Axtarış

The search found 105779 results in 0.024 seconds.

Search results

  1. Bütün faşist abidələr, o cümlədən Qaregin Njdenin abidəsi dağıdılmalıdır" – Rus hərbi ekspert

    Hərbi ekspert: Ermənilər qədim xalq olduqlarını iddia edirlər, görəsən, onların tarixində faşist Njdedən daha layiqli heç kim yoxdur?!
     
    Faşistlər və onların əlbirləri yaxşı və pis deyə ikiyə bölünə bilməzlər.
    Bu barədə "Report"un Rusiya bürosuna rusiyalı hərbi ekspert Aleksandr Perenciyev bildirib.

    Muxalifet - 18-08-2017

  2. Gürcüstanda azərbaycanlı barəsində həbs-qətimkan tədbiri seçilib

    Gürcüstanda narkotik vasitələrin satışı və saxlanılmasında şübhəli bilinərək saxlanılan Faiq Hüseynov barəsində həbs qətimkan tədbiri seçilib.
     
    Müvafiq qərar Tbilisi Şəhər Məhkəməsi tərəfindən qəbul olunub.
     F. Hüseynov məhkəmədə günahsız olduğunu bildirib.
     F. Hüseynovun atası Əkrəm Hüseynov də oğluna qarşı irəli sürülmüş ittihamları əsassız adlandırıb.
     Qeyd edək ki, son günlər Tbilisinin azərbaycanlılar yaşadığı Poniçala (Soğanlıq-red.) qəsəbəsində həyata keçirilmiş xüsusi əməliyyatlar nəticəsində 5 nəfər saxlanılıb.

    Muxalifet - 18-08-2017

  3. “Azərbaycan sükunət vəziyyətində dayanıb”- ƏNVƏR BÖRÜSOY

    “Putinin Abxaziya səfərindən sonra etnik qızışdırmalar ortaya çıxacaq”
     
    İyulun 30-da Gürcüstanda başlayan NATO təlimlərinin ardınca, iyulun 31-də ABŞ vitse-prezienti Maykl Pens bu ölkəyə səfər etdi. Pensin Gürcüstana səfəri çərçivəsində Rusiyaya yönəlik bəyantı avqustun 8-də Rusiya prezidenti Vladimir Putinin Abxaziyaya səfəri ilə yadda qalan bir tarix oldu. Belə demək olar ki, ABŞ vitse-prezientinin məlum bəyanatı Rusiya prezidentini cavab addım atmağa məcbur etdi.

    Muxalifet2 - 18-08-2017

  4. Ukrayna azərbaycanlılarından Saakaşviliyə dəstək: "Sərhəddə qarşılayacağıq"

    Ukrayna azərbaycanlıları Ukraynaya qayıtmaq niyyətində olan Mixeil Saakaşvilini gül-çiçəklə qarşılayacaq.
     
    Bu barədə "Facebook" səhifəsidə "Ukrayna azərbaycanlıların birləşmiş diasporu” ümumukrayna ictimai təşkilatının sədri Hikmət Cavadov deyib.
    Sədrin sözlərinə görə, Ukrayna azərbaycanlıların bir qismi sentyabrın 10-da "Krakovets” keçid məntəqəsinə gedib, Odessa vilayətinin sabiq qubernatoru Mixeil Saakaşvilini qarşılayacaq.
    "Mən və bizim bir neçə üzvümüz sentyabrın 10-da sərhəddə Saakaşvilni qarşılayacağıq.”

    Muxalifet - 18-08-2017

  5. Prezident Administrasiyasında qarşıdurma haqqında yazan jurnalistlərlə profilaktik söhbətlər

    "Xural" qəzetinin keçmiş redaktoru Əvəz Zeynallı bu gün Baş Prokurorluğa dəvət olunub, burada baş prokurorun birinci müavini Rüstəm Usubov onunla "profilaktik" söhbət aparıb.
     
    Zeynallının dəvət olunmasına səbəb Avropa.info saytında Prezident Administrasiyasında daxili münaqişələrdən bəhs edilən məqaləyə şərh yazması olub. Xüsusən, guya AXCP lideri Əli Kərimlinin övladlarının Böyük Britaniya və ABŞ-da təhsilinin maliyyələşdirilməsi haqqında.

