Axtarış

The search found 105779 results in 0.02 seconds.

Search results

  1. Polislər çanta oğrusunu belə yaxaladı

    Avqust ayının 16-da Sumqayıt şəhəri Zülfü Hacıyev küçəsində naməlum şəxs yolu keçən bir qadının içərisində qızıl-zinət əşyaları, bank kartı və pul olan çantasını alaraq qaçıb.
     
    Daxili İşlər Nazirliyindən verilən məlumata görə, bu zaman qadın yaxınlıqda xidmət aparan yol polisi əməkdaşlarına yaxınlaşaraq hadisə barədə məlumat verib və onlardan kömək istəyib.

    Muxalifet - 18-08-2017

  2. Rusiyada azərbaycanlılarla taciklər arasında kütləvi dava — BAZAR ÜSTÜNDƏ

    Rusiyanın Nijni Novqorod şəhərindəki bazarda azərbaycanlılarla taciklər arasında kütləvi dava baş verib.
     
    Bu barədə Nijni Novqorodun hüquq-mühafizə orqanları məlumat yayıblar.
    Bildirilir ki, toqquşmaya səbəb bir tərəfin qiymətləri aşağı salmasıdır. Bu isə qarşı tərəfin xoşuna gəlməyib. Qeyd edilir ki, davada bazarın onlarla işçisi iştirak edib.

    Muxalifet - 18-08-2017

  3. İstanbulda Yunanıstan konsulluğu yanır

    DHA agentliyi xəbər verir ki, İstanbuldakı Yunanıstan konsulluğunun binasında yanğın başlayıb.
     
    Hadisə yerinə yanğınsöndürənlər göndərilib.
    Təfərrüatlar bildirilmir.

    Muxalifet - 18-08-2017

  4. İlkin Rüstəmzadə hədəfdə -Yeni rəis müavini təhdid edir

    Elçin Əlicanov: “Özümə yer eləyim, gör sənin başına nə oyun açacam”
     
    İlkin Rüstəmzadə yenidən hədəfdədir. Hökumət bu dəfə İlkin Rüstəmzadəni “islah” etməyin təzə yolunu tapıb.  Yeni təyin olunmuş rəis müavini Elçin Əlicanov İlkin Rüstəmzadə ilə “xüsusi məşğul olur”. Elçin Əlicanov İlkinə, “Sən dur bir hələ, gör səni bir bəhanə tapıb nə günə qoyacam? Səni islah etməyin yolunu bilirəm” -deyib.
    Bu barədə “Basta”ya məlumatı İlkinin valideynləri Bakir bəy və Atlas xanım verib.

    Muxalifet - 18-08-2017

  5. “Biləsuvarda pambıq əkməyənlərin suyunu kəsib, təsərrüfatlarını məhv edirlər” - VİDEO

     “Bundan əvvəl 8 hektar yonca sahəmi suzuzluqdan yandırıblar, indi isə 2 hektar pomidor sahəmi qəsdən su vermirlər ki o da yansın”.
     
    Bunu Bastainfo-ya Biləsuvar rayonundan şikayətlə müraciət edən təsərrüfat sahibi Ələddin Ələsgərli bildirib.O qeyd edib ki, məsələ ilə əlaqədar dəfələrlə Suvarma idarəsinin direktoru Ədalət Babayevə və Su kanal idarəsinin rəhbəri Kamil Mirzəyevə müraciət olunsa da, problem həll olunmayıb. Problemin səbəbinə gəlincə, Ələddin Ələsgərli bunu son vaxtlar hökumətin həyata keçirmək istədiyi pambıq kampaniyası ilə əlaqələndirib.

    Muxalifet - 18-08-2017

  6. Bakıda qadını “Niva”dan düşürüb polis maşınına mindirdilər

    Bakının mərkəzində polislə qadın arasında insident yaşanıb.
     
    Polis ona tabe olmayan xanımı zorla post-patrul avtomobilinə mindirərək aparıb.
    Criminal.az-ın verdiyi məlumata görə, hadisə Fəvvarələr Meydanında yerləşən ”Otto” gecə klubunun qarşıısnda baş verib.
    ”Niva” markalı 10 NJ 666 dövlət nömrə nişanlı avtomobilin sürücüsü maşını arxaya sürən zaman post-patrul avtomobili gəlib. Polis əməkdaşı sürücüyə maşını arxaya verməsini istəyib. Sürücü isə buna etiraz edib. Bu zaman polislər maşından düşərək sürücünü maşına mindiriblər.

    Muxalifet - 18-08-2017

  7. Sayt bloklandı, rəhbəri Baş Prokurorluğa çağrıldı

    Azərbaycanda daha bir xəbər saytı bloklanıb.
     
