Axtarış

The search found 105779 results in 0.017 seconds.

Search results

  1. Ərdoğan ABŞ-a mühafizəçilərsiz gedir

    Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan sentyabrın 17-də ABŞ-a səfər edəcək.
     
    Səfər zamanı Ərdoğanın bəzi mühafizəçiləri Türkiyə prezidentini qoruya bilməyəcək.
    Buna səbəb Ərdoğanın Vaşinqtona səfəri zamanı yaşanan olaylardan sonra ABŞ məhkəməsinin verdiyi qərardır. Həmin səfər zamanı Ərdoğanın mühafizəçiləri ilə PKK terror təşkilatının tərəfdarları arasında insident yaşanmışdı. ABŞ məhkəməsi isə həmin insidentdə iştirak edən Türkiyə prezidentinin mühafizəçiləri haqqında həbs qərarı çıxarmışdı.

    Muxalifet - 16-09-2017

  2. Baş nazirdən Saakaşvili açıqlaması: “Bilmirəm nə edim...”

    Mixail Saakaşvilinin Kiyevə qayıdacağı təqdirdə onunla necə rəftar edəcəyimi bilmirəm.
     
    Bu sözləri Ukraynanın Baş naziri Vladimir Qroysman YES sammitində çıxışı zamanı deyib. Onun sözlərinə görə, Saakaşvillinin taleyini ukraynalılar həll etməlidir:
    “Mən bilmirəm belə situasiyada nə etmək lazımdır. Mən yolların çəkilməsi, islahatların aparılması məsələləri barəsində bilirəm. Populistin taleyinə isə qoy ukraynalılar qərar versin”.
    Qeyd edək ki, hazırda Ukraynada olan Saakaşvili sentyabrın 19-da Kiyevə getməyi planlaşdırdığını bildirib.

    Muxalifet - 16-09-2017

  3. İsmayıllıda 2 avtomobil toqquşub: 2 nəfər ölüb

    İsmayıllı rayonunda ağır yol-nəqliyyat hadisəsi baş verib.
     
    Bu gün saat 15:30 radələrində Şamaxı-Muğanlı-İsmayıllı avtomobil yolunun İsmayıllı şəhəri ərazisindən keçən hissəsində “Mercedes” və “VAZ 21015” markalı minik avtomobilləri toqquşub.
     Qəza nəticəsində 2 nəfər ölüb, 4 nəfər ağır xəsarət alıb. Xəsarət alan şəxslər İsmayıllı rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.
     Faktla bağlı Baş Dövlət Yol Polisi İdarəsinin istintaq və təhqiqat şöbəsi tərəfindən araşdırma aparılır.

    Muxalifet - 16-09-2017

  4. Avtomobil 14 yaşlı qızı vurdu - SALYANDA

    Salyanda piyadanı maşın vurub.
     
    Hadisə rayonun Kürqaraqaşlı kəndində baş verib.
     Kənd sakini, 2003-cü il təvəllüdlü Lamiyə Murad qızı Əliyeva “VAZ-2107” markalı avtomobil tərəfindən vurulub. Nəticədə piyada müxtəlif xəsarətlər alıb. O, xəstəxanaya yerləşdirilib.
     Faktla bağlı araşdırma aparılır.

    Muxalifet - 16-09-2017

  5. “Kimlərəsə lazımmış ki, ölkəmizə qarşı Qərbin basqıları artsın” - Osman Gunduz

    Düzü yuxarılarda nəsə xoşagəlməz proseslərin getdiyi artıq danılmazdır.
     
    Vergilər Nazirliyinin Bakı şəhər Lokal Vergilər Departamenti 2014-2016-cı illər üzrə “Turan” Agentliyinə təyin etdiyi 37 min manat (22 min dollar). məbləğində əlavə vergi sanksiyasını ləğv edib.
    Muxalifet.az xəbər verir ki, bu məsələyə münasibət bildirən  Azərbaycan İnternet Forumunun (AİF) prezidenti Osman Gündüz öz “Facebook” səhifəsində status yazıb.

