İki avtomobil toqquşdu - 5 nəfər yaralandı

Şəmkirdə 5 nəfərin xəsarət alması ilə nəticələnən yol qəzası baş verib.
 
Hadisə rayonun Çardaxlı kəndində qeydə alınıb.
 "VAZ 2106” və "Niva” markalı avtomobillərin toqquşması nəticəsində 5 nəfər müxtəlif bədən xəsarətləri alaraq Şəmkir Mərkəzi rayon xəstəxanasına yerləşdiriliblər. Onlardan bəzilərinin vəziyyətinin orta-ağır, digərlərinin normal olduğu bildirilir. Qəzanın təfərrüatları müəyyənləşdirilir.
 Faktla bağlı araşdırma aparılır.