Təxirə salınmış Bakı-London-Bakı reysinin dəqiq uçuş tarixi müəyyənləşdi
17-09-2017 11:50

Ötən gün təxirə salınan Bakı-London-Bakı reysinin dəqiq uçuş tarixi müəyyənləşib.
Muxalifet.az Report-a istinadən xəbər verir ki, AZAL-ın yerinə yetirəcəyi "J2 008" saylı təyyarə reysi sentyabrın 17-si 18:05-də Bakıdan Londona yola düşəcək.
Təyyarə əks istiqamətdə sentyabrın 18-i saat 06:35-də havaya qalxacaq.
Xatırladaq ki, "J2 008" saylı təyyarə sentyabrın 16-sı axşam saatlarında Bakıdan Londona uçmalı, sentyabırn 17-si gecə saat 01:05 radələrində isə geri qayıtmalı idi. Lakin təyyarənin sənədlərində yaranan problem səbəbindən hər iki istiqamətdə uçuş təxirə salınıb.
AZAL bütün sərnişinlərin yerləşmə, qalma və qidalanma xərclərini təzminat olaraq öz üzərinə götürüb.