Axtarış

The search found 105779 results in 0.012 seconds.

Search results

  1. Amerikalı analitik Azərbaycana qarşı dezinformasiya hücumuna görə Kremldən şübhələnir

    Son vaxtlar internetdə guya qanuni və nüfuzlu xəbər saytlarının məqaləsi kimi yerləşdirilən fırıldaqçı məqalələrin arxasında Kreml dayana bilər.Virtualaz.org xəbər verir ki, bu barədə “The Guardian” qəzeti ekspertlərə istinadən yazır.
     

    Muxalifet2 - 19-08-2017

  2. Lerikdə “Toyota” dərəyə AŞIB - Ölənlər var

    Lerik rayonunda yol qəzası baş verib.
     
    Hadisə Lənkəran-Lerik avtomobil yolunun 23-cü km-də qeydə alınıb.
    Belə ki, "Toyota Land Cruiser" markalı minik avtomobili sərt döngədə yoldan çıxaraq dərəyə aşıb. Nəticədə avtomobilin sürücüsü hadisə yerində ölüb, onun xanım sərnişini isə ağır yaralanıb. Yaralı Lənkəran Rayon Mərkəzi Xəstəxanasına aparılarkən yolda dünyasını dəyişib.
    Faktla bağlı araşdırma aparılır.

    Muxalifet - 19-08-2017

  3. Sabir Rüstəmxanlıdan türkiyəli professora dəstək: “Azərilər kiçik xalq olub..."

    ”Türkiyəli tanınmış tarixçi, professor İlber Ortaylı deyib ki, türklər arasında azəri adlı bir millət yoxdur. Azərbaycanlı başqadır, Azəri başqa.
     
    "Azəri milləti anlayışını Stalin uydurub. Kommunist şairlər də şerlərində "türk qızları" yazıblar. Bunu Stalin uydurub. Stalin cahil bir gürcüdür. Milliyətdən başı çıxmayıb. Çox savadsız, cahil biri olub” - deyə İlber Ortaylı bildirib.
     Məsələ ilə bağlı Xalq şairi, eks-deputat  Sabir Rüstəmxanlı Modern.az-a açıqlama verib.
     S. Rüstəmxanlı deyib ki, azəri deyilən bir millət türklər arasında yoxdur.

    Muxalifet - 19-08-2017

  4. Vəkil Fuad Qəhrəmanlı ilə görüşüb

    Avqustun 18-də vəkil Fəxrəddin Mehdiyev 10 saylı cəzaçəkmə müəssisəsində AXCP sədrinin müavini Fuad Qəhrəmanlı və partiyanın digər fəalı Murad Ədilovla görüşüb.
     

    Muxalifet - 19-08-2017

  5. İlham Əliyevi tənqid altına qoyan kimdir?

    Azərbaycan Respublikasının Vergilər Nazirliyi yanında Vergi Cinayətlərinin İbtidai İstintaqı İdarəsi avqustun 7-də Turan İnformasiya Agentliyinə qarşı cinayət işi qaldırıb və ilkin araşdırmaya başlayıb.
     
    Söhbət 2014-cü ildən bu yana olan dövr üçün 37 min manatdan çox (22,000 ABŞ dolları) əlavə dəyər vergisinin və müddəti keçmiş ödəmələrə görə penyanın hesablanmasından gedir.

    Muxalifet - 19-08-2017

  6. Ağstafada “Mersedes” “Priora” ilə toqquşub: ana və 2 qızı xəsarət alıblar

    Ağstafa rayonunda yol qəzası baş verib.
     
    Hadisə Bakı-Qazax-Gürcüstan Respublikası avtomobil yolunun Ağstafa rayonu ərazisində qeydə alınıb. 

    Muxalifet - 19-08-2017

  7. İŞİD Surqutdakı hücumun məsuliyyətini üzərinə götürüb

    Polisin hücum edən şəxsi zərərsizləşdirdiyi, yaralılardan ikisinin vəziyyətinin ağır olduğu bildirilir
     
    İŞİD terror qruplaşması Rusiyanın Surqut şəhərində hücumun məsuliyyətini üzərinə götürüb.
    Bu barədə “Reuters” məlumat yayıb.
    Qeyd edək ki, avqustun 19-da Rusiyanın Surqut şəhərində naməlum şəxsin insanlara bıçaqla hücum etməsi nəticəsində 8 nəfər müxtəlif dərəcəli bədən xəsarətləri alıb.
    Polisin hücum edən şəxsi zərərsizləşdirdiyi, yaralılardan ikisinin vəziyyətinin ağır olduğu bildirilir.

