Axtarış
The search found 105779 results in 0.02 seconds.
Search results
“Stratfor”: Rusiya Avropa ilə yalnız hibrid savaşı apara bilər
ABŞ-ın “Stratfor” analitik şirkəti Rusiyanın Avropaya necə müdaxilə edəcəyi ilə bağlı proqnozlarını açıqlayıb.
Şirkətin proqnozuna əsasən, Avropada Rusiya işğalı üçün əsas risk zonalarını Baltikyanı, Balkanlar, Mərkəzi və Cənubi Avropa təşkil edir. Rusiyanın bu bölgələrə adi qaydada hərbi müdaxiləsi inandırıcı deyil. Həmin regiondakı dövlətlər NATO üzvləri olmaqla bərabər bəziləri Rusiyadan çox uzaqda yerləşir. Rusiya burada hibrid müharibəsi, təbliğat manipulyasiyası və kiberhücumlar taktikasından istifadə edə bilər./axar.azMuxalifet - 18-08-2017
ABŞ PUA-sı Türkiyədə qəzaya uğradı - FOTO
ABŞ-a məxsus pilotsuz uçuş aparatı (PUA) Adana şəhərinin Ceyhan mahalında qəzaya uğrayıb.
Bu barədə danışan Adana Valisi Mahmud Dəmirdaş dronun hansı səbəbdən qəzaya uğradığının bilinmədiyini açıqlayıb.
Məlumata görə, hadisə nəticəsində ölən və ya yaralanan olmayıb. Dronun düşdüyü tarlada yanğın baş verib.Muxalifet - 18-08-2017
Ramilin ukraynalı xanımı ondan yazdı - FOTO
Londanda dünya çempionu olan azərbaycanlı atlet Ramil Quliyevin qələbəsini həyat yoldaşı da təbrik edib.
Sosial şəbəkədə Ramillə şəklini paylaşan xanımı Marqarita Duqina “sən mənim qəhrəmanımsan” deyə şərh yazıb.
O, daha sonra bunları qeyd edib: “Xoşbəxtəm ki, əməyin boşa getmədi. Bu cür qələbələr uzunmüddətli sevinc yaradır. Hələ bizə bu qələbə çox bəs edər”.
Qeyd edək ki, Ramil Quliyevin ukraynalı xanımı Marqarita Duqina da atletdir. Onlar birlikdə Türkiyədə yaşayırlar.Muxalifet - 18-08-2017
Müxalifət liderləri “Turan”a basqılara etiraz etdi – “MEHMAN ƏLİYEV MÜDAFİƏ OLUNMALIDIR”
İsa Qəmbər: ““Turan” İnformasiya Agentliyi hər zaman haqqın, ədalətin yanında olub”
Mirmahmud Mirəlioğlu: “Vergilər Nazirlyinin özünə cinayət işi qaldırılmalıdır”
Əli Əliyev: “Bu, seçki ili öncəsi müstəqil mətbuatın fəaliyyətinə əngəl yaratmaqdır”
Muxalifet2 - 18-08-2017
General Bagirinin Türkiyə səfərinin bəzi detalları
İranın Baş Qərargah rəisi, general Məhəmməd Bagirinin Türkiyə səfərinin bəzi detalları bəlli olub.
Suriyada Türkiyə-İran-Rusiya birgə hərbi əməliyyatı müzakirəyə çıxarılıb.
Hərbi əməliyyatda məqsəd ABŞ-ın PKK-nın yardımı ilə Əl-Qaidəni bəhanə edib Suriyanın İdlib şəhərini işğal etməsini önləməkdir.
Birgə əməliyyat planına görə, Rusiya və İran cənubdan, Türkiyə isə şimaldan irəliləyərək İdlibi xarici qüvvələrdən təmizləyəcək.Muxalifet - 18-08-2017
Göygöldəki DƏHŞƏTLİ QƏTLİN TƏFƏRRÜATI
Göygöldə baş verən cinayətin təfərrüatları məlum olub.
Yeni Qızılca kənd nümayəndəsi Sahil Babayevin Publika.az-a verdiyi məlumata görə, şübhəli şəxs həyat yoldaşının boğazını kəsib, daha sonra da qayınanasını öldürüb:Muxalifet - 18-08-2017
Messidən mesaj: “Terrora təslim olmayacağıq”
Barselonadakı dəhşətli terror qurbanlarının ailələrinə və yaxınlarına başsağlığı verirəm və dəstəyimi bildirirəm. Bu cür şiddətli hadisələri kəskin şəkildə pisləyirəm.
Bu fikirləri “Barselona” klubunun futbolçusu Lionel Messi özünün İnstaqram səhifəsində dünən 13 nəfərin ölümü ilə nəticələnən terror aktına münasibət bildirərkən qeyd edib.