    Muxalifet - 18-08-2017

  6. 7 yaşlı uşaq it dişləməsindən öldü - BƏRDƏDƏ

    Bərdə rayonunda 7 yaşlı uşaq it dişləməsi nəticəsində dünyasını dəyişib.
     
    Hadisə rayonun Lək kəndində baş verib.
    Kənd sakini, 2010-cu il təvəllüdlü Hüseynov Üzeyir Şahin oğlunu bir neçə gün əvvəl it dişləyib. Valideynləri uşağı dərhal xəstəxanaya aparıblar, lakin orada bildirilib ki, alınan yaranın uşaq üçün həyati təhlükəsi yoxdur. Evdə bir neçə gün qaldıqdan sonra uşağın qəfildən vəziyyəti pisləşib və o dünyasını dəyişib. Üzeyir Hüseynov bu gün dəfn olunub.
    Faktla bağlı rayon prokurorluğunda araşdırma aparılır.

    Muxalifet - 18-08-2017

  7. ABŞ prezidentinin müşaviri istefa verib

    ABŞ prezidenti Donald Trampın strateji məsələlər üzrə baş müşaviri Stiv Bennon postunu tərk edib.
     
    “AP” agentliyinin verdiyi xəbərə görə, bu barədə ABŞ prezidentinin mətbuat katibi Sara Sandersin bəyanatında deyilir.
     Onun sözlərinə görə, Stiv Bennon vəzifədən getməsini Ağ Ev aparatının rəhbəri Con Kelli ilə bu gün razılaşdırıb.  Qeyd edək ki, Trampın seçkiqabağı komandasına qatılmamışdan öncə S.Bennon sağçı “Breitbart” saytına rəhbərlik edib.

    Muxalifet - 18-08-2017

  8. Barselonada avtomobili kütləyə çırpan sürücü-terrorçu öldürülüb

    Ötən gün Barselonada avtomobili piyadaların üzərinə sürən terrorçu Kambrils şəhərində polis tərəfindən məhv edilib.
     
    Bu barədə “El País” qəzeti polis mənbələrinə istinadən məlumat verib. Bundan əvvəl İspaniya KİV-ləri insanların üzərinə maşını sürənin Mərakeş əsilli Musa Ukabir  olduğu barədə məlumat yayıb.
     Ötən gün Barselonanın mərkəzində  naməlum şəxs idarə etdiyi yük maşınını kütləyə çırpıb. Sürücü hadisə yerindən qaçmağa müvəffəq olub.

    Muxalifet - 18-08-2017

  9. ​Sərnişin avtobus sürücüsünə tapança çıxardı – BAKIDA ŞOK - VİDEO

    Bakıda avtobusda görünməmiş hadisə baş verib.
    Muxalifet.az Publika.az-a istinadən bildirir ki, sərnişinlərdən biri dayanacaqdan kənarda avtobusa minmək istəyib, lakin sürücü nəqliyyat vasitəsini saxlamayıb.
    Bundan narazı qalan sərnişin avtobusa minəndən sonra sürücüyə kəskin şəkildə öz etirazını bildirməyə başlayıb.
    Digər sərnişin və sürücünün iradlarından sonra isə o özündən çıxıb və tapança çıxarıb.
    İnsident zamanı sürücünün soyuqqanlığını qeyd etmək lazımdır. Qeyd edək ki, video haqqın.az saytının redaksiyasına göndərilib.

    Muxalifet3 - 18-08-2017

  10. Keçmiş telekanal rəhbərinin oğlu çayda batdı - AZƏRBAYCANDA

    Azərbaycanda keçmiş telekanal rəhbərinin oğlu çayda batıb.
     
    Hadisə bu gün Balakən rayonu ərazisində, Katex çayında baş verib.
     Zaqatala rayon sakini, 1991-ci il təvəllüdlü Ədilxan Nəzirxan oğlu Nuruyev çayda çimərkən boğulub.
     Hazırda onun axtarışları davam etdirilir.
     Qeyd edək ki, dünyasını dəyişən Ə. Nuruyev fəaliyyəti dayandırılmış “Aygün” televiziyasının rəhbəri Nəzirxan Nuruyevin oğludur.

