İsrail MOSSAD liderini ABŞ-a göndərdi – Məxfi görüş

Dünən İsrail ABŞ-a xüsusi nümayəndə heyəti göndərib.
 
Bu barədə məlumatı İsrail mətbuatı yayıb.
Nümayəndə heyətinə İsrail xarici kəşfiyyat xidməti olan MOSSAD-ın direktoru Yosi Koen rəhbərlik edib. Vaşinqtona göndərilən heyətin tərkibində hərbi kəşfiyyat olan AMAN-ın rəhbəri general-mayor Qertsi Qalevi və Müdafiə Nazirliyinin Hərbi Siyasi İdarəsinin rəisi Zoar Palti də yer alıb.
Heyət Vaşinqtonda ABŞ prezidentinin milli təhlükəsizlik üzrə müşaviri Herbert Makmasterlə görüşüb. Görüşdə əsas müzakirə mövzusu Suriya, İran və Livan olub./axar.az