Axtarış

The search found 105779 results in 0.021 seconds.

Search results

  1. "CNN"in aparıcısı Trampı zəhərləmək istəyini bildirib

    Entoni Burden bildirib ki, Trampı zəhərləmək istəyərdi
     
    Amerikalı baş aşpaz, yazıçı və "CNN" telekanalının aparıcısı Entoni Burden bildirib ki, ABŞ prezidenti Donald Trampı və KXDR lideri Kim Çen Inı zəhərləmək istəyərdi.
    O, bunu "TMZ" telekanalına müsahibəsində bildirib.
    Kim Çen Inla Trampın barışıq süfrəsinə nə gətirəcəyi barədə suala Entoni Burden "Boliqolov", - cavabını verib.
    Boliqolov bütün hissələri çox zəhərli olan bitkidir. Ehtimala görə, Sokrat məhz boliqolov şirəsi ilə zəhərlənib.

    Muxalifet - 16-09-2017

  2. Trampla Poroşenko görüşəcək - AĞ EVDƏ

    Tramp Türkiyə, Əfqanıstan liderləri ilə də görüşəcək
     
    ABŞ prezidenti Donald Tramp BMT Baş Assambleyasının iclası çərçivəsində Ukrayna prezidenti Petr Poroşenko ilə görüşəcək.
    Ukrayna mətbuatı xəbər verir ki, bu barədə ABŞ prezidentinin müşaviri Herbert Makmaster brifinqdə bildirib.
    O, qeyd edib ki, Tramp sentyabrın 21-də Türkiyə, Əfqanıstan və Ukrayna liderləri ilə görüşəcək. Makmaster son illər sonuncu iki ölkənin suverenliyinə qarşı hücumların olduğunu bildirib.

    Muxalifet - 16-09-2017

  3. "KXDR-in məqsədi ABŞ-la hərbi balansa nail olmaqdır" - Kim Çen In

    Mühəndislər və alimlər raketin müasirləşdirilməsi üzərində işləməlidir
     
    KXDR lideri Kim Çen In Yaponiyanın Hokkaydo adası yaxınlığında, Sakit okeana düşmüş, sınağı gözlənilmədən keçirilən "Xvason-12" raketinin buraxılmasına şəxsən komandanlıq edib.
    "TASS" xəbər verir ki, KXDR lideri Pxenyanın son hədəfinin ABŞ-la hərbi balans yaratmaqdan ibarət olduğunu bildirib.

    Muxalifet - 16-09-2017

  4. 34 yaşlı kişi su quyusuna yıxılaraq ölüb - ŞƏMKİRDƏ

    Vasif Allahverdiyevin cəsədi aidiyyəti üzrə təhvil verilib
     
    Şəmkir sakini su quyusuna yıxılaraq ölüb.
    Fövqəladə Hallar Nazirliyi xəbər verir ki, Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə daxil olmuş məlumata əsasən, Şəmkir rayonunda 1 nəfər su quyusuna yıxılaraq köməksiz vəziyyətdə qalıb.

    Muxalifet - 16-09-2017

  5. İŞİD Londondakı terrora görə məsuliyyəti üzərinə götürdü

    İŞİD terror qruplaşması Londonda törədilmiş terror aktına görə məsuliyyəti üzərinə götürüb.
    Bu barədə ekstremistlərin informasiya fəallığının monitorinqini aparan "SITE" saytı məlumat yayıb.
    Qeyd edək ki, cümə günü səhər Londonun qərbindəki "Parsons Green" stansiyasında partlayış törədilib. Nəticədə bir neçə nəfər müxtəlif dərəcəli xəsarət alıb. Şahidlərin sözlərinə görə, əldəqayırma partlayıcı qurğu tam gücü ilə olmamaqla işə düşüb.
    Hadisə zamanı 29 nəfər yaralanıb. Onların həyatına təhlükə olmadığı bildirilir./report

    Muxalifet - 16-09-2017

  6. Kürdlər ABŞ-a qarşı çıxdı - REFERENDUM KEÇİRİLƏCƏK

    İraq kürd muxtariyyətinin parlamenti sentyabrın 25-də müstəqilliyə dair referendum keçirilməsi barədə qərarı təsdiqləyib.
     
    Parlament iki illik fasilədən sonra sentyabrın 15-də fəaliyyətini bərpa edib. İlk iclasın gündəliyində referendum olub.

    Muxalifet - 16-09-2017

  7. 32 yaşlı kişi özünü asıb – İMİŞLİDƏ

    İmişli sakini özünü asaraq intihar edib.
     
