Axtarış

The search found 105779 results in 0.031 seconds.

Search results

  1. ​Abşeronda avtomobil aşıb – ÖLƏN VAR

    Abşeronda avtomobil aşıb, sürücü ölüb.
    "Report" xəbər verir ki, hadisə Masazır qəsəbəsində qeydə alınıb.
    Belə ki, dostuna məxsus "Opel" markalı avtomobili idarə edən 1991-ci il təvəllüdlü Mehdizadə Fərman Yaşar oğlu idarəetməsində olan nəqliyyat vasitəsini aşırıb. Qəza zamanı zərbə o qədər güclü olub ki, sürücü baş və bədən nahiyələrindən xəsarət alaraq ölüb.
    Faktla bağlı əraziyə yol patrul xidmətinin əməkdaşları cəlb edilib.
    Araşdırma aparılır.

    Muxalifet2 - 18-09-2017

  2. ​5-ci mərtəbədən yıxılan körpə sağ qaldı - ABŞERONDA

    Abşeronda binanın 5-ci mərtəbəsindən yerə yıxılan körpə sağ qalıb.
    Hadisə Xırdalan şəhərində baş verib.
    Belə ki, 27-ci məhəllə ev 53 ünvanında yerləşən binanın beşinci mərtəbəsində yaşayan 2015-ci il təvəllüdlü Məmmədov Murad Fərahim oğlu ehtiyatsızlıqdan eyvanın pəncərəsindən yerə yıxılıb.
    Körpə orta ağır xəsarət alaraq 1 saylı Kliniki Tibbi Mərkəzə yerləşdirilib.
    Həkimlər onun vəziyyətinin qənaətbəxş olduğunu bildirib.
    Faktla bağlı araşdırma aparılır(report).
     

    Muxalifet2 - 18-09-2017

  3. ​Piyadanın ölümünə səbəb olan sürücü xəstəxanadan qaçıb

    Abşeron rayonunda piyadanın ölümünə səbəb olan sürücü xəstəxanaya yerləşdirilib və ordan yaralı vəziyyətdə qaçıb.
    Qeyd edək ki, piyadanın ölümü ilə nəticələnən yol qəzası Xırdalan şəhərində baş verib.

    Muxalifet2 - 18-09-2017

  4. ​Назван самый вероятный конец человеческой цивилизации

    Физик-теоретик Макс Тегмарк из Массачусетского технологического института (США) в интервью IEEE Spectrum, посвященном недавно вышедшей в свет своей книге «Жизнь 3.0», назвал самый вероятный негативный сценарий будущего человеческой цивилизации.
    Наибольшую опасность для жителей Земли, полагает ученый, представляет искусственный суперинтеллект, не наделенный сознанием. «Когда я говорю о сознании, я просто имею в виду субъективный опыт: он чувствует себя чем-то вроде меня», — сказал ученый.

    Muxalifet2 - 18-09-2017

  5. ​ABŞ Kubadakı səfirliyini bağlaya bilər

    ABŞ Kubadakı səfirliyinin bir neçə əməkdaşının akustik hücumun təsirinə məruz qalmasından sonra səfirliyin bağlanması məsələsi gündəlikdədir.
    Bunu sentyabrın 17-də ABŞ dövlət katibi Reks Tillerson bildirib.
    R. Tillerson ABŞ-ın Kubadakı səfirliyinin bağlanması məsələsinə baxıldığını təsdiqləyib.
    Qeyd edək ki, avqust ayında ABŞ Dövlət Departamenti ABŞ-ın Havanadakı səfirliyinin bir neçə əməkdaşının xüsusi cihaz vasitəsi ilə akustik hücuma məruz qaldığını bəyan edib. Həkimlər həmin diplomatlara yüngül kəllə-beyin travması diaqnozu qoyublar.(APA)

    Muxalifet2 - 18-09-2017

  6. ​ABŞ və Rusiya generalları 1 saat müzakirə apardı

    Rusiya Baş Qərargah rəisi Valeri Gerasimov amerikalı həmkarı Cozef Danfordla ötən gün 1 saatlıq telefon danışığı aparıb.
    Axar.az xəbər verir ki, tərəflər 1 saat ərzində Deyr əz-Zor ətrafında baş verənləri müzakirə ediblər.
    Bu barədə məlumat yayan "Kommersant" qeyd edib ki, görüşün əsas mövzusu Suriyadakı vəziyyət və xüsusilə də Deyr əz-Zor hadisələri olub.
     

    Muxalifet2 - 18-09-2017

  7. ​34 yaşlı kişi intihar etdi - XAÇMAZDA

    Xaçmaz şəhərində intihar faktı qeydə alınıb.
    Belə ki, şəhər sakini, 1983-cü il təvəllüdlü Kərimov Mehman Ruslan oğlu özünü yaşadığı evin tavanından asaraq öldürüb. Onun ruhi xəstə olduğu bildirilir.
    Faktla bağlı Xaçmaz rayon Prokurorluğunda araşdırmalar aparılır(apa).