    Muxalifet - 16-09-2017

  6. ​Валерий Герасимов — генерал с доктриной для России

    The Financial Times logo

    Muxalifet3 - 16-09-2017

  7. Almaniya səfiri Polad Bülbüloğlunun UNESCO-nun rəhbəri postuna namizədliyi barədə

    Almaniyanın Azərbaycandakı səfiri Mixael Kindsqrab “AzərTAc”a verdiyi müsahibədə Polad Bülbüloğlunun UNESCO-nun rəhbəri postuna namizədliyi ilə bağlı sualı cavablandırıb.
     
    Səfirin sözlərinə görə, Almaniya UNESCO-nun rəhbəri postuna öz namizədini təqdim etməyib. Buna görə də, ölkə bütün namizədləri çox diqqətlə nəzərdən keçirir.

    Muxalifet3 - 16-09-2017

  8. ​В Киеве действуют киллеры спецслужб Путина, есть угроза громких убийств — частная разведка США

    Логотип Апостроф

    Muxalifet3 - 16-09-2017

  9. ​Saakaşvili sentyabrın 19-da Kiyevdə mitinq keçirmək istəyir

    Gürcüstanın sabiq prezidenti, Ukraynanın Odessa vilayətinin keçmiş qubernatoru Mixail Saakaşvili sentyabrın 19-da Ali Radanın binası önündə mitinq keçirməyi planlaşdırır.
    Muxalifet.az xəbər verir ki, bu barədə "Strana.ua" saytı Saakaşvilinin ətrafındakı mənbəyə istinadən xəbər yayıb.
    Bildirilir ki, saat 10.00 başlayacaq mitinqdə Saakaşviliyə Ali Rada deputatları qarşısında çıxış etməyə imkan verilməsi tələbi irəli sürüləcək.

    Muxalifet3 - 16-09-2017

  10. “Qarabağ” - “Roma” oyununa 40 min bilet satılıb

    "Qarabağ”ın Çempionlar Liqasının qrup mərhələsinin ilk ev oyununda qarşılaşacağı İtaliya təmsilçisi “Roma” ilə matç üçün bilet satışı davam edir.
    Ağdam təmsilçisinin rəsmi saytında verilən xəbərə əsasən, indiyə qədər 40 min bilet satılıb.
    Azarkeşlər biletləri aşağıda qeyd olunan satış məntəqələrindən və onlayn olaraq iTicket.az saytından əldə edə bilərlər. Biletləri əldə edərkən şəxsiyyət vəsiqəsi təqdim olunmalıdır.
     

    Muxalifet3 - 16-09-2017

  11. ​İran ABŞ-ı hədələdi: “İŞİD-i dəstəkləyirlər”

    İran İslam İnqilabı Keşikçiləri Korpusunun (İİKK) komandanı Əmir Əli Hacızadə bildirib ki, ABŞ-ın komanda mərkəzlərinin kəşfiyyat məlumatlarını ələ keçiriblər.
    İRİB telekanalının yaydığı məlumata görə, əldə olunmuş məlumatlar İŞİD terrorçularının Birləşmiş Ştatlar tərəfindən dəstəkləndiyini sübuta yetirir.
    “Biz ABŞ komanda mərkəzlərinə bir neçə il ərzində müdaxilə edə bilmişik və onların nəyi izlədiklərini, hara vurduqlarını, nələrdən yan keçdiklərini və İŞİD-i necə dəstəklədiklərini bilirik”, - Hacızadə bildirib.

    Muxalifet3 - 16-09-2017

  12. ​ABŞ-da qasırğadan zərər görmüş qadınlara pulsuz abort təklif olunub

    ABŞ-da redroduktiv sağlamlığın mühafizəsi təşkilatı “Harvi” qasırğasından zərər görmüş qadınlara pulsuz abort təklifi edib.
    Virtualaz.org “Life.ru”ya istinadən xəbər verir ki, 74 qadın artıq bu təklifi qəbul edib və prosedura yazılıb.
    Təşkilatçıların bildirdiyinə görə, müraciət etmiş qadınların nəqliyyat, prosedur və xəstəxanada qalma xərcləri ödəniləcək. Aksiyadan həmçinin “Katrina”, “Rita” və “Ayk” qasırğalarından zərər çəkmişlərin də yararlana biləcəyi qeyd edilir.