    Rayon sakini, 1985-ci il təvəllüdlü Rüstəmov Üzeyir Valeh oğlunun meyiti asılmış vəziyyətdə aşkar edilib.
     İntiharın hansı səbəbdən baş verdiyi məlum deyil.
     Faktla bağlı İmişli Rayon Prokurorluğunda araşdırma aparılır./apa

    Muxalifet - 16-09-2017

  8. ​"Türkiyə Putinin ətəyindən tutub, amma..." – ELÇİN ŞIXLI

    “Ayna-Zerkalo” qəzetinin rəhbəri, siyasi analitik Elçin Şıxlı ilə Ukraynada baş verən hadisələr, Saakaşvilinin fəallaşması, Kürdüstanın müstəqillik referendumu, Suriya böhranı, Rusiya-Qərb qarşıdurmasından danışdıq. Onunla müsahibəni təqdim edirik:
    - Elçin bəy, qəfildən Saakaşvilinin Polşada peyda olması, tərəfdarlarının səyi ilə Ukrayna ərazisinə qayıtması, siyasi bəyanatlar verməsi kortəbii prosesdir, ya necə?

    Muxalifet - 16-09-2017

  9. Müğənni Azərin FETÖ-çulara qarşı - VİDEO

    Türkiyədə 15 iyul dövlət çevrilişinə cəhd zamanı şəhid olanların xatirəsinə həsr edilən klip çəkilib.
     
     “15 iyul gecəsi” adlı klipin mahnısını xalq artisti Azərin ifa edib. Mahnının sözləri Çingiz Numanoğluna, musiqisi isə gənc bəstəkar Zümrüd Tağıyevaya məxsusdur.
    Klipdə Türkiyədə 15 iyul dövlət çevrilişinə cəhd zamanı demokratiyaya sadiqlik nümayiş etdirərək, qəhrəmancasına şəhid olan vətəndaşların xatirəsinin daim yaddaşlarda yaşayacağı diqqətə çatdırılır.

    Muxalifet - 16-09-2017

  10. “Şirkətimdə erməni olduğunu öyrənsəm...” - Mübariz Mənsimov

    Bu gün şirkətlərimin hər hansı birində üçüncü nəsil bir erməni belə olduğunu öyrənsəm, dərhal qovaram.
     
    Bu sözləri azərbaycanlı milyarder, “Palmali” şirkətlər qrupunun rəhbəri Mübariz Mənsimov özünün rəsmi İnstaqram səhifəsində qeyd edib.
    O, ermənilərlə ticarət əlaqəsi qurmayacağını qeyd edib: “Ermənilərə qarşı hər zaman antipatiyam olub. Ailəmdə 7 şəhid var və ən yaşlısı 21 yaşındadır. Erməniləri sevmək məcburiyətində deyiləm, onlar da məni sevməsin!”/teleqraf.com

    Muxalifet - 16-09-2017

  11. Binanın girişində kişi meyiti tapıldı - FOTO

    Bakının Suraxanı rayonunda, Yeni Günəşli qəsəbəsində kişi meyiti tapılıb.
     
    Qəsəbənin “D” yaşayış sahəsinin sakini, 60 yaşlı Sabir Səmədovun meyiti bu gün səhər saatlarında yaşadığı 13 saylı binanın blokunda aşkarlanıb.
    Dərhal bu barədə Suraxanı rayon Polis İdarəsinin 33-cü Polis Bölməsinə məlumat verilib. Qonşular mərhumun tüfeyli həyat keçirdiyini, həmişə içkili vəziyyətdə olduğunu bildiriblər.
    Faktla bağlı araşdırma aparılır.

    Muxalifet - 16-09-2017

  12. Cüdoçularımız ilk gündə 6 medal qazandılar - FOTOLAR

    Bu gün Sloveniyanın Maribor şəhərində gənclər arasında cüdo üzrə Avropa çempionatına start verilib.
     
    Azərbaycan Cüdo Federasiyası xəbər verir ki, yarışın ilk günündə Azərbaycan milli komandasının 13 üzvü tatami üzərinə çıxıb. Yığmamız böyük uğur qazanaraq aktivinə 6 medal yazdırıb.
    Ölkəmizi təmsil edən Kəramət Hüseynov (60 kq) və Hidayət Heydərov (73 kq) bütün rəqiblərindən üstün olaraq Avropa çempionatının qızıl medallarına sahib olublar.

    Muxalifet - 16-09-2017

  13. “Turan”a qarşı cinayət işi LƏĞV OLUNDU

    Vergilər Nazirliyinin Bakı şəhər Lokal Vergilər Departamenti 2014-2016-cı illər üzrə "Turan" Agentliyinə təyin etdiyi 37 min manat (22 min dollar).məbləğində əlavə vergi sanksiyasını ləğv edib.
    Departament bu qərarı kameral yoxlamanın yekunu əsasında qəbul edib.
    Muxalifet.az xəbər verur ki, bu barədə departament Agentliyə rəsmi məktubla məlumat verib.