    Muxalifet - 19-08-2017

  8. “Əfqanıstanla bağlı əhəmiyyətli qərarlar qəbul etdik” - Tramp

    ABŞ prezidenti dünən Əfqanıstan və digər məsələlər üzrə genişmiqyaslı görüş keçirib
     
    ABŞ prezidenti Donald Tramp bir sıra vacib məsələləri, o cümlədən Əfqanıstanla bağlı qərarlar qəbul etdiyini bəyan edib.
    RİA "Novosti" xəbər verir ki, ABŞ dövlət başçısı bu barədə "Twitter" hesabında yazıb.
    "Generallarımız və hərbi liderlərimizlə Kemp-Deviddə çox vacib gün keçirdim. Bəzi məsələlər, o cümlədən Əfqanıstanla bağlı bir sıra əhəmiyyətli qərarlar qəbul etdik", - o yazıb. Amma D.Tramp hansı qərarlardan söhbət getdiyini açıqlamayıb.

    Muxalifet - 19-08-2017

  9. Türkiyəli ekspert : "Türkiyə və Azərbaycan hərbi cəhətdən mümkün dərəcədə yaxınlaşmaladır” - MÜSAHİBƏ

    İstanbuldakı Yeni yüzyıl universiteti sosial-strateji araşdırmalar mərkəzinin direktoru, doktor Nizar Aslanın APA-ya müsahibəsi
     
    - Türkiyənin cənub sərhədlərində, xüsusilə, Hatay vilayətinə yaxın bölgələrdə cərəyan edən prosesləri necə şərh edərdiniz?

    Muxalifet - 19-08-2017

  10. “Chevrolet” Yuxarı Şirvan kanalına düşüb

     Bu gün Fövqəladə Hallar Nazirliyinin Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə daxil olmuş məlumata əsasən, Ağdaş rayonu, Hüşün kəndində “Chevrolet” markalı minik avtomobili Yuxarı Şirvan su kanalına düşüb.
     
    Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-xilasediciləri hadisə yerinə cəlb olunaraq 1973-cü il təvəllüdlü Paşayev Tərlan Əflatun oğlunun cəsədini sudan çıxarıblar. Onun meyiti aidiyyəti üzrə təhvil verilib. Əməliyyat saat 17:23-də başa çatıb.

    Muxalifet - 19-08-2017

  11. Könül Xasıyevaya qarşı dələduzluq - 70 min manatını alıblar

    Xalq artisti Könül Xasıyevanın 70 min manatı dələduzluq yolu ilə ələ keçirilib.
     
    Bu barədə "Qafqazinfo”ya müğənninin vəkili Şəfiqə Nağıyeva məlumat verib.
    Onun sözlərinə görə, Xatirə Hacıyeva adlı şəxs 2014-cü ildə Könül Xasıyevadan 70 min manat alıb və hələ də qaytarmayıb:
    "Pulunu ala bilməyən Xalq artisti polisə şikayət edib. Hazırda Nərimanov Rayon Məhkəməsindəyik. Xatirə Hacıyeva haqqında sanksiya çıxarılacaq”.
    Könül Xasıyevanın "Qafqazinfo"ya verdiyi məlumata görə, Xatirə Hacıyeva ona ev almaqda yardımçı olacağını bildirib:

    Muxalifet - 19-08-2017

  12. Mikroavtobus VAZ-2107 ilə toqquşub

    Baş vermiş hadisə ilə bağlı Mingəçevir şəhər Polis şöbəsində araşdırma aparılır
     
    Mingəçevirdə sərnişin mikro avtobusu qəzaya düşüb. Hadisə şəhərin Heydər Əliyev prospektində, Avtovağzalın yaxınlığında baş verib.
    Belə ki, “Vaz2107” markalı avtomobil həmin an xəttə olmayan, Mingəçevir-Bakı marşurutu ilə sərnişin daşıyan “Ford” markalı mikroavtobusla toqquşub.

    Muxalifet - 20-08-2017

  13. Putin Soçidə Netanyahu ilə görüşəcək

    Avqustun 23-də Soçidə İsrailin baş naziri Binyamin Netanyahu və Rusiya prezidenti Vladimir Putin arasında görüş keçiriləcək. 
     
    “Gazeta.ru”-nun verdiyi xəbərə görə, bu barədə “The Jerusalem Post” məlumat yayıb.
     Məlumata görə, tərəflər Yaxın Şərqdəki vəziyyəti müzakirə edəcəklər./apa

    Muxalifet - 20-08-2017

  14. Peterburqda avtomobil izdihama çırpılıb, ölən və xəsarət alanlar var

     Rusiyanın Sankt Peterburq şəhərində avtomobil piyadalara çırpılıb, nəticədə bir qadın ölüb, üç nəfər isə xəsarət alıb.
     