    Muxalifet2 - 18-09-2017

  8. ​Bakıdakı məktəblərdə valideynlərdən pul tələb edilir? – RƏSMİ AÇIQLAMA

    Bakıdakı orta məktəblərdə valideynlərdən pul tələb edilməsi ilə bağlı son günlər sosial şəbəkələrdə yayılmış məlumatlara rəsmi münasibət bildirilib.
    Bakı Şəhəri üzrə Təhsil İdarəsindən (BŞTİ) “Report”un sorğusuna cavab olaraq qeyd olunub ki, bununla bağlı BŞTİ-yə heç bir mürüciət daxil olmayıb.

    Muxalifet2 - 18-09-2017

  9. ​52 yaşlı kişi intihar etdi - QARABAĞDA

    Qaradağ rayonunda 52 yaşlı kişi intihar edib.
    Hadisə rayonun Qobustan qəsəbəsində baş verib.
    Belə ki, qəsəbə sakini, 1965-ci il təvəllüdlü Ədalət Əli oğlu Eyvazov yaşadığı evin yardımçı otağında özünü asaraq intihar edib.
    Faktla bağlı Qaradağ rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 125-ci (özünü öldürmə həddinə çatdırma) madəsi il cinayət işi açılıb, araşdırma aparılır.

    Muxalifet2 - 18-09-2017

  10. "Mən Stalinə oxşayıram" - MADURO

    Venesuela prezidenti Nikolas Maduro hesab edir ki, onunla İosif Stalin arasında oxşarlıq var. Trend-in məlumatına görə, o, belə bir fikirlə yerli "Venezolana de Televisión" telekanalında "Maduro bazar günü" proqramının efirində çıxış edib.
    Venesuela prezidenti deyib: "Elə adamlar var ki, məni Karibin Stalini hesab edirlər. Və mən ona oxşayıram. Bir mənə profildən baxın".
    Daha sonra o, əlavə edib: "Bəzən güzgüdə özümə baxır və özümü Stalinə oxşadıram".

    Muxalifet2 - 18-09-2017

  11. ​"Enerji içkiləri insanları məhvə aparırır" - Dietoloq Leyla Zülfüqarova

    Bir neçə il əvvəl bir çox Avropa ölkələrində qadağan olunan energetik içki brendləri təəssüf ki, qısa müddətdə Azərbaycana və bütün postsovet ölkələrinə sürətlə yayılıb. Bu içkilərin zərərləri, hətta ölümə səbəb olması barədə yayılan məlumatlar, tələbatı azaltmaq əvəzinə, artırır.

    Muxalifet2 - 18-09-2017

  12. “TurAz Qartalı - 2017” birgə taktiki-uçuş təlimləri başladı

    "Bu gün ölkəmizdə Azərbaycan və Türkiyə Hərbi Hava Qüvvələrinin iştirakı ilə “TurAz Qartalı - 2017” birgə taktiki-uçuş təlimləri başlayıb".
    Bu barədə Azərbaycan Müdafiə Nazirliyinin məlumatında bildirilib.
    Sentyabrın 30-dək davam edəcək təlimlərdə iki ölkənin Hərbi Hava Qüvvələrinə məxsus MiQ-29, F-16, Su-25, C-130 Herkules, CASA CN-235 təyyarələri və Mi-35, Mi-17, Sikorski S-70 helikopterlərindən ibarət 30-dək aviasiya vasitəsi iştirak edəcək.
     
     
     

    Muxalifet2 - 18-09-2017

  13. ​Əhalinin iki milyard manata yaxın gecikmiş krediti var

    Azərbaycanda 2017-ci il avqust ayının 1-nə ölkənin bank və bank olmayan kredit təşkilatlarının kredit portfeli milli valyuta ekvivalentində 12 milyard 860,8 milyon manat təşkil edib.
    Trend-in məlumatına görə, kredit portfelinin 10 milyard 336,3 milyon manatı uzunmüddətli kreditlər olub. Ödəmə vaxtı keçmiş kreditlərin məbləği ümumi kredit portfelinin 14,1 faizini (təqribən 1 milyard 813,3 milyon manat) təşkil edib.

    Muxalifet2 - 18-09-2017

  14. ​Dubayda “ağıllı” polislər peyda oldu – İLK DƏFƏ

    Dubayda tam avtomatlaşdırılmış “ağıllı” polis məntəqəsi açılıb.
    Axar.az xəbər verir ki, bu, dünyada ilk belə polis məntəqəsidir. Məntəqəyə müraciət edənlərə 60 cür xidmət göstəriləcək. Onlar qanun pozuntusu, yol qəzası və digər hadisələr barədə məlumatlar ala bilərlər.
    Polislərlə danışıq videoəlaqə və elektron şəbəkə vasitəsilə həyata keçiriləcək. “Ağıllı” polis məntəqəsi 24 saat işləyəcək.
    Sözügedən polis məntəqəsinin Dubayın digər yaşayış və ticarət rayonlarında da açılması planlaşdırılır.