    Muxalifet - 16-09-2017

  14. "Azərbaycan oyunun qaydalarına riayət etməlidir" - Florian İrminger

    Bu həftə Avropa Şurasının Baş katibi Turbyern Yaqland Avropa İnsan Hüquqları Məhkəməsinin qərarına rağmən siyasi məhbusun azadlığa buraxılmasından imtina etdiyinə görə Azərbaycana qarşı presedenti görünməyə hüquqi hərəkət edilməsinə çağırıb. Yaqland 2013-cü ildə nümayişlərin təşkili və onlarda iştirak ittihamları ilə məhkum edilmiş "Respublikaçı Alternativ" hərəkatının lideri İlqar Məmmədovun işini nəzərdə tutur.

    Muxalifet - 16-09-2017

  15. Vasif Talıbovun oğlunun toyundan görüntülər - FOTO/VİDEO

    Ötən gün “Buta Palace”da Naxçıvanın Ali Məclisinin sədri Vasif Talıbovun kiçik oğlu Seymurun toy mərasimi keçirilib.
     
    Seymur Talıbov bir müddət əvvəl Naxçıvan daxili İşlər naziri vəzifəsinə təyin edilən Fazil Ələkbərovun qızı ilə ailə həyatı qurub.
    Toyda şou-biznesin məşhur nümayəndələri iştirak ediblər. Xalq artisti Brilyant Dadaşova, Aşıq Samirə, Aşıq Əli, Zamiq, aparıcı Nəsib Nur kimi məşhurlar mərasimə qatılıblar.

    Muxalifet - 16-09-2017

  16. “ABŞ Mərkəzi Komandanlığına sızmışıq” – İran generalı

    İran ABŞ-ın bölgədəki hərbi təşkilatlarının Mərkəzi Komandanlığına sızmağı bacarıb.
     
    Bunu İran dövlət televiziyasına müsahibəsində İran İslam İnqilabı Keşikçiləri Korpusunun Hava Kosmik Qüvvələrinin komandanı general Əmirəli Hacızadə söyləyib.

    Muxalifet - 16-09-2017

  17. Ağdaş sakinini elektrik cərəyanı vuraraq öldürdü

    Çörək sexində cərəyan rayon sakininin ölümünə səbəb olub.
     
    Hadisə Ağdaş şəhərinin çörək sexlərindən birində baş verib.
    Belə ki, 19-cu məhəllə sakini Quliyev Ceyhun Xalid oğlunu işdə elektrik cərəyanı vurub. O, hadisə yerində keçinib. Baş vermiş hadisə ilə bağlı araşdırma aparılır.

    Muxalifet - 16-09-2017

  18. “Mən prezidentə kömək etməyə layiq deyiləm” - Emin Ağalarov

    Müğənni və bəstəkar Emin Ağalarov gələn ilə planlaşdırılan Rusiya prezidenti seçkilərində Vladimir Putinin etimad etdiyi şəxs olmağa razı olub-olmayacağı ilə bağlı suala cavab verməkdən çəkinib.
     
    Virtualaz.org xəbər verir ki, məşhurlar arasında blits-sorğunu “Dojd” telekanalı aparıb.
    Emin Ağalarov cavab verib ki, belə bir xahişi şəxsən Putin özü etsəydi, razılaşardı, çünki “prezidentə etiraz etmək olmaz”.

    Muxalifet - 16-09-2017

  19. Azərbaycan Ordusu genişmiqyaslı təlimlərə başlayır

    Təlimlərə 15.000 nəfərədək şəxsi heyət, 20 ədəd müxtəlif təyinatlı döyüş aviasiyası və s. cəlb ediləcək
     
    Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin təsdiq etdiyi plana əsasən sentyabrın 18-də müxtəlif qoşun növlərinin və qismlərinin iştirakı ilə genişmiqyaslı təlimlər başlayır.
    Bu barədə Müdafiə Nazirliyindən bildirilib.

    Muxalifet - 16-09-2017

  20. Azərbaycan-Çexiya oyununun biletləri satışa çıxarıldı

    Biletlərin qiyməti kateqoriyalara uyğun olaraq 1 – 6, VİP yerlər üçün isə 50 manatdır
     
    Futbol üzrə Azərbaycan milli komandasının Çexiya yığmasına qarşı keçirəcəyi 2018-ci il dünya çempionatının seçmə qrup matçının biletləri satışa çıxarılıb.

    Muxalifet - 16-09-2017

Pages