    Muxalifet - 18-08-2017

  11. ​Atasına heykəl qoyduran deputat Prezident Adminstrasiyasına çağrıldı – FOTO

    Sabirabadda atasına heykəl qoyduran deputat Prezident Administrasiyasına (PA) çağrılıb.
    Muxalifet.az xəbər verir ki, bu barədə AzEuroNews.com-a deputatdan PA-ya şikayət məktubu ünvanlayan rayonun Nizami kənd sakinləri məlumat veriblər. Onların sözlərinə görə,  Sabirabad rayonundan millət vəkili seçilən Rüstəm Xəlilovun atası Gülabba Xəlilov üçün heykəl qoyduraraq rayon sakinlərinə heykəli məcbur ziyarət etmələri göstərişini verdikdən sonra, kənd sakinləri PA-ya şikayət ərizəsi ilə müraciət ediblər.

    Muxalifet3 - 18-08-2017

  12. ​Barselonadakı terrorda şübhəli bilinənlərin hamısı məhv edildi - YENİLƏNİB

    İspaniya polisi Barselonada törədilən terror aktlarında şübhəli bilinən 4 nəfəri məhv edib.
    Bbu barədə “El País” qəzeti polis mənbələrinə istinadən məlumat verib.
    Bunlar Mərakeş əsilli Yunes Əbuyaqub, Musa Okabir, Səid Alaa və Məhəmməd Hicamidir. Adıçəkilən son 3 nəfərin Kambrils şəhərində öldürüldüyü bildirilir.

    Muxalifet3 - 19-08-2017

  13. ​Keçmiş baş prokuror prezidenti korrupsiya qalmaqalında ittiham etdi

    Luis Orteqa Dias: “Bizdə istintaq sübutlarının Nikolasi Maduro və onun ətrafı ilə bağlı olması barədə informasiyalar var”
     
    Venesuelanın keçmiş baş prokuroru Luis Orteqa Dias ölkə prezidenti Nikolas Maduronu Braziliyanın "Odebrecht" tikinti şirkəti ilə korrupsiya qalmaqalında ittiham edib.
    Bu barədə "RİA Novosti" məlumat yayıb.

    Muxalifet3 - 19-08-2017

  14. Azərbaycan Premyer Liqasında II tura start verilir

    Bu gün futbol üzrə Azərbaycan Premyer Liqasında II tura start veriləcək. “Report”un məlumatına görə, ilk oyun gününə təyin edilən matçlar Bakıda baş tutacaq.
    Həftənin açılış oyununda debütant “Səbail” ilə elitanın ən qocaman komandası “Neftçi” üz-üzə gələcəklər. Yeni mövsümə məğlubiyyətlə başlayan kollektivlər arasında ilk duel kimi tarixə düşəcək görüş “Dalğa Arena”da keçiriləcək.
    Qarşılaşma “Səbail”in baş məşqçisi Samir Əliyev üçün xüsusi önəm daşıyır. O, paytaxt klubunun sabiq futbolçusu olmaqla yanaşı, əsas və əvəzedici komandasına rəhbərlik də edib.

    Muxalifet3 - 19-08-2017

  15. ​102 yaşlı ən qoca paraşütçü - VİDEO

    Bəziləri üçün yüzillik ildönümü meydan oxumağa səbəbdir: illər aktiv həyat tərzi üçün maneə deyil. Bu yaxınlarda əsri dəyişən amerikalı paraşütçülük üzrə yeni rekorda imza atdı.
    Publika.az ens.az-a istinadən bildirir ki, 2017-ci ilin iyun ayına qədər ən yaşlı paraşütçü britaniyalı Verdan Hays (Verdun Hayes) idi. O həmişə hər hansı ekstremal idman növü ilə məşğul olmaq istəyirdi, lakin həyat yoldaşı buna qarşı idi. Boşanandan sonra 101 yaşlı Hays fikirləşdiyini reallaşdıra bildi: 2016-cı ildə o 4500 metr hündürlükdən paraşütlə tullandı.