    Avqustun 17-dən etibarən “infoAZ.org” saytına ölkə ərazisində giriş məhdudlaşdırılıb. Bu haqda saytın rəbəri Namiq Cəfərli məlumat yayıb.
    O bildirib ki, saytı bloklamaqla yanaşı, avqustun 18-də səhər saatlarında zəng edərək, onu Baş Prokurorluğa çağırıblar.
    “Saat 16:00-da Baş Prokurorluğa çağırılmışam. Hazırda məsələnin nə yerdə olduğu mənə məlum deyil”, – Namiq Cəfərli bildirib.

    Muxalifet - 18-08-2017

  8. Ərdoğan Azərbaycana gələcək

    Səfər sentyabrın 10-11-də baş tutacaq
     
    Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Azərbaycana səfər edəcək.
    Türkiyə mətbuatı xəbər verir ki, səfər sentyabrın 10-11-də baş tutacaq.
    Məlumata görə, dövlət başçısının gələn ay xarici ölkələrə edəcəyi səfərlərin tarixi açıqlanıb. Türkiyə lideri avqustun 21-də İordaniyaya, sentyabrın 8-10-da Qazaxıstana, sentyabrın 10-11-də isə Azərbaycana səfər edəcək.
    Sentyabrın 19-dan 25-dək isə R.T.Ərdoğan  BMT Baş Assambleyasının sessiyasında iştirak etmək üçün Nyu-Yorkada olacaq.

    Muxalifet - 18-08-2017

  9. Goranboyda zəncirvari qəza

    Goranboy rayonunda üç avtomobil toqquşub.
     
    Hadisə rayonun Dəliməmmədli şəhərində qeydə alınıb. “VAZ 2106”, “VAZ 2107” və “Tofaş” markalı avtomobillərin toqquşması nəticəsində xəsarət alan olmasa da, avtomobillərə ziyan dəyib.
    Faktla bağlı hüquq-mühafizə orqanları tərəfindən araşdırma aparılır.

    Muxalifet - 18-08-2017

  10. Quba sakini həmkəndlisini baltalayıb

    Quba rayonunda qətl hadisəsi baş verib.
     
    Hadisə rayonun Cimi kəndində qeydə alınıb. Kənd sakini, 1980-ci il təvəllüdlü Alxasov Maarif Qazəhməd oğlu həmkəndlisi, 1983-cü il təvəllüdlü Əhmədov Vətən Vəkil oğluna balta ilə xəsarət yetirib. Xəsarət alan şəxs ölüb. Hadisənin tərəflər arasında yaranan münaqişə zəminində baş verdiyi bildirilir.
     Ölən V.Əhmədov ailəli olub, iki övladı var.
     Faktla bağlı Quba rayon Prokurorluğunda cinayət işi açılıb, araşdırmalar aparılır.

    Muxalifet - 18-08-2017

  11. Saakaşvili Gürcüstana dönməməsinin səbəbini açıqladı

    Gürcüstanın sabiq prezidenti Mixail Saakaşvili Gürcüstana dönərək məhkəmə qarşısına çıxmayacağını deyib.
     
    Modern.az Gürcüstan KİV-nə istinadən xəbər verir ki, o bu addımı Ukrayna xalqına islahatlarla bağlı verdiyi sözlə əlaqələndirib.
    “Mən fəal ukraynalı siyasətçiyəm və mənim bu ölkədə çoxlu tərəfdarım var. Və mən Ukrayna xalqına bu mübarizədə sona qədər gedəcəyimi elan etmişəm”.
     Siyasətçi İnterpolun onu beynəlxalq axtarışa verməməsinin səbəbi kimi barəsində açılan cinayət işinin siyasi motivli olmasını vurğulayıb.

    Muxalifet - 18-08-2017

  12. Rusiyadan azərbaycanlılar və ermənilər deportasiya olundu

    Rusiyanın Bryansk vilayətinin ərazisindən 200-ə qədər Azərbaycan, Ermənistan, Ukrayna, Özbəkistan və Tacikistan vətəndaşı deportasiya olunub.
     
    Həmin şəxslərə yaxın 5 il ərzində Rusiya ərazisinə daxil olmaq qadağan ediləcək.

    Muxalifet - 18-08-2017

  13. Türkiyə Avrasiya İttifaqı ilə müqavilə imzalaycaq

    Türkiyənin iqtisadiyyat naziri Nihat Zeybekçi ölkəsinin Avrasiya İttifaqı ilə gömrük müqaviləsi imzlayacağını deyib.
     