    Muxalifet3 - 16-09-2017

  13. ​Maşının qarşısını kəsdi, sürücunü bıçaqladı – ŞƏKİDƏ

    Şəkidə bıçaqlanma hadisəsi qeydə alınıb.
    Muxalifet.az xəbər verir ki, 1981-ci il təvəllüdlü şəhər sakini Etibar Rəhim oğlu Abdurəhmanov "90-MC-583" dövlət qeydiyyat nişanlı "Opel" markalı avtomobil ilə hərəkətdə olarkən, anidən qarşısını naməlum şəxs kəsərək onu bıçaqlayıb.
    Yaralanan sürücü idarəetməni itirib və avtomobili maneəyə çırpıb. Hadisəni törədən şəxs ərazidən uzaqlaşıb.
    Yaralı sürücü "təcili yardım" maşını ilə dərhal Şəki Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb, ona sağ qolun üçdə birinin kəsilmiş yarası diaqnozu qoyulub.

    Muxalifet3 - 16-09-2017

  14. ​Şəmkirdə qadın öz həyat yoldaşını bıçaqladı

    Şəmkirdə bıçaqlanma hadisəsi baş verib.
    Muxalifet.az xəbər verir ki, hadisə rayonun Üçtəpə kəndində qeydə alınıb.
    Kənd sakini, 1976-cı il təvəllüdlü Hüseynov İntizam Ehtiram oğlu ailə münaqişəsi zəminində həyat yoldaşı tərəfindən bıçaqlanıb. Bud nahiyəsindən xəsarət alan yaralı Şəmkir Mərkəzi Rayon Xəstəxanasına yerləşdirilib. Onun vəziyyəti orta-ağırdır.
    Faktla bağlı araşdırma aparılır(publika.az).

    Muxalifet3 - 16-09-2017

  15. ​Hava yolları şirkətində QALMAQAL - Stüardessaların GİZLİ VİDEOLARI...

    Pilotlar stüardessaların gizli seks görüntülərini üzə çıxarıb.
    Belə ki, Almaniyanın Condor hava yolları şirkətinin pilotları stüardessaların təyyarədə və kənarda çəkilmiş görüntülərini yayıblar.
    Bu barədə artıq ölkənin “Focus” jurnalı xəbər yayıb.
    Xəbərinin mənbəyinin şirkət daxili yazışmalar olduğunu deyən jurnal hava yolları rəsmiləri ilə də görüşüb. Şirkət əməkdaşlarının hamısına göndərilən məktubda “bəzi pilotların iş yoldaşlarının cinsi əlaqədə olduqları zamanı gizli şəkillərini çəkdiklərini öyrəndik” yazılıb.

    Muxalifet3 - 16-09-2017

  16. ​Atalığından hamilə olan 12 yaşlı qızın səhhəti ağırlaşdı – UŞAQ GÖTÜRÜLDÜ

    Balakəndə atalığından hamilə qalan 12 yaşlı qız bu gün əməliyyat olunub.
    Bunu Aznews.az-a açıqlamasında Azərbaycan Uşaqlar Birliyinin sədri Kamalə Ağazadə bildirib.
    Onun sözlərinə görə, hazırda qız özünün yaxşı hiss edir: “Bir neçə dəqiqə bundan əvvəl qızın anası ilə danışdım. Anası bildirdi ki, sentyabrın 15-də qızın səhhəti qəfil ağırlaşıb. Qız özünü pis hiss edib. Yoxlama zamanı onun böyrəyində problem olduğu aşkarlanıb. Məhz bu səbəbdən qız bir necə saat bundan əvvəl əməliyyatdan çıxıb, uşağı götürüblər”.

