Biləsuvarda 22 yaşlı gənc özünü asaraq intihara cəhd edib

Biləsuvar rayonunda 22 yaşlı gənc intihara cəhd göstərib.
 
Hadisə şəhərin Afiyəddin Cəlilov küçəsində qeydə alınıb.
Belə ki, 1995-ci il təvəllüdlü Firudin Rasim oğlu Mirzəyev yaşadığı evdə özünü asaraq intihara cəhd edib. Ancaq son anda atası tərəfindən xilas edilərək Biləsuvar Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb.
İntiharın səbəbləri hələlik məlum deyil.
Faktla bağlı araşdırma aparılır.