    Muxalifet2 - 18-09-2017

  15. ​“Şimali Koreya yox olacaq” – ABŞ-dan XƏBƏRDARLIQ

    ABŞ-ın Birləşmiş Millətlər Təşkilatındakı daimi təmsilçisi Nikki Haley BMT Təhlükəsizlik Şurasının Şimali Koreyanın nüvə proqramını nəzarət altına alacaq planların artıq tükəndiyini deyib.
    Muxalifet.az publika.az-a istinadən xəbər verir ki, buna görə də ABŞ artıq Şimali Koreya problemini Pentaqona həvalə etməyə hazırlaşır.

    Muxalifet2 - 18-09-2017

  16. ​Myanma ordusunun generalı böhrana görə Rohincanı ittiham edir

    Myanmanın yüksək vəzifəli rəsmisi Rohinca xalqını böhrana və yüz minlərlə adamın Banqladeşə keçməsinə səbəb olduğuna görə ittiham edib.
    General Min Aung Hlaing deyib ki, Rohinca "heç vaxt etnik qrup olmayıb" və o, şimali Raxin əyalətində qarışıqlıq yaratmağa çalışan "ekstremistləri" günahlandırıb.
    Onun ordusu Rohincanı qaçmağa məcbur edən dinc əhaliyə hücum etməkdə ittiham olunur.
    Myanma bunu inkar edir və deyir ki, bu, ölümcül hücumlara cavabdır.

    Muxalifet2 - 18-09-2017

  17. Vergilər Nazirliyinin aparatına yeni rəhbər təyin edildi

    Fazil Məmmədov Nigar Alimovaya yüksək vəzifə verdi
     
    Baş vergi xidməti müşaviri olan N.Alimova bundan öncə nazirliyin Vergi ödəyicilərinə xidmət və şəffaf vergi partnyorluğu Departamentində şöbə müdiri olub. O, yeni vəzifəsində Ağasəməd Veyis oğlu Əfəndiyevi əvəz edib.
    Xatırladaq ki, N.Alimova 2015-ci fevralın 9-da ölkə prezidentinin sərəncamı ilə “Dövlət qulluğunda fərqlənməyə görə” medalı ilə təltif edilib.

    Muxalifet - 18-09-2017

  18. Azərbaycan əleyhinə kompromatları Qərb jurnalistlərinə Rusiya kəşfiyyatı sızdırır?

    ABŞ-ın İraqdakı radikal qruplaşmalara, o cümlədən İŞİD-ə milyardlarla dollarlıq silah-sursat ötürməsi haqda informasiya kampaniyasının arxasında Rusiya Federal Təhlükəsizlik Xidməti (FTX) dayanır.
     
     Virtualaz.org xəbər verir ki, bu iddianı Ukraynanın “Xvilya” internet-nəşri irəli (http://hvylya.net/analytics/geopolitics/oruzheynyie-manipulyatsii-lubyan...)sürüb. Həmin informasiya kampaniyasında Azərbaycanın da adı hallandırılır.

    Muxalifet - 18-09-2017

  19. Qazax millətçilərindən Rusiyaya ərazi iddiaları: “Orenburq və Omsk Qazaxıstan əraziləridir” - ARAŞDIRMA

    Nikita Kovalenko, Mixail Moşkin, Marina Balataçeva
     
    Vzqlyad.ru, 15.09.2017
     

    “Kаzinform”.kz dövlət agentliyinin saytında qəribə sərhədlərlə Qazaxıstanın xəritəsi peyda olub – Rusiyanın bir neçə əyaləti, həmçinin Çin və Özbəkistanın bir hissəsi respublikanın “tərkibində” görünüb. Xəritə saytdan tezliklə yox olub, amma “xıltı qalıb” – Orenburq əyaləti və Sibirin bir qismi haqda iddialar Qazaxıstanda birinci dəfə səslənmir. Bu dərcin arxasında kim durur və Rusiyanın buna necə reaksiya verməyi lazmdır?
     

    Muxalifet3 - 18-09-2017

  20. ​Ermənistan silahlı qüvvələri atəşkəs rejimini 118 dəfə pozub

    Ermənistan silahlı qüvvələrinin bölmələri cəbhənin müxtəlif istiqamətlərində iriçaplı pulemyotlardan da istifadə etməklə sutka ərzində atəşkəs rejimini 118 dəfə pozub.
    Bu barədə Azərbaycan Müdafiə Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.

    Muxalifet3 - 18-09-2017

Pages