Axtarış
The search found 105779 results in 0.013 seconds.
Search results
Azərbaycan dili “Google” səsli axtarış sisteminə daxil edildi
"Google” korporasiyası səsli axtarış üçün 30 yeni dil əlavə edib.
Səsli axtarışda yeni dillərin sırasına Azərbaycan, gürcü, erməni, hind, urdu və s. dillər daxil edilib. Hazırda "Google”un səsli axtarış sistemi 119 dili dəstəkləyir.
Bundan əlavə, "Google” sisteminin ingilisdilli versiyasında istifadəçilər üçün səsli xidmət vasitəsilə emojiləri seçmək imkanı yaranıb.Muxalifet - 17-08-2017
Ramil Quliyev:“Mən iki ölkənin bayrağını ucaltmışam” - MÜSAHİBƏ
Londonda keçirilən yüngül atletika üzrə dünya çempionatında Türkiyə yığmasının tərkibində 200 metr məsafəyə qaçışda qızıl medal qazanan Ramil Quliyevin APA-ya müsahibəsi
- Nobel mükafatı laureatı William Faulkner deyir ki, Faulkner olmağın resepti - 99% istedad, 99% nizam-intizam, 99% çalışmaqdan ibarətdir. Dünya çempionu Ramil Quliyev olmağın resepti nədir?
- Bizim reseptimiz - lap çox çalışmaqdır. Nə qədər çox çalışsaq, o qədər yaxşıdır. Zədələnmək və xəstəlik olmasın. Bunlara əlavə olaraq - əlbəttə ki, istedad.Muxalifet2 - 17-08-2017
Barselonada terrorçu-sürücü hələ də saxlanmayıb
Hadisəni törədən terrorçulardan bir neçəsi zərərsizləşdirilib
Barselonada baş vermiş terror aktında xəsarət alanların sayı 119 nəfərə çatıb.
Bu barədə "El Pais" yerli hakimiyyət orqanlarına istinadən xəbər verib.
Qeyd edək ki, bundan əvvəlki məlumatda 100 nəfərin xəsarət aldığı bildirilirdi. Lakin hakimiyyət orqanları yaralananların sayının artacağını qeyd edirdilər.
Avqustun 17-də naməlum sürücü avtomobili Barselonada, Rambla küçəsində piyadaların üzərinə sürüb. Nəticədə 13 nəfər ölüb, 100-dən çox insan xəsarət alıb.Muxalifet - 18-08-2017
VAZ-2107 65 yaşlı kişini vurub - NEFTÇALADA
Gülağa İmanovun vəziyyəti ağır olduğundan o, Bakıya gətirilib
Neftçala rayonunda avtomobil piyadanı vurub.
Hadisə rayonun Həsənabad qəsəbəsi ərazisində qeydə alınıb.
Qəsəbə sakini 65 yaşlı Gülağa Famil oğlu İmanov yolu keçən zaman “VAZ-2107” markalı avtomobil onu vurub. Nəticədə o, müxtəlif dərəcəli bədən xəsarətləri alıb.
Yaralı Neftçala Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb və ona ilk tibbi yardım göstərilib. Lakin G.İmanovun vəziyyəti ağır olduğundan o, Bakıdakı xəstəxanalardan birinə göndərilib.
Faktla bağlı araşdırma aparılır.Muxalifet - 18-08-2017
Suriya üzrə danışıqlar sentyabrda başlayacaq - CENEVRƏDƏ
Hələlik bununla bağlı danışıqlar gedir
Cenevrədə Suriya üzrə növbəti danışıqlar sentyabrın əvvəlində başlaya bilər.
Bu barədə "RİA Novosti" məlumat yayıb.
Agentliyin Suriya müxalifətinin nümayəndəsi Firas Xalidiyə istinadən verdiyi məlumata görə, hələlik bununla bağlı danışıqlar gedir.
"Bizdə danışıqların tarixi ilə bağlı aydın gündəlik yoxdur. Danışıqların sentyabrın 7-də Cenevrədə aparılması ilə bağlı müzakirələr gedir", - deyə müxalifət üzvü bildirib.Muxalifet - 18-08-2017
İspaniyada gün ərzində iki terror aktı törədilib
Antiterror əməliyyatı zamanı 4 terrorçu öldürülüb, daha 1-i yaralanıb
Terrorçular Barselona yaxınlığındakı Kambrils şəhərində avtomobili piyadaların üzərinə sürüblər.
Bu barədə "24 Horas" telekanalı xəbər verib.
"Cadena Ser" radiostansiyasının xəbərinə görə, hadisə nəticəsində 2 nəfər ağır, 3 nəfər yüngül xəsarət alıb. Terrorçuların zərərsizləşdirildiyi bildirilir.
Bundan əvvəl isə Kambrils polisi terror aktının baş verdiyini, bir neçə terrorçunun öldürüldüyünü bildirib.Muxalifet - 18-08-2017
Toyda qohumlar arasında dava - BİR NƏFƏR XƏSARƏT ALIB
Bakıda toy mərasimində dava olub.
