Axtarış
The search found 105779 results in 0.023 seconds.
Search results
Avropa terror meydanına çevriləcək: Üç min döyüşçü QAYIDIR
İŞİD və “Ən-Nüsra” Cəbhəsi terror təşkilatlarının üç minə qədər döyüşçüsü tezliklə Avropaya qayıda bilər.
Bu haqda İsveçrənin ATS agentliyi Avropa Komissiyası tərəfindən yaradılan RAN (Radicalization Awareness Network) təşkilatının məruzəsində istinadən yazıb.
“Avropa İttifaqına üzv ölkələrin əksəriyyəti döyüşçülərin getdikcə sürətlənən qayıdışını gözləyirlər”, - agentlik məruzədən sitat gətirib.Muxalifet - 18-08-2017
“Traktor” Tehran komandasına qalib gəldi
Təbrizin çətin günlər yaşayan “Traktor” futbol komandası İran liqasında Tehranın “Neft” klubu ilə qarşılaşıb.
“Səhənd” stadionunda keçirilən oyun Azərbaycan klubunun 2:1 hesablı qələbəsi ilə başa çatıb.
Oyunda hesabı 21-ci dəqiqədə “Traktor”un oyunçusu Məhəmməd İranpuryan açıb. Hamid Ağayi 82-ci dəqiqədə hesabı bərabərləşdirib. “Traktor”a qələbə qazandıran qolu oyunun son dəqiqələrində Məhəmməd İranpuryan vurub. Bununla da Azərbaycan komandası yeni mövsümdə ilk qələbəsini qazanıb.Muxalifet - 18-08-2017
Avropa müsəlmanlara qapısını bağlamalıdır - Şok çağırış
Kataloniyadakı hadisələr sivilizasiyaların toqquşmasıdır.
Bunu jurnalistlərə açıqlamasında Polşa Daxili İşlər naziri Mariuş Blaşak söyləyib.
“Avropa üçün yeganə çıxış yolu qapılarını bağlamaqdır. Bizdə - Polşada islamçı terrorçular üçün baza olan müsəlman icması yoxdur. Biz hər şeyi edirik ki, ölkə təhlükəsizlikdə olsun və buna görə də miqrasiya haqqında razılaşmanı qəbul etmirik”, - Blaşak bildirib.Muxalifet - 18-08-2017
Rusiya getdikcə Türküstanda möhkəmlənir - Şoyqu
Rusiya Əfqanıstandakı hərbi konflikt ucbatından qeyri-stabil şəraitin hökm sürdüyü Mərkəzi Asiyada mövqelərini möhkəmləndirir.
Bunu jurnalistlərə açıqlamasında Rusiya Müdafiə naziri Sergey Şoyqu söyləyib.
O, Mərkəzi Asiyaya Rusiyanın xüsusi diqqət ayırdığını bildirib. Şoyqu həmçinin bu il Rusiyanın Qırğızıstan, Tacikistan və Özbəkistanla birgə təlimlər keçirməyi planlaşdırdığını deyib.Muxalifet - 18-08-2017
İsrail MOSSAD liderini ABŞ-a göndərdi – Məxfi görüş
Dünən İsrail ABŞ-a xüsusi nümayəndə heyəti göndərib.
Bu barədə məlumatı İsrail mətbuatı yayıb.
Nümayəndə heyətinə İsrail xarici kəşfiyyat xidməti olan MOSSAD-ın direktoru Yosi Koen rəhbərlik edib. Vaşinqtona göndərilən heyətin tərkibində hərbi kəşfiyyat olan AMAN-ın rəhbəri general-mayor Qertsi Qalevi və Müdafiə Nazirliyinin Hərbi Siyasi İdarəsinin rəisi Zoar Palti də yer alıb.
Heyət Vaşinqtonda ABŞ prezidentinin milli təhlükəsizlik üzrə müşaviri Herbert Makmasterlə görüşüb. Görüşdə əsas müzakirə mövzusu Suriya, İran və Livan olub./axar.azMuxalifet - 18-08-2017
Rusiya Türkiyəyə "Ka-32" helikopterləri satacaq
İmzalanmış sazişlərin detalları açıqlanmır
Rusiya ilk dəfə Türkiyə və Taylandı çoxməqsədli "Ka-32" helikopterləri ilə təchiz edəcək.
RİA "Novosti"yə istinadən xəbər verir ki, "Vertolyotı Rossii" holdinqinin yaydığı məlumatda şirkətin xarici ölkələrə bu tip 8 helikopter göndərəcəyi bildirilib.
İmzalanmış sazişlərin detalları açıqlanmır.Muxalifet - 18-08-2017
Həştərxan vilayəti Dumasının sədri Gürcüstana buraxılmayıb
O,Ermənistandan Gürcüstana getmək istəyib
Rusiyanın Həştərxan vilayəti Dumasının sədri İqor Martınova Ermənistandan keçərək Gürcüstana daxil olmasına icazə verilməyib.