    Rusiya KİV xəbər verir ki, Ankara və Moskva ticarət dövriyyəsini 100 milyard dollara çatdırmağı da planlaşdırır.
     “Türkiyə qanunvericiyini pozmamaq şərti ilə Avrasiya İttifaqı ilə gömrük ticarəti haqqında müqavilə imzalamağı düşünürük”./modern.az

    Muxalifet - 18-08-2017

  14. ABŞ uzun müddət Suriyanı tərk etməyəcək – YPG terror qruplaşması

    "Suriya Demokratik Qüvvələri"nin mətbuat katibi yeni açıqlama verib.
     
    ABŞ İŞİD terror qruplaşmasının yenilənməsindən sonra uzun müddət Suriyanın şimalını tərk etməyəcək. YPG qruplaşmasının nəzarəti altında olan bölgələrdə İncirlik hərbi bazasına alternativ olan hərbi bazalar inşa ediləcək.

    Muxalifet - 18-08-2017

  15. Göygöldə arvadını və qaynanasını öldürən şəxs — "Arvadımı başqası ilə gəzdiyi üçün öldürdüm"

    Göygöl rayonunda ana və qızının ölümü ilə bağlı təfərrüat məlum olub.
     

    Muxalifet - 18-08-2017

  16. Jurnalistləri Müdafiə Komitəsi Turan Agentliyinə təzyiqləri dayandırmağa çağırır

    Mərkəzi ofisi Nyu Yorkda qərarlaşan Jurnalistləri Müdafiə Komitəsi (CPJ) Azərbaycan hakimiyyətini ölkənin yeganə müstəqil informasiya agentliyi "Turan"a olan təzyiqlərin dayandırılmasına çağırır.
     
    Bu barədə təşkilatın bəyanatında deyilir.
    Komitə həmçinin hakimiyyəti agentliyi represiya qorxusu olmadan işləməyə imkan yaratmağa səsləyib.
     
    Azərbaycanda azad mətbuatın vəziyyəti (Karikatura Gündüz Ağayevindir )

    Muxalifet - 18-08-2017

  17. Rəşad Sadiqov – DYP qalmaqalında son durum – “Hər şey qaydasındadır”

     Tanınmış futbolçu Rəşad Sadiqovun avtomobili özünə qaytarılıb.
     
    Xəbər verdiyimiz ki, futbolçumuz Rəşad Sadiqovla Dövlət Yol Polisi əməkdaşları arasında narazılıq yaranmışdı. Biraz öncə “AzPolitika.info” ilə əlaqə saxlayan milli futbolçumuz yaranmış narazılığın aradan qaldırıldığını və hər şeyin qaydasında olduğunu bildirib. “DYP əməkdaşları ilə yaranmış problem həll olundu. Təqdim edilən protokol əsasında cəriməmi ödədim və avtomobilimi geri aldım. Artıq yol polisi ilə aramda heç bir problem yoxdur”, deyə R.Sadiqov bildirib.

    Muxalifet - 18-08-2017

  18. Desant donanma komandiri həbs edildi – VİDEO

    Keçmiş Ərdək desant donanması komandiri kontr-admiral Göyxan Polad Balıkəsirdə Fətullahçı Terror Təşkilatına qarşı keçirilmiş xüsusi əməliyyat zamanı həbs edilib.
     
    Göyxan Polad Balıkəsir Respublika Prokurorluğunun sanksiyası ilə terror təşkilatı rəhbəri olmaq iddiası ilə Ərdənək İlçə Təhlükəsizlik İdarəsi tərəfindən saxlanılıb.
    İl Polis Şöbəsinə gətirilən Polada cinayət işi açılıb.

    Muxalifet - 18-08-2017

  19. Lənkəranda bütün toylar təxirə salındı – SƏBƏB

    Bu gün Lənkəranda paralel dünyanın ("cinayət" aləminin) ən yüksək səviyyəli işlətmələrində, araşdırmalarında və hökmlərində mühüm söz və əməl sahibi Rövşən Lənkəranskinin İl mərasimi keçirilir.
     
    Bu sözləri yazıçı-publisist Hafiz Mirzə Rövşən Lənkəranski haqqında yazarkən qeyd edib. O, “böyük qardaş”a ehtiram əlaməti olaraq Lənkəran şəhərində bütün toy mərasimlərinin təxirə salındığını qeyd edib:

    Muxalifet - 18-08-2017

  20. “Alfa” veteranı İŞİD-in Barselonada törətdiyi terroru şərh etdi

    Dünən İspaniyada törədilən terror aktları “İslam dövləti” terror təşkilatının (İŞİD) Suriya və İraqdakı bütün məğlubiyyətlərinə baxmayaraq, aktivliyini azaltmaq niyyətində olmadığından xəbər verir.
     
    Bunu “RİA-Novosti”yə açıqlamasında “Alfa” antiterror birləşməsi veteranlarının beynəlxalq assosiasiyasının prezidenti Sergey Qonçarov bildirib.

    Muxalifet - 18-08-2017

Pages