidmətinin sentyabrın 17-də TV Novosti-yə istinadla verdiyi məlumata görə, bunu Ukraynanın baş prokuroru Yuri Lutsenko deyib.
Lutsenko həmçinin bildirib ki, Odessa vilayətinin keçmiş qubernatoru və keçmiş Gürcüstan prezidenti Mixeil Saakaşvilini heç kim ekstradasiya etmək fikrində deyil.
Lutsenko qeyd edib ki, nə qədər ki, Saakaşvilinin Ukraynada yaşamaq icazəsi və ya digər sənədi var, o, həbs oluna bilməz.Muxalifet - 17-09-2017
"ABŞ İranı qorxuda bilməyəcək" - Xameneyi
İranın ali ruhani lideri Ayətulla Əli Xameneyi ölkəsinin ABŞ tərəfindən qorxudula bilməyəcəyini deyib.
O bildirib ki, İran möhkəm dayanıb və 2015-ci il nüvə razılığına görə İslam Respublikası hər bir amiranə mövqeyə ciddi reaksiya verəcək.
BMT-nin Baş Assambeyasının Nyu-York sammitinə yola düşən Xameneyinin dünya liderləri ilə nüvə sazişini müzakirə edəcəyi gözlənilir. Saziş İranın nüvə proqramından əl çəkməsi müqabilində o ölkəyə qarşı sanksiyaların yüngülləşdirilməsi nəzərdə tutulur.Muxalifet - 17-09-2017
Toyda oğlan evinin adamları döyüldü - SALYANDA KÜTLƏVİ DAVA
Bu gün axşam saatlarında Salyan rayonunun Kürsəngi kəndində həyətlərdən birində keçirilən toyda kütləvi dava baş verib.
Virtualaz.org saytının əldə etdiyi məlumata görə, qız evinə toya gəlmiş bəyin qardaşları- 24 yaşlı İmanov Asif Ziyad oğlu, 32 yaşlı İmanov Rəşad Ziyad oğlu və əmiləri, 47 yaşlı İmanov Akif Zaman oğlu döyülərək xəsarət aldıqları üçün Salyan Mərkəzi Rayon Xəstəxanasına gətiriliblər.
Əmi Akif İmanova ilkin tibbi yardım göstərildikdən sonra ambulator müalicə üçün evə buraxılsa da, qardaşlar Asif və Akif xəstəxanaya yerləşdiriliblər.Muxalifet2 - 17-09-2017
Mübariz Mənsimov Vahid Ələkbərovdan 2 milyard dollar tələb edir – MƏHKƏMƏ İDDİASI
“Palmali” Şirkətlər Qrupunun sahibi, Azərbaycanda doğulmuş türkiyəli iş adamı Mübariz Mənsimov Rusiyanın “Lukoil” şirkətini məhkəməyə verib.
Muxalifet.az “Yenicag.az”-a istinadən xəbər verir ki, buna səbəb Rusiya şirkətinin “Palmali” ilə bağladığı müqaviləyə əməl etməməsidir.Muxalifet2 - 17-09-2017
Türkiyə Suriya ilə sərhədə zirehli texnika yığır
Türkiyə Suriya ilə sərhədə hərbi texnika göndərməkdə davam edir.
Türkiyə KİV-lərinin verdiyi məlumata görə, bu gün Kırklareli əyalətindən Hatay əyalətinə dəmir yolu vasitəsi ilə 80 ədəd zirehli texnika göndərilib.
Qeyd edək ki, müdafiə naziri Fikri İşıq iyul ayında Suriya kürdləri özünümüdafiə qüvvələrinin nəzarət etdikləri Afrina regionundan Türkiyənin milli təhlükəsizliyinə təhlükə yaranarsa, Ankaranın hərbi əməliyyat keçirilməsini istisna etmədiyini bildirmişdi(virtualaz.org).Muxalifet2 - 18-09-2017
Azərbaycan prezidenti ABŞ-a səfər edib – XANIMI İLƏ
Azərbaycan prezidenti ABŞ-a səfər edib.