     “RİA Novosti”nin verdiyi xəbərə görə, insident ötən gün axşam saatlarında şəhərin Promışlennaya küçəsində baş verib. 
    ““Volkswagen Polo” markalı avtomobil naməlum səbəbdən idarəetməni itirərək piyadalara çırpılıb. Yol qəzası nəticəsində bir qadın ölüb, daha üç nəfər ağır vəziyyətdə xəstəxanaya yerləşdiriliblər. Sürücü saxlanılıb”, - deyə məlumatda bildirilir./apa

    Muxalifet - 20-08-2017

  15. Ərdoğan Almaniya XİN rəhbərini kəskin tənqid edib

    Türkiyə prezidenti Rəcəb Tayyip Ərdoğan Almaniya XİN rəhbəri Ziqmar Qabriel kəskin tənqid atəşinə tutub.
     
    Türkiyənin NTV telekanalının verdiyi xəbərə görə, bundan əvvəl Z.Qabriel R.T.Ərdoğanı Almaniyadakı seçkiqabağı kampaniyaya “kobud müdaxilə” etməkdə ittiham edib.

    Muxalifet - 20-08-2017

  16. İspaniyadakı terror aktının əsas təşkilatçısı bəlli oldu

     Kataloniyanın Ripol şəhərinin imamı mərakeşli Abdülbaki əs-Sati İspaniyada 17 avqustda törədilən terror aktının əsas təşkilatçısı olub.
     
    Bu barədə el Pais nəşri məlumat yayıb.
    Məlumata görə, polis əməkdaşları ötən gün səhər saatlarında onun evinə baxış keçiriblər. Polis Abdülbaki əs-Satinin Alkanar şəhərindəki evlərdən birində baş vermiş partlayış nəticəsində öldüyünü istisna etmir. Xəbər verildiyi kimi, terrorçular həmin evdə qaz balonlarından istifadə etməklə kustar üsulla partlayıcı qurğular istehsal edirmişlər.

    Muxalifet - 20-08-2017

  17. Türkiyədə xeyriyyə adı altında terrora dəstək verən təşkilatlar

       Türkiyədə bəzi qurumlar xeyriyyə təşkilatı adı altında terror təşkilatlarının büdcəsinə pul köçürür.
     
     “Yeni Şəfəq” xəbər verir ki, Türkiyədə fəaliyyət göstərən səyyar xeyriyyə təşkilatları yığılan pulları terror təşkilatlarına bağışlayır.
    Terrorçulara dəstək verən agentlər Hatay, Qaziantep, Şanlıurfa və Kilisdə “xeyriyyə birlikləri” qurur. Pul köçürmələri həyata keçirildikdən sonra həmin birliklər bağlanır.

    Muxalifet - 20-08-2017

  18. Moody’s Azərbaycanın borc reytinqini endirdi

    Reytinqin proqnozu “stabil”dir.
     
    Moody’s  həmçinin “Cənub Qaz Dəhlizi” Qapalı Səhmdar Cəmiyyətinin təminatsız borc reytinqini “Ba1” səviyyəsindən “Ba2” səviyyəsinə endirib.
    Reytinqlərin azaldılması Azərbaycanın  fiskal və iqtisadi gücünün zəifləməsini əks etdirir. Neftin qiymətinin  aşağı olması, istehsalın azalması, bank sisteminin çox zəif olması iqtisadi artımı məhdudlaşdırır. Eyni zamanda dövlət borcu çox yüksək səviyyədədir. Bütün bunlar ölkənin borclarını geri qaytarmamaq risklərini artırır.
    Əhəmiyyətli kredit riski səviyyəsi

    Muxalifet - 20-08-2017

  19. "Hökumətin elan etdiyi orta əmək haqqı məbləği əsassızdır" – İQTİSADÇI

    İqtisadçı Rövşən Ağayev hökumətin elan etdiyi orta aylıq əmək haqqı məbləğinin əsassız olması ilə bağlı fikirlərini fb səhifəsində paylaşıb. Rövşən Ağayevin statusunu təqdim edirik:
     
    “Rəsmi rəqəmlərdən aydın olur ki, 2016-cı ildə (noyabr ayı üzrə müayinələrin nəticəsinə əsasən) iqtisadiyyat üzrə əmək haqqı alanların 57.1%-nin maaşı 300 manatdan aşağı olub.

    Muxalifet - 20-08-2017

  20. Əfqan Muxtarlı şəkər xəstəsidir

    “Əfqan Muxtarlının səhhəti hazırda kafidir. Bakı İstintaq Təcridxanasında onun təzyiqinə, qanındakı şəkərin miqdarına nəzarət edilir”.
     
    Bakı İstintaq Təcridxanasının rəisi Rəşid Səfərovun və təcridxananın tibbi-sanitar hissənin rəisi Qurban Hüseynovun həbsdəki jurnalistin vəkillərinə məktubunda belə yazılır. Bu haqda jurnalistin vəkillərindən Elçin Sadıqov məlumat verib.
    Vəkilləri ayın əvvəlində təcridxana rəhbərliyinə müraciət edərək, Ə.Muxtarlının sağlıq durumunun nəzarətdə saxlanmasını, gərəkli müayinə-müalicələrin təmin edilməsini istəmişdilər.

    Muxalifet - 20-08-2017

Pages