Axtarış
The search found 105779 results in 0.015 seconds.
Search results
Türkiyə prezidentinin İrana səfəri gözlənilir
Bu barədə İran XİN-in nümayəndəsi məlumat verib
Tehran yaxın vaxtlarda Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın səfərini gözləyir.
Bunu İranın Xarici İşlər Nazirliyinin nümayəndəsi Bəhram Qasimi deyib.
"Yaxın gələcəkdə Tehrana Ərdoğanın səfərini gözləmək lazımdır, biz səfərin tarixi və təfərrüatları müəyyən edilən kimi bunu bildirəcəyik", - deyə RİA "Novosti" Qasiminin sözlərini sitat gətirib./reportMuxalifet - 28-08-2017
Ramil Quliyev Berlində ISTAF Oyunlarının gümüş medalını qazanıb
Atlet 100 metr məsafəni 10.09 saniyəyə qət edib
Türkiyə atletika tarixinin ilk dünya çempionu olan azərbaycanlı Ramil Quliyev Berlində keçirilən ISTAF Oyunlarında gümüş medal qazanıb.
"Anadolu"ya istinadən xəbər verir ki, yüngül atlet kişilər arasında 100 metr məsafəyə qaçış üzrə yarışı 10.09 saniyəlik nəticə ilə ikinci sırada tamamlayıb.
Müsabiqəni yamaykalı Julian Forte (9.91) qazanıb. Böyük britaniyalı Adam Gemili isə 10.10 saniyəlik nəticə ilə 3-cü olub.Muxalifet - 28-08-2017
Azərbaycan-Rusiya sərhədində böyük tıxac yaranıb
Hadisə yerində yol polisi işləyir
Azərbaycan-Rusiya sərhədində avtomobil tıxacı yaranıb. Hazırda onun səbəbləri araşdırılır.
Bu barədə Rusiyanın Dağıstan üzrə Daxili İşlər Nazirliyi məlumat yayıb.
"Azərbaycan və Dağıstan sərhədində avtomobillərin hərəkəti xeyli çətinləşib, tıxac yaranıb", - deyə məlumatda bildirilir.
Əraziyə Dövlət Yol Hərəkəti Təhlükəsizliyi Müfəttişliyinin əməkdaşları cəlb olunub.Muxalifet - 28-08-2017
Goranboy sakini kartof çıxaran texnika icad etdi - VİDEO
Goranboyda yaşayan sakin kartof çıxaran texnika icad edib. Müxtəlif avtomobillərin və traktorun hissələrindən yığılan texnika 2 aya ərsəyə gəlib.
Muxalifet - 28-08-2017
"Liverpul" "Arsenal"ı darmadağın etdi - Video
İngiltərə Premyer Liqasının 3-cü turunun mərkəzi görüşündə "Liverpul” "Arsenal”ı qəbul edib.
Mersisaydlılar rəqibini 4:0 hesabı ilə darmadağın edib. Qolları 17-ci dəqiqədə Roberto Firmino, 40-cı dəqiqədə Sadio Mane, 57-ci dəqiqədə Mohamed Salah və 77-ci dəqiqədə Daniel Starrric vurub.
Bu qələbədən sonra xal ehtiyatını 7-yə çatdıran "Liverpul” ikinci pilləyə yüksəlib.Muxalifet - 28-08-2017
Partlayışda xəsarət alan şəxs Bakıya gətirilib
Həkimlər onun vəziyyətini stabil kimi qiymətləndiriblər
Müdafiə Nazirliyinin N saylı hərbi hissəsinin utilləşmə üçün hazırlanan silah-sursat anbarında baş verən yanğın və partlayışda xəsarət alaraq xəstəxanaya yerləşdirilən şəxs Bakıdakı xəstəxanalardan birinə köçürülüb.
Partlayışda yaralanan 1990-cı il təvəllüdlü Məmmədyarov Samir Famil oğlu ötən gecə təcili tibbi yardım maşını ilə paytaxta gətirilib.Muxalifet - 28-08-2017
Bakıda Hindistan malları sərgisi keçiriləcək
Bu il sərgi sentyabrın 9-24-də keçiriləcək
Bakıda ənənəvi Hindistan malları sərgisi keçiriləcək.
Sərgi sentyabrın 9-24-də "Amay" ticarət mərkəzində keçiriləcək.