Futbolçunun sözlərinə görə, dünyada nifrət olmadan, sülh içərisində və tolerant şəkildə birgə yaşamaq istəyən çox sayda insan var: “Terrora təslim olmayacağıq”.Muxalifet - 18-08-2017
“Hakimiyyət “Turan”ı susdurmaqda maraqlıdır” – MEHMAN ƏLİYEV
“Vergilər Nazirliyi əvvəl cəriməni tətbiq edib, indi əsaslandırmğa başlayıb”
Vergilər Nazirliyi yanında Vergi Cinayətlərinin İbtidai Araşdırılması Departamenti 7 avqsut 2017-ci il tarixində “Turan” İnformasiya Agentliyinə qarşı cinayət işi açıb və ibtidai istintaqa başlayıb. Agentlik 37 min manat vergini ödəməməkdə ittiham olunur. Hazırda agentlikdə yoxlama aparılır.
“Bizdə analoqu olmayan bir vəziyyətdir”
Muxalifet2 - 18-08-2017
Naftalanda avtomobil aşıb, 4 nəfər xəsarət alıb
Naftalanda 4 nəfərin xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
Hadisə Goranboy-Tapqaraqoyunlu avtomobil yolunun Qaşaltı kəndi ərazisindən keçən hissəsində qeydə alınıb.Muxalifet - 18-08-2017
Rusiya xüsusi xidmət orqanları Almaniyadan radikalları Dağlıq Qarabağa niyə göndərib...
Almaniya xüsusi xidmət orqanları bu ölkədə fəaliyyət göstərən radikal sağçı “Almaniya üçün alternativ” partiyasının Rusiya ilə əməkdaşlıq etdiyini üz çıxarıb.
Virtualaz.org xəbər verir ki, bu barədə “Die Zeit” qəzetinin məqaləsində deyilir.Muxalifet - 18-08-2017
ABŞ Əfqanıstan müharibəsi ilə bağlı strateji qərar verəcək
ABŞ Müdafiə Naziri Ceyms Mattis deyir ki, Prezident Donald Trampın adminisrasiyası ABŞ hərb tarixində ən uzunmüddətli müharibəsi sayılan Əfqanıstan müharibəsini sona yetirməyə yönəlik strategiya üzrə qərar verməyə hazırlaşır.
“Biz qərara çox yaxınıq və mən bunun yaxın gələcəkdə baş verəcəyini güman edirəm,” Mattis Vaşinqtonda müxbirlərə bildirib.
Biz qərara çox yaxınıq və mən bunun yaxın gələcəkdə baş verəcəyini güman edirəm.
Tramp cümə günü vitse prezident Mayk Pens və mili təhlükəsizlik komandası ilə bir araya gələcək.Muxalifet - 18-08-2017
Təcili tibbi yardım xidmətində ciddi nöqsanlar
Nəticədə xəstəyə ilkin tibbi yardımı xəstə yaxınları özləri etməyə məcbur olublar
Təcili tibbi yardım maşınları ilə bağlı müxtəlif məzmunlu şikayətlər hər zaman olur. Təcili yardım çağıran Bakı sakinləri gah onların gecikməsindən, gah da xəstəyə keyfiyyətli xidmət göstərməməsindən şikayət edir.
"Report"un redaksiyasına zəng edən paytaxt sakini çağırdığı təcili tibbi yardım maşınının xeyli yubandığını bildirib.Muxalifet - 18-08-2017
“TURAN”I SUSDURMAQ KİMİN MARAĞINDADIR?
Prezident ölkədə olmadığı bir ərəfədə bu agentlikdə yoxlama aprılması təsadüfdür, yoxsa...?
Xəbər verildiyi kimi, Vergilər Nazirliyi yanında Vergi Cinayətlərinin İbtidai Araşdırılması Departamenti 7 avqust 2017-ci il tarixində “Turan” İnformasiya Agentliyinə qarşı cinayət işi açıb və ibtidai istintaqa başlayıb. Agentlik 37 min manat vergini ödəməməkdə ittiham olunur.Muxalifet2 - 18-08-2017
“Mersedes” 12 yaşlı qızı vurub – GÖYÇAYDA
12 yaşlı qızı avtomobil vurub
Göyçay rayonunda piyadanın vurulması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
Bu gün səhər saatlarında Bakı-Şamaxı-Yevlax avtomobil yolunun Göyçay şəhəri ərazisindən keçən hissəsində "Mercedes" markalı minik avtomobili yolu keçən Göyçay şəhər sakini, 2005-ci il təvəllüdlü Kuyeyeva Nərminə Elnur qızını vurub. Müxtəlif dərəcəli bədən xəsarətləri alan Nərminə Kuyeyeva təcili olaraq Göyçay rayon Mərkəzi Xəstəxanasına aparılıb. Hazırda onun vəziyyəti orta-ağır qiymətləndirilir.Muxalifet - 18-08-2017
Göygöldə törədilən qətllə bağlı DİN-dən AÇIQLAMA
Daxili İşlər Nazirliyi Göygöldə törədilən dəhşətli qətllə bağlı məlumat yayıb.
