Əfqan Muxtarlı ilə bağlı məhkəmə qərarından apelyasiya şikayəti verildi

Bu gün vəkil Nemət Kərimli vicdan məhbusu Əfqan Muxtarlının barəsində seçilmiş həbs qətimkan tədbirinin daha 2 ay uzadılması ilə bağlı məhkəmə qərarından apelyasiya şikayəti təqdim edib.
 
Bu haqda “Basta”ya vəkil özü məlumat verib.
Avqustun 17-də Nəsimi Rayon Məhkəməsində vicdan məhbusları Gözəl Bayramlı və Əfqan Muxtarlı ilə bağlı məhkəmə prosesləri keçirilib. Prokurorluğun təqdimatı əsasında keçirilən prosesdə hər iki məhbusun barəsində istintaq dövrü üçün seçilmiş həbs qətimkan tədbiri daha 2 ay uzadılıb. Gözəl Bayramlı ilə bağlı qərardan apelyasiya şikayətini vəkil Elçin Sadıxov təqdim edəcək.