    Muxalifet3 - 19-08-2017

  16. ​Keçmiş telekanal rəhbərinin çayda batan oğlunun meyiti tapılıb - YENİLƏNİB

    Ötən gün Katex çayında batan şəxsin meyiti tapılıb.
    APA-nın Şəki-Zaqatala bürosunun məlumatına görə, 1991-ci il təvəllüdlü Ədilxan Nuriyevin meyiti xilasedicilər tərəfindən batdığı yerin yaxınlığında tapılaraq sudan çıxarılıb.
     
    ***
    19:09
     
    Azərbaycanda keçmiş telekanal rəhbərinin oğlu çayda batıb.
    Hadisə bu gün Balakən rayonu ərazisində, Katex çayında baş verib.
    Zaqatala rayon sakini, 1991-ci il təvəllüdlü Ədilxan Nəzirxan oğlu Nuruyev çayda çimərkən boğulub.
    Hazırda onun axtarışları davam etdirilir.

    Muxalifet3 - 19-08-2017

  17. ​Dieqo Kostadan “Çelsi” rəhbərliyinə SƏRT MESAJ

    “Çelsi”nin hücumçusu Dieqo Kosta gələcək karyerası haqda danışıb.
    Belə ki, o, “Atletiko”ya qayıtmaq fikrində olmadığını bildirib:
    “Atletiko”ya geri dönəcəyim barədə yayılan xəbərlər anlaşılmazlıqdan ortaya çıxıb. Mən demişəm ki, “Çelsi”də karyera uğursuz alınsa, gələcəkdə Madridə qayıtmağım mümkündür. “Atletiko” ildən-ilə inkişaf edir. Amma məni transfer etmək üçün onlar böyük puldan keçməlidirlər.
    Üstəlik, mənim “Çelsi” ilə müqaviləm var. Bu kluba, azarkeşlərə bağlıyam. Hörmət hər şeydən yüksəkdə durur. Mən heç vaxt qeyri-peşəkar hərəkət etmərəm.

    Muxalifet3 - 19-08-2017

  18. Tramp komandasını daha bir nəfər tərk etdi

    ABŞ prezidenti Donald Trampın sərmayələrin qanuni tənzimlənməsi üzrə xüsusi məsləhətçisi Karl Aykin öz postunu tərk etmək qərarına gəlib.
     
    Bu barədə "RİA Novosti" məlumat yayıb.
    Xəbərdə bildirilir ki, buna səbəb mümkün mənafe konfliktinə dair şübhələrdir.
    "Bu məktubla mən bizim bugünkü prezidentin qanuni islahatlara aid olan xüsusi məsləhətçisi rolunda çıxış etməyi dayandıracağım barədə razılaşmamızı təsdiq edirəm ", - deyə Aykinin cümə günü Trampa ünvanlanan məktubunda deyilir.

    Muxalifet - 19-08-2017

  19. Trampın məsləhətçisi istefadan sonra prezidentlə "müharibəyə" başlayacaq

    Bu barədə AFP məsləhətçinin özünə istinadən xəbər verib
     
    ABŞ prezidentinin strateji məsələlər üzrə baş məsləhətçisi Stiven Bennon bildirib ki, istefadan sonra Donaıld Trampla "müharibəyə" başlayacaq.
    Bu barədə "AFP" məsləhətçinin özünə istinadən xəbər verib.
    Daha əvvəl Ağ Evdə prezidentin strateji məsələlər üzrə məsləhətçisinin istefasını təsdiq ediblər.

    Muxalifet - 19-08-2017

  20. Naməlum kişi meyiti tapılıb – Mingəçevirdə

    Naməlum şəxsin cəsədi şəhərin 20 Yanvar küçəsində aşkarlanıb
     
    Mingəçevirdə naməlum kişi meyiti tapılıb.
    Naməlum şəxsin cəsədi şəhərin 20 Yanvar küçəsində, yarımçıq tikilidə, gecə saatlarında aşkarlanıb.
    Əraziyə hüquq-mühafizə orqanlarının əməkdaşları cəlb edilib və əraziyə baxış keçirilir.
    Cəsədin kimə məxsus olması araşdırılır.

    Muxalifet - 19-08-2017

Pages