    Muxalifet3 - 16-09-2017

  17. ​Ağ evin 11 yaşlı bağbanı - TRAMP ONUNLA NƏ DANIŞDI?

    Ağ evin bağçasında işləyən 11 yaşlı bağban prezidenti heyran edib.
    Publika.az xarici mediaya istinadən xəbər verir ki, ABŞ prezidenti Doland Tramp Nyu-Cersiyə getməmişdən əvvəl Ağ evin bağçasında işləyən bağbanla tanış olub və onun əzminə heyran qaldığını deyib.
    Tramp bir müddət həyətdəki otları biçən oğlanla söhbət edib. O, 11 yaşlı bağbana işarə edərək “ölkənin gələcəyi burdadır, çox şanslıyıq” deyib.
    Prezidentin "böyüyəndə kim olacqsan" sualına bağban “dəniz pişiyi” (ABŞ-ın hərbi dəniz qüvvələrinin xüsusi təyinatlıları) cavabını verib.

    Muxalifet3 - 16-09-2017

  18. ​İsmayıllıda DƏHŞƏTLİ qəza: 2 ölü, 5 yaralı - FOTO/VİDEO

    İsmayıllıda dəhşətli yol qəzası baş verib. Hadisə Şamaxı-Muğanlı-İsmayıllı avtomobil yolunun İsmayıllı şəhəri ərazisindən keçən hissəsində qeydə alınıb.
    Muxalifet.az xəbər verir ki, 1988-ci il təvəllüdlü Qalıncaq knd sakini Abdullayev Ehtiram Azər oğlunun idarə etdiyi 10-UO-796 dövlət nişanlı “VAZ 21015” və 90-UT-602 dövlət nişanlı “Mersedes” markalı avtomobillərin toqquşması nəticəsində ağır yol qəzası baş verib. Hadisə zamanı “Vaz21015” markalı avtomobildə olan sərnişinlərdən iki nəfər ölüb, 5 nəfər isə ağır xəsarət alıb.

    Muxalifet3 - 16-09-2017

  19. ​NATO Türkiyənin Rusiyadan “S-400” kompleksləri əldə etmək planına reaksiya verdi

    Türkiyənin Rusiyadan “S-400” kompleksləri alması heç də Ankaranın NATO-dan uzaqlaşmasını və ya Rusiya ilə yaxınlaşmasını təsdiqləmir. APA-nın xəbərinə görə, bu barədə NATO  baş katibinin diplomatiya üzrə köməkçisi Taçan İldem bildirib.   
    “Türkiyənin Rusiyadan “S-400” kompleksləri almasına gəlincə, düşünmürəm ki, bu Türkiyənin NATO və qərb təsisatlardan uzaqlaşmasını və Rusiya ilə yaxınlaşmasını təsdiqləyir. Çünki, Türkiyə rəhbərliyi Ankaranın NATO-nun müttəfiqi olduğunu və həmişə olacağını aydın şəkildə bəyan edib”, - deyə İldem qeyd edib.

    Muxalifet3 - 16-09-2017

  20. ​18 yaşlı gənc 36 yaşlı kişini bıçaqladı - ŞƏKİDƏ

    Şəki şəhər Sabit Rəhman küçəsi ev 4 mənzil 2 ünvanında yaşayan 1981-ci il təvəllüdlü şəhər sakini Etibar Nadir oğlu Abdurəhmanov sağ qolun said nahiyəsinin kəsilmiş-deşilmiş yarası ilə Şəki Mərkəzi Rayon Xəstəxanasına (MRX) müraciət edib.
    MRX-dan verilən məlumata görə, müayinə zamanı 36 yaşlı Etibar Abdurəhmanovun tanışı tərəfindən bıçaqlanması məlum olub. Etibar Abdurəhmanova lazımi tibbi yardım göstərildikdən sonra xəsarəti yüngül olduğundan ambulator müalicə almaq şərti ilə evə buraxılıb.

    Muxalifet3 - 16-09-2017

Pages