Nazirliyin saytının verdiyi məlumata görə, avqustun 17-də Göygöl rayonunun Yeni Qızılca kəndində Gəncə şəhər sakini Zaur Əliyev münaqişə zəminində arvadı Günelə və qayınanası Höküməyə bıçaqla xəsarət yetirib. Sonra o, könüllü olaraq Gəncə şəhər Baş Polis İdarəsinə gələrək istintaqa təslim olub.
Günel hadisə yerində, Hökümə isə xəstəxanaya aparılarkən yolda ölüb.Muxalifet - 18-08-2017
“Vikiliks” Rusiyanın istifadə etdiyi kəşfiyyat orqanıdır – MKİ
“Vikiliks” internet portalının banisi Culian Assanj 2016-cı ildə Rusiyanın Ukraynaya müdaxiləsi haqqında məxfi informasiya və sənədləri dərc etməkdən imtina edib.
Bu haqda “Foreign Policy” nəşri yazıb.
Qeyd edilir ki, Assanj Rusiya hökuməti ilə bağlı məlumatların böyük həcmini dərc etməkdən imtina edib. Rusiya Daxili İşlər Nazirliyindəki mənbədən daxil olan məlumatların ümumi həcmi ən azı 68 qiqabayt təşkil edir.Muxalifet - 18-08-2017
ABŞ və Səudiyyənin Türkiyə əleyhində gizli razılaşması
ABŞ Prezidenti Donald Trampın Səudiyyə Ərəbistanına səfəri zamanı müzakirə etdiyi mövzulardan biri də Türkiyənin “Suriya tənliyi”ndən çıxarılması olub.
Bu iddia ilə “Yeni şəfəq” qəzeti çıxış edib.
Qəzetin məlumatına görə, ABŞ tərəfi suriyalı müxaliflərin Türkiyə ilə bütün əlaqələrinin kəsilməsi təklifini irəli sürüb.
Tərəflər həmçinin mərkəzi İstanbulda olan Suriya Müxalif İnqilabçı Qüvvələrinin Türkiyədən çıxarılması və yeni mərkəzin Ər-Riyad olması barədə razılığa gəliblər.Muxalifet - 18-08-2017
RUSİYA Müdafiə sənayesi Çindən, Hindistandan asılı vəziyyətə düşür!
Çox yaxın zamanlara kimi lətifə və ya uğursuz zarafat olaraq qəbul edilən hadisələr gerçəkləşməyə başlayıb.
Belə ki, Rusiya müdafiə sənayesinin tənəzzülü artıq yeni kritik həddə yaxınlaşır və görünür ki, biz tezliklə çox maraqlı məsələlərdən xəbər tutacağıq.
Artıq bir neçə ildir ki, Birləşmiş Ştatlar öz müttəfiqlərini Rusiya Federasiyasına döyüş texnikası və silahlanma üçün lazım gələn ən kritik texniki ləvazimatların göndərilməsinin dayandırılmasına məcbur edir.Muxalifet - 18-08-2017
Biznesmen oğlu "Range Rover"lə qəzaya düşdü, yaralanan var - Hadisə hamıdan gizlədilir
Ötən gecə Şamaxı rayonunda ağır yol qəzası baş verib.
Oxu.Az-ın əldə etdiyi məlumata görə, sonu 009-la bitən qara rəngli "Range Rover" markalı avtomaşının sürücüsü Mustafa İsmayılov idarəetməni itirərək qəzaya uğrayıb.
Onun Gəncə istiqamətindən gəldiyi xəbər verilir.
Qəza nəticəsində avtomobildə olan xanım sərnişin ağır xəsarət alıb və Bakıdakı klinikaların birinə yerləşdirilib.
Məlumata görə, Mustafa İsmayılovun atası Azərbaycanda və Rusiyada tanınmış iş adamıdır.
Hadisənin ictimaiyyətdən gizlədildiyi bildirilir.Muxalifet - 18-08-2017
Sumqayıtda küçə itləri yığışdırılır – 5 yaşlı qızın ölümündən sonra
"Sumqayıt şəhərində sahibsiz itlərin zərərsizləşdirilməsi, ərazidən uzaqlaşdırılması işləri davam edir”
Bu barədə AzVision.az-a Sumqayıt şəhər Mənzil Kommunal Təsərrüfat Birliyinin rəis müavini Rzaqulu Zərəfquliyev deyib.Muxalifet - 18-08-2017