APA-nın məlumatına görə, sentyabrın 17-də Azərbaycan prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva BMT Baş Məclisinin 72-ci sessiyasında iştirak etmək üçün Amerika Birləşmiş Ştatlarının Nyu York şəhərinə səfər ediblər.Muxalifet2 - 18-09-2017
3 yaşlı körpəni avtomobil vurub - BAKIDA
Azyaşlı Süleyman Məmmədov xəstəxanaya yerləşdirilib
Bakıda 3 yaşlı körpəni maşın vurub.
Hadisə Sabunçu rayonunda qeydə alınıb.
Belə ki, Əfəndiyev küçəsində yol kənarında hərəkət edən 2014-cü il təvəllüdlü Məmmədov Süleyman Rövşən oğlunu avtomobil vurub. Nəticədə o, xəsarət alıb. Yaralı xəstəxanaya yerləşdirilib.
Faktla bağlı araşdırma aparılır.Muxalifet - 18-09-2017
Nyu-Yorkda Lavrovla Tillersonun görüşü keçiriləcək
Görüş yerli vaxtla saat 21:00-da başlayacaq
ABŞ-ın dövlət katibi Reks Tillerson yaxın saatlarda Nyu-Yorkda Rusiyanın xarici işlər naziri Sergey Lavrovla görüşəcək.
RİA "Novosti" xəbər verir ki, bu barədə Dövlət Departamentindən bildirilib.
"Dövlət katibi Rusiya XİN rəhbəri Sergey Lavrovla görüşəcək", - deyə Dövlət Departamentinin xəbərində bildirilir.
Qeyd olunur ki, görüş yerli vaxtla saat 21:00-da başlayacaq.Muxalifet - 18-09-2017
Şəmkirdə övladlar valideynlərini döyüblər
Adil və Yetər yusibovaları oğlanları və gəlinləri döyüb
Şəmkirdə ər-arvad övladları tərəfindən döyülüb.
Hadisə gecə saatlarında rayonun Zəyəm Cırdaxan kəndində baş verib.
Kənd sakinləri 60 yaşlı Yüsibov Adil və həyat yoldaşı 56 yaşlı Yetər Yüsibova hələlik məlum olmayan səbəbdın iki oğlu və gəlinləri tərəfindən döyülüb. Nəticədə onların hər ikisi ağır bədən xəsarətləri alıblar. Yaralı ər-arvad xəstəxanaya yerləşdirilib.
Faktla bağlı araşdırma aparılır.Muxalifet - 18-09-2017
Bu gün Üzeyir Hacıbəyovun ad günüdür
Dahi şəxsiyyət 1885-ci ilin 18 sentyabrında anadan olub
Bu gün dünya şöhrətli azərbaycanlı bəstəkar, dramaturq, pedaqoq, milli musiqimizin inkişafında misilsiz xidmətləri olmuş Üzeyir Hacıbəyovun anadan olmasının 132-ci ildönümüdür.
Üzeyir Hacıbəyov 1885-ci ilin 18 sentyabrında Əbdülhüseyn bəy və Şirinbəyim xanım Hacıbəyovların ailəsində doğulub.Muxalifet - 18-09-2017
Bakıda kütləvi dava: 2 nəfər bıçaqlanıb
Yaralılar xəstəxanaya yerləşdirilib
Bakıda 2 nəfərin bıçaqlanması ilə nəticələnən kütləvi dava olub.
Hadisə Qaradağ rayonunda qeydə alınıb.
Belə ki, Müşviqabad qəsəbəsində 6 nəfər arasında əlbəyaxa dava olub. Nəticədə 1992-ci il təvəllüdlü Əhmədov Emil Elşən oğlu və həmyaşıdı Rəvan Həsənov bıçaqlanıb. Yaralılar xəstəxanaya yerləşdirilib. Həkimlərin verdiyi məlumata görə, onların hər ikisinin vəziyyəti ağırdır.