Sərgidə müxtəlif məhsullar, zərgərlik məmulatları, Hindistanda hazırlanmış geyimlər satışa çıxarılacaq.
Qeyd edək ki, Hindistan malları sərgisi Azərbaycan paytaxtında hər il keçirilir.Muxalifet - 28-08-2017
Bakıda evdən oğuluq: 20 min dollar və 80 min manatlıq qızıl apardılar
Bakıda mənzildən külli miqdarda pul və qızıl oğurlanıb.
Hadisə paytaxtın Nərimanov rayonu, Aşıq Alı küçəsi 22 ünvanında qeydə alınıb. Həmin ünvanda yaşayan, 1972-ci il təvəllüdlü Vüqar Məmmədov polisə müraciət edərək yaşadığı evdən seyfin sındırılaraq içərisindən 20 min ABŞ dolları və 80 min manat dəyərində qızıl-zinət əşyalarının oğurlandığını bildirib.
Daxil olan məlumat əsasında araşdırmalara başlanıb.Muxalifet - 28-08-2017
Beyləqanda avtomobil işıq dirəyinə çırpılıb: 2 nəfər ölüb
Beyləqan şəhərində ağır yol qəzası baş verib.
Hadisə şəhərin Nəriman Nərimanov prospektində qeydə alınıb.
Rayon sakini, 1986-cı il təvəllüdlü Elşad Talıbovun idarə etdiyi “Hyundai” markalı, 10 OK 610 dövlət nömrə nişanlı avtomobil idarəetmədən çıxaraq işıq dirəyinə çırpılıb.
Nəticədə sürücü və maşında olan sərnişin, 1986-cı il təvəllüdlü Hikmət Mahmudov aldıqları xəsarətdən ölüb.
Faktla bağlı cinayət işi başlanıb, istintaq gedir.Muxalifet - 28-08-2017
Bakıda müəllimlərin müsahibəsi üçün gələn qız yoxa çıxıb
Lənkəran sakini Bakıda itkin düşüb.
Nərimanov rayon Polis İdarəsindən verilən məlumata görə, Lənkəran rayon sakini, 1992-ci il təvəllüdlü Şəbnəm Nazim qızı Abbasovanın itkin düşməsi barədə polisə məlumat daxil olub.
Məlumata görə, Ş. Abbasova müəllimlərin işə qəbulu üzrə müsahibədə iştirak etmək üçün avqustun 24-də Bakı şəhərinə gəlib və həmin gündən yoxa çıxıb.
Daxil olan məlumat əsasında axtarışlara başlanıb.Muxalifet - 28-08-2017
Bakıda 22 yaşlı oğlan dənizdə batıb
Bakıda daha bir nəfər dənizdə batıb.
Hadisə Pirşağı çimərliyində qeydə alınıb.
Bakı şəhər sakini, 1995-ci il təvəllüdlü Əli Akif oğlu Əliyev dənizdə çimərkən boğularaq ölüb.
Faktla bağlı araşdırma aparılır.Muxalifet - 28-08-2017
“Cahangir Hacıyevin səhhəti təhlükə altındadır” – VƏKİL FƏXRƏDDİN MEHDİYEV
“Beynəlxalq Bankın sabiq rəhbəri Cahangir Hacıyevin həyatına sanki şüurlu şəkildə təhlükə yaradılır”.
Muxalifet.az xəbər verir ki, məhkumun vəkili Fəxrəddin Mehdiyev Ovqat.com-a verdiyi açıqlamada belə deyib.Muxalifet2 - 28-08-2017
2 avtomobil toqquşdu: Xəstəxananın əməkdaşı öldü
Şəmkir rayonunda yol qəzası baş verib.
Şəmkir rayonunun Yeni Həyat kəndi ərazisində "NAZ Lifan" markalı avtomobillə "Mercedes" markalı maşın toqquşub.
Nəticədə "NAZ Lifan"ın sərnişini, 1964-cü il təvəllüdlü Aslanova Bəsti Qüdrət qızı hadisə yerində ölüb, avtomobildə olan daha bir sərnişin müxtəlif bədən xəsarətləri ilə xəstəxanaya çatdırılıb.
Ölən qadın Şəmkir Mərkəzi Rayon Xəstəxanasının laborantı olub.