Hadisə Qaradağ rayonundakı şadlıq saraylarından birində baş verib.
Belə ki, mərasim zamanı Sarıyev Qabil Ağakərim oğlu keçmiş qaynı və xalası oğlu Paşayev Elnur Rasim oğlu tərəfindən döyülüb. Nəticədə o, ağır kəllə-beyin xəsarəti alıb.
Hadisə yerinə çağırılan təcili yardım maşını Q.Sarıyevi 1 saylı Şəhər Kliniki Tibbi Mərkəzə çatdırıb və o, reanimasiya şöbəsinə yerləşdirilib. Hadisəni törətmiş E.Paşayev isə qaçıb.
Faktla bağlı Qaradağ Rayon Polis İdarəsinin 11-ci Polis Bölməsi tərəfindən araşdırma aparılır.Muxalifet - 18-08-2017
Həyat yoldaşını və qaynanasını qətlə yetirən şəxs polisə təslim oldu - YENİLƏNİB-3
Zaur Əliyev polisə könüllü təslim olub
Göygöldə həyat yoldaşını və qaynanasını qətlə yetirən Əliyev Zaur Adil oğlu könüllü olaraq polisə təslim olub.
Öldürülən şəxslərin kimliyi də məlum olub. Bunlar 1989-cu il təvəllüdlü Əliyeva Günel Vilayət qızı və onun anası 1964-cü il təvəllüdlü Əliyeva Minayədir./report
***21:06
Göygöl rayon sakini qaynanasını və həyat yoldaşını qətlə yetirib.
Qatil həm də mərhumun bacısı oğludur.
Zaur adlı şəxs qaynanasını və həyat yoldaşını öldürdükdən sonra hadisə yerindən qaçıb.Muxalifet - 18-08-2017
Ronaldu: "Barselona xəbərlərindən sarsılmışam"
Realın hücumçusu terror aktı nəticəsində zərər çəkənlərə başsağlığı verib
Portuqaliya yığmasının və "Real"ın hücumçusu Kriştianu Ronaldu Barselonada baş verən terror aktı nəticəsində zərər çəkənlərə və faciə qurbanlarının ailələrinə başsağlığı verib.
Bu barədə "R-Sport" məlumat yayıb.
"Barselona xəbərlərindən sarsılmışam. Faciə qurbanlarının ailələrinə və dostlarına başsağlığı verirəm", - deyə futbolçu "Twitter"də yazıb.
Barselonada baş vermiş terror aktında 13 nəfər həlak olub, 119 nəfər xəsarət alıb.Muxalifet - 18-08-2017
Qaxda 28 yaşlı oğlan özünü asıb
Qax rayonunda intihar faktı qeydə alınıb.
Bu gün saat 04.00 radələrində rayonun Əmbərçay kənd sakini, 28 yaşlı Elman Elşad oğlu Camalovun meyiti yaşadı evin həyətyanı sahəsindəki yardımçı tikilidən asılı vəziyyətdə aşkarlanıb. Elman Camalovun intihar etdiyi müəyyənləşib.
Faktla bağlı Qax rayon prokurorluğunda CM-nin 125-ci (özünü öldürmə həddinə çatdırma) maddəsi ilə cinayət işi başlayıb, araşdırma aparılır.Muxalifet - 18-08-2017
31 yaşlı kişi çoxsaylı bıçaq zərbəsi alıb
Sabirabadda bıçaqlanma hadisəsi qeydə alınıb.
Şəhər sakini 1986-cı il təvəllüdlü Rzayev Yusif Qulam oğlu çoxsaylı bıçaq xəsarətləri ilə Şirvan Şəhər Xəstəxanasına yerləşdirilib. Hadisənin təfərrüatları hələlik məlum deyil.
Hadisə ilə bağlı polis araşdırma aparır.Muxalifet - 18-08-2017
Avtomobil 12 yaşlı oğlanı vuraraq öldürüb - HACIQABULDA
Bakı-Qazax magistralının Hacıqabul rayonu ərazisindən keçən hissəsində avtomobillə vurulan piyada reanimasiya şöbəsində ölüb.
Bakı-Qazax yolunun Hacıqabul rayonu Nəvahi qəsəbəsindən keçən hissəsində 2005-ci il təvəllüdlü Ağamalıyev Ramil Rəfayət oğlu
Bakı şəhər sakini, Elmar Cəbrinin idarə etdiyi “Tavriya” markalı “10 LH 551” dövlət nömrə nişanlı avtomobil tərəfindən vurulub. Ağır xəsarətlər alan yaralı uşaq Şirvan Şəhər Xəstəxanasının reanimasiya şöbəsinə yerləşdirilib və həkimlərin səyinə baxmayaraq uşağın həyatını xilas etmək mümkün olmayıb.Muxalifet - 18-08-2017
Erməni hərbçi maşında yanaraq öldü - FOTO
Dünən Ermənistanın Tavuş vilayətinin Nerkin Karmirağbyur-Paravakar yolunda yanmış avtomobildə cəsəd tapılıb.