Faktla bağlı Qaradağ Rayon Polis İdarəsində araşdırma aparılır.Muxalifet - 18-09-2017
2 yaşlı körpə beşinci mərtəbədən yıxılıb - MİNGƏÇEVİRDƏ
Kənan Balayevin həyatı üçün təhlükə yoxdur
Mingəçevirdə 2 yaşlı körpə doqquz mərtəbəli binanın beşinci mərtəbəsindən yıxılıb.
Hadisə şəhərin məcburi köçkün şəhərciyində baş verib.
Belə ki, ailəsi ilə birlikdə Bakıdan Mingəçevirə qonaq gəlmiş 2015-ci il təvəllüdlü Bakı sakini Balayev Kənan Emin oğlu beşinci mərtəbədən yıxılıb. Xəsarət almış körpəyə tibbi yardım göstərilib.
Onun həyatı üçün təhlükə olmadığı bildirilir./report
Muxalifet - 18-09-2017
“Mersedes” 46 yaşlı qadını vuraraq öldürüb - ABŞERONDA
Abşeron rayonunda piyadanın ölümünə səbəb olan sürücü xəstəxanaya yerləşdirilib və ordan yaralı vəziyyətdə qaçıb.
Pyadanın ölümü ilə nəticələnən yol qəzası Xırdalan şəhərində baş verib.Muxalifet - 18-09-2017
BMT-dən “kürd referendumuna” münasibət
BMT Baş katibi Antonio Quterreş İraq Kürd Regional Vilayətində 25 sentyabrda keçirilməsi nəzərdə tutulan müstəqillik referendumuna münasibət bildirib.
Quterreş bu referendumun vaxtı çatmadığını bildirib və tərəfləri dialoqa çağırıb.
Qeyd edək ki, İraq Kürd Regional Vilayətində 25 sentyabra nəzərdə tutulan referenduma İraq rəhbərliyi ciddi şəkildə qarşı çıxır, hətta referendumun keçiriləcəyi təqdirdə hərbi müdaxilə istisna edilmir. Bu referendumu bölgə dövlətləri, o cümlədən Türkiyə də təhdid hesab edir.Muxalifet - 18-09-2017
"İraqda 2-ci bir İsrailə imkan verməyəcəyik" – MALIKI
İraqın şimalında ikinci bir İsrailə icazə verməyəcəyik.
“Sabah” xəbər verir ki, bu sözləri İraq liderinin köməkçisi Nuri əl-Maliki 25 sentyabrda planlaşdırılan referendumla bağlı çıxışında bildirib.
Qeyd edilir ki, Maliki ABŞ-ın Bağdaddakı səfiri Duqlas Silliman ilə görüşündə İraq Kürd Regional Rəhbərliyinin keçirəcəyi referendumu müzakirə edib.Muxalifet - 18-09-2017
Lavrovla Tillerson arasında görüş - 45 DƏQİQƏDƏ NƏ MÜZAKİRƏ EDİLDİ?
Xarici siyasət rəhbərlərinin görüşü 45 dəqiqə davam edib
Rusiyanın xarici işlər naziri Sergey Lavrov və ABŞ Dövlət katibi Reks Tillerson arasında keçirilən danışıqlar başa çatıb.
RIA "Novosti" xəbər verir ki, hər iki ölkənin xarici siyasət rəhbərlərinin görüşü 45 dəqiqə davam edib. Tillerson Rusiyanın BMT yanındakı daimi nümayəndəliyi tərk edib.
Dövlət rəsmiləri Nyu-Yorka BMT Baş Assambleyasının 72-ci iclasında iştirak etmək üçün gəlib. Bundan əvvəl onlar Bonn, Hamburq, Moskva, Vaşınqton və Manilada görüşüblər.Muxalifet - 18-09-2017