Polisdən bildirilib ki, ilkin məlumata görə, qəza "Naz Lifan"ın sürücü Arzuman Allahverdiyevin günahı ucbatından baş verib.Muxalifet - 28-08-2017
Almaniya Türkiyə siyasətində tək qaldı - ETİRAF
Avropa Birliyi ölkələri Almaniyanın Türkiyəyə qarşı iqtisadi təzyiqlərini dəstəkləmir.
Muxalifet.az xəbər verir ki, bu barədə Almaniya Xarici İşlər naziri Ziqmar Qabriel məlumat verib.
“Avropada digər ölkələr bizim kimi düşünmür. Bəzi ölkələr deyir ki, icazə verin Türkiyə ilə əməkdaşlığı davam etdirək. Biz bu məsələdə fərqli düşünürük”.Muxalifet - 28-08-2017
İŞİD-in Əfqanıstan planı məhv edildi - ABŞ-dan AÇIQLAMA
ABŞ və əfqan hərbçiləri İŞİD-in Əfqanıstanda “xilafət” qurması planını alt-üst etdi.
Bunu ABŞ və NATO-nun Əfqanıstandakı komandanı general Con Nikolson deyib.
“Biz İŞİD-ə qalib gələ bilərik və qalib gələcəyik də. Bizim əsas hədəfimiz onların Nanqahar əyalətində xilafət yaratmaq planlarınının qarşısını almaqdır, hazırda bununla məşğuluq”, - Nikolson bildirib.Muxalifet - 28-08-2017
Həkim rəyi olmadan eynək satılmayacaq – YENİ QANUN LAYİHƏSİ
Azərbaycanda həm optik, həm də gün eynəklərinin həkim məsləhəti olmadan satılmasına icazə verilməyəcək.
Milli Məclisin Səhiyyə komitəsinin sədr müavini Musa Quliyev Trend-ə bildirib ki, bununla bağlı komitə tərəfindən "Optika haqqında" qanun layihəsinin ilkin variantı artıq hazırlanıb:Muxalifet - 28-08-2017
“Qarabağ” “Beşiktaş”a YOX dedi
Türkiyənin "Beşiktaş” klubu sentyabrın 2-də Bakıda yoxlama oyunu keçirmək üçün "Qarabağ”a təklif göndərib.
Türkiyə çempionu DÇ-2018-in seçmə matçları ilə əlaqədar daxili çempionatda yaranacaq fasilə zamanı Bakıda hər iki komandanın iştirakı ilə yoldaşlıq matçı keçirmək istəyib. Bu oyun həm də "qara qartal”ın Azərbaycandakı çoxsaylı azarkeşlərinə hədiyyə olacaqmış.Muxalifet - 28-08-2017
“Azercell”-dən jurnalistlərə qarşı ŞOK FIRILDAQ - FOTO
Bakıda keçirilmiş IV İslam Həmrəyliyi Oyunları ərəfəsində “Azercell Telekom” MMC şirkəti tərəfindən bir qrup jurnalistə hədiyyə edilən mobil “MIFI” cihazlarına istifadə edilmədiyi halda 50 manata yaxın borc yazılıb.
Muxalifet - 28-08-2017
İcra başçısı müavininin oğlu yaşlı qadını öldürüb hadisə yerindən qaçdı — ŞOK
Nərimanov rayon İcra Hakimiyyəti başçısının birinci müavini Şahmar İbadovun oğlu Elmir İbadov ağır yol qəzası törədib.
“Ölkə.Az”-ın əldə etdiyi məlumata görə, hadisə avqustun 22-də Bakı şəhərində törədilib. Elmir İbadov idarə etdiyi “Range Rover” markalı avtomobillə yaşlı qadını vuraraq hadisə yerindən qaçıb. Hadisə nəticəsində qadın vəfat edib.
Baş verən hadisədən sonra Elmir İbadov polis tərəfindən saxlanılıb.Muxalifet - 28-08-2017
Ququşun Bakı konsertini İran ləğv edir?
Son zamanlar aparıcı regional dövlətlər rəsmi Bakının daxili siyasətinə çox tez-tez qarışmağa başlayıblar. Bakının mərkəzində bu və ya digər dərəcədə əhəmiyyətli dövlət adamlarının siyasətinə və mövqeyinə qabaqcadan təsir edən hansısa əcnəbi güclərin olduğu və bu məsələdə sərbəst iştirakları göz önündədir.
Muxalifet - 28-08-2017