Sərxoş kişi qayadan çaya yıxılaraq, boğulub – DAŞKƏSƏNDƏ

 Daşkəsən rayonunda sərxoş kişi qayadan yıxalaraq çaya düşüb.
 
Hadisə Kəmərqaya kəndi ərazisində baş verib.
Belə ki, istirahət etməyə gələn şəxs yeyib-içdikdən sonra sərxoş olub. Hələlik adı məlum olmayan şəxs qayadan yıxılıb və çaya düşərək ölüb.
Onun meyiti bu gün çaydan taplıb və çıxarılıb.
Çaya düşən və orada ölən şəxsin adı məlum olub.
"Report"un məlumatına görə, bu Vahabov Mustafa Həsən oğludur.
Belə ki, M.Vahabov istirahət edən zaman spirtli içki qəbul edib və sərxoş vəziyyətdə qayadan ayağı sürüşərək çaya düşüb.
Hüquq-mühafizə orqanları hadisənin baş verdiyi ərazidə baxış keçirib.
Faktla bağlı araşdırmalara başlanılıb.