AzVision.az xəbər verir ki, bu barədə Ermənistanın Fövqəladə Hallar Nazirliyi məlumat yayıb.
Nerkin Karmirağbyur kəndinin icra rəhbəri Manvel Kamendatyan Aravot.am saytına bildirib ki, VAZ-2106 markalı avtomobildə yanaraq ölən şəxs 32 yaşlı kənd sakini, müqaviləli hərbi qulluqçu Vardan Qriqoryandır.
Qəza ilə bağlı araşdırma aparılır.Muxalifet - 18-08-2017
56 yaşlı kişi özünü asdı - NEFTÇALADA
Neftaçala rayonunda 56 yaşlı kişi intihar edib.
Muxalifet.az xəbər verir ki, hadisə rayonun Kürkənd kəndində baş verib.
Belə ki, həmin kəndin sakini, 1961-ci il təvəllüdlü, Mütəllim Əhmədağa oğlu Cahangirov yaşadığı evdə özünü asaraq intihar edib.
Faktla bağlı Neftçala rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 125-ci ( özünü öldürmə həddinə çatdırma ) maddəsilə cinayət işi başlanılıb, araşdırma aparılır.Muxalifet - 18-08-2017
Dənizdə batan iki gəncin meyiti tapıldı
Xəzər dənizində batan iki gəncin meyiti tapılıb.
Bu barədə Fövqəladə Hallar Nazirliyi məlumat yayıb.
Belə ki, Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətindən daxil olan məlumata əsasən, avqustun 16-da dənizdə batdığı ehtimal edilən 1998-ci il təvəllüdlü Sadıqov Elməddin Fəzail oğlu və 1998-ci il təvəllüdlü Vəliyev Qürbət Məhəmməd oğlunun cəsədləri tapıldığı üçün axtarışlar dayandırılıb.Muxalifet - 18-08-2017
ENOC ABŞ-ın sanksiyalarını saymır
“Dragon Oil” və ENOC-un nə vaxta qədər qəbul olunmuş ümumi norma və standartlardan yan keçəcəyi sual olaraq qalır
Rusiya bayrağı altında üzən “VF Tanker-20” gəmisi avqustun 16-da dördüncü dəfə "Dragon Oil" şirkətinin istehsalı olan 6,265 min ton Türkmənistan neftini İranın Neka limanında boşaldıb.Muxalifet - 18-08-2017
MKİ Barselonadakı terror aktı barədə məlumatlı olub
ABŞ-ın Mərkəzi Kəşfiyyat İdarəsi (MİK) Barselonada terror hücumlarının təhlükəsi barədə iki ay əvvəl İspaniya polisinə məlumat verib.
Bu barədə Trend "El Periodico" agentliyinə istinadən xəbər verir.
Qeyd edək ki, Barselonada törədilmiş terror aktı nəticəsində 13 nəfər ölüb, 119 nəfər xəsarət alıb. İŞİD terror təşkilatı terror aktına görə məsuliyyəti öz üzərinə götürüb.Muxalifet - 18-08-2017
Bakıda 15 yaşlı qız itkin düşüb
Bakıda 15 yaşlı qız itkin düşüb.
Paytaxtın Nəsimi rayon sakini, 2002-ci il təvəllüdlü Xalidə Seyfullayevanın itkin düşməsi barədə polisə məlumat daxil olub. Məlumata görə, X. Seyfullayeva avqustun 5-də yaşadığı evdən gedib və bir daha geri qayıtmayıb.
Hazırda onun tapılması istiqamətində axtarışlar davam etdirilir.Muxalifet - 18-08-2017
Traktor aşdı, 7 nəfər öldü - TÜRKİYƏDƏ
Türkiyənin Sakarya vilayətində ağır yol-nəqliyyat hadisəsi baş verib.
"Milliyet"in verdiyi xəbərə görə, fəhlələri daşıyan traktorun aşması nəticəsində 7 nəfər ölüb, 20 nəfərə xəsarət alıb. Bildirilir ki, fəhlələri fındıq bağlarına aparan traktor idarəetmədən çıxaraq dərəyə aşıb.
İşçilərin Diyarbəkr vilayətindən gəldiyi bildirilir.Muxalifet - 18-08-2017
Əli Həsənovun həbsdəki nəvəsinin işində şok gəlişmə - özü payızda könüllü gedir
Nail Allahverdiyevin məhkəmə qərarından apelyasiya şikayəti verməməsi baş nazirin müavininin nəvəsinin işini daha da ağırlaşdıra bilər; gözlənilir ki, komitə sədri indi deyil, payız aylarında, məhkəmə başlayan ərəfədə “öz xahişi” ilə işdən çıxsın, oliqarxı həbsdən çıxaran vəkillə yeni müqavilə imzalanıb
Baş nazirin müavini Əli Həsənovun nəvəsi Nail Allahverdiyevin vəkili dəyişib. Hüquq-mühafizə orqanlarından APA-ya verilən məlumata görə, təqsirləndirilən şəxsin vəkili Sevdiyar Bayramov gözlənilmədən işdən kənarlaşdırıb.Muxalifet - 18-08-2017