“İnterfax” xəbər verir ki, o, bunu “Facebook” səhifəsində yazıb.
İ.Martınov avtomobillə MDB-yə üzv ölkələrin ərazisini səyahət edərkən Ermənistandan Gürcüstana getmək istəyib. Gürcüstan sərhədçiləri onu ölkə ərazisinə buraxmayıblar.Muxalifet - 18-08-2017
Ərdoğan Almaniyanın iqtidar partiyalarını türk düşməni adlandırıb
Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Almaniya hökumətini və bu ölkənin aparıcı siyasi partiyalarını sərt tənqid edib.
“Hürriyet”in verdiyi məlumata görə, R. T. Ərdoğan cümə namazından çıxarkən sualları cavablandırıb. O, Almaniya kansleri Angela Merkelin Türkiyə ilə Avropa İttifaqı arasında gömrük birliyi müqaviləsinin yenilənməsinə və Türkiyəyə Aİ xətti ilə maddi yardımları ayrılmasına qarşı çıxmasına münasibət bildirib.Muxalifet - 18-08-2017
Təcilli yardım həkimi döyülüb - BAKIDA
Bakı şəhər Təcilli və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasının həkimi döyülüb.
Hadisə paytaxtın Nəsimi rayonu, 2-ci Çala küçəsi, ev 1, mənzil 22-də qeydə alınıb. Həmin ünvana çağırışa gedən, 2 saylı Təcilli və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasının həkimi Bəhram Əsgərov ev sahibi, 1983-cü il təvəllüdlü Elnar Cəfərov tərəfindən döyülüb.
Həkim polisə şikayət edib.
Faktla bağlı araşdırma aparılır.Muxalifet - 18-08-2017
Azərbaycanlı milyarder 320 milyonluq yaxtasıyla Bodrumda: silahlı şəxslər, raket vurucu, hovuzlar... - FOTO
Rusiyanın Azərbaycanlı iş adamı, 62 yaşlı milyarder Fərhad Əhmədov ailəsi ilə birgə Türkiyədə istirahət edir.
sozcu.com.tr xəbər verir ki, milyarderin dəbdəbəli tətili türkiyəli həmkarlarımızın diqqətindən yayınmayıb.
Sayt yazır ki, F.Əhmədovun Türkiyə sahillərinə gəldiyi bir neçə milyonluq gəmisində hətta raket hücumundan müdafiə sistemi belə var.Muxalifet - 18-08-2017
22 yaşlı azərbaycanlı beynəlxalq axtarışa verildi
Azərbaycanda dələduzluqda təqsirləndirilən 22 yaşlı şəxs İnterpol xətti ilə axtarışa verilib.
1995-ci il təvəllüdlü Qalib Babayev məhkəmə istintaqından yayınıb.
Azərbaycanın məhkəmə orqanı Q.Babayev barəsində istintaqdan yayındığı üçün həbs qətimkan tədbiri seçib və onun axtarışa verilməsi barədə qərar çıxarıb.
Həmin qərar əsasında da İnterpol Q.Babayevi axtarışa verib.Muxalifet - 18-08-2017
Hakim vəkildən orderin tarixini dəyişməyi tələb edir
Bu gün Elçin Sadıqov jurnalist Elçin İsmayillinın cinayət işi ilə baglı, Şəki Şəhər Ağır Cinayətlər Məhkəməsində olub.
Onun soylədiyinə görə, hakim qanunsuz olaraq, onun vəkillik orderinin tarixinin dəyişdirilməsini istəyib.
Bu gün vəkilə jurnalistlə görüşməyə də icazə verilməyib. Vəkil bildirir ki, bu qanunsuzluqla bağlı Məhkəmə Hüquq Şurasına müraciət edəcək.Muxalifet - 18-08-2017
“Oğluma görə başınızla cavabdehsiniz” – İlkin Rüstəmzadənin anası
İlkin Rüstəmzadənin anası oğlu ilə bağlı yaranmış təhlükəli vəziyyətə münasibət bildirib. Atlas Hüseynovanın bəyanatını təqdim edirik:
Muxalifet - 18-08-2017
Qobustan həbsxanasının məhbusları su qıtlığından əziyyət çəkirlər
Qobustan qapalı həbsxanada saxlanılan məhbuslar bu qızmar yay günlərində su çatışmazlığından əziyyət çəkirlər. Həbsxanaya gün ərzində iki saatdan bir su verilir, o da fasilə ilə.
Bu barədə Qobustan həbsxanasında saxlanılan məhbuslar vəkil Yalçın İmanova bildiriblər.
