"Donbasda zaman Rusiyanın xeyrinə işləmir" – ABŞ sözçüsü

Donbasdakı vəziyyət bundan sonra daha da pisləşəcək.
 
Bunu Yalta Avropa Strategiyası Forumunda çıxışı zamanı ABŞ-ın Ukrayna üzrə xüsusi nümayəndəsi Kurt Volker söyləyib.
“Rusiya gözləyirdi ki, zaman onun tərəfində olacaq. Moskva elə fikirləşirdi ki, burada Abxaziya, Osetiya və ya Dnestryanı kimi dondurulmuş konflikt ocağı yaradacaq və bununla məsələni həll edəcək. Reallıq budur ki, zaman Rusiyanın xeyrinə işləmir. Donbas dondurulmuş konflikt deyil, bu, qaynar savaşdır” – deyə o bildirib.