İstintaq qrupu Fuad Qərəmanlının telefonunu və kompüterini mənimsəyib?

 “Nardaran işi” üzrə istintaq qrupu AXCP sədrinin müavini, vicdan məhbusu Fuad Qəhrəmanlının mobil telefonunu, kompüterini və sürücülük vəsiqəsini qaytarmır.
 
Bu haqda “Basta”ya vəkil Nemət Kərimli məlumat verib.
“Məhkəmədə Fuad Qəhrəmanlının mobil telefonu, kompüteri və sürücülük vəsiqəsi maddi sübut kimi tanınmayıb. Bu səbəbdən istintaq qrupu həmin əşyaları və sənədi Fuad Qəhrəmanlının ailəsinə qaytarmağa borcludur. Amma dəfələrlə istintaq qrupunun rəhbəri Pərviz İbayevə müraciət etsəm də, nəticəsi olmayıb”, – Nemət Kərimli bildirib.