"Əksər kameralarda məhbuslar suyu vedrə ilə daşıyırlar. Qobustan həbsxanasındakı kameralarda yarıya qədər divarla ayrılmış açıq tualetlər var. Yayın qızmarında, belə şəraitdə suyun olmaması ciddi çətinliklər yaradır", - vəkil qeyd edib.Muxalifet - 18-08-2017
Arif Hacılı İlkin Rüstəmzadənin həbsxana həyatını 37-ci illərlə müqayisə etdi
Müsavat başqanı Arif Hacılı siyasi məhbus İlkin Rüstəmzadənin ölümlə təhdid edən həbsxana həyatını 1937-ci illərlə müqayisə etdi.
Bu barədə Arif Hacılı öz “Facebook” səhifəsində status yazıb.
Bu gün irticanın hədəfində İlkin Rüstəmzadədir.
…Soljenitsının kitablarından, sovet dövrü dissidentlərinin xatirələrindən oxuyurduq ki, siyasi məhbusun azadlığa çıxması ərəfəsində bir təxribat törədib həbs müddətini uzadırdılar, həbs düşərgələrində və ya kameralarda məhv edirdilər.
Bu gün həmin hadisələri yaşayırıq.Muxalifet - 18-08-2017
İstintaq qrupu Fuad Qərəmanlının telefonunu və kompüterini mənimsəyib?
“Nardaran işi” üzrə istintaq qrupu AXCP sədrinin müavini, vicdan məhbusu Fuad Qəhrəmanlının mobil telefonunu, kompüterini və sürücülük vəsiqəsini qaytarmır.
Bu haqda “Basta”ya vəkil Nemət Kərimli məlumat verib.
“Məhkəmədə Fuad Qəhrəmanlının mobil telefonu, kompüteri və sürücülük vəsiqəsi maddi sübut kimi tanınmayıb. Bu səbəbdən istintaq qrupu həmin əşyaları və sənədi Fuad Qəhrəmanlının ailəsinə qaytarmağa borcludur. Amma dəfələrlə istintaq qrupunun rəhbəri Pərviz İbayevə müraciət etsəm də, nəticəsi olmayıb”, – Nemət Kərimli bildirib.Muxalifet - 18-08-2017
Əfqan Muxtarlı ilə bağlı məhkəmə qərarından apelyasiya şikayəti verildi
Bu gün vəkil Nemət Kərimli vicdan məhbusu Əfqan Muxtarlının barəsində seçilmiş həbs qətimkan tədbirinin daha 2 ay uzadılması ilə bağlı məhkəmə qərarından apelyasiya şikayəti təqdim edib.
Bu haqda “Basta”ya vəkil özü məlumat verib.Muxalifet - 18-08-2017
Sərxoş kişi qayadan çaya yıxılaraq, boğulub – DAŞKƏSƏNDƏ
Daşkəsən rayonunda sərxoş kişi qayadan yıxalaraq çaya düşüb.
Hadisə Kəmərqaya kəndi ərazisində baş verib.
Belə ki, istirahət etməyə gələn şəxs yeyib-içdikdən sonra sərxoş olub. Hələlik adı məlum olmayan şəxs qayadan yıxılıb və çaya düşərək ölüb.
Onun meyiti bu gün çaydan taplıb və çıxarılıb.
Çaya düşən və orada ölən şəxsin adı məlum olub.
"Report"un məlumatına görə, bu Vahabov Mustafa Həsən oğludur.
Belə ki, M.Vahabov istirahət edən zaman spirtli içki qəbul edib və sərxoş vəziyyətdə qayadan ayağı sürüşərək çaya düşüb.Muxalifet - 18-08-2017
Baş Prokurorluq internet saytlarına xəbərdarlıq edib
Baş Prokurorluqda aparılan araşdırmalarla müəyyən edilib ki, son günlər bəzi KİV-lərdə həqiqətə uyğun olmayan məlumatlar yayılıb
Baş Prokurorluq internet saytlarının rəhbərlərinə xəbərdarlıq edib.Muxalifet - 18-08-2017
Xocalı sakinini elektrik cərəyanı vuraraq öldürüb
Xocalı rayon sakinini elektrik cərəyanı vuraraq öldürüb.
Hadisə Goranboy rayonunda baş verib.
Belə ki, rayon ərzasində məskunlaşan, Xocalı rayonundan olan məcburi köçkünü ehtiyyatsızlıqdan elektrik cərəyanı vurub. Xəsarət alan şəxs təcili tibbi yardım maşını ilə xəstəxanaya aparılarkən yolda ölüb.
Bu Xocalı rayonundan olan və Goranboy rayonu ərazisində məskunlaşan məcburi köçkün, 1977-ci il təvəllüdlü Həmidov Eldəniz Yusif oğludur. Xocalı sakini göldə balıq tutarkən ehtiyatsızlıqdan cərəyan vurması nəticəsində ölüb.Muxalifet - 18-08-2017