"Turan" agentliyində sənədlərin müsadirəsi davam edir
28-08-2017 19:00

Avqustun 28-də "Turan" agentliyinin demək olar ki, bütün əməkdaşları Vergilər Nazirliyinin Vergi Cinayətləri İdarəsində dindirməyə çağırılıblar.
Onları agentliyə qarşı vergilərdən yayınma ittihamı üzrə dindiriblər.
Eyni zamanda, axşama yaxın vergi orqanlarının əməkdaşları agentliyin son bir neçə illik sənədlərini müsadirə etmək məqsədilə agentliyə gəliblər.
Xatırladaq ki, bir neçə gün əvvəl agentlikdə artıq axtarış aparılıb və sənədlər və təşkilati texnika müsadirə edilib.